Fakültə: Tİf fənn: İqtisadiyyat Qrup: 771A1



Yüklə 52,44 Kb.
tarix28.04.2022
ölçüsü52,44 Kb.
#56534
Rzayeva Gülzər 771A1 (1)


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Memarlıq və İnşaat Universiteti




Fakültə: TİF

Fənn: İqtisadiyyat

Qrup: 771A1

Müəllim: Kərimov Əbülfət

Tələbə: Rzayeva Gülzər

Marksist pul tədavülü qanunu

Karl Marks yeni bir siyasi iqtisad məktəbinin – marksist siyasi iqtisad elminin yaradıcısıdır. Şah əsəri olan “Kapital” əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermişdir. O, “kapitalın dinc yolla yaranması” ideyasına zərbə endirərək, ilkin kapital yığımı prosesinin bilavasitə maddi nemətlər istehsal edənlərin, cəmiyyətin sərvətini yaradanların zorakılıq yolu ilə istehsal və yaşayış vasitələrindən məhrum edilməsi ilə yarandığı fikrini iddia etmişdir.

Marks kapitalist istehsalına istehsal prosesinin və tədavülün vəhdəti kimi, əmtəə istehsalına kapitalizm cəmiyyətinin “iqtisadi hüceyrəsi” kimi baxmışdır. O yazırdı ki, “kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti” külli əmtəə yığını kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Kapitalist istehsal üsulunu tədqiq edərkən o, dialektik və tarixi materializm metodundan istifadə etmişdir.

İqtisadi təlimlər tarixində ilk dəfə Marks bütün ictimai istehsalı iki bölməyə: istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalına ayırmışdır. Onun təliminə əsasən, bütün cəmiyyətlərin əsasını maddi istehsal, maddi istehsalın əsasını isə məhsuldar qüvvələr təşkil edir. İqtisadçı istehsal vasitələrinə sahib olan təbəqəni burjuaziya, bunlardan məhrum olan və burjuaziya tərəfindən əmək haqqı qarşılığında istismar edilənləri proletariat, bu iki təbəqə arasında olanları isə orta sinif adlandırırdı. Öz baxışlarında sinfi mövqedən çıxış edən Marksın fikrincə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və proletariat xüsusi mülkiyyəti ləğv edə bilər. Proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.

Marks ilk dəfə olaraq göstərirdi ki, kapital mübadilə dəyəridir və mənfəət gətirir, kapitalın hərəkəti istehsal prosesi ilə başa çatmır, o, tədavüldən öz hərəkətini başlayır və tədavül vasitəsilə mövcudluğunu saxlayır. İlk olaraq marksizm təlimində kapitalın iki bölgüsü aparılmışdı: sabit (kapitaldan əsas kapitalın aşınmasına və xammal məsrəfinə hesablanan məbləğ) və dəyişən (muzdlu işçilərə verilən əmək haqqı) kapital.

Əməyə hər cür istehsalın daimi zəruri şərti kimi baxan Marks ilk dəfə olaraq əməyin ikili xarakterini – faydalı əmək kimi konkret əməyi və insanın fiziki və mənəvi qüvvələrinin məsrəfi kimi abstrakt əməyi göstərmişdir. Marks göstərirdi ki, dəyər istehsal fəaliyyətilə əlaqədar olaraq təzahür edən münasibətdir və ona sərf olunan əməyin miqdarını ifadə edir. Məhz mübadilə prosesində ümumi əməyin təzahür forması olan pul yaranır və dəyərin pulla ifadəsi olan qiymət təzahür edir.

Marksın fikrincə, izafi dəyər mübadilə prosesində pul tərəfindən yaranmır, o, əmək prosesində muzdlu işçi tərəfindən yaradılan “ödənilməmiş” əməkdir. Mütləq və nisbi izafi dəyər haqda fikirlərində iqtisadçı göstərirdi ki, mütləq izafi dəyər istehsalı əməyin formal olaraq kapitala tabe olmasına uyğun gəlir. Muzdlu əmək sahibi özünün və ailəsinin yaşaması üçün zəruri əmək sərf edib əvəzində əmək haqqı almaqla yanaşı, izafi əmək sərf etməklə izafi məhsul, yəni izafi dəyər yaradır ki, bu izafi dəyəri də kapitalist mənimsəyir. İqtisadçı mənfəətin izafi dəyərin çevrilmiş forması olduğunu və ondan törədiyini bildirirdi. Marksa görə, muzdlu fəhlənin əməyi ilə yaradılan və mürəkkəb mexanizm olan izafi dəyərin müxtəlif kapitalist qrupları arasında mənfəət qanunu ilə tənzimlənən bölgüsü nəticəsində əmək prosesində iştirak etmədən sənayeçi kapitalist mənfəəti, ticarət kapitalisti ticarət mənfəəti, borc kapitalisti faiz, torpaq sahibləri isə renta əldə edirlər. Burjua dövləti isə vergilər hesabına varlanır. O, mülkiyyətdən əldə olunan gəliri qazanılmamış gəlir kimi izah edirdi.

Karl Marksın iqtisadi təlimi ümumdünya iqtisadi fikrinin mühüm tərkib hissəsi olmuş, apardığı geniş, dərin və tənqidi araşdırmalar isə ona olduqca böyük nüfuz qazandırmışdır.

P.S. Filosof, sosioloq, iqtisadçı, yazıçı, şair, jurnalist, ictimai xadim və fəhlə sinfinin lideri olan Karl Marks çoxuşaqlı və kasıb olub və heç yerdə işləmirdi. Şübhəli dairələrdə üzv olması səbəbindən ona vəzifələrdə işləməyə imkan verilmirdi. O, həyat yoldaşının öz valideynlərinin zinət əşyalarını lombarda verməsi ilə əldə edilən vəsait hesabına yaşayırdı. Tez-tez kömək üçün 1844-cü ildə tanış olduğu və ömürlük dostu (40 illik), uğurlu biznesmen olan Fridrix Engelsə müraciət edirdi. Marksın diqqətinin işçi sinfinə yönəlməsi də məhz Engelsin sayəsində olmuşdur.

Deyilənlərə görə, Marks şəxsi həyatda çox pinti, bərbad ev sahibi, çox içən və tez sərxoş bir şəxs olub. O, az hallarda yuyunur və paltarlarını dəyişirmiş. Marks mənzil kirayə götürərkən hakimiyyət orqanlarının onu izləməsini çətinləşdirmək üçün tez-tez təxəllüsdən istifadə edirdi. Parisdə olarkən “Misyö Ramboz”, Londonda isə məktublarını imzalayarkən “A.Uilyams” adlarından istifadə edirdi. Uşaqları onu “Köhnə Nik” və ya “Çarli” çağırırdı. Marks dostu Engelsə “General” ləqəbini vermişdi.

Özünü inqilabçı və burjuaziyanın “qəbir qazan”ı sayan Karl Marks karyerasına sadəlövh romantik şair kimi başlayıb. O, özünü David Rikardonun intellektual varisi hesab etmişdir. Onun dəfn mərasimində cəmi on nəfər adam iştirak edib.

Marks bəşər tarixində ən çox oxunan və ən nüfuzlu, eləcə də sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri kimi tanınır.

Pul tədavülü qanunu K.Marks tərəfindən formalaşdırılmışdır. Özünün “Kapital” əsərində K.Marks iqtisadi göstəricilər olan pul kutləsı, mal və xidmətlərin, kreditin, qarşılıqlı və nagdsız ödəmələrin qiymət məbləği və pulun dövretmə sürətinin qarşılıqlı iqtisadi asılılığının elmi açıqlamasını vermişdir. Bu qarşılıqlı əlaqə iki növ asılılığın məcmusu kimi başa düşülür:


  • Todavül vasitəsi kimi lazım olan pulun miqdarı ilə realizə olunan mal və xidmətlərin qiymət məbləği arasındakı birbaşa asılılıq;

Tədavül vasitəsi kimi lazım olan pulun miqdan ils pulun dövretmə sürəti arasındakı tərsinə asılılıq.

B
ütün bunları aşağıdakı formulla göstərmək olar:

Burada: K-tədavül vasitəsi kimi lazım olan pulun miqdarı;

S realizə olunan mal va xidmətlərin qiymət məbləği:

C-tədavül vasitəsi kimi pulun dövrlərinin orta sayı (pulun dövretmə sürəti).

P
ulun tədiyə funksiyasının ortaya çıxması ilə əlaqədar olaraq bu düstur bir qədər qəlizləşdi və pulun tədavüldəki miqdarını müəyyən edən qanun aşağıdakı kimi formalaşmış oldu:

Burada: S1-mal və xidmətlərin qiymət məbləği;

S2- kreditə satılmış malların qiymət məbləği;

S3 öhdəliklər üzrə ödəmələrin məbləği;


  • Qarşılıqlı ödəmələr.

Beləliklə, görürük ki, tədavül üçün lazım olan pulun miqdarına bir sıra faktorlar təsir edir: - istehsal şərtlərindən asılı olan və tədavüldə olan malların miqdarına təsir edən faktorlar;

  • Mal və xidmətlərin qiymət səviyyəsini müəyyən edən faktorlar;

  • Pulun dövretmə sürətinə təsir edən faktorlar;

  • Kreditin inkişaf səviyyəsinə təsir edən faktorlar;

  • Nağdsız hesablama sisteminin inkişafına təsir edən faktorlar.

Pulun dövretma sürəti (pulun tedavül sürəti) pulun tədavül və tədiyə

Funksiyasını yerinə yetirdiyi zaman pul hərəkətinin intensivliyinin göstəricisi olub, il ərzində, hər bir dövrü gəlirlərin xərclərinə xidmət edən, pul kütləsinin dövrlərinin sayını göstərir. Bununla da P.Samuelsonun hesab etdiyi kimi, pulun il dövretmə sürəti gəlirlərin dövretmə sürətini göstərir.

Qərb ölkələrinin əksəriyyətində pulun dövretma sürəti iki göstərici ilə müəyyənləşir:

1.Gəlirlərin dövriyyəsində dövretmə sürətinin göstəricisi:

2. Tədiyə dövranında pulun dövriyyəliyinin göstəricisi:

Aydındır ki, metal pul tədavülü dövründə pulun dəfinə funksiyası vasitəsilə tədavüldə pulun miqdarı avtomatik olaraq tənzimlənirdi. Yəni, əgər pula tələbat azalırdısa, artıq pullar dəfinəyə yığılırdı. Əksinə, əgər pula tələbat artırdısa, o zaman dəfinədən tədavülə əlavə pul buraxılırdı. Elə buna görə də tədavüldə pulun miqdarı həmişə lazımi səviyyəsini saxlaya bilirdi.

Həmçinin onu da qeyd etmək lazımdır ki, əgər tədavüldə qızıla xırdalanmaya bankotlar və ya kağız pullar dövr edərsə və buraxılan bu pulların miqdarı tədavül üçün lazım olan qızıl pulların miqdarına bərabər olarsa, bu zaman da heç bir problem çıxmaz. Belə ki, kağız pullar bu zaman ideal şəkildə qızıl pulları əvəz etmiş olar. Lakin problem o zaman qalxır ki, heç bir şeyla məhdudlanmayan kağız pul emissiyası pul tədavülü qanununu pozmuş olur, todavül kanalları artıq pullarla dolur ki, bu da son nəticədə ölkədə inflyasiyanın yaranmasına səbəb olur.

Əlbəttə ki, pulun dövretmə sürətinin dəyişməsi ham ümumi iqtisadi amillərdən, həm də monetar amillərdən asılıdır.

1990-cı ilədək Sovet Ittifaqının maliyyə siyasəti K.Marksın və V.I.Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdır. Sosialist dövlətinin mahiyyəti haqqında Marksist-leninçi nəzəriyyəsində dövlətin maliyyə siyasətinin başlıca prinsipi – maliyyə resurslarının dövlətin əlində mərkəzləşdirilməsindən ibarət idi.

O dövrdə SSRI-nin iqtisadiyyatının inkişafı üçün üç əsas ümumdövlət pul fondu aradılmışdı. Maliyyə resurslarının əsas hissəsi ümumdövlət maliyyə fondunda dövlət büdcəsində mərmkəzləşdirilmişdi. Büdcəyə vəsaitlərin daxil olmasının başlıca mənbəyi isə vergilər idi. Əhəmiyyətinə görə ikinci ümumdövlət pul vəsaiti fondu dövlət əmlak və şəxsi sığorta idi. Sığorta fondu sığorta etdirənlərin məcburi və könüllü haqları hesabına formalaşırdı. Üçüncü ümumdövlət fondu dövlət sosial sığorta fondu idi. O, müəssisələrin, təşkilatların və muzdlu işçi qüvvəsindən istifadə edən şəxslərin haqları hesabına formalaşırdı. Büdcə gəlirlərinin tərkibində xüsusi çəki etibarilə ikinci yeri mənfəətdən ayırma tuturdu. Mənfəətin bölgüsündə onun 28%-i müəssisənin sərəncamında qalırdı.



Mənfəətin 72 %-i büdcəyə köçürülürdü. Bunun da nəticəsində vergi ödəyicisinin maliyyə vəziyyəti pisləşirdi. Sovet Ittifaqının dağılması respublikalar, xüsusilə Azərbaycan üçün gözlənilməz və birdən-birə baş verdi. Ittifaqın dağıldığı gün respublikanın iqtisadiyyatı da tamam dağıldı. Respublika iqtisadiyyatının qəflətən dağılması və belə vəziyyətdə yeni bir ictimai quruluşun yaranması, buna heç cür hazır olmamaq respublikanı bir daha ağır iqtisadi böhran məngənəsinə sürüklədi. Dövlət büdcəsi ilbəil kəsirli olmaqda davam edirdi. Belə vəziyyətdə iqtisadiyyatı xilas etmək üçün tamamilə yeni məzmunlu və çevik formalı əsaslı islahatların aparılması zəruri idi.

Pulun dövretmə sürətinin aşağı salınması prosesi ölkənin pul-kredit siyasəti baxımından əldə etdiyi nailiyyətlərdən hesab olunur. Bu prosesə bank sektorunun vəziyyətinin yaxşılaşdırılması, müəssisə və əhalinin gəlir saviyyəsi və s. Təkan verə bilər. Lakin bank sisteminin likvidlik səviyyəsi bir o qədər də qənaətbəxş olmadıqda bununla əlaqədar əhalidə banka etibar azalır. Əhalinin gəlir səviyyəsi şəxsi əmanətlərin əhəmiyyətli həcmdə olması üçün nəzərdə tutulan səviyyədə olmadıqda da banka müraciət azalmış olur. Buna görə də iqtisadi agentlər ölkada inflyasiya prosesinin yenidən yüksəlməsinə və başqa pozitiv iqtisadi proseslərin dönməzliyi haqda arxayınlıqla proqnoz verə bilmirlər. Bu şübhələrin aradan qaldırılması üçün Milli Bank hakimiyyət və ölkənin qanunverici orqanları ilə birgə pul kütləsinin yaxşılaşması hər cür riskin azaldılması məqsədi ilə çox böyük işlər görməlidir.
Yüklə 52,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin