X.D. - 1
XARİCİ DİLLƏR
2009
XARİCİ DİLLƏR
XARİCİ DİLLƏR
X.D. - 2
2009
X.D. - 3
XARİCİ DİLLƏR
2009
X a r i c i d i l
Giriş
Gürcüstan Avropa İttifaqına üzv olan bir ölkə kimi, dil və mədəni cəhətdən çoxrəngli məkana
daxil olubdur. Xarici dilləri bilməyərək həmin məkanda inteqrasiya etmək və şəxsi imkanlarını tam
şəkildə gerçəkləşdirmək mümkün deyil. Bunun üçün də ümumtəhsil məktəblərində Milli Tədris
Planı iki və ya üç xarici dilin tədrisi nəzərdə tutulur.
Xarici dil biliyini təsdiqləyən beynəlxalq diplomları əldə etmək üçün tədris planında məktəb
standartının Avropa Şurası tərəfindən təyin edilən səviyyələrlə uyğunluğu müəyyən edilibdir və
göstərilibdir ki, tədrisin hansı pilləsi Avropa standartının bu və ya digər səviyyəsinə uyğundur.
Xarici dilin tədrisinin məqsədləri və məsələləri
Xarici dil, Milli Tədris Planının ayrılmaz bir hissəsi olaraq məktəb təhsilində əsas dövlət məqsədinin
həyata keçirilməsinə xidmət edir – milli və bəşəri dəyərlərlə paylaşmaq, vətəndaş cəmiyyətinin
formalaşmasında və inkişafında rol oynayacaq müstəqil bir şəxsi tərbiyə etmək. Məqsədimiz ondan
ibarətdir ki, şagirdə elə bir təhsil verək ki, o bacarsın:
iki və ya çox xarici dildə danışmağı;
•
başqa mədəni nümayəndələrlə uğurlu kommunikasiyanı;
•
fərqli kontekstləri və mətnləri anlasın;
•
hər bir mədəni-dil özvarlığını qiymətləndirsin və hörmət etsin;
•
müxtəlif mədəni-dil identifikasiyalı vətəndaşlarla birgə fəaliyyət göstərsin;
•
biliyini müstəqil şəkildə dərinləşdirsin və dil yaxud da mədəni baxımnan zənginləşdirsin;
•
başqa xarici dilləri müstəqil şəkildə öyrənsin.
•
Bu məqsədə çatmaq üçün 3 növ məsələnin həlli nəzərdə tutulur:
1. Şagird həm dil, eləcə də mədəni informasiyanı mənimsəməlidir;
2. Şagird müxtəlif kateqoriyalı vərdiş-bacarıqları əldə etməlidir:
nitq vərdiş-bacarıqları (dinləmə, danışıq, oxu, yazı)
•
xarici mədəniyyəti anlamaq bacarığı
•
xarici dilin tədris vərdiş-bacarıqları (tədrisin təlimi);
•
həyat vərdiş-bacarıqları (əməkdaşlıq, azad seçim etmək, kamillik, yaradıcılıq və s.);
•
3. Şagirdin müxtəlif növ münasibətləri formalaşmalıdır:
fərdi dəyərlərin qiymətləndirilməsi və onlara hörmət etmək;
•
mədəni-dil mənsubiyyəti hissi;
•
XARİCİ DİLLƏR
X.D. - 4
2009
doğma mühitin özünəməxsusluğunu, onun vahidliyini qiymətləndirmək və ona hörmətlə
•
yanaşmaq;
həm mədəni, eləcə də fərdi rəngarəngliyə müsbət yanaşmaq və aləmin rəngarəngliyinin
•
dərk edilməsində həmin yanaşmanı dərk etmək;
xarici aləmə maraq göstərmək;
•
xarici dili öyrənmək arzusu.
•
Xarici dil
Ibtidai baza və orta pillə
Məktəbin müxtəlif pillələrində xarici dilin tədrisinin başqa-başqa tərbiyəvi və təhsil məqsədləri
vardır.
Xarici dilin ibtidai pillədə tədrisi
Ibtidai pillədə xarici dilin tədrisinin tərbiyəvi məqsədi uşağın növbəti – baza pilləsində təhsilini
uğurlu davam etdirməsi üçün hazırlıqlı olmasından ibarətdir. Bunun üçün tədris təmin etməlidir:
uşağın əqli və psixo-emosional potensialının fəaliyyətə başlaması və inkişaf etdirilməsini
•
(yaddaş, fantaziya, əks edilmə, çox növ düşüncə və s.);
özünün, başqalarının, tədrisin, fənnin, xarici aləmə olan müsbət yanaşmanın
•
formalaşmasını;
həyat vərdiş-bacarıqlarının inkişaf etdirliməsi, hansılarda tədrisin bu mərhələsində iradə,
•
diqqətin səfərbər edilməsi, qaydalara riayət etmək və hörmətlə yanaşmaq, dərs əşyalarının/
işlərinin qaydaya salınması, əməkdaşlıq (cütlüklərdə, qrupda, qarşılıqlı köməklik) üstünlük
təşkil edir.
Xarici dillərin tədrisinin təhsil məqsədlərinə gəldikdə, tədrisin bu mərhələsində, üstünlük şifahi
nitqə (dinləmək-danışmaq) və mədəni informasiyanın mənimsənilməsinə yönəldilmişdir.
İbtidai pillədə tədrisin əsas məsələsidir - şagirdin marağının oyadılması, motivasiyanın
gücləndirilməsi: uşaqlar dilin tədris prosesini və xarici dilin özünü və onun mədəniyyətini
sevməlidirlər. Tədris proseində uğursuzluq, məğlub olmaq hissi istisna edilməlidir. Bunun üçün
tədris metodikası şagirdlərin psixiki inkişafının xüsusiyyətlərini nəzərə almalı və tədrisin münsib
üsullarından istifadə etməlidir.
Xarici dilin baza pilləsində tədrisi
Baza pilləsi icbari tədrisin sona çatdırılma mərhələsidir: baza pilləsinin sona çatdırılmasından
sonra, şagirdlərin bir qismi məktəbi tərk edir və aktiv həyata qatılırlar. Bu pillədə xarici dilin əsas
tərbiyəvi məqsədidir ki, şagirddə vətəndaşlıq anlayışı və yaradıcılıq vərdiş-bacarıqları inkişaf
etdirilsin (tolerantlıq, şəxsi və ictimai cavabdehlik, müstəqillik, özününinkişafı, tənqidi təhlil,
özünüifadə...).
X.D. - 5
XARİCİ DİLLƏR
2009
Xarici dilin təhsil məqsədidir - şagirdi baza biliyi ilə təmin etsin ki, ona müasir həyatda özünə yol
tapa bilmək üçün imkan yarada bilsin. Xüsusilə də, bu mərhələnin sonunda şagird bacarmalıdır:
gündəlik məişət vəziyyətində iki xarici dildə şifahi və yazılı kommunikasiya;
•
bu və ya digər istiqamətdə bilyin səviyyəsinin müstəqil şəkildə yüksəldilməsi (dinləmək,
•
danışmaq, oxumaq, yazmaq, mədəniyyət);
fərqli mədəni və ya sosial mədəni kontekstlərdə interaksiya
•
Baza pilləsində tədrisin əsas məsələsi şagirdi vacib qərar qəbul etmək, istiqamət seçməkdə
(aktiv həyata qoşulmaq, peşakar təhsili almaq, məktəbdə təhsili davam etdirmək) hazırlamaqdır.
Bunu təmin etmək üçün tədris metodikasında strageyalar tətbiq edilməlidir hansılar ki, şagirdin
potensialının xüsüsiyyətlərini (çoxtərəfli qiymətləndirməni)üzərə çıxarır.
Orta pillədə xarici dilin tədrisi
Bu pillədə xarici dilin əsas tərbiyəvi məqsədi şagirddə vətəndaş anlayışı və yaradıcılıq vərdiş-
bacarıqlarının formalaşmasıdır.
Şagirdin hansı peşəkar fəaliyyət sahəsini seçməsinə baxmayaraq, xarici dil ona həm biliyinin
zənginləşdirilməsi və eləcə də təcrübənin bölüşdürməsi vasitəsi kimi lazım olacaqdır. Belə ki,orta
pıllədə xarici dilin tədrisinin təhsil məqsədi şagirdi elə bir biliklə təmin etməkdir hansı ki, ona bir
və ya iki xarici dildə danışmaq imkanını verir:
müxtəlif xarakterli şifahi və yazılı mətnlərin (reportaj, rəsmi məktub, müsahibə referat,
•
tərcümeyi-hal, publisistik məktub, elmi mətn və s.) anlanılması, analiz edilməsi və gələcək
tədris işlərində istifadə etmək məqsədi ilə onun yenidən işlənilməsi
şifahi və yazılı şəkildə izahatın, şəxsi fikrin, münasibətin ifadə edilməsi və
•
əsaslandırılması;
dosta məktubun və ya rəsmi məktubların tərtib edilməsi, aktual mövzular üzrə şifahi
•
məruzələrin \layihənin təqdim edilməsi və s.
Məktəbin müxtəlif pillərində xarici dilin tədris
Birinci, ikinci və üçüncü xarici dillərin pillələrə əsasən bölünməsi. Milli tədris planı
ibtidai pillədə yalnız bir xarici dilin tədrisini nəzərdə tutur, baza və orta pillədə - ikisini. Əgər
məktəbin bir neçə dili tədris etmək imkanı varsa, o zaman şagird həmin dillərdən istədiyi birini
seçir. Məsələn, əgər məktəbin lazımi insan resursları varsa, o zaman fransız, rus ve ingilis dilinin
tədrisi üçün ibtidai pillənin şagirdlərinin bir hissəsi rus dilini, ikinci hissəsi - fransız dilini, üçüncü
hissəsi – ingilis dilini seçə bilərlər. İbtidai pillədə fransız dilini öyrənməyə başlayan şagirdlər baza
pilləsində ikinci dil olaraq rus və ya ingilis dilini və s. seçirlər. Orta pillədə ola bilsin ki, şagird
birinci xarici dili öyrənməyi dayandırsın və onun əvəzinə üçüncü xarici dili öyrənməyə başlasın,
əgər məktəbin belə bir seçim imkanı varsa (bax cədvəl 1və 2-yə ).
XARİCİ DİLLƏR
X.D. - 6
2009
Cədvəl 1
İ b t i d a i
B a z a
O r t a
Sinif
3
4
5
6
7
8
9
10
11
12
Xarici dil 1
+
+
+
+
+
+
+
+
+
+
Xarici dil 2
-
-
-
-
+
+
+
+
+
+
Cədvəl 2
İ b t i d a i
B a z a
O r t a
Sinif
3
4
5
6
7
8
9
10
11
12
Xarici dil 1
+
+
+
+
+
+
+
-
-
-
Xarici dil 2
-
-
-
-
+
+
+
+
+
+
Xarici dil 3
-
-
-
-
-
-
-
+
+
+
Üçüncü xarici dil olaraq hər hansı bir qeyri avropa dili tövsüyə olunur (sərhəd zonalarında bu,
qonşu dövlətlərin dili ola bilər )
İcbari tədris hüdudlarında hər iki xarici dil üzrə şagird tərəfindən biliyin eyni səviyyədə əldə
edilməsini təmin etmək üçün baza pilləsinin saat torunda ikinci xarici dilə (yəni –xarici dil 2-yə )
daha çox dərs saatı ayrılır . Orta pillənin saat bölgüsünda isə alternativ variantlar olacaq : məktəb
özü seçir ki,hansı dilə çox yer versin.
Xarici dilin fənn proqramı üç komponentdən ibarətdir: giriş, standart və proqramın mövzusu.
Xarici dil standartı. Standart məktəbdə keçilə bilən hər hansı bir xarici dil üçün ümümidir.
O, tədrisin hər pilləsi üçün xarici dil üzrə gözlənilən nəticələrini müəyyən edir.
Xarici dil standartı siniflərə əsasən deyil, dil bilmə səviyyələrinə əsasən bölünür. Buna uyğun
olaraq dərsliklər də standartın səviyyəsinə əsasən yazılacaq.
İbtidai və baza – orta pillənin səviyyələri. İbtidai pillənin standartının səviyyələri və eləcə də
onlara əsaslanaraq tərtib edilmiş dərsliklər məzmun və pedaqoji baxımdan bu pillənin şagirdlərinin
psixiki inkişaf xüsusiyyətlərinə uyğundurlar. Belə ki, ibtidai pillənin səviyyələri və onlara əsasən
tərtib edilmiş dərsliklər baza- orta pillələrin şagirdləri üçün yararlı olmayacaq və əksinə, baza-orta
pillənin standart səviyyələrinə və onlara əsasən tərtib edilmiş dərsliklər ibtidai pillənin şagirdləri
üçün yararlı olmayacaqdır.
Bir tərəfdən, ibtidai və digər tərəfdən baza və orta pillələrini bir-birindən ayırmaq üçün
standartda fərqli indekslərdən istifadə olunub, – ibtidai pillə üçün “D”, baza-orta pillə üçün isə
“C” yazılır:
İbtidai pillə üçün dörd səviyyə ayrılıb, baza-orta pillə üçün isə - yeddi səviyyə:
İbtidai pillənin səviyyələri
dI
dII
dIII
dIV
Baza-orta pillənin səviyyələri
cI
cII
cIII
cIV
cV
cVI
cVII
X.D. - 7
XARİCİ DİLLƏR
2009
Səviyyələrin və siniflərin uyğunluğu. Səviyyələrə əsasən bölgü xarici dillərin tədris planını daha
münasib edir və müəllimə imkan verir ki, konkret sinfin tələblərinə əsasən bu və ya digər səviyyənin
dərsliyini seçsin. Məsələn, müəllim I səviyyənin ingilis dili dərsliyini VII sinifdə də keçə bilər, əgər
şagirdlər həmin mərhələdə ingilis dilini öyrənirlərsə, həmin dərsliyi X sinifdə də keçə bilər, əgər
şagirdlər həmin mərhələdə ingilis dilini öyrənməyə başlayırlarsa.
Birinci, ikinci və üçüncü dil üçün siniflərin və səviyyələri uyğunluğu
İbtidai
Baza-orta
Sinif
III IV
V
VI
VII VIII
IX
X
XIO
XII
Xar.dil 1
Səviy.
dI dII dIII dIV
cII/
cIII
cIII/
cIV
cIV/
cV
cV/
cVI
cVI/
cVII
cVII
Xar. dil 2
Səviy.
cI
cII
cIII
cIV
cvV
cVI
Xar.dil 3
Səviy.
cI
cII
cIII
Cədvəldən göründüyü kimi, birinci xarici dil halında baza-orta pillənin hər sinfinə iki-iki
səviyyə təklif edilmişdir ki, müəllimin seçim imkanı olsun. Yeddinci sinfə keçən şagirdlər başqa-
başqa siniflərdə və başqa-başqa məktəblərdə ibtidai pillədə öyrəndikləri dilə fərqli səviyyələrdə
sahib ola bilərlər, hansılar da müxtəlif amillərdən asılı ola bilər. Belə ki, müəllimin özü qərara alır
ki, konkret olaraq 7-ci sinifdə ikinci səviyyənin (CII) dərsliyini keçsin, yaxud da üçüncü səviyyənin
(CIII)dərsliyini. O da mümkündür ki, şagirdlərə birinci səviyyənin dərsliyi gərək olsun. Belə bir
vəziyyətdə müəllim birinci səviyyənin dərsliyini seçməkdən çəkinməli deyil.
İkinci xarici dil halında, ikinci səviyyənin dərsliyi (CII) 8-ci sinifdə, üçüncü xarici dil halında
isə, - on birinci sinifdə lazım olacaqdır.
Səviyyələr sisteminin tətbiqinin əhəmiyyəti odur ki, müəllim sinifdə mövcud olan real
vəziyyətdən irəli gələrək hərəkət etsin və bu və ya digər sinfə şagirdlərin tələblərinə uyğun olan
səviyyənin dərsliyinə əsasən tədris etsin.
Belə ki, müəllimin preroqativi ondadır ki, müəyyən bir səviyyənin dərsliyini müəyyən bir
sinifdə tədris etsin.
Avropa Şurası tərəfindən müəyyən olunan dil bilmə səviyyələri. Avropa Şurasının Təhsil
Komitəsi və Xarici Dillər Şöbəsi xarici dillərin tədrisi/öyrənilməsi və qiymətləndirilməsi üçün ümumi
Avropa tövsiyyə çərçivəsini tərtib etmişdir. Həmin çərçivənin məqsədi budur ki, üzv ölkələr üçün
dil bilmə üzrə ixtisaslaşdırılmanın təyin edilməsi və müəllimlərə dəstək göstərilməsi, proqramların
tərtib edilməsi, sertifikat verən təşkilatların və xarici dillərin tədrisinin inzibatçılarının razılıqlı
hərəkəti üçün ümumi bazanı yaratsın.
Tövsiyyə çərçivəsi dil bilmənin üç əsas səviyyəsini müəyyən edir:
A – əsas istifadəçi (elementar dil bilmə səviyyəsi)
•
B – sərbəst istifadəçi (dili yaxşı bilmək)
•
C – mütəxəssis (dili mükəmməl bilmək)
•
XARİCİ DİLLƏR
X.D. - 8
2009
Hər üç səviyyə 6 şaxəyə ayrılır: A1 (açar), A2 (əsas), B1 (hüdudi) B2 (hüdudi inkişaf etdirilmiş),
C1 (yüksək), C2 (mükəmməl). Ümumtəhsil məktəbinin xarici dil standartının məqsədi B1 (hüdudi)
səviyyəsinə cavab verməkdir.
Standartın səviyyələrinin Avropa Şurası tərəfindən müəyyən edilən səviyyələrlə müvafiqliyi
belədir:
İbtidai pillənin səviyyələri
Xarici dil
standartının
səviyyələri
dI
dII
dIII
DdIV
Avropa Şurasının
standartının
uyğun səviyyəsi
A1.1
A1.2
A2.1
A2.2
Xarici dil
standartının
səviyyəlləri
cI
cII
cIII
cIV
cV
cVI
cVII
Avropa
Şurasının
standartının
uyğun
səviyyəsi
A1
A2
B1.1
B1.2
B1.3
B1.4
B/ B2
natamam
Proqramın məzmunu. Fənn proqramının üçüncü hissəsi proqramın məzmunudur, hansı ki,
tövsiyyə xarakterini daşıyır (məcburi deyil). Proqramın məzmunu dil materialının və sosial-mədəni
mövzunun tövsiyyə olunan siyahısını təqdim edir, hansının əsasında standartla müəyyən olunan
vərdiş-bacarıqları inkişaf etdirmək olar.
Milli Tədris Planının hüdudlarında proqramın məzmunu dörd xarici dil üçün (fransız, alman,
rus, ingilis) təyin edilib. Başqa xarici dilin də tədrisini planlaşdıran məktəblər yalnız standartla
rəhbərlik edəcəklər.
X.D. - 9
XARİCİ DİLLƏR
2009
Xarici dilin tədrisinin istiqamətləri və onların məzmunu
Sadalanan məqsədləri təmin etmək üçün xarici dilin tədrisi yeddi istiqamətə ayrılır: dinləmə,
oxu, danışıq, yazı, tədrisin təlimi, mədəniyyətlərarası dialoq, xarici dilin praktiki tətbiqi.
Dinləmə, danışıq, oxu, yazı
Birinci dörd istiqamətin (dinləmə, danışıq, oxu, yazı) ümumi daxili strukturu var, hansı ki, üç
fərqli növ nəticələri əhatə edir:
mətnlərin məzmununu anlamaq-təhlil etmək (oxu və dinləmə) və hazırlamağı (yazı və
1.
danışıq) nəzərdə tutan kommunikativ nəticələr;
mətnin struktur və dil xarakterlərinin təyin edilməsini (oxu) və istifadəsini (yazı və
2.
danışıq) nəzərdə tutan dil nəticələri;
dinləmək, oxumaq, danışmaq,yazmaq strategiyalarına sahib olan strategiya nəticələri .
3.
Daxili strukturun məqsədi elə bir vərdişlərin üzərə çıxarılmasıdır ki, hansıların inkişafı bütün
dillərin öyrənilməsi-tədrisi üçün ümumi məqsədi təqdim edir, məs, gürcü dili və ədəbiyyatı, gürcü
dili ikinci dil kimi, alman, fransız, rus və ingilis dilləri. Yaxşı olardı ki, dillərin tədrisi zamanı
fənnin tədrisi qapalı olmasın və dillərin inteqrallaşdırılmış pedaqogikası tətbiq edilsin. Həqiqətən
də, istənilən növ (ana dili, xarici) dilin öyrənilməsi zamanı şagird oxşar məsələlər qarşısında durur.
Məsələn, o təyin etməlidir ki, mətn hansı strukturdan, hansı məzmundan ibarətdir, onda hansı dil
xüsusiyyətləri var, onu dərk etmək üçün hansı növ strategiyalardan istifadə olunmalıdır və s. Daha
doğrusu, şagird istənilən hər-bir qeyri-dil fənnində də belə bir dil-komunikasiya məsələsinin
qarşısında durur (tarix, riyaziyyat, fizika və s.), mətnləri dərk etmək, tərtib etmək və auditoriya
qarşısında şifahi çıxış etmək lazım olan zaman. Belə ki, dil – kommunikasiya bacarıqları birbaşa
xüsusiyyətlidirlər, – bu vərdişlərə sahib olmaq şagirdə istənilən fənnin mənimsənilmə prosesində
lazım olacaqdır. İnteqrallaşdırılmış didaktika - dillərin tədrisi zamanı əldə edilən təcrübənin qarşılıqlı
əlaqələndirilməsini, şagird tərəfindən əldə edilən təcrübənin bir dildən ikinci dilə keçirilməsinə
dəstək göstərilməsini nəzərdə tutur . Belə bir yanaşma bacarıqları möhkəmləndirir, təcrübəni
zənginləşdirir və şagirdlərin əmək qabiliyətlərini artırır. Bunu həyata keçirmək üçün müəllim
düşünməlidir ki, öyrənilmiş və öyrəniləcək dillər arasında körpüləri necə qursun. Belə ki, məsələn,
xarici dilin beşinci səviyyəsinin standartında verilən strategiya – şagird mətni bütövlükdə oxuyur
, müxtəlif simvollarla əsas sualları, ikinci dərəcəli ideyaları, baş sözləri qeyd edir, – bu, şagirdin
effektiv şəkildə mətni dərk etdikdə istənilən fəndə, həm dil (gürcü, ingilis, rus və s.), həm də qeyri-
dil fənlərində istifadə edə bildiyi bacarıqların sırasına aid edilir . Körpüləri qurmaq üçün müəllim
şagirdə aşılatmalıdır ki, konkret bacarığı başqa-başqa fənlərdə və fərqli kontekstlərdə necə istifadə
etmək olar.
Məhz buna dəstək göstərən bir neçə indikator xidmət edir, hansılar xarici dilin standartının
strateji nəticələrində və tədrisin təlimində təqdim ediliblər. Onlardan bir neçəsini misal gətiririk:
İstiqamət -oxu, nəticə - xar.dil C.V.10.; indikator:
„təsvir edir ki, hansı üsulla/yolla oxunulan məsələni həll etməyi bacardı“;
•
başqası tərəfindən seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha
•
effektiv idi;
oxunulan məsələləri həll etmək üçün həm ana dilində, eləcə də başqa dildə əldə etdiyi
•
XARİCİ DİLLƏR
X.D. - 10
2009
təcrübədən istifadə edir“.
İstiqamət yazı, nəticə - xar.dil C.V.15.; indikatorlar:
yadına salır ki, digər fənlərdə mətni tərtib etdikdə hansı növ strategiyadan istifadə edib,
•
keçmiş və yeni təcrübəni müqayisə edir, nəticələr çıxarır.
İbtidai və baza-orta pillədə tədris/təlimin müxtəlif mərhələsində dinləmənin, danışığın, oxunun,
yazının fərqli didaktik funksiyası var, buna görə də bu istiqaməti tədris mərhələlərinə əsasən
xarakterizə edəcəyik.
Milli tədris planı hüdudlarında xarici dilin tədrisi üç əsas mərhələyə bölünür:
Birinci (başlanğıc) mərhələ ibtidai pillənin, eləcə də baza-orta pillələrin birinci və ikinci
səviyyələrini, yəni dI, dII, CI, CII əhatə edir;
İkinci (orta) pillə ibtidai pillənin, yəni eləcə də baza-orta pillənin üçüncü və dördüncü səviyyələrini,
yəni dIII, dIV, CIII, CIV əhatə edir;
Üçüncü (son) mərhələ baza-orta pillənin beşinci, altıncı və yeddinci səviyyələrini, yəni CV, CVI,
CVII əhatə edir.
Tədrisin birinci mərhələsi
Dinləmə – bu mərhələdə, dinləməyə, xarici dilin mənimsənilməsinin əsas kanalı olaraq üstünlük
əhəmiyyəti verilir. Söz zəncirində hərflərin, sözlərin, sadə cümlələrin səs orqanı ilə seçilməsinə
xüsusi əhəmiyyət verilir, çünki xarici dil üçün xarakterik səslənmələrə diqqət yetirməyi anlamaq
bacarığı və düzgün tələffüzün formalaşması vacibdir. Bu, uğurlu interaksiyanın əsasını təqdim edir.
Fonematik dinləmənin inkişafı məzmunlu mətndə olur. Mətnlərə əyani vəsait də (şəkillər, əşyalar,
rəsmlər və s.) və səs indikatorları (hər hansı bir səs-küy, aydın ifadə olunan intonasiyalar və s.)
əlavə edilməlidir, hansılara əsasən şagird üçün mətni anlamaq asan olacaqdır.
İbtidai mərhələdə şagirdlərdən nə mətnin tam anlanılması (kommunikasiya halı, ümumi
informasiyanın və bəzi ifadələrin anlanılması da kifayət edir), nə də ki, ifadələrin destrukturizasiyası
və linqvistik baxımdan təhlil edilməsi tələb olunur.
Birinci, eləcə də ikinci mərhələdə dinlənilən mətnlər şifahi nitq üçün nümunələr kimi istifadə
ediləcək. Bunun üçün də:
mətnlər xarici leksika və qramatik konstruksiyalarla yükləndirilməməlidirlər; yaxşı olardı
•
ki, şagirdlərə didaktik mətnlər təklif edilsin
mətnlərin dili funksional dilə uyğunlaşdırılmalı və müasir dil normalarını əhatə etməlidir.
•
Danışıq – ilkin mərhələdə şagird danışmaqda çətinlik çəkəcəkdir. Tədrisin strategiyası
reproduksiyalaşmaya yönəlibdir. Reproduksiyalaşmanın məqsədi düzgün ifadənin formalaşdırılması
və leksiki ehtiyatın zənginləşirilməsi/möhkəmləndirilməsindən ibarətdir. Reproduksiyalaşma üçün
şerlər, sanamalar (kiçiklər üçün), mahnılar, dialoqlar, sketçlərdən istifadə edlir.
Produktivləşmə çox məhdudlaşdırılmış şəkildə davam edir, – şagirdlər öyrəndikləri leksik
materialdan istifadə edərək suallar verir/cavablandırır və nümunələrə əsasən sadə oyunlar
oynayırlar.
Oxu – iki bacarığı fərqləndirmək lazımdır: mətnin ucadan oxunması, yəni belə desək, onun
düzgün səsləndirilməsi və oxunulan mətnin dərk edilməsi.
Səsləndirmə bacarığını inkişaf etdirmək üçün elə bir çalışma verməliyik ki, hansının mətnini
şagird yaxşı bilir, çünki ucadan oxuyan zaman şagird məzmun haqqında düşünmür. Onun bütün
X.D. - 11
Dostları ilə paylaş: |