20 Yanvar faciəsi milli-azadlıq tariximizin şərəfli səhifəsidir


Azərbaycan tibb elminin inkişafında



Yüklə 284,98 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix15.03.2017
ölçüsü284,98 Kb.
#11519
1   2   3

Azərbaycan tibb elminin inkişafında 

müstəsna xidmətləri olan tanınmış alim,  

ATU- nun Elmi Tədqiqat Mərkəzinin 

direktoru,  Rusiya Federasiyasının Tibbi- 

Texniki elmlər Akademiyasının akademiki, 

əməkdar elm xadimi, tibb elmləri doktoru, 

professor Qalib Şalon oğlu Qarayevin  bu 

günlərdə 70 yaşı tamam olur. 

Qalib    Qarayev  1947-  ci  il  yanva-

rın  17-  də  respublikamızın  füsunkar 

yerlərindən biri, ermənilərin işğalı altın-

da  olan  Füzuli  rayonunun  Qarğabazar 

kəndində ziyalı ailəsində dünyaya gəlib. 

O, 1953-cü ildə dogma kənddə məktəbə 

gedib  və  1963-cü  ildə  həmin  məktəbi 

əla qiymələrlə başa vurub. 1966- cı ildə 

isə N.Nərimanov adına Azərbaycan Tibb 

İnstitutunun pediatriya fakültəsinə daxil 

olub. 


O,  hələ  tələbəlik  illərində  TEC-in  fəal 

üzvü  olmuş,  biokimya,  patofiziolo-

giya,  uşaq  cərrahlığı  kafedralarında 

METL-də fəaliyyət göstərən tələbə elmi 

dərnəklərində  çalışaraq  elmin  sirlərinə 

bələd  olmuşdur.  1970-il  də  keçmiş 

Sovetlər İttifaqının “Ən yaxşı tələbə işi”  

müsabiqəsində  onun  “Urəyin  işemik 

xəstəliyinin cərrahi müalicəsi” adlı eks-

perimental  tədqiqat  işi  bürünc  medala 

layiq  görülmüşdür.  Həmin  tədqiqat  işi 

İ.İ.Pavlov adına Leninqrad Tibb İnstitu-

tunun  fakultetiv  cərrahlıq  kafedrasının 

müdiri,  ə.e.x.,  professor  V.Kolosovun 

diqqətini  cəlb  etmiş  və  sonralar  bu, 

gənc tədqiqatçının taleyində mühüm rol 

oynamışdır.

İnstitutu bitirərkən onun elmə bağlılı-

ğını nəzərə alan rəhbərlik Elmi Şuranın 

qərarı ilə bu istedadlı məzunu  Mərkəzi 

Elmi  Tədqiqat  Laboratoriyasına  kiçik 

elmi  işçi  vəzifəsinə  təyin  edir.  1972- 

1976-cı  illərdə    Q.Qarayev  elmi  axta-

rışlarını tac damar cərrahlığının pioneri 

syılan  V.Kolosovun  məktəbində  davam 

etdirmişdir.

Bu  elmi  araşdırmaların  nəticəsi 

əsasında  O,  1979-cu  ildə  “Tac  damar-

ların elektrotermokoaqulyasiya və ürək 

əzələsini  bilavasitə  revaskularizasi-

ya edən bir sıra metodların müqayisəli 

qiymətləndirilməsi”  mövzusunda  dis-

sertasiya  müdafiə  edərək  tibb  elmləri 

namizədi,  1987-ci  ildə  isə  SSRİ  TEA-

da  “Ürəyin  pozulmuş  limfadrenajının 

tənzimlənməsi  və  onun  kəskin  mio-

kard infarktı şəraitində ürək əzələsinin 

birbaşa  revaskulyarizasiyasında  rolu” 

mövzusunda  doktorluq  dissertasiya-

sı müdafiə edərək tibb elmləri doktoru 

adını  almışdır.  Daim  elmi  axtarışlarda 

olan alim miokard infarktı zamanı baş 

vermiş  və  həyat  üçün  təhlükə  törədə 

bilən  aritmiyalarında  əmələ  gəlmə 

mexanizmlərini  araşdıraraq    onun 

yeni  müalicə  metodlarını  işləyib  ha-

zırlamışdır.  Qalib  müəllimin  tədqiqat 

sahələrindən  biri  də  peritonitlərə  dair 

aparılan elmi axtarışlardır. Bu tədqiqat 

nəticəsində müəyyən edilmişdir ki, pe-

ritonit  zamanı  həyat  üçün  ən  təhlükəli 

olan  peritonial  intoksikasiya    sind-

romunun  inkişafında  müsariqə  limfa 

düyünlərinin  rolu  müəyyən  edilmiş-

dir.  Bundan  başqa  onun  elmə  yenicə 

məlum  olan  “Atrial  natrimuretik  fak-

torlar”    haqqında  aparılan  elmi  araş-

dırmalardır.Elmə  ilk  dəfə  1956-cı  ildə 

məlum olan bu faktor əsasında profes-

sor  Q.Qarayevin  apardığı  tədqiqatlarla 

onun bir sıra patoloji hallarını konpen-

sasiya  etmək  üsulları  aşkar  edilmişdir. 

Nəhayət, onun tədqiqatlarından biri də 

bağırsaqların  autotransplantasiyasına 

həsr  edilmişdir.  Bu  sahədə  qalça  ba-

ğırsaqdan  istifadə  etməklə  yoğun  ba-

ğırsağın  müxtəlif  həcmli  defektlərinin 

plastikasının  aparılma  texnikası  işlənib 

hazırlanmışdır. 

Bir  sözlə,  professor  Q.Qarayev  ge-

niş  diapozona  malik  alimdir  və 

özünəməxsus  bir  elmi  məktəb  yarat-

mışdır. Onun rəhbərliyi altında 56 nəfər 

elmlər  namizədi  və  elmlər  doktorları 

hazırlanmışdır. O, 22 ixtiranın, 410 elmi 

məqalənin, 1 dərs vəsaitinin, 1 monoqra-

fiyanın və 1 qrant layihəsinin müəllifidir.  

Professor  Q.Qarayevin  əsərləri  Ame-

rika,  Almaniya,  İngiltərə,  Çexiya  və  s. 

ölkələrin alimlərinin diqqətini cəlb edib. 

“Limfilogiya”  (Əndijan  Özbəkistan), 

“Cərrahiyyə”, “Müasir səhiyyənin elmi və 

praktik nailiyyətləri”, “Perinotologiyanın 

müasir  problemləri”  elmi  jurnallarının 

redaksiya heyətinin üzvüdür. 

Qalib  müəllim  xüsusi  istedada  ma-

lik  alim  olmaqla  yanaşı,  eyni  zamanda 

yüksək səriştəli müəssisə rəhbəri və fəal 

ictimaiyyətçidir.  

1982-ci  ildə  METL-in  direktoru 

vəzifəsinə təyin edilən Qalib müəllimin 

rəhbərliyi  ilə  qısa  bir  müddətdə  la-

boratoriyanın  maddi-  texniki  bazası 

möhkəmləndi, elmi potensialı yüksəldi. 

1984-cü  ildə  Sovet-Amerika  birgə 

tədqiqat planının bir mərhələsinin apa-

rılması bu laboratoriyaya həvalə olundu. 

Elmi-tədqiqat işlərinin artmasını nəzərə 

alan Azərbaycan SSR Nazirlər Sovetinin 

qərarı ilə laboratoriyanın ştat vahidi artı-

rılaraq 108 nəfərə çatdırıldı. 5 mərtəbəli 

müasir tipli bina tikildi və az keçməmiş 

buraya  Elmi-Tədqiqat Mərkəzi statusu 

verildi. İndi bu mərkəzdə 5 nəfər elmlər 

doktoru,  17  nəfər  isə  elmlər  namizədi 

çalışır. 

Professor Q. Qarayevin tibbi kadrların 

hazırlanmasında ekspert kimi də xüsu-

si əməyi vardır. O, 1986-cı ildə müdafiə 

şurasının üzvü, 1988-1991-ci illərdə isə 

həmin  şuranın  sədr  müavini  və  sədri  

təyin  olunmuşdur.  Müstəqil  ölkəmizin 

ilk  günlərində  yeni  yaranan  Ali  Attes-

tasiya  Komissiyasının  tibb  bölməsində 

əvvəl ekspert, sonralar isə bu bölmənin 

ekspert  şurasının  elmi  katibi  kimi 

fəaliyyət göstərmişdir. 2013-cü ildən isə 

ekspert şurasının sədri vəzifəsinə təyin 

edilmişdir.

Q.Qarayevin  təşəbbüsü  ilə  ATU-nun 

tarixində  ilk  dəfə  olaraq  “Sağlamlıq” 

elmi jurnalı fəaliyyətə başlamışdır.

  O, 2000-ci ildə  tibb elminin inkişa-

fında  və  elmi  kadrların  hazırlanmasın-

dakı  xidmətlərinə görə ölkə başçısının 

sərəncamı  ilə      “Əməkdar  elm  xadimi” 

adına layiq görülmüşdür.

İstedadlı alim, görkəmli cərrah, səda-

qətli  dost,  qağıkeş  ata  olan  Qalib 

müəllimi bu şanlı yubileyi münasibətilə 

təbrik edir, ona bundan sonra da uzun 

ömür, cansağlığı və elmi axtarışlarında 

yeni-yeni nailliyyətlər arzulayırıq.  

Elmi- Tədqiqat Mərkəzinin 

əməkdaşları

Səmimi insan,  dəyərli 

elm adamı


16 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

7

Ötən il Mərkəzi Qan Bankı üzrə donor 



sayı 44 393 nəfər, ümumiyyətlə ölkə üzrə 

11 ay ərzində donor sayı 76 692 nəfər 

təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər yan-

varın 11-də B.Eyvazov adına Elmi-Tədqiqat 

Hematologiya  və  Transfuziologiya  İns-

titutunda  keçirilən  mətbuat  konfransın-

da  acıqlanıb.  İnstitutun  direktoru  Zöhrə 

Əlimirzəyeva bildirib ki, ötən il ölkə üzrə 36 

368,9 litr tədarük olunub. Aşura günü 4 141 

nəfər könüllü qanvermə aksiyalarında iştirak 

edib,  tədarük  edilən  qanın  miqdarı  1863,8 

litr təşkil edib.

Tədbirdə  qeyd  olunub  ki,  ölkənin  he-

matologiya  və  transfuziologiya  sahəsi 

üzrə  baş  müəssisə  olan  İnstitut  1943-cü 

ildən  fəaliyyət  göstərir.  Hazırda  İnstitut  3 

hissədən  ibarətdir:  Klinika,  Mərkəzi  Qan 

Bankı  və  elm  bölməsi.  Klinikanın  tərkibinə 

böyüklər üçün 2 hematoloji şöbə, uşaq he-

matologiyası şöbəsi, reanimasiya və intensiv 

terapiya şöbəsi, klinik-diaqnostik laborato-

riya  və  talassemiyanın  profilaktika  şöbəsi 

daxildir.

Beynin amiqdala adlanan hissəsinin 

yüksək aktivliyi stressə səbəb olur. 

Bu da insanlarda ürək xəstəlikləri və 

insult riskini artırır.

AZƏRTAC  sciencedaily.com  saytına 

istinadla xəbər verir ki, Harvard Tibb 

Məktəbinin  alimləri  bu  iddianı  araş-

dırmaq  üçün  293  xəstənin  üzərində 

tədqiqat 

aparıb. 


Tədqiqatçılar 

xəstələrin  beyin,  sümük  iliyi,  dalaq 

aktivliyini  və  arteriyalarının  iltihabı-

nı  qeyd  etmək  üçün  onlar  üzərində 

birləşdirilmiş PET müayinəsi və kom-

püter  tomoqrafiyası  həyata  keçirib. 

Xəstələrdə ürək-damar xəstəliklərinin 

inkişafını  müəyyən  etmək  üçün  on-

lar  3  ildən  artıq  izlənilib.  Nəticədə 

22 xəstədə infarkt, angina, ürək ça-

tışmazlığı,  insult  və  periferik  arteri-

al xəstəliklərinə rast gəlinib. Belə ki, 

yüksək  amiqdala  aktivliyi  olanlarda 

ürək-damar  xəstəlikləri  riski  az  ak-

tiv olan insanlara nisbətən çox olub. 

Alimlər  amiqdaladakı  yüksək  aktivli-

yin sümük iliyinin fəaliyyəti və arte-

riyaların iltihabı ilə bağlı olduğunu və 

bunun ürək-damar xəstəlikləri riskini 

artırdığını müəyyən ediblər.



Ötən il ölkə üzrə 36 min litrdən 

artıq qan tədarük olunub

Stress ürək-damar xəstəlikləri 

və insult riskini artırır

ATU-nun Tədris Cərrahiyyə Klinikasının 

ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin 

müdiri, tibb elmləri namizədi Məhəmməd 

Davudov bildirmişdir ki, “Bu günlərdə 

klinikamızın ağız və üz-çənə cərrahiyyəsi 

şöbəsinə qəbul edilən xəstədə aparılan 

anamnestik məlumatlara görə, son iki ildə 

heç bir müalicə aparılmamış və nəticədə 

şiş böyük ölçülərə çatmışdır. Xəstə bizə 

müraciət edərkən artıq udqunmanın və 

nəfəs almanın çətinləşdiyini bildirmişdir.

B

elə  ki,  xəstə  qidalana  bilmir  və  yal-



nız  məcburi  oturaq  vəziyyəti  aldığını 

söyləyirdi.  Belə  bir  vəziyyətdə  təbii  ki 

əsas  çıxış  yolu  olaraq  cərrahiyyə  əməliyyatı 

düşünüldü–ilk  olaraq  şiş  götürülməli  idi.  La-

kin şiş çox böyük ölçülərə çataraq həyati vacib 

orqanlara–yuxu  arteriyasına,  sinirlərə  yaxın-

laşmışdı. 

Qida borusunu, udlağı, nəfəs borusunu 

sıxaraq onların yerini dəyişmişdi. Əməliyyatın icra-

sı çox riskli idi. Hətta əməliyyatdan öncə narkozun 

verilməsi böyük çətinliklər yaradırdı və anestezio-

loqdan böyük peşəkarlıq tələb edirdi. Xoşbəxtlikdən 

əməliyyat  zamanı  klinikamızın  anestezioloji  bri-

qadası başda Cavid Paşayev olmaqla bu çətin işin 

öhdəsindən  peşəkarcasına  gəldilər.  Əməliyyatımız 

iki mərhələdə icra olundu. Ilkin mərhələdə şiş to-

xuması ətraf toxumalardan, magistral damar-sinir 

dəstəsindən ayrıldı. Əməliyyat zamanı hətta daxi-

li yuxu arteriyasının rezeksiya olunacağı təqdirdə 

klinikamızın damar cərrahlarının iştirakı ilə damar 

autogrefti  icrasını  da  göz  önünə  almışdıq.  Lakin 

buna ehtiyac olmadı. Yal-

nız xarici yuxu arteriyası 

rezeksiya  olundu  ki,  bu 

da xəstədə heç bir funk-

sional  pozğunluq  yarat-

madı. Şiş toxuması radi-

kal olaraq xaric edildi.

Ikinci  mərhələdə  isə 

əsas  əhəmiyyətli  məsələ 

yaranmış  olan  toxuma 

defektinin  aradan  qal-

dırılması  idi.  Baş  boyun 

rekonstruktiv  cər rahiy yəsində  bir  çox  dilimlərdən 

istifadə edilir. Bu dilimlər sərbəst damar ayaqcıqlı, 

damar ayaqcıqlı, bir və ya bir neçə toxuma kom-

ponentini  özündə  birləşdirən  dilimlər  olur.  Hansı 

dilimin  seçilməsi  defektin  xüsusiyyətindən,  hansı 

strukturların itkisindən, defektin yerindən, xəstənin 

bədən  quruluşu,  cinsi  və  başqa  amillərdən  asılı 

olaraq dəyişir. Təbii ki, buna əməliyyat ərəfəsində 

tam  müayinədən  sonra  cərrah  qərar  verir.  Biz  bu 

xəstədə damar ayaqcıqlı musculus latissimus dorsi 

diliminin istifadəsinə qərar verdik. Bu növ rekons-

truksiya klinikamızda ilk dəfə idi ki, tətbiq olunur-

du.  Biz  bu  əməliyyatı  müvəffəqiyyətlə  icra  etdik 

və  torakodorsal  damarlarla  qidalanan  dəri-əzələ 

dilimi hazırlandı. Qoltuqaltı çuxurdan körpücüküs-

tü nahiyəyə və boyuna bir tunel yaradıldı, hazırla-

nan dilim bu tunel vasitəsilə boyun nahiyəsindəki 

defekt  sahəsinə  çıxarıldı.  Dilim  defektin  üzərinə 

qoyularaq  tikildi.  Donor  sahəsindəki  yara  birincili 

qapandı.

Belə  əməliyyatların  icrasının  uğurlu  olması  tək 

bir  cərrahdan  asılı  deyil.  Bunun  üçün  bu  sahədə 

ixtisaslaşmış  klinika,  əməliyyat  bloku  və  perso-

nalı,  anestezioloji  və  reanimasiya  xidmət,  təbii 

ki,  həmçinin  cərrahi  komandanın  olması  vacibdir. 

Bu  səbəbdən  uğurlu  əməliyyatımız  üçün  cərrahi 

əməliyyat  bloku  personalına,  anestezioloq-reani-

matoloqlarımıza, rezidentlərimiz Şahin Quliyev, İl-

qar  Əbilov,  Ceyhun  Hacıyev,  Kənan  Əmirəliyev  və 

tibb üzrə fəlsəfə doktarantı Şahin Məhəmmədova 

təşəkkürümü bildirirəm. 

Əməliyyat  tarixini  yanvarın  6-a  salmağımız  da 

təsadüfi olmadı. Klinikamızın və kafedramızın uğu-

ru kimi qiymətləndirilən bu əməliyyatı bu uğurla-

ra hamıdan çox sevinən və bizə daim dəstək olan 

müəllimimiz, kafedramızın müdiri, professor Çin-

giz Rəhimovun doğum gününə hədiyyə olaraq icra 

etdik.

Üz-çənə nahiyəsində nadir əməliyyat



Finlandiyalı alimlər bildiriblər 

ki, 


kişilər sağlamlığı 

möhkəmləndirmək üçün qida 

məhsulları sırasına yumurtanı 

da əlavə etməlidirlər.

AZƏRTAC  “rosbalt.ru”  saytına 

istinadla xəbər verir ki, yumurta 

yemək  ikinci  tip  şəkərli  diabe-

tin inkişaf riskini 37 faiz azaldır. 

Yumurta,  həmçinin  ürək-damar 

sisteminin 

möhkəmlənməsinə 

kömək edir.

Lakin  alimlər  sübut  ediblər  ki, 

bu  ərzaq  məhsulu  kişilər  üçün 

xüsusilə faydalıdır.

Bundan  əvvəl  bildirilib  ki,  toyuq 

yumurtası  və  ondan  hazırlanan 

yeməklər  insanın  baş-beyin  da-

marları  üçün  faydalıdır.  Gündə 

heç  olmasa  bir  yumurta  yemək 

yaşlı  adamlarda  insult  keçirmək 

ehtimalını  12  faiz  azaldır.  Toyuq 

yumurtası döş xərçənginin qarşı-

sını almağa da kömək edir. Onun 

tərkibində  olan  Omeqa-6  poli-

doymamış yağlar döş xərçənginin 

yaranması riskini azaldır.

Həkimlər toyuq yumurtasının faydasını bir 

daha təsdiqləyiblər

Orqanizmdə mikro do za lar-

da olan bir çox minerallar 

orqanizmin fəaliyyətinə 

çox böyük təsir edir. 

Bu minerallardan biri 

maqneziumdur.

Maqnezium  ürəyi  qor

uyur, 

qan dövranını yaxşılaşdırır, da-



marları  genişləndirir,  ağciyərin 

fəaliyyətini  tənzimləyir,  qlüko-

zanın  mübadiləsində  və  insuli-

nin ifrazında iştirak edir.

Böyük  Britaniya  alimləri  araş-

dırmalar  nəticəsində  sübut  edib-

lər  ki,  maqneziumla  zəngin  olan 

məhsullar  orqanizmi  ürək  xəs-

təliklərindən,  insultdan  və  dia-

betdən qoruyur.

Həmçinin  alimlərin  fikrinə  görə, 

miqren,  əsəbilik,  depressiya,  yor-

ğun luq  kimi  pozulmalar  da  orqa-

nizmdə maqneziumun çatışmazlığı 

ilə bağlıdır.

Maqneziumla zəngin olan məh sullar 

bunlardır:

  tünd  şokolad,  kahı,  is-

panaq, turşəng, qoz-fındıq, günə-

baxan,  balqabaq  tumları,  qəhvəyi 

düyü, arpa, yulaf, lobya, mərci, ba-

nan, meyvə quruları, avokado.

Alimlər  maqneziumla  zəngin 

olan  qidaları  rasionda  artırılmasını 

tövsiyə edirlər.

İnsult, ürək xəstəlikləri və diabetdən xilas 

edən məhsullar


http://w w w.amu.edu.az

16 yanvar 2017-ci il

Baş redaktor



ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 1800



T i b b     a l ə m i n d ə

 

Fakültənin dekanı:   



     

- Tibbi profilaktika fakültəsi  

 Kafedraların müdirləri:  

     


- Farmakologiya kafedrası 

- Farmakoqnoziya və botanika kafedrası  

- Yoluxucu xəstəliklər kafedrası 

- Ümumi cərrahlıq və anesteziologiya kafedrası 

 

 

Kafedraların dosentləri (fəlsəfə doktorları):   



 

- II mamalıq və ginekologiya kafedrası - 1 yer 

- Patoloji fiziologiya kafedrası - 1 yer 

- Epidemiologiya kafedrası -1 yer 

- Bioloji kimya kafedrası - 1 yer

- Yoluxucu xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

- Yoluxucu xəstəliklər kafedrası - 1 yer (0,5 vahid)

 

Kafedraların assistentləri: 

 

- Oftalmologiya kafedrası  - 1 yer (0,5 vahid) 



- Terapevtik və pediatrik propedevtika 

   kafedrası  - 1 yer 

- Uşaq cərrahlığı kafedrası - 1 yer (0,5 vahid)

- Histologiya, embriologiya  və sitologiya  

   kafedrası  - 1 yer 

- Fizioterapiya və idman təbabəti 

  kafedrası - 1 yer (0,5 vahid)

- III uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)

- Patoloji fiziologiya kafedrası - 1 yer 

- Bioloji kimya kafedrası - 1 yer 

- Ftiziatriya kafedrası - 2 yer 

Kafedranın baş müəllimi:  

 

- Farmakologiya kafedrası - 1 yer 



Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim 

olunma müddəti elan qəzetdə («Təbib» qəzeti, 16 

dekabr 2016-cı il) dərc olunduğu gündən 30 gün 

keçənədəkdir. Sənədlər rektorun adına yazılmış ərizə 

ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: 

Bakı şəhəri - Az 1007, Ənvər Qasımzadə, 14: 

Telefon: (012) 597-43-23

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

KA FED RA LAR  ÜZRƏ 

AŞA ĞI DA KI  YERLƏRİ  TUTMAQ 

ÜÇÜN 


MÜSA BİQƏ ELAN EDİR

Gərayev  Rahil  Ağabəy  oğluna  2009-cu  ildə  Azərbaycan 

Tibb Universiteti tərəfindən şua diaqnostika  ixtisası üzrə ve-

rilmiş internatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika    fakültəsinin  VI    kurs,  147

a

  qrup 



tələbəsi  Rüstəmzadə  Sadiq  Xanlar  oğlunun    adına  verilmiş 

qiymət kitabçası  itdiyi üçün etibarsız sayılır.

A

merikalı və isveçrəli 



alim lər 

ürək-damar 

xəs təliklərindən əziyyət çəkən 

insanların ömrünü müəy-

yənləşdirməyə qadir olan 

ölüm testi işləyib hazırlayıb-

lar.

AZƏRTAC runews24 say-



tına istinadən xəbər verir ki, 

ölüm testi qanda trimetilami-

noksid  (TMAO)  molekulla-

rının  səviyyəsini  təhlil  edir. 

ТМАО molekulları insan or-

qanizmi  və  sağlamlığı  üçün 

təhlükə  törədir,  müxtəlif 

ciddi  xəstəliklərin  inkişafı-

na  səbəb  olur.  Xüsusilə  ət, 

süd  məhsulları  və  yumurta-

dan istifadə nəticəsində mo-

lekullar  damarlarda  tromb 

riskini artırır və qan dövra-

nının  pozulmasına  gətirib 

çıxarır.  Alimlər  yeddiillik 

tədqiqatlar  nəticəsində  ay-

dınlaşdırıblar ki, molekulla-

rın qanda yüksək olması in-

sanlarda çox vaxt infarkt və 

insultla nəticələnir.

Ekspertlər  hesab  edirlər 

ki,  insanlar  test  vasitəsilə 

ölümlərinin  səbəbini  və  ta-

rixini 


müəyyənləşdirərək 

ömürlərini  uzada  bilərlər. 

Bu,  onun  hesabına  baş 

verəcək ki, onlar öz sağlam-

lıqlarına  daha  çox  diqqət 

ayırmalı  olacaqlar.  Belə  ki, 

insanlar  test  müayinəsindən 

sonra  qanda  TMAO  mole-

kullarının  səviyyəsini  aşa-

ğı  salacaq  preparatlardan 

istifadə edəcəklər.

Alimlər insan ömrünü 

uzadan ölüm testi yaradıblar

Alimlər insan ömrünü 

uzadan ölüm testi yaradıblar

AZƏRTAC  “Dec-

can  Chronicle”  say­

tına  isti nadla  xə bər 

ve rir ki, alim lər əldə 

et dikləri  nəti cələrin 

şi zofreniya  və  dep ­

ressiyanın 

ye ni 

müalicə  metodları-



nın  hazırlanmasına 

kömək  edəcəyinə 

ümid bəsləyirlər.

Mütəxəssislər  depressiyanın  genetik  səbəblərini 

tədqiq ediblər. Onlar şizofreniyaya irsi meyilliyi olan 

insanların  genetik  səviyyədə  depressiyadan  əziyyət 

çəkənlərə  oxşayıb­oxşamadıqlarını  müəyyən  etmək 

istəyiblər.  Tədqiqat  göstərib  ki,  depressiyalı  insan-

lardan  ibarət  qrupda  şizofreniyanın  genetik  riski 

yüksəkdir.

Məlumdur  ki,  şizofreniya  və  depressiyanın  oxşar 

təzahürləri  var.  Məsələn,  bədbinlik  və  nevrotizm. 

Alimlər belə nəticəyə gəliblər: depressiyadan əziyyət 

çəkən  bəzi  insanlar  şizofreniya  ilə  bağlı  genetik 

xüsusiyyətlərə malikdir.

Tədqiqat göstərib ki, depressiya və 

şizofreniya bir-biri ilə sıx bağlıdır

Sən demə, genetikasında şizofre-



niyanın inkişafı riski olan insanlar həm 

də depressiyanın alt növlərindən birinə 

meyillidirlər. Bunu Edinburq Universitetinin 

tədqiqatçıları aşkar ediblər. 

Öskürək ayrı xəstəlik 



de yil, bir çox hallarda so-

yuq dəymənin 

simptomu 

kimi meydana çıxır. Öskürək 

orqanizmin müdafiə mexa-

nizmidir.

Öskürəyin köməyi ilə nəfəs yol-

larımız  xəstəlik  zamanı  burada 

yığılan mikroblar, toksinlər, selik 

və  s.-dən  azad  olur.  Bu  prosesi 

tezləşdirmək  üçün  daha  çox  ilıq 

maye qəbul etmək  məsləhət gö-

rülür. Bu zaman selik durulaşır və 

onun xaric olunması asanlaşır.

Bəzi  xalq  təbabəti  vasitələri 

nəfəs  yollarının  daha  tez 

təmizlənməsinə  kömək  edir.  Ən 

sınanmış reseptlərdən biri:

- 1 çay qaşığı biyan kökü, 1 çay 

qaşığı  dəvədabanı,  1  çay  qaşı-

ğı  bağayarpağı  1  stəkan  qaynar 

suda 30 dəqiqə ərzində dəmlənir, 

süzülür  və  gün  ərzində  qəbul 

edilir.  Bu  otlar  bəlğəmgətirici 

və  iltihabəleyhinə  təsir  göstərir, 

öskürəyin sağalmasını tezləşdirir.

Öskürək 1 həftədən çox davam 

edərsə,  artarsa,  bəlğəmdə  qan, 

irin əmələ gələrsə vaxt itirmədən 

həkimə müraciət olunmalıdır. Bu, 

ciddi  xəstəliyin  simptomu  ola 

bilər.


Öskürəyi sağaldan dəmləmə

III uşaq xəstəlikləri  kafedrasının əməkdaşları və Tədris 

Terapevtik Klinikasını III pediatriya şöbəsinin kollektivi 

Sevda xanım  Məmmədovaya əzizi 



Telli xanımın 

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Tibbi fizika və informatika kafedrasının əməkdaşları 

kafedranın müdiri, professor Zubeyid Tağıyevə və II mamalıq 

ginekologiya kafedrasının dosenti İradə xanıma əzizləri  



İlqar Əhməd oğlu İmamverdiyevin  

vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

 Allah  rəh mət  elə sin!

Hörmətli Cəmil müəllim!

Həkimlik peşəsi qədim dövrlərdən üzü bəri insan 

cəmiyyəti  üçün  ən  vacib,  ən  nüfuzlu  peşələrdən 

biri olmuşdur. Bu gün elmi-texniki  tərəqqinin ən 

yüksək  zirvələri  fəth  etdiyi  dövrdə  də  səhhətində 

hər hansı problem yaranmış şəxslər üçün həkimlər 

yenə  də  ümid  yeridir.  Sözün  həqiqi  mənasında 

bu  peşənin  məsuliyyətini  layiqincə  daşıyan  tibb 

işçilərinin bir xoş baxışı, bir  mehriban sözü bəzən 

pasiyentlər  üçün  müxtəlif  müalicə  vasitələrindən 

də faydalı olur. 

Məlumat  üşün  bildirim  ki,  mənim  anam  onko-

loji xəstədir və bir müddətdir ki, Milli Onkologiya 

Mərkəzinin invaziv diaqnostika şöbəsində müalicə 

alır. Sizə bu müraciəti ünvanlamağımın səbəbi bu 

şəfa ocağında gördüyüm yüksək peşəkarlıq, işinə 

son dərəcə məsuliyyətlə və vicdanla yanaşan tibbi 

personalın bir xəstə yaxını kimi məndə doğurduğu 

minnətdarlıq hissidir. Anamın müalicə aldığı şöbədə 

xəstələrə xüsusi qayğı ilə yanaşılır, bəşəriyyətin ən 

böyük  bəlalarından  olan  bu  xəstəliyin  müalicəsi 

üçün  müasir  üsullardan  məharətlə  istifadə  olu-

nur. Sadaladığım və hələ qeyd etmədiyim bir çox 

müsbət  keyfiyyətlərinə,  təvə zö kar  davranışına  və 

işinə yüksək intel lektual yanaşmasına görə invaziv 

diaqnostika şöbəsinin  müdiri İlqar Allahverdiyevə 

və  anamın  müalicə  həkimi  Ruslan  Məmmədova 

dərin təşəkkürümü bildirirəm. 

Rəhbərlik  etdiyiniz  Milli  Onkologiya  Mərkəzinin 

ən  müasir  avadanlıqlarla  təmin  olunması,  bü-

tün  tibbi  personalın  yüksək  ixtisaslı  mütəxəssis 

kimi yetişməsi üçün yaratdığınız şəraitə görə Sizə 

ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Esmira ABDULLAYEVA,

Terapevtik stomatologiya kafedrasının assistenti, tibb üzrə 

fəlsəfə doktoru 

MİNNƏTDARLIQ HİSSİ İLƏ...



Yüklə 284,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin