XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   ...   4   5   6   7   8   9   10   11   12

Xar.c.IV.23.
Şagird xaricidilli 
ölkənin/ölkələrin 
sosio-mədəni 
gerçəkliyini tanıyır.
Xar.c.IV.24. 
Şagird mədəni 
özünəməxsusluqlara 
maraq göstərir və  
tolerant yanaşır.
Xar.c.IV.25.
Şagird mədəni və 
fərdi fərqlərə qarşı 
tolerantdır.
Xar.c.IV.26.
Şagird xarici dildə 
müxtəlif növ layihələri 
həyata keçirir (məs., 
şənlik təşkil etmək, 
həmin şəhərdə/regionda 
çalışan xaricidillilərlə 
- un məmulatçısı, 
istejsalçı, və s. ilə 
görüşlər, meriyanın 
internet səhifəsində 
yerləşdirmək üçün yerli 
muzeylərin kataloqunun 
xaricidilli variantının 
hazırlanması).
Xar.c.IV.27.
Şagird sərbəst şəkildə 
yerinə yetiriləcək 
tapşırığın tələləblərini 
anlayır.
Xar.c.IV.28.
Şagird nailiyyətli 
təhsilin  təmin edilməsi 
üçün strateji bacarıqları 
əldə edir.
Xar.c.IV.29.
Şagird dərs fəaliyyətinə 
dəstək göstərmək 
məqsədilə resurslardan 
istifadə edir.
Xar.c.IV.30.
Şagird yadda saxlamaq 
və effektiv şəkildə 
istifadə etmək üçün 
informasiyanı işləyib 
hazırlayır.
Xar.c.IV.31. 
Şagird nəticələrin 
yaxşılaşdırılması 
məqsədilə  sinif 
yoldaşları, müəllim, 
cütlük yoldaşı ilə 
əməkdaşlıq edir.

X.D. - 83
XARİCİ  DİLLƏR 
2009
Tədrisin nəticələri və indikatorları
   İstiqamət: Dinləmə
dinləmə bacarığını inkişaf etdirmək üçün dərs məqsədilə hazırlanan
audioyazılardan istifadə edilir)
Xar.c.IV.1.   Şagird xaricidilli həmsöhbətlər arasında həyat mövzuları üzrə  
      
davam edən interaksiyanı (dialoq, müsahibə), monoloqu dinləyir  
      
və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
söhbətin harada aparılmasını təyin edir

həmsöhbətləri təyin eidr

söhbətin əsas mövzusunu/məsələlərini təyin edir

 konkret informasiyanı toplayır (kim, harada, nə zaman, hansı, necə, neçə, niyə və s.) 

həmsöhbətlərin bu və ya digər məsələ ilə əlaqədar münasibətlərini, qiymətləndirmələrini 

təyin edir
söhbətin mövzusundan irəli gələrək həmsöhbətlərin xasiyyətləri, işləri, maraqları, sosial 

vəziyyətləri və onlar arasında əlaqələr (dostluq, münaqişəli, işgüzar, uzun zamanın tanışları, 
yeni tanış olanlar və s.) haqqında  nəticə çıxarır
deyilənin modallığını (sual, xahiş, tələb, töhmət, təəssüf, etiraz) intonasiya ilə fərqləndirir

müraciətin familyar və nəzakətli formalarını fərqləndirir

Xar.c.IV.2.  Şagird təlimatları, bildirişləri, ictimai yerlərdə edilən elanları  
      
dinləyir və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
mətnin məqsədini təyin edir (reklam, xəbərdarlıq, məlumat və saiə)

adresatı təyin edir (informasiya kimə aid edilir)

konkret  informasiyanı  toplayır  (məsələn,  əşyanın  istifadə  qaydaları,  turistik  agentliyin 

konkret təklifləri və sairə)

XARİCİ  DİLLƏR 
X.D. - 84
2009
Xar.c.IV.3.  Şagird tanış mövzu üzrə radioverilişləri (informasiya bületeni,  
      
turistik reportaj, müsahibə) dinləyir və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
verilişin rubrikasını (xaricdən yeni xəbərlər, idman/mədəniyyət yenilikləri, mətbuatın icmalı, 

reportaj və s.) təyin edir
əsas mövzunu/məsələləri  təyin edir

konkret informasiyanı toplayır  (kim, nə zaman, harada, necə, neçə və s.)

  müsahibə verən şəxsin və müxbirin yanaşmalarını, qiymətləndirmələrini bir-birindən 

seçir
faktları yanaşmalardan, qiymətləndirmələrdən seçir

konkret detalları əsas informasiya ilə əlaqələndirir

konkret nəticələr çıxarır

   Dinləmə strategiyaları
Xar.c.IV.4.  Şagird effektiv şəkildə dinlənilən məsələlərin həllinə dəstək   
      
göstərmək və dinləmə bacarığını təkmilləşdirmək üçün müxtəlif  
      
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
canlı nitq/yazını anlamaq üçün qeyri-verbal elementlərdən istifadə edir (səs tembri, intonasiya, 

mimika, jestikulyasiya, müxtəlif növ səs-küy, məntiqi vurğu, illustrasiya, sxem)
yad sözlərin, ifadələrin, əhəmiyyətini tanış elementlərə əsaslanaraq təyin edir (kontekst, 

kommunikasiya halı)
yad sözləri onların mənasını müəyyən etmək üçün qeyd edir

konkret informasiyanı təyin etmək üçün selektiv dinləmə strategiyasından istifadə edir

məqsədə uyğun olaraq dinləmə strategiyasını dəyişir: ümumi məzmunu anlamaq üçün tanış 

sözlərə, qeyri-verbal elementlərə əsaslanır və kommunikasiya halını, söhbətin mövzusunu, 
konteksti təyin edir; konkret informasiyanı təyin etmək üçün konkret dayaqlar seçir, onlara 
diqqəti yönəltməklə lazımi informasiyanı toplayır
dinlənilən məsələnin həllini hansı yolla/üsulla bacardığını təsvir edir

başqaları tərəfindən seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha 

effektiv idi
dinlənilən məsələnin həlli zamanı başqa dildə aldığı təcrübədən istifadə edir

yadına salır ki, informasiyanı dinlədikdə hansı növ strategiyadan istifadə edib, köhnə və 

yeni təcrübəni müqayisə edir, nəticələr çıxarır
müzakirə  edir  ki,  istifadə  edilən/müzakirə  edilən  strategiyalar  hansı  dərs  və  ya  həyat 

hadisəsində yararlı ola bilər.

X.D. - 85
XARİCİ  DİLLƏR 
2009
xarici  dildə  onun  üçün  maraqlı  olan  televiziya/radio  verilişlərinə,  filmlərə  baxır  və 

dinləyir
   İstiqamət: Oxu
Xar.c.IV.5.  Şagird çoxpilləli təlimatları (kompleksiv tapşırıqların təlimatı,  
      
öyüd-nəsihət, oyunun qaydaları, tövsiyyələr və s.) oxuyur və  
      
anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
adresatı təyin edir

yerinə yetiriləcək əməlləri təyin edir

əməllərin yerinə yetirilməsinin ardıcıllığını təyin edir.

Xar.c.IV.6.  Şagird müxtəlif  mövzu üzrə yaradılan elmi mətni (tarixi, mədəni,  
      
arxeoloji, coğrafi, ekoloji və s.) oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsas mövzunu/məsələləri təyin edir

mətnin səthində (izahatlı) verilən faktiki informasiyanı təyin edir

mətni məzmun cəhətdən hissələrə ayırır

konkret xüsusiyyətlərə əsasən (oxşarlıq-fərq; artan-azalan dərəcə və sairə) informasiya 

toplayır
faktı ehtimaldan, qiymətləndirmədən ayırır

mətnin müxtəlif parçalarında verilən faktlar və hadisələr arasında olan əlaqəni (məntiqi, 

xronoloji) təyin edir və müvafiq nəticə çıxarır
mətndə verilən informasiyanı şəxsi təcrübəsi ilə əlaqələndirir

Xar.c.IV.7.  Tərcümeyi-hal xarakterli mətnləri (tərcümeyi-hal, xatirə,    
      
tərcümeyi-hal şəklində olan gündəlik) oxuyur və başa düşür. 
Nəticə əldə edilmişdir, əgər şagird:
hekayət edəni təyin edir

müəllifi, hekayətçini, əhvalatda iştirak edən şəxsi təyin edir

hadisələrin vaxtını və yerini (dövr, əmələ gəlmə vaxtı və yeri və sairə) müəyyən edir

şəxsiyyətlərin fəaliyyət göstərdiyi sahələri sadalayır, hansılarda onlar ad qazanıblar


XARİCİ  DİLLƏR 
X.D. - 86
2009
karyeranın mərhələlərini təyin edir 

müəllifin nəyə əsaslandığını (yaddaşına, yazılı mənbəyə, başqasının hekayətinə və sairə) 

təyin edir 
mətndə  verilən  informasiyanı  (iş  fəaliyyəti,  münasibətlər,  əxlaq)  dərk  etməklə  şəxsi 

xarakterizə edir
Xar.c.IV.8.  Şagird adaptasiya edilmiş hekayəni (və ya hekayədən bir parçanı)  
      
oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
başlığı düşünülmüş şəkildə mətnlə əlaqələndirir

hekayətçini, personajları təyin edir

hadisələrin ardıcıllığını təyin edir

konkret informasiyanı təyin edir (kim, harada, nə zaman, neçə, necə, hansı məqsədlə və 

sairə) 
baş və ikincidərəcəli personajları təyin edir

personajların hərəkətlərinin motivini izah edir və onların hərəkətlərini qiymətləndirir

personajlar arasında mövcud münasibətləri təyin edir

personajları izahatla verilən informasiyanın dərk edilməsi əsasında xarakterizə edir

əsərdə süjetin inkişaf mərhələlərini (başlanğıc, hadisələrin gedişatı, son) ayırır

Xar.c.IV.9.  Şagird mətni struktur xüsusiyyətlərinə əsasən təhlil edir, dil- 
      
qrammatik formaları və məzmun kontekstində onların  
 
      
funksiyalarını təyin edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
mətnin  dizaynının  mətnin  məzmununun  anlanılmasına  nə  qədər  imkan  verdiyini 

qiymətləndirir (illustrasiya və mətnin uyğunlaşması, şriftin ölçüsü və müxtəlifliyi, mətnin 
abzaslara/sütunlara bölünməsi, hissələrə sərlövhə vermək)
ifadələri və sözləri təyin edir, hansılar oxucuya yardım edir ki, faktı qiymətləndirmədən/

yanaşmadan/nəzərdən (xüsusiləşdirilmiş sözlər və ifadələr, müxtəlif modallığı ifadə edən 
fellərdən) ayıra bilsin
hadisənin inkişaf pillələrinin harada başlayıb harada sona yetməsini və bunun üçün hansı 

markerlərdən istifadə etdiyini (o zaman, nə zaman ki, uzun müddət öncə; hələ, sonra, 
sonda....) izah edir
danışıq prosesində iştirak edən şəxslərin sayına əsasən (monoloq, dialoq, poliloq) mətni və 

ya onun parçasını xarakterizə edir
mətndə müəllifin neçənci şəxs (I və ya III) olduğunu təyin edir


X.D. - 87
XARİCİ  DİLLƏR 
2009
vasitəli və vasitəsiz ifadədən istifadə edir və başqalarının sözlərini ayırır

zərurəti, məsləhəti, qadağanı ifadə edən dil konstruksiyalarından istifadə edir

hərəkətlərin intensivliyini (sıxlığını) ifadə edən dil vasitələrindən istifadə edir (zərf, felin 

formaları, söz birləşmələri)
emosiyaları (narahatçılıq, sərbəstlik, narazıçılıq, məmnuniyyət, həvəs və s.) ifadə edən dil 

vasitələrindən istifadə edir
istiqaməti, yeri, məsafəni, mövqeyi ifadə edən dil konstruksiyalarını, formullarını, sözlərini 

təyin edir
oxşarlığı (oxşarlıq, fərq, nisbilik, üstünlük və sairə) ifadə edən dil vasitələrini təyin edir

eyni zamanı və ardıcıllığı (qabaqlayan/ləngidən) ifadə edən dil vasitələrini təyin edir

istək-arzunu,  öyüd-nəsihəti  (qadağa,  zərurət,  arzu,  istək/məsləhət)  ifadə  edən  dil 

konstruksityalarını təyin edir
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə edən sadə dil strukturlarını 

təyin edir
fikrin ardıcıllığını ifadə edən qrammatik-dil vasitələrini təyin edir (məs., 

anafor əvəzliklər və 
zərflər, sözün leksik və semantik təkrarlanması, sinonim və antonim əvəzedicilər, fel-xəbərin 
zaman formaları və sairə)
Xar.c.IV.10. Şagird mətni/parçanı ucadan oxuyur.
Nəticə əldə edilmişdir, əgər şagird:
auditoriya qarşısında oxumaq istədiyi mətni/parçanı seçir

oxuyana qədər mətnin məzmunu düşünür

məzmuna uyğun olaraq danışıq tempini, səs tembrini və hündürlüyünü dəyişir

mətndə əks olunan emosiyaları intonasiya ilə ifadə edir

durğu işarələrinin funksiyası ilə intonasiyadan istifadə edir

oxu prosesində auditoriya ilə görmə əlaqəsini yaratmağa çalışır

səlis və aydın danışır

   
Oxu strategiyaları
Xar.c.IV.11. Şagird oxu məsələlərinin effektiv şəkildə həllinə dəstək göstərmək  
      
və oxu bacarığını təkmilləşdirmək məqsədilə müxtəlif   
 
      
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
tanışedici oxu üsullarından istifadə edir: mətnin quruluşuna, başlığına, abzaslara, illustrasiyalara, 

sərlövhələrə, seçilən sözlərə və s. diqqət yetirir; yad sözlərin üzərində dayanmır

XARİCİ  DİLLƏR 
X.D. - 88
2009
öyrədici    oxu  üsullarından  istifadə  edir:  ilk  dəfə  oxuduqda  mətnlə  ümumi  tanış  olur;  

çətinliklərin qarşısını almaq üçün tanış olmayan, mürəkkəb və ya əsas hissələri bir də oxuyur; 
kontekstin, təcrübənin və ya lüğətin yardımı ilə yad sözlərin mənalarını dəqiqləşdirir
axtarıcı oxu üsullarından istifadə edir: konkret informasiyanı axtarmaq məqsədilə sürətlə 

mətni oxuyur, dayaqlar axtarır: düyün sözlər, abzasların birinci cümlələrini, rubrikaları, 
izahatları, sxemləri, cədvəlləri və sairə 
yad sözlərin, ifadələrin mənalarını tanış eıementlərin yardımı ilə (illustrasiyalar, tanış kök, 

kontekst, ana dilində tətbiq edilən sözlər və sairə) sərbəst şəkildə təyin edir
müxtəlif elementlərin yardımı ilə (başlıq, abzasların əvvəli, düyün sözlər, abzaslardan biri, 

seçilən sözlər) mətnin məzmunu haqqında ehtimallarını söyləyir
dinlənilən məsələnin həllini hansı üsulla/yolla həll edə bildiyini təsvir edir

başqaları tərəfindən seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha 

effektiv idi
oxu məsələsini həll etmək üçün həm ana dilində, eləcə də başqa dildə aldığı təcrübədən 

istifadə edir, keçmiş və yeni təcrübələri müqayisə edir, nəticə çıxarır
müzakirə edir ki,  hansı  dərs və  ya  həyat  vəziyyətində  istifadə olunan/müzakirə  edilən 

strategiyalardan istifadə edə bilər
oxu məsələsini həll etdikdə həm ana dilində, eləcə də başqa dillərdə əldə etdiyi təcrübələrdən 

istifadə edir
    İstiqamət: Yazı
Xar.c.IV.12. Şagird müxtəlif növ mətnlər yazır, hansında öz təcrübəsini (şəxsi  
      
məktub, esse) xırdalıqla təsvir edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
a) xarici həmyaşıdına məktub yazır (əlyazması və ya elektron variant).
korrespondensiyanın  rəsmi  tərəfinə  riayət  edir  (müraciət  və  sağollaşma  forması,  imza, 

ünvan, tarix)
özünü, ailəsini təqdim edir

yaşadığı ərazini/şəhəri/kəndi, ərazini göstərir 

təsvir edir ki, nə ilə məşğuldur, asudə vaxtını necə keçirir

öz dostlarını xarakterizə edir

yaşadığı yerin maraqlı adət-ənənələrini (məsələn, nə zaman və harada bayram necə qeyd 

edilir, onun özü həmin bayramda nə ilə məşğul idi, bayram haqqında hansı təəssüratları 
yaranıb) sadalayır
onun üçün maraqlı olan suallara cavab almaq üçün adresata suallar verir 

dəvət edir və izah edir ki, gəldiyi halda, nə ilə məşğul olarlar, vaxtlarını necə keçirərlər

fikrini ardıcıllıqla, aydın şəkildə formalaşdırır


X.D. - 89
XARİCİ  DİLLƏR 
2009
b) yaxınlarına şəxsi məktub yazır (əlyazması və ya elektron variant).
korrespondensiyanın  rəsmi  tərəfinə  riayət  edir  (müraciət  və  sağollaşma  forması,  imza, 

ünvan, tarix)
adresatdan hal-əhval tutur 

öz şəxsi həyatı ilə əlaqədar yeni xəbərləri söyləyir

konkret hadisələri xırdalıqla təsvir edir  (məsələn, uzun zaman görmədiyi yoldaşını necə 

qarşıladı, harada, hansı şəraitdə, görüş necə keçdi, nə ilə bitdi)
  konkret hadisə, əhvalatla əlaqədar öz yanaşmasını, əhval-ruhiyyəsini, reaksiyalarını təsvir 

edir
şəxsi həyatında yaranan konkret problemi (məsələn, yeni dostu ilə anlaşılmazlığı var – 

vəziyyəti, anlaşılmazlığın səbəblərini təsvir edir və məsləhət istəyir) nəql edir
məsləhət, yardım istəyir/verir

fikrini ardıcıllıqla, aydın şəkildə formalaşdırır

c)  Məktəb və ya gənclər jurnalı üçün esse, məktub yazır (əlyazma və ya elektron 
variantı), hansında öz təəssüratlarını bildirir (məsələn, səyahət təəssüratları, gördüyü 
tamaşa /keçirilən tədbir üzrə fikirlər və sairə).
özünü təqdim edir

giriş hissəsində oxucunu məktubun məzmunu ilə tanış edir

vəziyyəti, təəssüratları xırdalıqla təsvir edir

konkret faktları, hadisələri (məsələn, harada idi, nəyi görüb, necə idi  və sairə)

gördüyünün nəticəsində yaranan emosiyaları, hissləri, əhval-ruhiyyələri ifadə edir

qiymətləndirmə verir, münasibətini ifadə edir

esseyə, məktuba başlıq verir

fikrini ardıcıllıqla, aydın şəkildə formalaşdırır

Xar.c.IV.13. Şagird praqmatik xarakterli informasiya mətnini yazır (turistik  
      
bələdçi, informasiya kitabçası).
Nəticə əldə edilmişdir, əgər şagird:
adresatı müəyyən edir (məsələn, regionda yaşayan xarici həmyaşıdları, yoldaşlıq edilən 

məktəbin şagirdləri)
mətnin formatını müəyyən edir (məsələn, meriyanın internet səhifəsində yerləşdirmək üçün 

buklet və sairə)
məqsədi müəyyən edir (regionın diqqətəlayiq yerləri haqqında turistlərə məlumat vermək, 

xarici həmyaşıdların regiona cəlb etmək və sairə)
məqsəddən irəli gələrək rubrikaları tərtib edir (məsələn, təqdirəlayiq yerlər, əyləncələr, 


XARİCİ  DİLLƏR 
X.D. - 90
2009
adət-vərdişlər, yerli mətbəx və s.)
hər  bir  rubrika  üçün  qısa  informasiya  mətnlərini  yazır,  harada  detalları  təsvir  edir  və 

qiymətləndirmələr verir
təlimatlar verir

mətni lazımi şəkildə tərtib edir (foto, rəsm, xəritə, plan və s.)

fikri aydın şəkildə formalaşdırır

Xar.c.IV.14.  Şagird yazıda mətnin strukturuna riayət edir, baza qrammatik- 
      
  dil vərdiş-bacarıqlarına sahib olur və funksional şəkildə istifadə  
      
  edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
istək-arzu, öyüd-nəsihəti ifadə edən dil konstruksiyalarından, formullardan istifadə edir

indiki, keçmiş və gələcək zamanları ifadə etmək üçün felin formalarından sərbəst şəkildə 

istifadə edir
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə etmək üçün sadə dil 

strukturlarından sərbəst şəkildə istifadə edir
kommunikasiya vəziyyətinə/məqsədə uyğun şəkildə öyrəndiyi dil konstruksiyalarından, 

klişelərdən, formullardan istifadə edir
emosiyaları, münasibətləri, təəssüratları ifadə edən tez-tez istifadə edilən dil vasitələrindən 

istifadə edir (leksik vahidlər, söz birləşmələri, klişelər, dil konstruksiyaları)
hərəkətlərin eyni vaxt və ardıcıllıqlarını (qabaqlayan/ləngidən hərəkətlər) ifadə etmək üçün 

sadə strukturlardan istifadə edir
şəxsin, əşyanın, hadisənin xarakterizə edilməsində münasib dil vasitələrini seçir (təyinlər, 

müqayisələr, feli sifətlər) 
mətnin yaradılmasında fikir ardıcıllığına uyğun sadə dil-qrammatik vasitələrinə riayət edir, 

müvafiq  kontekstdə adları əvəzliklər və zərfliklərlə  düzgün əvəz edir
bir fikir hissəsindən /məsələsindən ikinciyə keçmək üçün lazımi sözlər və dil formalarından 

istifadə edir (uyğun olaraq, məsələn, bundan əlavə)
təsvir-xarakterizə etdikdə müxtəlif növ müqayisədən istifadə edir

durğu işarələrinə (mürəkkəb cümlələrdə, dialoqu verdikdə) və orfoqrafik normalara riayət 

edir
                         

X.D. - 91
XARİCİ  DİLLƏR 
2009
   Yazı strategiyaları                                          
Xar.c.V.15.  Şagird nəticəni yaxşılaşdırmaq üçün yazı prosesinin bütün    
      
mərhələlərində (hazırlıq, mətnin tərtib edilməsi, mətnin  
 
      
təkmilləşdirilməsi) yazının  effektiv strategiyalarından istifadə  
      
etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
verilən  kommunikasiya  məsələsini  nəzərə  almaqla,  yaddaşında  lazımi  informasiyanı 

axtarır, yəni lazımi biliyini fəaliyyətə gətirir, həm dil və ya məzmun yaxud kommunikasiya 
baxımından – süjetlə əlaqədar hansı biliyə malikdir, eləcə də, mətnin növü və onun struktur 
və ya dil xüsusiyyətləri ilə əlaqədar; başqa dillərdə əldə etdiyi təcrübəni xatırlayır 
 lazım gəldikdə resurslar arasında əlavə informasiya axtarır

 zehni yürüşə müraciət edir və yazılacaq mövzu ilə əlaqədar  fikrinə gələn bütün ideyaları 

yazır
 informasiyaları və ideyaları seçir, onları bir-biri ilə necə əlaqələndirməyi düşünür, yəni 

plan hazırlayır
  plana əsaslanaraq mətn yazır

 yazının yoxlanışı zamanı, adresatın yəni, potensial oxucunun baxışı ilə qiymətləndirməyə 

çalışır ki, yazıda kommunikasiya məqsədini nə qədər effektiv şəkildə göstərə bildi
 oxucu üçün yarada biləcək və müəyyən dərəcədə kommunikasiyaya mane ola biləcək dil 

və ya məzmun nöqsanları üzərində düzəlişlər aparır - sözləri, cümlələri, mətnin bir hissəsini 
əlavə edir və ya çıxarır, strukturu dəyişir, dizaynı təkmilləşdirir
 qrammatik və orfoqrafik səhvləri düzəldir; bunun üçün dərs resurslarından istifadə edir

yazını sinif yoldaşlarına oxuyur, onların qeydlərini nəzərə almaqla yazısını yaxşılaşdırır

yazını ağlamaya köçürür

yadına salır ki, başqa fənlərdə mətni tərtib etdikdə hansı növ srtategiyalardan istifadə edib, 

keçmiş və yeni təcrübələri müqayisə edir, nəticə çıxarır
təhlil edir ki, istifadə etdiyi strategiyalardan hansı dərs və həyat vəziyyətində istifadə edə 

bilər.
   İstiqamət: Danışıq
Dialoq nitqi
Xar.c.IV.16. Şagird interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
hazırlığı olmadan onun üçün yaxşı tanış mövzu üzrə informasiya mübadiləsini apara bilir

hazırlığı olmadan bu və ya digər mübahisəli məsələ ilə əlaqədar şəxsi yanaşmasını, mövqeyini 


XARİCİ  DİLLƏR 
X.D. - 92
2009
və izahatını ifadə edir (nəyi bəyənir/nəyi bəyənmir, niyə)
müxtəlif növ seçim edir və seçimini izah edir (məsələn, hansı televiziya verilişini bəyənir 

və niyə, hansı ölkəyə səyahət etmək istərdi və niyə və və sairə)
həmsöhbətlərin replikalarına reaksiya göstərməyə çalışır – informasiyanı dəqiqləşdirir, şərh 

edir
öz emosiyalarını, əhval-ruhiyyəni ifadə edir

hadisələri, faktları, hərəkətləri şəxsi mövqedən qiymətləndirə bilir.

Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin