Davamiyyət və punktuallıq Şagirdlər



Yüklə 18,49 Kb.
səhifə1/3
tarix19.04.2023
ölçüsü18,49 Kb.
#100415
növüQaydalar
  1   2   3
yeni qaydalari


A – şagird davranış qaydaları
Davamiyyət və punktuallıq
Şagirdlər:

1.1. ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonunadək müəssisəni tərk etməməli;


1.2. hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);
1.3. hər bir dərs zəngindən öncə sinif otağında olmalı;
1.4. təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;
1.5. buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli1;
1.6. buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi hallar istisna olmaqla) təqdim etməlidirlər.


Geyim və xarici görünüş
Şagirdlər:
2.1. şəxsi gigiyena qaydalarına riayət etməli;
2.2. dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;
2.3. ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.);
2.4. geyim səliqəli və təmiz olmalı;
2.5. uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı;
2.6. fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Aşağıdakılar qadağandır:
Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.
Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlarla bağlı daha dəqiq daxili qaydalar tərtib etmələri tələb olunur.
Təhlükəsizlik
Şagirdlər:
3.1. dərs gününün sonuna kimi ümumi təhsil müəssisəsinin ərazisində qalmalı, müəyyən edilmiş vaxtda oranı tərk etməli;
3.2. tədris binasının daxilində qaçmamalı, koridor və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməli;
3.3. pəncərə altlığında oturmamalı və pəncərədən çölə əyilməməli;
3.4. fənn laboratoriyaları, idman zalı, kitabxana və yeməkxana kimi məkanlarda müvafiq təhlükəsizlik qaydalarına riayət etməli;
3.5. məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, ekskursiyalarda məktəbin qaydalarına riayət etməli;
3.6. fövqəladə hallar (məsələn, yanğın, zəlzələ və s.) üçün ümumi təhsil müəssisəsinin qaydalarına riayət etməli;
3.7. “Şagirdlər üçün giriş qadağandır” yazısı ilə işarələnmiş ərazilərə (məsələn, mətbəx, texniki otaq, dam, zirzəmi, arxiv, qazanxana, server otağı və s.) daxil olmamalıdırlar.

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin