Bütün digər dərmanlarda olduğu kimi anesteziya tətbiqində istifadə edilən dərmanlar da bəzi allergik reaksiyalar ortaya çıxara bilər.
Dərmanların digər arzuolunmaz təsirləri
Təzyiq düşməsi və ya artması
Nəbiz düşməsi və ya artması
Ürək və tənəffüs dayanması
Temperatur yüksəlməsi (Malign Hipertermiya): Bəzi insanlarda çox nadir hallarda "1 / 10.000" qarşısı alına bilinməyən temperatur yüksəlməsi inkişaf edə bilər və bu vəziyyət, ən geniş imkanları olan yerlərdə belə, yüksək nisbətdə ölümcüldür.
Digər:
Əməliyyat əsnasında verilən pozisiya ilə əlaqədar problemlər:Əməliyyat zamanı hərəkətsiz və eyni pozada uzun müddət yatmaqla əlaqədar sinir əzilmələri, üzüstə yatmağa bağlı üz, sinə və s. kimi orqanlarda əzilmə, gözdə zədələnmə ola bilər.
Əməliyyatınız əsnasında qanayan damarları yandırmaq üçün istifadə edilən koter cihazında meydana gələ biləcək nasazlıqların nəticəsində çox nadir olaraqbədəninizdə yanıqlar meydana gələ bilər.Yuxarıda sadalanan səbəblər anesteziya riskinə təsir edən faktorlardır. Ümumi anesteziyaya bağlı ölüm nisbətini təyin etmək çətin olmaqla yanaşı 1/10.000 ilə 1/250 000olaraq qəbul edilməkdədir. Bütün anesteziya əməliyyatları əsnasında və ya sonrasında gözlənilən və ya gözlənilməyən əlavə təsir və ya daimi və müvəqqəti problemlərin qarşısının alınması üçün maksimum tədbirlər görülməlidir.
Yuxarıda izah olunanlarla əlaqədar aydın olmayanlarıanlamaq və ya daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa anestezioloqunuza sual veriniz.