Etik davranış
Şagirdlər:
6.1. Azərbaycan Respublikası dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmət etməli;
6.2. məktəbin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməli;
6.3. yoldaşları və böyüklər haqqında şəxsi məlumatların məxfiliyini pozmamalıdırlar.
Aşağıdakı davranışlar yolverilməzdir:
6.4. böhtan atmaq və həqiqəti gizlətmək;
6.5. məktəbin sənəd və ya məlumatlarını dəyişdirmək, saxtalaşdırmaq və zərər vermək;
6.6. akademik nəticələrini saxtalaşdırmaq, bu məqsədlə məktəb heyətinə pul, hədiyyə və ya digər maddi nemətlər təklif etmək;
6.7. qeyri-qanuni dərman vasitələrini məktəbə gətirmək, başqalarına təklif etmək və ya satmaq;
6.8. summativ qiymətləndirmə qaydalarını pozmaq;
6.9. sinif və ev tapşırıqlarını yerinə yetirərkən, həmçinin summativ qiymətləndirmə zamanı plagiatlıq və ya köçürmək;
6.10. alqı-satqı, əşyaların dəyişdirilməsi və ya qumar oynamaq;
6.11. qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq;
6.12. dini və ya siyasi baxışları təbliğ etmək;
6.13. şagird yoldaşlarına qarşı qısnamaya (bullinq) yol vermək
Dostları ilə paylaş: |