20 Yanvar faciəsi milli-azadlıq tariximizin şərəfli səhifəsidir


Q A N   Y A D D A Ş I M I Z



Yüklə 284,98 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix15.03.2017
ölçüsü284,98 Kb.
#11519
1   2   3

Q A N   Y A D D A Ş I M I Z

m

 



1990-cı ilin 20 yanvar faciəsinin növbəti ildönümü tamam olur. 

Həmin hadisələr ilbəil uzaqlaşdıqca bu hadisələrin mahiyyəti, əzəməti 

və zərurəti özünü daha dolğun göstərir. Bəli,  zaman bizi o qanlı faciənin 

dəhşətlərindən uzaqlaşdırdıqca, sanki, üzərimizə daha böyük, daha 

müqəddəs vəzifələr düşürmüş kimi, həmin səhifələri yenidən varaqlayırıq.

...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz 

edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı 

şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, 

nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.

Ulu öndər Heydər Əliyevin

1991-ci il martın 7-də

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı  çıxışından



20 Yanvar faciəsi milli-azadlıq tariximizin  şərəfli səhifəsidir

20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib



http://w w w.amu.edu.az

16 yanvar 2017-ci il

4

Azərbaycan Tibb Universiteti 



(ATU) semestr imtahanlarının 

təşkilində və gedişində 

şəffaflığın tətbiqini təmin edib. 

Belə ki, son illərdə ilk dəfə 

olaraq valideynlər də imtahan 

prosesini əvvəldən axıra qədər 

müşahidə edə bilirlər.

  

Yanvarın ayının 6-dan etibarən imta-



hanı izləmək istəyən hər bir valideynə 

prosesdə iştirak etmək imkanı yaradı-

lıb.  İmtahanlar  ATU-nun  Virtual  Test 

Mərkəzində keçirilir. 

Sınaqdan 

öncə 


Virtual 

Test 


Mərkəzinin  rəhbəri  Şahin  Bayramov 

və  ATU-nun  imtahana  nəzarət  qru-

punun  rəhbəri  Kamandar  Yaqubov 

tələbələrlə görüşüblər, onlara prose-

sin gedişi, qaydalar və şərtlər barədə 

ətraflı məlumat veriblər. Valideynlərə 

də  bildirilib  ki,  obyektivliyin  qorun-

ması  məqsədilə  Azərbaycan  Tibb 

Universitetində imtahanlar insan amili 

olmadan  kompyuterlərdə  test  üsulu 

ilə aparılır. İmtahan zamanı hər tələbə 

öz məxfi kodu ilə sistemə daxil ola-

raq  sualları  cavablandırır  və  sonda 

imtahanın nəticəsini görərək zalı tərk 

edir. İmtahanların gedişinə müşahidə 

kameraları  və  imtahanlara  nəzarət 

qrupunun  əməkdaşları  tərəfindən 

nəzarət olunur.

Valideynlərin  özləri  də  imtahanın 

keçirilməsi, hansı səviyyədə nəzarətin 

olmasını yaxından izləyiblər. Müalicə-

profilaktika fakültəsinin II kurs tələbəsi 

Lamiyə Adışirinlinin atası Ələddin bəy 

gördüklərindən  razı  qaldığını  bildir-

di:  “Mən  imtahanların  test  üsulu  ilə 

keçirilməsini  dəstəkləyirəm.  Çünki 

burada ayrı hansısa kənar qüvvələrin 

təsirinə, müdaxiləsinə imkan verilmir. 

Tələbənin  üzərinə  böyük  məsuliyyət 

düşür.  ATU-rəhbərliyinə  də  təşəkkür 

edirəm  ki,  imtahanların  obyektivliyi 

üçün hər cür şərait yaradılıb”.

Müalicə-profilaktika 

fakültəsinin 

tələbəsi  Fəridə  Şərifzadənin  babası 

Xəlil bəy müasir dövrdə aparılan im-

tahanların daha fərqli və daha şəffaf 

olduğunu  deyir:  “Burada  yaradılan 

imtahan  sistemindən  tamamilə  razı 

qaldım.  Əziyyət  çəkmək  lazımdır  ki, 

bəhrəsini görəsən. Bizim dövrümüzdə 

imtahanlar  daha  asan  idi,  indi  isə 

tələbələrin  işi  daha  məsuliyyətli  və 

çətindir.  Sadəcə  Azərbaycan  dilində 

yetərincə  dərs  vəsaitinin  olmaması 

bizi narahat edir. İnanıram ki, rektor 

bu  məsələnin  həlli  ilə  bağlı  addımlar 

atacaq”.


ATU-nun  I  müalicə-profilaktika 

fakültəsinin  tələbəsi  Səidə  Dadaşo-

vanın atası isə imtahan öncəsi verilən 

məlumatların  kifayət  qədər  dolğun 

olduğunu bildirir: “İmtahan üçün ya-

radılan şəraitə söz ola bilməz. Amma 

arzulayardım ki, test sualları ilə bağlı 

da tələbələrin istəkləri nəzərə alınsın. 

Çünki bəzi sualların verilən cavab va-

riantları tələbələri çox çaşdırır. Ümid 

edirəm  ki,  bu  məsələyə  də  diqqət 

yetiriləcək”.

I  müalicə-profilaktika  fakültəsinin 

tələ bəsi  Gülay  Ömərovanın  anası  da 

imtahan  prosesinin  gedişini  izləyən 

valideynlərdən biridir. O, qızının Pre-

zident təqaüdçüsü olduğunu vurğula-

yır və prosesdən razı qaldığını bildirir.

Müxtəlif  qruplardan  olan  tələbələr 

tamamilə  şəffaf  şəraitdə  onlara  ay-

rılan  1  saat  ərzində  test  suallarını 

cavablandırıblar.  Gənclər  onlara  ay-

rılan vaxt ərzində 50 sualı cavablan-

dırmalıdırlar.  İmtahan  zamanı  yığıla 

biləcək ən yüksək bal 50-dir və Vir-

tual  Test  Mərkəzində  220  kompyu-

ter  tələbələrin  ixtiyarına  verilib.  Gün 

ərzində  bu  mərkəzdə  2500-3000 

tələbənin imtahan verməsi mümkün-

dür.


ATU-da  imtahan  sessiyası  fevralın 

1-dək davam edəcək.

 

Qabil Abdullayev



Fotolar Cənnətalı Çingizindir

Valideynlər imtahanların 

gedişini izləyiblər

ATU


- n u n 

r e k -


t o r u , 

professor Gəray Gəraybəyli 

bu  ərərfədə  semestr  im-

tahanlarının  mütəşəkkil 

keçirilməsi,  aşkarlıq,  ob-

yektivlik  şəraitində  apa-

rılması  ilə  əlaqədar  ola-

raq,  ATU-nun  fakültə 

dekanlarını,  kafedra  və 

şöbə  müdirlərini  əmrin 

məğzi ilə tanış edib və on-

ları  məqsədyönlü  şəkildə 

maarifləndirib.  

Qeyd  edək  ki,  sessiya-

nın  təşkili  ilə  bağlı  rektor 

G.Gəraybəyli  tərəfindən  ATU 

üzrə  586/T  saylı  04  noyabr 

2016-cı il tarixli əmri imza-

lanıb.  Həmin  əmrə  müvafiq 

olaraq universitetin tədris və 

müalicə  işləri  üzrə  prorek-

toru, tədris  şöbəsi, ayrı-ay-

rı  dekanlıqlar  və  kafedralar, 

virtual  test  mərkəzi,  tədris-

metodik və innovasiya şöbəsi 

qarşısında icra olunması çox 

vacib  olan  vəzifələr  qoyul-

muş  və  onlar  bu  vəzifələrin 

öhdəsindən  gəlməyə  çalış-

mış,  nəzərdə  tutulan  əksər 

işlər artıq başa çatdırılmışdır. 

Əmrə  əsasən  imtahanların 

təşkili  ilə  əlaqə dar  operativ 

qərargah yaradılıb.

Bundan əlavə, 2016/2017-

ci tədris ilinin pa yız semest-

ri  imtahanlarının  təşkili  və 

mütəşəkkil  keçirilməsi  ilə 

bağlı    uni versitetdə  dəfə-

lərlə 


toplantılar 

keçiri-


lib,  müzakirələr  aparılıb. 

Həmçinin  payız  semestrinin 

imtahan sessiyasına hazırlıq, 

onun  obyektivlik  şəra itində 

keçirilməsi  fakültə  elmi  şu-

ralarında,  kafedra  əmək-

daş ları  ilə  tələbələrin  birgə 

mü şavirələrində  də  geniş 

mü zakirə olunub. 

Rektorluq  şurasında  apa-

rılan  müzakirələrin  nəticəsi 

kimi  kompyuter  vasitəsilə, 

test  üsulu  ilə  aparılan  imta-

hanların  modernləşdirilməsi 

məqsədilə qərar qəbul edilib 

və I kursdan başlayaraq sual-

ların 50-dən 25-ə endirilməsi 

qərara alınıb. Hər sual 2 balla 

qiy mət ləndiriləcək.  20  sual 

tələ bələrin  nəzərinə  çatdı-

rılan  sual lardandır,  5  sual 

isə qa palı və çoxcavablı ola-

caq.  Beləliklə,  hətta  sualları 

əzbərləyən  tələbə  belə  bü-

tün  hallarda  «əla»  qiymət 

ala bilməyəcək. Tələbə «əla» 

və  «çox  yaxşı»  qiymət  ala 

bilmək üçün dərsliyi oxumalı, 

gündəlik  təhsilinə  ciddi  fikir 

verməlidir.

II-VI 

kurs 


tələbələri 

üçün  isə  sualların  bir  qru-

pu yenidən işlənilib və onlar 

miqdarca artırılıb. 

Hazırda  ATU-da  imta-

han lar  davam  edir.  Bu 

semestrdə  ATU-nun  I  mü-

alicə-profilaktika  fa kül təsi 

üzrə 1996, tibbi-profilaktika 

fakültəsi  üzrə  469,  II  mü-

alicə-profilaktika  fakültəsi 

üz rə  2056,  sto ma tologiya 

fakültəsi  üzrə  752,  əczaçılıq 

fa kültəsi üzrə 377, hərbi tibb 

fakültəsi üzrə isə 479 tələbə 

imtahan verəcəkdir.

Qeyd  edək  ki,  ATU-da 

imtahanlar  dekabrın  29-dan 

start götürüb və cari ilin  fev-

ral ayının 1-nə qədər davam 

edəcək. İmtahanları istənilən 

valideyn  gəlib  şəxsən  izləyə 

bilər. Bunun üçün universitet 

rəhbərliyi  tərəfindən  hər  cür 

şərait yaradılıb.

ATU-da payız semestrinin imtahan sessiyasına start verilib

Dekabrın  26-da  Azərbaycan  Respublikası-

nın  Təhsil  Naziri  “Ali  təhsil  müəssisələrində 

2016/2017-ci  tədris  ilinin  payız  semestri-

nin imtahan sessiyasının təşkili və keçirilməsi 

barədə” 849 saylı əmr imzalayıb. Həmin əmrin 

tələblərinə uyğun olaraq, ATU-da 2016/2017 

ci tədris ilinin payız semestrinin imtahan ses-

siyasına start verilib.


16 yanvar 2017-ci il

http://w w w.amu.edu.az

5

Yanvarın 11-də Azərbaycan 

Tibb Universitetinin Tədris-Te-

ra   pevtik 

Klinikasının 

Kar di olo-

giya şöbəsi innovativ res 

truk-

turizasiya və modernləşmə iş 

lə-

rinin müvəffəqiyyətlə başa çat-

dırılmasından sonra fəaliyyətini 

tam şəkildə bərpa edib.

Qeyd edək ki, klinikanın bu şöbəsinin 

bir  hissəsi  müayinələr,  digər  hissəsi 

isə stasionar müalicə məqsədilə qəbul 

olunmuş  xəstələr  üçün  nəzərdə  tu-

tulub.  Angioqrafiya,  stend  və  baş-

qa  müəyyən  invaziv  müayinələrə 

aid  cihazlar  isə  klinikanın  birinci 

mərtəbəsində  quraşdırılıb.  Kardiolo-

giya  ilə  bağlı  hər  bir  lazımi  və  müa-

sir  avadanlıqlara  burada  rast  gəlmək 

mümkündür.  Kardialogiya  şöbəsində 

xüsusi  qeydiyyat  otağı  və  9  palata 

fəaliyyət göstərir.

ATU-nun  rektoru,  professor  Gəray 

Gəraybəyli  Tədris  Terapevtik  Klinika-

nın yenicə istifadəyə veriləcək kardi-

ologiya  şöbəsi  ilə  tanış  olaraq,  belə 

yeniliklərin  çox  vacib  olduğunu  qeyd 

etdi.  Burada  quraşdırılan  avadanlıq-

larla  tanış  olan  rektor,  mərkəzin  qu-

rucuları və klinika rəhbərliyi ilə bir sıra 

fikir mübadiləsi apardı.

Rektor  G.Gəraybəyli  bildirdi  ki, 

əvvəlcə  ATU-da  təhsil  alan  tələbələr, 

rezidentlər  bu  yeniliklərlə  tanış  ol-

malı,  lazımi  biliklər  əldə  etməlidirlər. 

Rektor  bu  yeni  mərkəzdə  tezliklə 

həkimlər  tərəfindən  aparılan  pre-

invaziv,  invaziv  müdaxilələrin  dərs 

otağına  tələbələr  üçün  translyasi-

ya  edilməsinin  tədrisdə  çox  vacib 

bir  yenilik  olduğunu  qeyd  etdi:  “Bi-

zim  yeniliklərimiz  iki  yönlüdür  –  bir 

tərəfdən xəstə məmnuniyyəti və digər 

tərəfdən  tələbə  təhsili.  Buna  görə 

də  ilk  olaraq,  burada  aparılan  işləri 

tələbələr praktik olaraq görməlidirlər 

ki,  əldə  etdikləri  biliklər  və  praktik 

vərdişlər  onların  dərslərinə  bilavasitə 

kömək  olsun.  Dərs  otağında  belə  bir 

şəraitin yaradılması olduqca vacibdir”.

  Mərkəzin  rəhbəri  Fərid  Əliyev  bil-

dirdi  ki,  Azərbaycanda  texniki  ba-

xımdan müasir olan və hazırda bu cür 

incəlikdə, dəqiqlikdə exokardioqrafiya 

edən, mürəkkəb diaqnostik prosedu-

raları  belə  dəqiqliklə  həyata  keçirən 

ikinci bir mərkəz yoxdur.

Qeyd edək ki, sözügedən mərkəzdə 

Azərbaycanda ilk dəfə olaraq “Trans-

telifonik EKQ holter” müayinəsi ciha-

zı  da  yerləşdirilib.  Bu  aparat  ürəkdə 

baş  verən  gündəlik  dəyişikliklərin 

izlənilməsi  üçün  ən  son  və  ən  yeni 

avadanlıqdır. 

Azərbaycanda  ilk  dəfə  ATU-nun 

Tədris  Terapevtik  Klinikasının  kar-

diologiya  şöbəsinin  poliklinikasın-

da  quraşdırılan  bu  aparat,  eləcə  də 

digər  innovativ  cihazlar  həm  klini-

kada  müayinə  və  müalicə  olunan 

xəstələr, həm də bu müalicə və tədris 

müəssisəsində  təhsil  alan  tələbə  və 

rezidentlər üçün tibb elminin kardio-

logiya sahəsinin ən son naliyyətlərinə 

əsaslanan  unikal  yeniliklərdir.  Bu 

yeniliklərdən hər kəs bəhrələnə bilər.



Tədris Terapevtik Klinikasının kardiologiya 

şöbəsində yeni müayinə cihazı quraşdırılıb

Yanvarın 12-də ATU-nun rektoru professor Gəray 

Gəraybəyli ATU-da keçirilən imtahanlara baxış keçirib.

Rektor  G.Gəraybəyli  imtahanların  gedişi  ilə  maraqlanaraq, 

nəzarətçilər və tələbələrlə söhbətlər aparıb. Tələbələrlə yaxından 

maraqlanan rektor, onların imtahanın gedişi ilə əlaqədar fikirlərini, 

təklif və iradlarını dinləyib.

İmtahanları  istənilən  valideynin  izləməsi  üçün  universitet 

rəhbərliyi tərəfindən lazımi tədbirlər görülüb. Artıq bir neçə vali-

deyn imtahanlarda iştirak edib, yaradılan şəraitlə yaxından tanış 

olublar və bu haqda pozitiv münasibətlərini bildiriblər.

Görüşün sonunda rektor G.Gəraybəyli imtahan aparılan binanın, 

həmçinin digər binaların təhlükəsizliyinin mühafizəsinin təmini ilə 

bağlı tövsiyələrini verib.



İmtahanların gedişi 

rektorun nəzarətindədir

D

ünya Səhiyyə Təşkilatı və ABŞ Milli 



Xərçəng İnstitutu “Tütün və tütün 

sənayesinə nəzarət iqtisadiyyatı” adlı növbəti 

məruzəsini dərc ediblər. Məruzədə deyilir ki

bir milyarddan çox adam siqaret çəkir, insanlar 

siqareti getdikcə daha tez-tez tərgidirlər

lakin siqaret çəkənlərin ümumi sayı əhalinin 

artması hesabına azalmaq bilmir. Buna görə də 

hökumətlər məhdudlaşdırma siyasəti yürütməli

passiv siqaret çəkməni məhdudlaşdırmalı və 

vergiləri artırmalıdırlar.

AZƏRTAC Dünya Səhiyyə Təşkilatına (DST) is-

tinadla xəbər verir ki, DST və ABŞ Milli Xərçəng 

İnstitutunun məlumatlarına əsasən, hər il 6 mil-

yon  adam  siqaret  çəkməyin  fəsadlarından  ölür 

və DST-nin bu məruzədəki proqnozuna görə, bu 

rəqəm 2030-cu ilə qədər artaraq 8 milyon nəfərə 

çatacaq.

Məruzədə çox maraqlı statistika gətirilib. Yaşı 

15-dən çox olan adamların təqribən 21 faizi (1,1 

milyard nəfər) siqaret çəkir. Kişilərin 35 faizi və 

qadınların təqribən 6 faizi siqaretə qurşanıb.

Bununla bərabər, siqaret çəkmək dəbdən dü-

şür. Bütün ölkələrdə, bütün yaş qrupları üzrə və 

gəlirlərdən asılı olaraq getdikcə daha az siqaret 

çəkirlər.  Amma  əhalinin  artması  səbəbindən 

siqaret  çəkənlərin  sayı  azalmır.  Yüksək  gəlirli 

ölkələrdə  yetkinlik  yaşına  çatmayanların  si-

qaret  almaq  imkanları  səmərəli  satış  qayda-

ları  ilə  məhdudlaşdırılıb.  Yoxsul  ölkələrdə  də 

belə  məhdudiyyətlər  tətbiq  edilir,  amma  bu 

məhdudiyyətlər effektiv olmur.

Siqaret  çəkənlərin  təxminən  80  faizi  orta  və 

aşağı gəlirli dövlətlərdə, kobud deyilsə, üçüncü 

dünya ölkələrində yaşayır. Siqaretə qurşananla-

rın təxminən 21 faizi (226 milyon nəfər) çox yox-

suldur.  Bütün  tütün  narkomanlarının  təxminən 

yarısı Cənub-Şərqi Asiyada yaşayır. Şərqi Aralıq 

dənizi  hövzəsi  və  Afrika  ölkələrində  də  siqaret 

çəkənlər çoxdur.

Məruzə  müəlliflərinin  fikrincə,  tütün  çox 

zərərlidir. Hesab olunur ki, bütün dünyada yaşı 

otuz  və  otuzdan  yuxarı  olan  adamlar  arasında 

ölüm hallarının 12 faizinin səbəbi tütündür.

Məruzə müəllifləri siqareti tərgitmək istəyənlərə 

mərkəzləşdirilmiş şəkildə yardım göstərilməsinin 

böyük  əhəmiyyət  daşıdığını  xatırladırlar.  Onlar 

birbaşa iqtisadi faydanı təsdiqləyən tədqiqatlara 

istinad edirlər.

Azərbaycan Tibb Universitetinin tələbələri 

«Gənc Həmkarlar İttifaqı lideri məktəbi» 

kompleks proq 

ramı çərçivəsində keçirilən 

müsabiqə üçün sosial çarx hazırlayıblar. 

«Sağlamlıq - Sağlam Həyat Tərzi» mövzusunda 

hazırlanan bu video gənclərin sağlam həyat 

tərzinə həsr olunub.

10  dəqiqə  davam  edən  video-çarx  ma-

raqlı formatda hazırlanıb. Burada “Sağlam-

lıq  nədir?”  və  “Sağlam  həyat  tərzi  necə 

olmalıdır?”  mövzuları  ümumilikdə  əhatə 

olunub. Videoda gənclərin qida seçimi, fizi-

ki məşğuliyyətləri, gündəlik davranışlarında 

yol  verdikləri  səhvlər  açıq-aşkar  göstərilib, 

tələbələr  qınağa  çəkilib.  Burada  fast-food 

ziyanları,  az  hərəkət  etməyin  fəsadları  və 

digər məqamlar haqqında məlumat verilib.

ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin 

bu layihəsi komitənin sədri Elşad Novruzo-

vun birbaşa iştirakı və dəstəyi ilə baş tutub. 

Çarxın  yaradıcı  heyəti  ATU  tələbələrindən 

ibarətdir. Layihə müəllifləri Malik Şükürlü və 

Nuran Sadəddinli, rolların ifaçıları isə Orxan 

Aslanlı, Əvəz Zeynallı, Nigar Əhmədova, Nu-

ran  Sadəddinli,  Dursun  Həsənov  və  Füzuli 

Namazov olublar.

ATU tələbələri fastfood-un ziyanlarını açıqladılar

ATU tələbələri fastfood-un ziyanlarını açıqladılar

ATU-nun mətbuat xidməti


http://w w w.amu.edu.az

16 yanvar 2017-ci il

6

Qalib  Qarayev-70



Mütəxəssis sözü

u

 



 

Son zamanlar hər kəsi narahat 

edən və müxtəlif xəstəliklərin 

təzahürü kimi meydana çıxan 

əlamətlərdən biri də baş ağrılarıdır. 

Bunun səbəbləri nədir? Səhiyyə Na-

zirliyinin baş nevroloqu, tibb elmləri 

doktoru, nevrologiya və tibbi genetika 

kafedrasının müdiri, professor Şərif 

Mahalov bu gün hər kəsi narahat edən 

baş ağrılarından danışır.

– Şərif müəllim, son zamanlar hər 

birimizi narahat edən və müxtəlif 

xəstəliklərin təzahürü kimi meydana 

çıxan əlamətlərdən biri də baş 

ağrılarıdır. Bunun səbəbləri nədir?

– Baş ağrısı – həkimlik təcrübəsində ən çox 

rast gəlinən şikayətlərdir. Bu hal təkcə başda 

deyil,  bütün  orqanizmdə  narahatlıq  hissi  ilə 

müşayiət olunur. Baş ağrılarını 2 əsas kateqo-

riyaya  bölmək olar: birincili və ikincili.

Birincili  baş  ağrılarına–miqren,  gərginlik 

baş  ağrıları,  klaster  baş  ağrıları,  struktur 

dəyişiklik  ilə  əlaqəsi  olmayan  müxtəlif  tip 

baş  ağrıları  aiddir.  Simptomatik  baş  ağrı-

larına  isə  başın  travması,  damar  patologi-

yası,  kəllədaxili  qeyri-damar  patologiyası, 

müəyyən  maddələrin  qəbulu  və  ya  onlardan 

imtina,  infeksiya,  metabolik  pozğunluqlar, 

kəllə, boyun, göz, burun, burun ətrafı ciblər, 

diş, ağız və digər kəllə və üz strukturlarının 

patologiyası ilə əlaqədar olan baş ağrıları aid 

edilir.

Baş  ağrılarının  çox  səbəbləri  var.  Bunlar 



arterial təzyiqin dəyişməsi, baş beynin iltiha-

bı, travması və şişləri, nevralgiyalar, vegetativ 

disfunksiya, gün və istivurma-intoksikasiyası 

və s. Baş ağrıları qədər müxtəlifliyi olan baş-

qa əlamət yoxdur.

Baş  ağrıları  uzunmüddətli,  göynədici, 

kəskin,  eyni  zamanda  dözülməz  olmaq-

la  bütün  başı  əhatə  edə  və  ya  ancaq  gicgah 

nahiyəsində lokallaşa bilər.

İkitərəfli  göynədici  baş  ağrıları  bir  sıra 

hallarda  arterial  hipotoniyanı  müşayiət  edir. 

Bu  tip  baş  ağrıları  adətən  yuxudan  sonra 

səhər  saatlarında  meydana  gəlir  və  gicgah 

nahiyələrini əhatə edir.

– Psixogen baş ağrıları necə yaranır?

–  Bu  növ  baş  ağrıları  da  son  vaxtlar  çox 

geniş  yayılıb.  Bu  ad  altında  psixiki  və  fizi-

ki  xarakterli  gərginlik,  o  cümlədən  həyəcan 

vəziyyətində və depressiyada meydana gələn 

baş  ağrıları  birləşdirilir.  Belə  hallarda  ağ-

rının  xarakterini  təsvir  etmək  çətin  olur. 

O, göynədici, sıxıcı, ənsə, alın və ya gicgah 

nahiyələrində  məhdudlaşa,  həmçinin  bütün 

başı əhatə edə bilər.

Baş  ağrısı  miqrenin  əsas,  hətta  yeganə 

təzahürüdür. Miqrenin bir sıra formaları var. 

Bu  zaman  ağrı  üzdə  meydana  gələ,  qəfləti, 

qısamüddətli və intensiv (“İldırımsürətli”) ola 

bilər. Bəzən ağrılar biri digərini əvəz edərək 

bir neçə gün davam edə, ürəkbulanma və qus-

ma ilə müşayiət oluna bilər.

Xorton (histamin) baş ağrıları periodik ola-

raq qısa tutmalarla (15 dəqiqə – 2 saat) təzahür 

edir. Adətən, belə baş ağrıları ya gecə vaxtı, 

ya  da  səhər  meydana  gəlir.  Ağrı  çox  güc-

lü,  yandırıcı,  deşici  olur,  qəflətən  meydana 

gəlir  və  başın  bir  tərəfində  göz  nahiyəsində 

məhdudlaşır.  Xorton  baş  ağrıları  əsasən  20 

yaşdan yuxarı kişilərdə rast gəlinir.

Əgər  baş  ağrıları  zökəm  əlamətləri  ilə 

təzahür edirsə, bu hal beyin qişalarının iltiha-

bı – meningit haqqında düşünməyə əsas ve-

rir. Meningit zamanı baş ağrıları güclü olur, 

gözə  təzyiq  edə,  ürəkbulanma  və  qusma  ilə 

müşayiət oluna bilər. 

-Son  zamanlar insanlar qəfləti 

başlayan kəskin baş ağrılarından 

əziyyət çəkirlər. Bunun səbəbləri nədir?

– Qəfləti başalayan kəskin baş ağrıları (hu-

şun itməsi və bədənin müəyyən nahiyəsində 

hissiyyatın itməsi ilə gedən) baş beyinə qan-

sızma zamanı meydana gəlir. Adətən, bu hal 

arterial təzyiqin yüksəlməsi və beyin damar-

larının  aterosklerozu  zamanı  ortaya  çıxır. 

Ona görə belə hallarda “Təcili yardım”ı vax-

tında çağırmaq lazımdır.

Əgər baş ağrısı qəflətən meydana gəlir, tez 

zamanda müntəzəm və intensiv olursa, nevro-

loqa müraciəti gecikdirmək olmaz. Belə ağrı 

baş beyin şişlərinin ilkin əlaməti də ola bilər.

Adətən,  baş  ağrısı  kəllə  nahiyəsindən 

kənara  çıxmır.  Məsələn,  boyun  nahiyəsinin 

osteoxondrozu,  spondiloartriti,  radikulit  çox 

vaxt baş ağrıları ilə müşahidə olunur. Alın və 

gicgah nahiyəsində olan ağrılar burun ətrafı 

ciblərdə  olan  iltihab  –  haymorit  və  ya  fron-

tit zamanı ola bilər. Baş ağrısı və üzdə olan 

keyimə,  adətən,  üçlü  sinirin  nevralgiyası  və 

üz sinirinin neyropatiyası zamanı olur.

Baş ağrılarının digər forması toksiki baş ağ-

rısıdır. Bu hal bəzi maddələrlə zəhərlənmələr 

və  ya  dərman  preparatlarının  qəbulundan 

sonra yarana bilər.

Axıcı  baş  ağrıları  tam  sağlam  insanlarda 

qapalı  məkanlarda  meydana  gələ  bilər 

(beyinə oksigen çatışmazlığı nəticəsində). 

Bu hal dəm qazı, avtomobil qazları, boya 

buxarlanması,  kəskin  ətirlər  tərəfindən 

baş verə bilər. Güclü baş ağrıları gün və 

istivurma zamanı da yaranır.

Gördüyünüz  kimi,  baş  ağrılarının  bir 

çox səbəbləri var. Bu, təəccüblü hal deyil, 

çünki  ağrı  orqanizmin  təhlükə  anında 

verdiyi siqnaldır. Belə siqnallarda ağrının 

baş  beyni  və  onun  ətrafındakı  toxuma-

larla əlaqəli şəkildə yayılması daha ciddi 

əlamət kimi sayılmalıdır.  

– Bəs baş ağrıları zamanı müxtəlif 

dərmanlardan istifadə etməyin nə 

kimi təhlükəsi var?

–  Belə  vəziyyətdə  çox  miqdar-

da  ağrıkəsici  preparatlar  qəbul  etmək 

təhlükəlidir.  Bu,  ciddi  fəsadlarla  nəticələnə 

bilər.


Bundan başqa, analgetiklərin uzun müddətli 

qəbulu  baş  beynin  ağrı  əleyhinə  mərkəzinin 

süstləşməsinə  və  yeni  azbus  (dərmanlar 

tərəfindən  törənən)  baş  ağrılarının  meyda-

na gəlməsinə səbəb ola bilər. Baş ağrılarının 

profilaktikası  məqsədi  ilə  beyin  damarlarını 

yüngül  fiziki  yüklə  məşq  elətdirmək,  təmiz 

havada olmaq, dərmanlardan hədsiz dərəcədə 

istifadə  etməmək  lazımdır.  Əgər  baş  ağrısı 

davamlı  olarsa,  özü-özünü  müalicə  etməklə 

məşğul  olmaq  əvəzinə,  təxirə  salmadan 

nevroloq-həkimə müraciət etmək lazımdır.

Pərvin ARZUQIZI

Baş nevroloq: Qəflətən yaranan baş ağrıları 

beyin şişlərinin ilkin əlaməti ola bilər


Yüklə 284,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin