XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR


Xar.dII.20. Şagird dərs işlərinə təşkilatçılıq  edir. Xar. dII.21



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   2   3   4   5   6   7   8   9   ...   12

Xar.dII.20.
Şagird dərs işlərinə təşkilatçılıq 
edir.
Xar. dII.21.
Şagird tədris prosesinə fəal 
şəkildə cəlb olunubdur.
Xar. dII.22.
Şagird mövcud resurslardan 
istifadə edir və tədris işlərinə 
dəstək göstərmək üçün yenisini 
hazırlayır.
Xar. dII.23. 
Şagird resurslardan tədris 
işlərinə dəstək göstərmək 
məqsədilə istifadə edir.
Xar. dII.24. 
Şagirdin maneələrə qarşı 
konstruktiv yanaşmaları var.
Xar. dII.25.
Şagird leksik materialı 
mənimsəmək üçün müxtəlif 
üsullardan istifadə edir.
Xar. dII.26.
Şagird sinif yoldaşları, müəllim 
ilə əməkdaşlıq etməyə çalışır.
Xar. dII.27. 
Şagird qrup üzvləri ilə 
əməkdaşlıq edir.
      

X.D. - 25
XARİCİ  DİLLƏR 
2009
Tədris nəticələri və indikatorlar
İstiqamət: Dinləmə
(dinləmə bacarığını inkişaf etdirmək üçün didaktik audioyazılardan istifadə edilir, 
hansında mətnlər aydın və yavaş eşidilir)
Xar.dII.1.   Şagird müəllimin təlimatlarını  və çalışmanın göstərişlərini 
anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazımi şəkildə müəllimin təlimatlarına reaksiya verir

çalışmanı yerinə yetirir

Xar. dII.2.  Şagird kiçik ölçülü illustrasiyalı dialoqu anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
danışıq mövzusunu, kontekstini (həyətdə, süfrə arxasında, mağazada, sinifdə) təyin edir

həmsöhbətləri təyin edir

dialoqdan konkret detalları toplayır (kim, harada, nə zaman, necə və s.)

ifadə olunan emosiyaları intonasiya ilə ayırır

familyar və nəzakətli formaları ayırır

Xar. dII.3.   Şagird kiçik ölçülü təsviri/narativ xarakterli illustrasiyalı mətni 
anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
təsvir edilən personajı, heyvanı, əşyanı müxtəlif əlamətlərinə əsasən təyin edir (yer, ölçü, 

rəng, forma, miqdar və s.)
personajları adlandırır

onların hisslərini, emosional yanaşmalarını (məs., 

qorxur, sevinir, ağrıyır, üşüyür) təyin 
edir
personajların hərəkətlərini təyin edir (kim nə edir)

həmsöhbəti təyin edir (bu və ya digər ifadə kimə aiddir)

əhvalatın inkişaf mərhələlərini təyin edir (necə başladı, nə baş verdi, necə sona çatdı)


XARİCİ  DİLLƏR 
X.D. - 26
2009
personajların hərəkətlərindən irəli gələrək onların xarakterləri, xüsusiyyətləri haqqında nəticə 

çıxarır (məs., mehribandır, qəddardır,  xaindir, insaflıdır, qorxaqdır, tənbəldir)
hadisələrin ardıcıllıqlarına əsasən şəkilləri yerləşdirir/nömrələyir

mətnin işlənməsindən sonra müəllimin nəqli ilə dalbadal əhvalatın oynanılmasını həyata 

keçirir
mətnin illustrasiyalarını yaradır

Xar.dII.4. Şagird dinləmək üçün vacib olan vərdiş-bacarıqları əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
xarici dil üçün xarakterik hərfləri təyin edir

şerləri, sanamalar, mahnıları başa düşür və mimika-jestikulyasiya, ritmik hərəkətlər vasitəsilə 

əks etdirir
             
Dinləmə strategiyaları
  
Xar. dII.5.  Şagird məzmunu anlamaq üçün lazımi strategiyalardan istifadə  
      
edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
illustrasiyaların, başlığın əsasında mətnin məzmunu haqqında ehtimallarını söyləyir

yazanda və ya birbaşa danışıq zamanı qeyri-verbal elementlərdən istifadə edir (səs tembri,  

intonasiya, mimika, jestikulyasiya,müxtəlif növ səs-küy)
tanış elementlərə əsasən (kontekst, intonasiya, illustrasiya ....) yad sözlər, ifadələr, cümlələrin 

əhəmiyyətini təyin etməyə çalışır
ana dilində təsvir edir ki, hansı üsulla/yolla dinlənilən məsələni həll etməyi bacardı

xarici dildə uşaq verilişlərinə baxır

.
İstiqamət: Oxu
Xar. dII.6. Şagird oxu üçün lazım olan vərdiş-bacarığa sahib olur.
Nəticə əldə edilmişdir, əgər şagird:
tanış və tez-tez istifadə edilən sözləri sərbəst şəkildə təyin edir,  orfoqrafik işarəni uyğun 

işarə ilə avtomatik şəkildə əlaqələndirir
tanış sözləri hərflərə ayırır


X.D. - 27
XARİCİ  DİLLƏR 
2009
sözlərdə hecaları tanıyır

hərfləri, hecaları sözlə tamamlayır

cümlədə/mətndə tanış sözləri təyin edir

dinlədiyi zaman mətndə işlənilən müxtəlif elementləri təyin edir (məs., personajların adları, 

bir semantik xəttin sözləri, replikalar və onların müəllifləri, illustrasiyaya uyğun parça və s.)
Xar.dII.7. Şagird qısa mətni oxuyur və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
qeyri-söz vasitələrinə əsaslanaraq (məs., mətnin lazımi şəkillə uyğunluğu; cədvəldə lazımi 

damanın qeyd edilməsi, sxemin/şəklin mətnə əsasən tamamlanması)oxu məsələlərini həll 
edir (şəkil, sxem, cədvəl, tamamlanan şəkil).
Xar. dII.8.  Şagird praqmatik xarakterli uşaq informasiya mətnində (məsələn,  
      
dərs cədvəli, gündəlik rejim, uşaq televerilişlərinin proqramı,  
      
uşaq kataloqu və sairə), sadə korrespondensiyada  (təbrik    
      
məktubu, ismarıc) konkret informasiyanı axtarır.
Nəticə əldə edilmişdir, əgər şagird:
cədvəlin göstəricilərini təyin edir (məs., 

həftənin günləri, saat
cədvəldən konkret informasiya toplayır (məs., 

rəsm dərsləri hansı günlərdir
kataloqdan bu və ya digər əşyanın qiymətini, göstəricilərini təyin edir (məs., ölçü, rəng, 

material, forma; əgər kitab kataloqudursa – seriyanın, nəşriyyatın, müəllifin, başlığın, yaş 
qrupunun və s.) 
müəyyən meyarları nəzərə almaqla kataloqdan/ televiziya proqramından istənilən əşyanı/

verilişi seçir
şəkilli məktubda müəllifi, adresatı, konkret informasiyanı təyin edir (kim, nə, neçə, harada 

və sairə).
Xar. dII.9.  Şagird ucadan oxumaq üçün elementar oxu bacarığını əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
hərfləri, hecaları səsləndirir

hərfləri uyğun səslər, hecalarla əlaqələndirir

sözləri, ifadələri ucadan hecalarla oxuyur

ucadan və aydın şəkildə öyrənilən sözləri, ifadələri, cümlələri, mikromətnləri oxuyur.


XARİCİ  DİLLƏR 
X.D. - 28
2009
Oxu strategiyaları
Xar.dII.10.  Şagird oxu strategiyasından istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
tanış elementlərin köməkliyi ilə sərbəst şəkildə yad sözlərin, cümlələrin əhəmiyyətini təyin 

edir (kontekst, illustrasiya, tanış hərflər) 
məzmunun başa düşülməsini yüngülləşdirmək üçün qeyri-söz  elelmentlərindən istifadə 

edir (tipoqrafik göstərişlər / iri, əyri şrift, xətlə qeyd edilən/, durğu işarələri, illustrasiya, 
loqo və sairə)
illustrasiyalara, sərlövhəyə əsaslanaraq ana dilində mətnin məzmunu haqqında ehtimallar 

söyləyir
müxtəlif növ mətni struktur təşkilinə əsasən bir-biri ilə müqayisə edir (məs., kataloqu və 

teleproqramı), fərqləri, oxşarlıqları adlandırır (məs., kataloqda şəkillər və informasiya oradaca 
verilib, teleproqramda – verilməyib; teleproqramda saatlara əsasən siyahı verilib, kataloqda 
saat ümumiyyətlə verilmir və sairə)
konkret informasiyanı axtarmaq məqsədilə bütövlükdə mətni, onun söz və qeyri-sözlərdən 

təşkil edilmiş hissələrini (başlıq, rubrika, illustrasiya, sərlövhə, abzas, sütun, loqo, topoqrafik 
xarakterlər/məs. iri şriftlər/ və s.) müşahidə edir və onlardan istifadə edir
ana dilində təsvir edir ki, bu və ya digər oxu məsələsinin həllini hansı yolla həyata keçirdi, 

başqaları tərəfindən seçilən üsulları müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha 
münasibdir/effektivdir və niyə.
İstiqamət: Yazı
Xar dII.11. Şagird sözləri, cümlələri köçürür.
Nəticə əldə edilmişdir, əgər şagird:
əlin düzgün hərəkəti ilə sözləri yazır, xətli sistemdə hərflərin yerləşmə prinsipinə riayət 

edir
yazıdan və ya çap mənbəyindən sözlər, cümlələr yazır, hərflərin birləşmə qaydalarına 

riayət edir
Xar.dII.12. Şagird nümunəyə əsasən qısa mətnlər yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
verilən formanı fərqli məzmunla doldurur (məsələn, oyuncaqlar kataloqunda verilən topdan 

fərqlisinin şəklini çəkir və fərqli göstəriciləri yazır – rəng, ölçü, material, qiymət)
modelə əsasən açıq məktub yazır


X.D. - 29
XARİCİ  DİLLƏR 
2009
 mətndə tamamlanmayan informasiyanı tamamlayır

dərs cədvəlini, gündəlik rejimi, şəxsi göstəricili anketi doldurur

İstiqamət: Danışıq
Xar. dII.13. Şagird danışıq üçün lazımi vərdiş-bacarıqları əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
xarici dil üçün xarakterik səsləri düzgün tələffüz etməyə çalışır

 tanış sözlər, ifadələri, yanıltmacları düzgün və aydın şəkildə tələffüz edir

şerləri, sanamaları əzbər söyləyir, mahnıları ifa edir

sadə dialoqları və səhnəcikləri oynayır

mətnlərin tələffüzündə uyğun intonasiyalar, ritmlərə riayət edir, personajların səs tembrini 

yaradır
mətnlərin  məzmununu  adekvat  şəkildə  qeyri-verbal  nitqlə  uyğunlaşdırır  (mimika, 

jestikulyasiya, ritmik hərəkətlər) 
Xar dII.14.  Şagird sadə interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
  
elementar ehtiyaclar üçün xarici dildə müəllimə,  sinif yoldaşlarına müraciət edir  (başa 

düşmədim, mənə ver, yoxumdur, unutdum və sairə)
konkret  sinif  əhvalatı  ilə  əlaqədar  suallar  verir  və  cavablayır  (məs., 

kitab  haradadır? 
Çantadadır, stolun üstündədir, dəftərin yanında və sairə)
ona tanış olan mövzu üzrə suallar verir/cavablayır (məs., nə haradadır, kim nə geyinib, kim 

nə zaman yeyir, kim nə edir, kimə nə maraqlıdır/ nə istəyir və s.);
öyrəndiyi mətnin məzmunu ətrafında verilən sadə suallara cavab verir (məs., 

nəyi var, kim 
nə hədiyyə edib, hansı rəng, neçə dənə, necə, necə getdi, hara getdi, kimə nə verdi və s.)
Xar. dII.15.  Şagird illustrasiyaları təsvir edir.
 
Nəticə əldə edilmişdir, əgər şagird:
 personajı, heyvanı, əşyanı adlandırır;

 onları müxtəlif əlamətlərə əsasən təsvir edir (yerləşməsi, ölçüsü, sayı, rəngi və s.)

 hərəkətləri sadalayır


XARİCİ  DİLLƏR 
X.D. - 30
2009
Danışıq strategiyaları                                 
Xar. D.II.16.  Şagird kompensasiya vasitələrindən istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
dil qıtlığı halında müxtəlif qeyri-verbal vasitələrdən istifadə edir (mimika, jestikulyasiya, 

göstəriş)
müəllim və ya sinif yoldaşlarından yardım istəyir (ana dilində)

İstiqamət: Mədəniyyətlərarası dialoq
(bu mərhələdə şagirdlər xarici dildə lazımi bilik mədəniyyətinə sahib deyillər ki, 
söhbət edə bilsinlər, buna görə də müzakirəni ana dilində apar bilərlər)
Xar. dII.17.   Şagird mədəniyyət sahəsindən informasiyanı təyin edir.
 
Nəticə əldə edilmişdir, əgər şagird:
illustrasiyalarda/mətnlərdə təsvir edilən mədəni, simvolik, məişət gerçəkliyini müşahidə 

edir və təyin edir.
Xar. dII.18.   Şagird xarici və doğma sosial-mədəni mühiti bir-biri ilə    
      
   müqayisə edir 
Nəticə əldə edilmişdir, əgər şagird:
sosial-mədəni kontekstdə göstərilən konkret oxşarlıq və fərqləri tapır (bayramlar, yemək 

rejimi, bayraq, oyunlar və s.)
İstiqamət: Xarici dilin praktiki tətbiqi
Xar.dII.19. Şagird xarici dildə müxtəlif növ layihəni (məs., sinif yoldaşlarının  
      
rəsmlərinin sərgisinin təşkili; səhnəciyin təşkil edilməsi;  
 
      
başqalarını  xarici mətbəxlə tanış etmək və s.)
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllimlə birlikdə layihənin uğurla həyata keçirilmə meyarlarını formalaşdırır


X.D. - 31
XARİCİ  DİLLƏR 
2009
qrup üzvləri müəllimlə birlikdə layihənin həyata keçirilmə mərhələlərini planlaşdırırlar

qrup üzvləri müəllimin yardımı ilə funksiyaları bölüşdürüb müəyyən edirlər

qrupun hər üzvü öz funksiyasını yerinə yetirir

müəllimin, valideynin və ya başqa şəxsin yardımı ilə lazımi resurslar əldə edirlər

qrup üzvləri müəllimin yardımı ilə tapılan materialı seçir və işləyib hazırlayırlar

müəllimin yardımı ilə layihəni təkmilləşdirir və yerinə yetirirlər.

İstiqamət: Tədrisin təlimi 
Xar.dII.20.  Şagird dərs işlərinə təşkilatçılıq edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
tapşırıqları yazır 

dərs əşyalarına qulluq edir və onları qaydaya salır

lazımi əşyaları gətirir

işini mərhələlərə bölür və planlaşdırır ki, onları hansı ardıcıllıqla yerinə  yetirsin

hər növ fəallığı yerinə yetirdikdə vaxt limitinə riayət etməyə çalışır

Xar. dII.21.  Şagird tədris prosesinə fəal şəkildə cəlb olunubdur.
Nəticə əldə edilmişdir, əgər şagird:
özünüqiymətləndirmənin sadə sxemlərini həvəslə doldurur

qiymətləndirmənin nəticələri ilə maraqlanır

dərs fəallıqlarında həvəslə iştirak edir

bəzi nöqsanların düzəliş yollarını göstərir (məs., necə hərəkət etməlidir ki, dərs yeni sözlər 

yadında qalsın) və onları düzəltməyə çalışır
özünün və başqalarının səhvlərini görür və onları qeyd edir

Xar. dII.22. Şagird mövcud resurslardan istifadə edir və tədris işlərinə dəstək  
      
göstərmək üçün yenisini hazırlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
dərslikdə verilən mündəricatdan, lüğətdən, nümunələrdən və s. istifadə edir

dərslikdə verilən illustrasiyalardan, sinif otağında asılan resurslardan istifadə edir

təcili resurslar hazırlayır və onlardan istifadə edir (kartoçka, loto, şəkil və s.)


XARİCİ  DİLLƏR 
X.D. - 32
2009
Xar. dII.23.  Şagird tədris işlərinə dəstək göstərmək məqsədilə resurslardan  
      
 istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
dərslikdə verilən resurslardan effektiv şəkildə istifadə edir (lüğət, struktur nümunələri, 

qrammatik anket, illustrasiyalar və s.)
həm məktəbdə, eləcə də məktəb xaricində münasib resurslardan informasiya axtarır (dərslikdə 

verilən əyani vəsaitlər, lüğət, məktəbin/kəndin/şəhərin kitabxanası, müəllim,vəzifəli şəxs, 
internet və s.)
informasiya-kommunikasiya texnologiyaları vasitəsilə (İKT) informasiyanı/dərs materialını 

axtarır
bu və ya digər materialı/mətni yaratmaq/işləyib hazırlamaq üçün İKT-dan istifadə edir

Xar. dII.24. Şagirdin maneələrə qarşı konstruktiv yanaşmaları var.
Nəticə əldə edilmişdir, əgər şagird:
səhv buraxmaqdan çəkinmir

nəyi isə anlamadıqda suallar verir

çətinlikllərlə qarşılaşanda yardım istəyir

özünün fikirlərini/nəzərlərini ifadə etməyə cəsarət edir.

Xar. dII.25. Şagird leksik materialı mənimsəmək üçün müxtəlif üsullardan  
      
istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
yadda saxlamanın müxtəlif üsullarından istifadə edir (ucadan təkrarlama, bir neçə dəfə 

oxumaq və ya yazmaq, şəkillə, hərəkətlə, hər hansı bir əhvalatla assosiasiya yaratmaq)
üç meyarlara əsasən leksikanı səviyyələrə ayırır: yaxşı bilirəm, pis bilirəm və bilmirəm

keçilən leksiki materialı təkrarlayır

Xar. dII.26. Şagird sinif yoldaşları, müəllimi ilə əməkdaşlıq etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
 
başqalarına cavabı sona yetirməyə imkan verir

güclü olduğu məsələlərdə həmyaşıdlarına yardım edir


X.D. - 33
XARİCİ  DİLLƏR 
2009
cütlük yoldaşı ilə verilən məsələni həll edir

cütlük yoldaşı ilə interaksiyada məşq edir

buraxılan səhvləri düzgün qeyd edir

Xar. dII.27.  Şagird qrup üzvləri ilə əməkdaşlıq edir.
 
Nəticə əldə edilmişdir, əgər şagird:
qrupda işləməyin sadə qaydalarını hazırlayır və onlara riayət etməyə çalışır

həmqrupları ilə funksiyalar, işlərin bölgüsü haqqında razılaşmağı bacarır

imkan daxilində qrup üzvlərinə yardım edir.


XARİCİ  DİLLƏR 
X.D. - 34
2009

X.D. - 35
XARİCİ  DİLLƏR 
2009
Xarici dillərin standartı
Baza və orta pillələr üçün
I səviyyə
Əldə edilən nəticələr
İstiqamət
Dinləmə
 Oxu
     Yazı
Xar.c.I.1.
Şagird beynəlxalq 
sözləri, sadə ifadələri, 
söz birləşmələrini 
anlayır.
Xar.c.I.2.
Şagird xarici dil üçün 
xarakterik olan fonoloji 
sistemə sahib olur. 
Xar.c.I.3.
Şagird sadə təlimatları 
və çalışmanın 
göstərişlərini anlayır.
Xar.c. I.4.
Şagird tanış mövzuda 
qurulan kiçik ölçülü 
mətnləri dinləyir 
və anlayır (dialoqu/
monoloqu).
Xar.c.I.5.
Şagird məzmunu dərk 
etmək üçün müxtəlif 
strategiyalara müraciət 
edir.
Xar.c.I.6.
Şagird əlifbanı oxuyur 
Xar.C.I.7.
Şagird ucadan oxumağın elementar 
bacarığına sahibdir.
Xar.c.I.8.
Şagird ümumi sərlövhələri oxuyur və 
başa düşür (xəbərdaredici sərlövhə, 
dayanacağın/küçənin adı, mağazanın/
ümumi binanın adlandırılması və s.).
Xar.c.I.9. 
Şagird çalışmanın şərtlərini oxuyur və 
anlayır 
Xar.c.I.10.
Şagird rəsmi/inzibati xarakterli sənədləri, 
formaları (həftəlik cədvəl, dərs cədvəli, 
anket, dəvətnamələr, şəxsiyyət vəsiqəsi
billet və s.) oxuyur.
Xar.c.I.11.
Şagird məişət xarakterli informasiya 
mətnini oxuyur və anlayır:
a. Kataloq, b. Marşrut planı, c. Menyu, ç. 
Kulinariya resepti.
Xar.c.I.12.
Şagird sadə korrespondensiyanı: müxtəlif 
növ məktublar (təbrik, dəvətnamə, 
dəvətnaməyə cavab təşəkkür məktubu və 
s.), sadə ismarıcları oxuyur və başa düşür.
Xar.c.I.13.
Şagird kiçik ölçülü nəqli mətni oxuyur və 
anlayır.
Xar.c I.14. Şagird mətnin struktur 
xüsusiyyətlərini və öyrənilmiş qrammatik 
dil formaları təyin edir.
Xar.c.I.15.
Şagird məzmunun anlanılmasını 
asanlaşdırmaq üçün müxtəlif 
strategiyalara müraciət edir.
Xar.c.I.16.
Şagird hərfləri, sözləri, 
cümlələri yazır.
Xar.c.I.17.
Şagird dərs cədvəlini, həftənin/
günün qrafikini, anketi doldurur.
Xar.c.I.18.
Şagird nümunəyə əsasən 
məktub yazır.
Xar.s.I.19.
Şagird nümunəyə əsasən sadə 
məişət xarakterli informasiya 
mətnlərini yazır (kataloq, 
menyu, kulinariya resepti).
Xar.c.I.20.
Şagird modelə əsasən kiçik 
ölçülü təsviri mətn yazır.
Xar.c..I.21.
Şagird yazılı mətnin strukturuna 
riayət edir, elementar dil-
qrammatik vərdiş-bacarıqları 
əldə edir və onlardan istifadə 
etməyə çalışır.
Xar.c.I.22.
Şagird yazını təkmilləşdirmək 
məqsədilə yazı strategiyalarına 
müraciət edir. 

XARİCİ  DİLLƏR 
X.D. - 36
2009
İstiqamət
Danışıq
Mədəniyyətlərarası 
dialoq
Xarici dilin praktiki 
tətbiqi
Tədrisin təlimi
Xar.c.I.23.
Şagird xarici dilin 
fonoloji sistemini 
öyrənir.                 
Dialoq nitqi
Xar.c.I.24.
Şagird sadə 
interaksiyada iştirak 
edir
Monoloq nitqi
Xar.c.I.25.
Şagird ətrafı təsvir 
edir.
Xar.c.I.26.
Şagird elementar 
dil-qrammatik vərdiş-
bacarıqları əldə edir 
və onlardan istifadə 
etməyə çalışır.
Xar.c.I.27.
Şagird nitq 
bacarığına dəstək 
vermək məqsədilə 
strategiyalara müraciət 
edir.
Xar.c.I.28.
Şagird mədəniyət 
sahəsindən 
informasiyanı əldə edir.
Xar. c.I.29. 
Şagird mədəni 
özünəməxsusluğa maraq 
göstərir və  ona  tolerant 
yanaşır.
Xar.c.I.30.
Şagird xarici dildə 
müxtəlif növ 
layihələri həyata 
keçirir (məs., kulinar 
reseptlər toplumu, 
xaricidilli şagirdlərin 
görməkləri üçün saytda 
məktəb şagirdlərinin 
rəsmlərinin/ 
yaratdıqlarının 
kataloqunun 
yerləşdirilməsi, 
xaricidilli turistlər üçün 
regionun diqqətəlayiq 
yerlərini gözdən 
keçirmək üçün marşrut 
və s.).
Xar.c.I.31.
Şagird müəllimin 
yardımı ilə yerinə 
yetiriləcək tapşırığın 
tələləblərini anlayır.
Xar.c.I.32.
Şagird nailiyyətli 
təhsilin  təmin edilməsi 
üçün strateji bacarıqları 
əldə edir.
Xar.c.I.33.
Şagird dərs fəaliyyətinə 
dəstək göstərmək 
məqsədilə resurslardan 
istifadə edir.
Xar.c.I.34.
Şagird leksik ehtiyatını 
möhkəmləndirmək 
və zənginləşdirmək 
üçün müxtəlif üsullara 
müraciət edir.
Xar.c.I.35.
Şagird qrammatikanı 
asanlıqla 
mənimsənilməsinə 
dəstək göstərmək 
məqsədilə 
strategiyalardan istifadə 
edir (asanlaşdırır)
Xar.c.I.36. 
Şagird nəticələrin 
yaxşılaşdırılması 
məqsədilə  sinif 
yoldaşları, müəllim 
ilə, cütlük yoldaşı ilə 
əməkdaşlıq edir.
      

X.D. - 37
XARİCİ  DİLLƏR 
2009
Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin