Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   2   3   4   5   6   7   8   9   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

MÖVZU:  4 



SABĠT CƏRƏYANLA  MÜALĠCƏ 

 

Sabit,  alçaq  gərginlikli,  zəif  şiddətli  elektrik  cərəyanının  elekrtodlarla  xəstənin  bədəninə 

verilməsinə  qalvanik  cərəyanla  müalicə  deyilir.  Sabit  cərəyanla  tətbiq olunan bu üsulu 1800-cü ildə 

italyan fiziki Volt tətbiq etmişdir. Hal hazırda qalvanik cərəyanı dəyişən cərəyanın düzləndirilməsiylə 

alırlar.  Epidermisin  buynuz  təbəqəsində  cüzi  müqavimətə rast gələn cərəyan orqanizmin tər və piy 

vəzilərinin axacaqlarından daxil olur (+). Müsbət yüklü hissəciklər və ya kationlar mənfi qütbə, mənfi 

yüklü hissəciklər isə və anionlar müsbət qütbə dogru hərəkət etməyə başlayırlar.  

Orqanizimdə  cərəyan  ən  az  müqavimətə toxuma arası mühit qan və limfa damarları və əzələlər 

vasitəsilə  yayılır.  Neytral  atomlara  çevrilərək  yüksək  kimyəvi  fəallığa  malik  olurlar.  Dəri 

müqavimətini  qıran  zaman  elektrik enerjisinin əsas hissəsi uduldugundan qalvanik cərəyanla müalicə 

zaman  ilk  dəfə  dəridəki  reseptorlar  qıcıqlanır.  Elektrik  keçirildiyi  sağlam  toxumalara  nisbətən 

hiperemiya,  ödem  vəziyyətində  iltihabi  eksudat  toplamış  toxuma  mayelərində  daha  yüksək  olur. 

Cərəyan  keçən zaman toxumalarda fiziki kimyəvi dəyişikliklər müşahidə olunur ki, onun nəticəsində 

qalvanik  cərəyanın  orqanizmə  ilk  təsiri  başlayır.  Bu  fiziki-kimyəvi  dəyişikliklərin  ən  əhəmiyyətlisi 

toxumaların ion tərkibinin kəmiyyət və keyfiyyət dəyişiklikləridir.  

Sabit cərəyan toxumalardan keçən zaman  kationlar katoda, anionlar isə anoda doğru hərəkət edir.  

İonların  yerdəyişmə  sürəti  onların  müxtəlif  fiziki  toxumalarda  baş  verən  fiziki  kimyəvi 

xüsusiyyətləri  ilə  əlaqədardır.  Toxumalar da baş verən fiziki kimyəvi dəyişikliklərdən biri də turşu 

qələvi  nisbətinin  yeni  H

2

  ionlarının  katoda,  OH  qazlarının  anoda  doğru  yerdəyişməsidir.  Su  ilə 

qarşılıqlı münasibətdə elektroliz məhlulları anodda turşu, katodda qələvi əmələ gəlir.  

 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin