Protokol No :
Adı Soyadı :
Cinsiyeti : □ E □ K
Doğum Tarihi :
Tarih :
|
ÜMUMİ ANESTEZİYA MƏLUMATLANDIRILMIŞ XƏSTƏ RAZILIQ FORMASI
Hörmətli Xəstəmiz;
Tətbiq olunacaq olan cərrahi əməliyyat zamanı edilənləri və ağrını hissetməməyiniz məqsədiylə sizə ümumi anesteziya tətbiq edəcəyik. Bu proqramlar elmi və etik olaraq bütün dünyada qəbul edilmiş tətbiqlərdəndir.
Sizə, anestezioloqunuz uygun bilərsə əməliyyatdan qabaq, əməliyyata hazırlıq məqsədiylə, əməliyyatxanaya alınmadan qabaq bir dərman veriləcəkdir. Bu dərman, ağız quruluğu, müvəqqəti yaddaş itməsi və yuxululuq verə bilər.
ÜMUMİ ANESTEZİYA TƏTBİQ EDİLMƏSİ
Əməliyyatxanaya alındığınız zaman;
-
Ürəyinizin vəziyyətini qiymətləndirmək üçün bədəninizə EKQ elektrodlar yapışdırılacaq,
-
Fizoloji məhlul taxılması üçün damarınıza xüsusi bir iynə ilə giriləcək,
-
Barmağınıza qanın oksigenlə təchizini göstərən bir cihaz taxılacaq,
-
Qolunuza tanometr bağlanacaqdır və ya arterial qanula taxılacaqdır.
Bunlardan başqa anestezioloq lazım bildiyi xüsusi tədbirləri görə bilər. Əgər aparılmasına qərar verilirsə, bu proseslər sizə ətraflı anladılacaqdır.
Damarınıza taxılacaq iynədən veriləcək dərmanlarla və ya maskadan verilən oksigen və keyidici qaz qarışığı ilə yatmanız təmin ediləcək, lazım olsa dərmanlarla tənəffüs durdurularaq aparat köməyiylə tənzim olunacaq. Bu əməliyyatları xatırlamayacaqsınız. Anesteziyanın davamlılığı üçün lazım bilinərsə nəfəs borunuza taxılacaq boru vasitəsilə oksigen və keyidici qaz verilməsinə davam ediləcəkdir.
Bu işləmlərden sonra əməliyyata başlanmasına icazə verilecek, əməliyat müddətində həyati funksiyalarınız davamlı olaraq izlənəcekdir. Lazım olduqda dərman istifadə və tənzimləmələri həyata keçiriləcəkdir. Əməliyyat bitdikdən sonra, sizə verdiyimiz oksigenden başqa qalan qaz və dərmanları təyinatını kəsəcəyik. Bəzi dərmanların təsirlərini dayandıran dərmanlar verəcəyik. Əgər taxılmışsa boğazınızdaki borunu çıxaracağıq. Vəziyyətinizi təqib etmək üçün oyadılma otağına alacağıq. Tam oyandığınıza qərar verildikdən sonra cərrahi şöbəyə göndəriləcəksiniz.
Ümumi anesteziya əsnasında ortaya çıxa biləcək problemlər, səbəbləri və bəzı qarşısını alma tədbirləri bunlardır:
-
Tənəffüslə əlaqəli olanlar:
|