İnformasiya texnologiyası (ing. Information technologies) — informasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
İnformasiya texnologiyası (ing. Information technologies) — informasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaramnışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Məqsədi
Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya mədəniyyətinə malik şəxsiyyətlər yetişdirmək, ölkədə vahid təhsil və informasiya mühitini formalaşdırmaqdır.Bu mühit yeni informasiya texnologiyalarından istifadə etməklə aşağıdakıları təmin etməlidir:
Təhsilin keyfiyyətinin artırılması;
Yeni informasiya mədəniyyətinin formalaşdırılması;
Vətəndaşların bütün pillələrdə təhsil alma imkanlarının bərabərləşdirməsi;
Təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi.
Məqsədlərə nail olmaq üçün aşağıdakı mühüm vəzifələrin kompleks şəkildə həll olunması zəruri şərtlərdəndir:
Vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;
İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi.
Milli elektron dərsliklərin hazırlanması və onların tədris prosesində tətbiqi, ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması.
Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq sisteminin və resurs mərkəzinin yaradılması;
Təhsildə İKT-nin faydaları
Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradılması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələbatını ödəyəcək səviyyədə yaradılmalıdır;
Elektron tədris materiallarının və elektron metodiki vasitələrin yaradılması. Milli elektron tədris vəsaitləri təhsil prosesinin iştirakçılarının tələbatını ödəyəcək səviyyədə yaradılmalıdır;
elektron vəsaitlərə qoyulan tələblər,onların hazırlanması və dövlət satınalınması ilə bağlı hüquqi-normativ bazanın formalaşdırılması. Bu zaman yeni texnologiyalardan istifadə edilməli, bazis planları və təhsil səviyyələri nəzərə alınmalıdır.
təhsildə İKT-nin tətbiqi üzrə beynəlxalq təcrübəni sistemli və müntəzəm olaraq öyrənən və tətbiqolunma baxımından dəyərləndirən ekspertlər qrupunun yaradılması;
elektron tədris vəsaitlərinin Təhsil Nazirliyinə təqdim olunması və qeydiyyatı Qaydalarının hazırlanması.
elektron tədris resurslarının texniki, məzmun və dizayn-erqonomika istiqamətləri üzrə ekspertizasının qaydaları və onların keyfiyyətinin qiymətləndirilməsi meyarlarının hazırlanması;
Təhsilin informasiyalaşdırılmasının tədris-metodiki bazasının yaradılması
Təhsilin informasiyalaşdırılmasında informasiya təhlükəsizliyinin təmin olunması
İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil sistemində bu, daha çox uşaqların informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Yeni informasiya mənbələrinə daxil olan uşaqlar daha çox aşağıdakı təsirlərə məruz qalırlar:
Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;
Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;
Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.Bundan əlavə, ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır