103 nasibəti, bədii mədəniyyətə yiyələnməsi, xalq sənətinə, həmçinin dünya bədii sənətinə, incə-
sənətinə bələd olması, nəhayət, estetik zövqə, hissə və qabiliyyətə malik olması onun bir
müəllim – ziyalı nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir. Mədəni xarici görünüş, tə-
miz, səliqəli, zövqlü geyimdə bu prosesdə az əhəmiyyət kəsb etmir.
Humanistlik müəllim peşəsinin mahiyyətində, onun daxilində olan bir xüsusiyyətdir.
Müəllimin peşə fəaliyyəti uşaqların şəxsiyyət kimi formalaşdırılması ilə xarakterizə olundu-
ğundan şəxsiyyətə şəxsiyyət kimi yanaşmaq tələb olunur. Onları gələcəyin böyük şəxsiyyətlər
ikimi görmək, şəxsiyyətlərinə hörmət etmək, tərbiyələrinə humanist mövqedən yanaşmaq
müəllimin özünə də böyük hörmət qazandırır. Bu keyfiyyətlərlə müəllimin ixtisas bilikləri
üst-üstə düşdükdə müəllim əsl müəllim kimi özü də hörmət qazanmış olur. Yalnız avtokratik
mövqedən yanaşmaq, uşaqları qorxutmaq, onları valideynləri ilə və ya imtahanla hədələmək
nə müəllimin özünə, nə də pedaqoji prosesə fayda verir. Heç bir fiziki təsir, fiziki cəza işə yol-
verilməzdir. “Müəllimin vurduğu yerdə gül bitmir, güllər solur”. Fiziki cəza şagirdin müəlli-
mə inamını azaldır, onunsa qəlbində müəllimə qarşı heç də xoş olmayan hislər yaradır, müəl-
limin xeyirxahlıq və humanistlik kimi missiyalarına zərbə vurur.
Məqalənin aktuallığı. Müəllim təkcə nəsillərarası varisliyin deyil, həm də mədəniyyətin,
dəyərlərin daşıyıcısı kimi mühüm bir missiyanı da yerinə yetirir. Müəllim bu gün fəaliyyət
göstərməklə gələcəyi qurur, gələcəyin təməl daşlarını qoyur. O özünün fəaliyyəti ilə keçmişin
sınaqlardan keçib gələn elmi, mədəniyyəti yeni nəslə ötürür və gələcəyi nəzərə almaqla on-
larda yeni bilik, bacarıq və vərdişlər formalaşdırır. Keçmiş nəsillərdən miras qalan yaxşılıqları
gənc nəslə aşılamaqla yanaşı, onların yerinə yetirə bilmədikləri, lakin Vətən, millət, xalq üçün
gərəkli olan bir çox problemlərin gələcəkdə həll edilməsi üçün onlarda yeni bilik, bacarıq və
vərdişlər yaradır. Həm də təkcə bunları yox, onları mənimsəmək motivləri də formalaşdırır.