Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №4 2020(44)
101
Müəllimin pedaqoji mədəniyyəti və onun
peşə keyfiyyətlərinin mühüm şərti kimi
Könül Fikrət qızı Qüdrətli
Bakı Qızlar Universiteti
E-mail: k.gudratli@gmail.com
Rəyçilər: p.ü.e.d., prof. H.H. Əhmədov,
p.ü.f.d., dos. P.M. Həsənova
Açar sözlər: müəllim,
səriştəlilik, peşə, mədəniyyət, humanizm
Ключевые слова: педагог,
компетенция, профессия, культура, гуманизм
Key works: teacher, competence,
professional, culture, humanism
Müəllim! Bu nadir və müqəddəs peşə qədim və çox əhəmiyyətli sahədir. İnsanın həyat
fəaliyyətini işıqlandırır. Cəmiyyətin inkişafında böyük rol oynayır.
Müəllim həyata şüurlu
münasibət göstərir.
Müəllimin ümumi mədəniyyətinin tərkib hissələrindən biri olan pedaqoji peşə mədəniy-
yəti onun peşəkarlığında və səriştəliliyində mühüm yer tutur. Ümumi mədəniyyət, kulturoloji
səriştə, yaradıcı pedaqoji təfəkkür, yeni pedaqoji texnologiyalardan istifadə bacarıqları və s.
kimi amillər vardır ki, müəllimin pedaqoji peşə mədəniyyəti bunlardan qaynaqlanır və bır sıra
səmərəlilik göstəricilərində ifadə olunur. Müəllimin peşə səriştəliliyinə və peşəkarlığına malik
olmasının əsas atributlarında biri onun peşə mədəniyyətinə yiyələnməsidir. Pedaqoji peşə mə-
dəniyyəti müəllimin ümumi mədəniyyətinin
tərkib hissəsi olub, onun şəxsi keyfiyyətlərini,
nüfuzunu, peşəkarlığını, pedaqoji ustalığını və s. özündə birləşdirən keyfiyyətlərin məcmu-
sundan ibarətdir. Hər bir peşənin daxil olduğu peşə qrupları, əmək obyekti və əmək predmeti,
onların özünəməxsus spesifik xüsusiyyətlər olduğunda peşə mədəniyyəti bu peşələrin reallaş-
ması şəraitində özünü göstərə bilir. Peşənin qarşısında duran vəzifələr həm də həmin peşənin
mədəniyyətini özündə ehtiva etdirir. Başqa sözlə desək, peşə mədəniyyəti özünü müəyyən bir
peşənin və ya peşə qrupunun qarşısında duran əsas vəzifələri yüksək səviyyədə yerinə yetiril-
məsi kimi göstərir. Peşə sahibi, ixtisasçı öz üzərinə düşən peşə vəzifələrini peşəkarlıqla, ləya-
qətlə və vicdanla yerinə yetirirsə, icra etdiyi işin məsuliyyətini və bu işdə həm də özünü təcəs-
süm etdirdiyini dərk edərək işinə yanaşırsa, bu, peşə mədəniyyətinin yüksək səviyyədə oldu-
ğunun göstəricisidir. Müəllimin pedaqoji peşə mədəniyyəti onun peşəkar keyfiyyətləri sırasın-
da mühüm yer tutur. Onun didaktik, təşkilatçılıq, kommunikativ, konstruktiv, perseptiv, suq-
qestiv, digər bacarıq və qabiliyyətləri kimi, pedaqoji peşə mədəniyyəti də peşəkarlıq, səriştəli-
lik və pedaqoji ustalıq sferasında xüsusi rola malikdir.
Müəllimin pedaqoji peşə mədəniyyəti
humanizmə əsaslanan, humanist münasibətlərdən
qaynaqlanan bir mədəniyyətdir. Müəllimin uşaqlara humanist münasibəti, onların gələcəyinə
ümidlə baxması, gələcək cəmiyyətin məhz onların əli ilə qurulacağını dərindən dərk etməsi
pedaqoji peşə mədəniyyətini istiqamətləndirən
amillər kimi əhəmiyyətlidir, təsirlidir Bu ba-
xımdan müəllimin pedaqoji peşə mədəniyyəti həmdə onun bir vətəndaş kimi Vətən, xalq, mil-
lət qarşısında öz borcunu və vəzifəsini ləyaqətlə yerinə yetirməli olduğuna inamlı olması və
onu yerinə yetirməsidir Müəllim peşəkarlığının əsas komponentlərindən biri kimi pedaqoji
peşə mədəniyyəti müəllimin yeniliklərə canlatması, onları öyrənməsi, öz işinə və fəaliyyətinə
yaradıcılıqla yanaşması ilə sıx bağlı olan bir keyfiyyətdir. Bundan məhrum olan tərbiyəçi və