GİRİŞ Qrammatik kateqoriya haqqında ümumi məlumat



Yüklə 129.95 Kb.
tarix27.11.2016
ölçüsü129.95 Kb.
GİRİŞ

Qrammatik kateqoriya haqqında ümumi məlumat
Məlum olduğu kimi hər hansi bir dilin morfoloji və sintaktik qurulusuna dair ideyalar toplusu olan qrammatika nəzəriyyəsi sözlər, söz birləşmələri və cümlələrin özünəməxsus geniş qrammatik məna, forma, və şəkil, sintaktik konstruksiyalara malikdir. Bunlarsiz dil ünsiyyət vasitəsi rolunu oynaya bilməz. Bu baxımdan hər hansi bir dilin qrammatik qurulusunu öyrəndikdə onun özünəməxsus dil qanunauygunluqların qrammatik kateqoriyalarını öyrənmək gərəkdir.

Qrammatik kateqoriya dedikdə oxsar qrammemlərin cəmi nəzərdə tutulur. Qrammem isə qrammatik mənanın hər bir ünsürü deməkdir. Məsələn, evdən sözü ismin çıxıslıq halındadır və dilçilik baxımından bir qrammem təşkil edir. Deməli , ismin hər hali bir qrammem əks ettirir və bunların cəmi vahid qrammatik kateqoriyani –ismin hal kateqoriyasini təskil edir.

Ümumən dünya dillərini bir birindən fərqləndirəm onların hər birinin özünəməxsus qrammatik kateqoriyalara malik olmasindan irəli gəlir.

Hal kateqoriyasi ümumi kateqoriyalar sirasina aid olur buna gorə də ərəb ədəbi dili hal kateqoriyasi baximindan özünün sırf morfoloji qrammatik xüsusiyətləri ilə səciyyələnir.

Ərəb ədəbi dilində ismin hal kateqoriyasi əl-irab və əl-binə bölməsində tədqiq olunur. Bu o deməkdir ki, ərəb ədəbi dilinin lüğət tərkibinin təşkil edən sözlər nominativ halda bu dildə mövcud olan üç halin birində yəni adlıq yiyəlik və təsirlik hallarda özünəməxsus şəkilçilər qəbul edir.

Hallanan və hallanmayan isimlər (Murab və məbni)

Ərəb dilində sözlər hallanma baximindan iki murab və məbni olaraq iki yerə ayrılır.

1.Murab. Cümlədəki yerinə görə sonluq səkilcisi dəyisən sözdür. Məsələn,

Allah öz bəndələrinə mərhəmət edər.

.....يرحم الله عباده

Yuxarıdakı cümlədə Allah (c.c) innənin ismi olaraq mənsub hallandıgı sözün son şəkilçisi fəthədir.

2. Hal əlaməti olmayan isimlər (Məbni)

Cümlədəki yerinə görə hallanmayan isimlərdir1.

Mənə elm öyrədəni sevərəm

احب من يعلمني العلم

Bu cümlədə من sözü məbni oldugundan cümlədəki işləndiyi hal şəkilçisi təsirlik hal şəkilçisidir və cümlənin vasitəsiz tamamlığıdır (məfulun bih olaraq nisbət olunandır).

Məbnilər iki yerə ayrılır

I Lazım məbni

II. Ariz məbni

II.Lazım məbni: Hec bir vəziyyətdə sonu dəyişməyən sözlərdir. Lazim məbnilər üçə ayrılır.

1).Lazım Məbni İsimlər:

2)Əvəzliklər

3)İşarə əvəzlikləri

4)Şərt ədatları

5)Sual ədatları

6)Bəzi kinayələr

7)Bəzi zərflər

8)Savtlar yəni təqlid edilən səslər.

b).Lazım məbni fellər: felin keçmiş zamanı və əmr forması və bütün köməkçi nitq hissələri.

c).Lazım məbni :bütün ədatlar.

Ariz məbnilər-hal əlaməti bir şəkildə olub ayrılıqda üçhallı və ikihallı olan (yəni munsarif və geyri munsarif) bəzi şərtlərlə hallanmayan sözlərdir2.

Ariz məbnilər də öz özlüyündə iki yerə ayrılır.

a).Ariz məbni isimlər:

1.Bəzi nidalar xitab ədatları ilə işlədilənlər

2. Ümumi inkar bildirən (لا) ədatı

3.On birdən on doqquza qədər saylar

4.Bitişən əvəzliklər və zərflər.

5.Cümləyə əlavə olan zərflər



İsimlərin hallanma növlərinin təsnifatı
İsimlərin mənası təkcə əşyanı bu və ya digər şəkildə adlandırmaqla bitmir.Həmin leksik vəzifə ilə yanaşı onlar bir sıra xüsusiyyətlərin (kateqoriyaların) daşıyıcısı kimi təzahür edir:cins,hal, kəmiyyət , müəyyənlik və qeyri müəyyənlik bildirir.
Hal əlamətləri deyilən, lakin yazılmayan hallanma növləri

1) Hər üç halı ayrı-ayrı tənvinlərlə bildirilən “üçhallı tənvinli hallanma”. İsimlərin çoxu məhz bu növ hallanma üzrə hallanır. Müzəkkər isimlərlə müənnəs isimlər arasında yeganə fərq tənvin-fəthənin müzəkkər isimlərdə un və ya in kimi yazılmasındadır. Məsələn:

بلدٌ ölkə مدينة şəhər

بلدٍ ölkənin مدينةٍ şəhərin

بلداً ölkəyə مدينةً şəhəri

2) Adlıq halı ]un[ , yiyəlik və təsirlik halları yalnız ]in[ əlaməti ilə bildirilən tənvinli hallanma. Hallanmanın bu növü yalnız müənnəs isimlərin düzgün cəminə aiddir. Formal baxımdan eyni əlamətlə ifadə edilsə də hər iki hal arasındakı məna fərqi öz qüvvəsində qalır3. Məsələn:

جامعاةٌ universitetlər

جامعاةٍ universitetlərin

ٍ جامعاة universitetləri

3) Adlıq və yiyəlik halları ]in[ əvəzedici tənvini, təsirlik halı isə adi qaydada bildirilən tənvinli hallanma. Hallanmanın bu növü yalnız naqis köklü isimlərə və ya isimləndirilən sözlərə aiddir. Məsələn:

قاض ٍ qazi

قاضاً qazinin

قاضاً qazini

4) Hər üç halı ]ən[ əvəzedici tənvini ilə bildirilən tənvinli hallanma. Yalnız naqis köklü isimlərə şamildir. Məsələn:

عصاً əsa مستشفىً xəstəxana

عصاً əsanın مستشفىً xəstəxananın

عصاً əsanı مستشفىً xəstəxananı

Bu növ hallanmada əvəzedici tənvinlər ]avun[ , ]avın[ , ]avan[, ]əyun[ , ]əyin[ və ]əyən[ səs birləşmələrini əvəz etmişdir.

5) hər üç halı müəyyənlik şəraitində ]avu[ - ]ə/a[ , ]avı[ - ]ə/a[ və ]ava[ - ]ə/a[ dəyişikliyən məruz qalan hallanma. Məsələn:

. العصا əsa

العصا əsanın

العص əsanı

6) Hər üç halı müəyyənlik şəraitində ]əyu[ - ]ə[ , ]əyu[ ]ə[ və ]əyə[ - ]ə[ fonetik dəyişikliyə məruz qalan hallanma. Məsələn:

المستشفىَ xəstəxana

المستشفىَ xəstəxananın

المستشفىَ xəstəxananı

7) Halları adlıqda ]u[ , yiyəlikdə ]i/ı[ və təsirlikdə ]ə/a[ qısa saitləri ilə bildirilən “üçhallı hallanma” (Müəyyənlikdə olan isimlərin çoxuna şamildir) . Məsələn:

البلدُ ölkə المدينة ُ şəhər

البلدِ ölkənin المدينةِ şəhərin

البلدَ ölkəni المدينة َ şəhəri

8) Adlıq halı ]u[ , yiyəlik və təsirlik halları yalnız ]ə/a[ qısa saiti ilə bildirilən “ikihallı hallanma”. Hallanmanın bu növü tənvin qəbul etməyən məhdud bir qrup ümumi və xüsusi isimlərə aiddir. Məsələn:

صحراءُ səhra بغدادُ Bağdad

صحراءَ səhranın بغدادَ Bağdadın

صحراءَ səhranı بغدادَ Bağdada

Bu qrupa daxil olan isimlər müəyyənlik şəraitində işlədildikdə çevrilib üçhallı olur. Məsələn:

الصحراءُ səhra

الصحراءِ ِ səhranın

الصحراءَ səhranı

9) Müəyyənlik şəraitində adlıq halı ]u[ , yiyəlik və təsirlik halları yalnız ]i/ı[ ilə bildirilən “ikihallı hallanma”. Qeyri-müəyyənlikdə olduğu kimi , bu növ hallanma da yalnız müənnəs düzgün cəmə aiddir. Məsələn:

الجامعات ُ universitetlər

الجامعاتِ universitetlərin

الجامعاتِ universitetləri

10) Naqis köklü isimlərə aid olub adlıq halı müəyyənlikdə ]iyu[ və ]iyi[ əvəzinə ]i/ı[ ilə təsirlik halı isə ]ə/a[ ilə bildirilən hallanma. Məsələn:

A. القاضي qazi

القاضيَ qazinin

القاضيَ qazini

11) Müəyyənlik baxımından artikllli hallanmaya bərabər tutulan “tərkibi vəziyyətdə hallanma”, yəni izafətin təyinlənən tərəfinə və ya bitişən əvəzlik qəbul etmiş ismə aid olan hallanma. Məsələn:

بلدُ العراق ِ İraq ölkəsi الموصل ُ مدينة Mosul şəhəri

العراق بلدِ İraq ölkəsinin الموصل مدينةِ Mosul şəhərinin

العراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini

2)

بلدُنا ölkəmiz مدينتا şəhərimiz



بلدِنا ölkəmizin مدينتِنا şəhərimizin

بلدَنا ölkəmizi مدينتَنا şəhərimizi

3)

A. جامعاتنا ölkənin universitetləri



جامعاتِ البلد ölkənin universitetlərinin

جامعاتِ البلد ölkənin universitetlərini

4)

جامعاتنا universitetlərimiz



جامعاتِن universitetlərimizin

جامعاتِن universitetlərimizi

5)

قاضي البلدِ ölkənin qazidi



البلد قاضيَ ölkənin qazisinin

البلد قاضيَ ölkənin qazisini

6)

قاضينا qazimiz



قاضياَنا qazimizin

قاضياَن qazimizi


Hal əlamətləri həm deyilən, həm də yazılan hallanma növləri

1) Adlıq halı ]əni/ani[ , yiyəlik və təsirlik halları ]eyni[ təsniyə şəkilçisi ilə bildirilən hallanma4. Məsələn:

بلدان iki ölkə مدينتان iki şəhər

بلدين iki ölkənin مدينتين iki şəhərin

بلدين iki ölkəni مدينتين iki şəhəri

2) Adlıq halı ]unə[ , yiyəlik və təsirlik halları ]inə/ınə[ müzəkkər düzgün cəm şəkilçisi ilə bildirilən hallanma. Məsələn:

مثقفون ziyalılar

مثقفين ziyalıların

مثقفين ziyalıları

Təsniyədə və müzəkkər düzgün cəmdə ismin müəyənlikdə olub-olmaması hal əlamətlərinə təsir etmir.

3) Təsniyədə və müzəkkər düzgün cəmdə ismin müəyyənlikdə vəziyyətdə hallanması. Hər iki şəraitdə hallanma zamanı şəkilçilərdəki sonuncu ]n[ atılır. Məsələn:

مدينتا البلد مدينتا بلدٍ ökənin şəhəri

مدينتي بلدٍ مدينتي البلد ölkənin iki şəhəri

مدينتي بلدٍ مدينتي البلد ölkənin iki şəhərinin

. مدينتانا iki şəhərimiz

مدينتينا iki şəhərimizin

مدينتينا iki şəhərimizi

مثقفو البلدِ مثقفو بلدٍ ölkənin ziyalıları

. مثقفي البلدِ مثقفي بلد ölkənin ziyalılarının

مثقفي البلدِ مثقفي بل ölkənin ziyalılarını

. مثقفونا ziyalılarımız

. مثقفيناziyalılarımızıın

. مثقفينا ziyalılarımızı

4) İki kök samiti qalmış altı ismin اب ata, اج qardaş, حم qaynata, هن şey, فم ağız, ذو sahib و -lı/li –tərkibi vəziyyətdə hallanması. Hallanmanın bu növündə ismin halları adlıqda ]u[ , yiyəlikdə ]i[ və təsirlikdə ]ə[ ilə bildirilir ki, bunlar yazıda müvafiq surətdə vav, yə və əliflə bildirilir. Məsələn:

ابو الولد / ابو ولدٍ uşağın atası

ابي الولد / ابي ولد uşağın atasının

ابا الولد / ابا ولد uşağın atasını

ابوه onun atası

ابيه onun atasının

اباه onun atasını

فم “ağız”sözünü göstərilən şəraitdə hallandırarkən ]m[ samiti atılır. Məsələn:

فو الانسانadamın ağzı

في الانسان adamın ağzının

الانسان فا adamın ağzını

Bitişən əvəzliklə birləşmədə فم sözü iki variantda hallanır. Məsələn:

فوه / فمه onun ağzı

فيه / فمِه onun ağzının

فاه / فمَه onun ağzını

ذو “sahib” sözü daim tərkibi vəziyyətdə, həm də təkcə isimlərlə birləşmədə işlənir. Hallnarkən ]u[ saiti çevrilib ]i[ və ]ə[ olur. Məsələn:

ذو لحية saqqallı /saqqal sahibi

ذي لحية saqqallının / saqqal sahibinin

ذا لحية saqqallını / saqqal sahibini

Hal əlamətlərinin yazıda əks etdirilməsi məsələsi ilə əlaqədar aşağıdakılara da xüsusi fikir verilməlidir:

1) “Ömər” sözünü “Əmr” sözündən fərqləndirmək üçün sonuncunun ərəbcəsinə yiyəlik və təsirlik hallarda “deyilməyən” (“ölü”) vav hərfi artırılır:

عُمَرُ Ömər عَمْرٌو Əmr

عمرَ Ömərin عمرٍو Əmrin

. عمرَ Öməri عمرًا Əmri

2) Sözün sonunda saitsiz samitdən sonra gələrək adlıq və yiyəlik hallarda dayaqsız yazılan həmzə ondan əvvəlki hərfin birləşib birləşməməsinə görə gah dayaqla, gah da dayaqsız yazılır. Müqayisə edək:

. شيءٌ şey جزءٌ hissə

شيءٍ şeyin جزءٍ hissənin

شيءً şeyi جزا hissəni

3) امرؤٌ “kişi; adam” sözü hallanarkən nəinki buradakı həmzənin dayağı, həm də ]p[ samitinin saiti dəyişir:

امرؤٌ ]imruun[ kişi

امرى ٍ ]imriun[ kişinin

امرءا ]imraən[ kişini

Bu sözün امراء ]imraun[ امراىءٍ ]imrain[ və امراءً ]imraən[ variantı da vardır.

4) Həmzə ilə bitən isimlərin birişən əvəzliklə birləşməsi şəraitində hallanması da orfoqrafik baxımdan diqqət tələb edir. Həm də qeyd edək ki, son həmzənin kök samiti olması (məs: عبءٌ yük, هدوءٌ sakitlik) , zəif samitin dəyişməsindən əmələ gəlməsi (məs: لقي qarşılamaq - لقاء qarşılama; görüş) və ya daxili cəm əlaməti olması (məs: صديق dost - اصدقاء dostlar) sözün orfoqrafiyasına təsir etmir.
2. HALLARIN İŞLƏDİLMƏ ŞƏRAİTİ

Öyrəndiyimiz kimi, ərəb yazısında qısa saitlər və tənvinlər əks etdirilmədiyindən hal əlamətləri də çox vaxt öz ifadəsini yazıda tapmır. Onları müəyyən etmək oxucunun öz öhdəsinə buraxılır. Bunu edə bilmək üçün isə oxucudan tam bir sıra leksik-qrammatik qaydaları qabaqcadan, həm də əməli şəkildə bilmək tələb olunur5. Beləliklə harada və necə işləndiyini bilməyin ərəb dilini öyrənənlər üçün xüsusi əhəmiyyəti vardır.



Adlıq hal

Cümlədə hər hansı bir qrammatik təsirdən ( عمل “idarədən”) azad şəkildə işlədilən isimlər adlıq halda olur. Buraya aşağıdakı vəziyyətlər daxildir:

1) Mübtəda və ya xəbər olanda. Məsələn:

الحركة بركة Hərəkət bərəkətdir. (Atalar sözü)

2) ايهاvə ya ايتها xitab ədatından sonra gələndə. Məsələn:

ايها الناس (ey) adamlar / (ey) camaat!

ايتها النساء (ey) qadınlar!

3) Bilavasitə يا xitab ədatından sonra gələrək tərkibi vəziyyətdə olmadıqda (tənvin-damması və ya artikli atılmaq şərti ilə) Məsələn:

يا صديق (ey) dost!

4) من حيث “cəhətdən; baxımdan; etibarilə” mənasında işlədilən tərkibdən sonra gəldikdə. Məsələn:

من حيث المبداًprinsip etibarilə

5) Müraciət, fəxri ad, mənsəb, ləqəb və s. bu kimi məfhum ifadə edərək şəxs bildirən isimdən əvvəl gəldikdə. Burada bir növ təyin kimi işlənən isim ərəb qrammatikasında تابعٌ (توابع) “əlavə” adlanır. əlavələr təyin etdikləri isimlə tam şəkildə uzlaşaraq eyni müəyyənlikdə və ya qeyri-müəyyənlikdə, eyni cins, hal və kəmiyyət olur. Məsələn:

الرفيق الوزير Yoldaş vəzir

السيد الىزير Cənab vəzir

الدكتور علي Doktor Əli

Yiyəlik hal

Xüsusi şəkildə qeyd etməliyik ki, ərəb dilində yiyəlik hal əks etdirdiyi qrammatik əlaqələr baxımından Azərbaycanvə ya rus dillərindəki müvafiq haldan çox-çox əhatəlidir. O təkcə yiyəlik və ya sahiblik deyil, həm də dilimizlə müqayisədə yönlük və çıxışlıq hal əlaqələrini əhatə edir.

İsimlər yalnız aşağıdakı vəziyyətlərdə yiyəlik hal formasını alır:

1) Hər hansı bir ön qoşma ilə işlədildikdə. Məsələn:

في الغرفة bir otaqda / في غرفة otaqda

2) İzafətdə təyin edən tərəf kimi çıxış etdikdə. Məsələn:

غرفة الدرس dərs otağı; sinif

3) Üç-on, yüzlük, minllik və s. bildirən miqdar sayı ilə idarə edildikdə. Məsələn:

ثلاثة كتب üç kitab, ثلاثمئة كتابٍ üç yüz kitab, ثلاثة الاف كتابٍ üç min kitab.


Təsirlik hal

Çox müxtəlif sintaktik şəraitdə işlənir. Digər hallardan əhatə dairəsinin genişliyi ilə fərqlənir. İsim aşağıdakı vəziyyətlərdə təsirlik halda olur:

1) Təsirli fellərin vasitəsiz tamamlığı olduqda. Məsələn:

لقد قرات هذه المقالة Bu məqaləni oxudum.

لقد حضرت الجلسة İclasda iştirak etdim.

Sonuncu misalla əlaqədar göstərməliyik ki, təsirlilik-təsirsizlik baxımından müxtəlif dillərin bir-birinə uyğun gəlməsi çox vaxt nisbi və ya təsadüfi xarakter daşıyır. Məsələn: ərəb dilində təkcə, “kimi?” və ya “nəyi?” suallarına cavab verən fellər deyil, həm də gediş-gəliş bildirən və ya nitq prosesi ilə əlaqədar olan tam bir sıra fellər də təsirli hesab olunur. Məsələn:

وصلت المدينة Şəhərə gəldim

سالت استاذنا Müəllimimizdən soruşdum.

2) Təsirli fellərinməsdərləri ilə “distant” (“aralı”) vəziyyətdə vasitəsiz tamamlıq kimi işlədildikdə. Distant vəziyyət isə idarə edən ) (عامل məsdərin sonrakı başqa bir isimlə izafəti və ya bitişən əvəzlik vasitəsilə birləşmə yolu ilə yaranır. Məsələn:

قرض الشاعر قصيدة Şairin bir poema yazması

قرضه قصيدة Onun bir poema yazması

3) “Sərbəst tamamlıq” kimi işlədikdə. Məsələn:

ضربو اللص ضربا Oğrunu (bərk) döydülər. (hərfən: oğrunu zərblə vurdular) .

ضربو اللص ضرب الكلاب Oğrunu it kimi döydülər (hərfən: oğrunu itin döyülməsi ilə döydülər) .

ضرب اللص ضرب الكلاب Oğru it kimi döyüldü. (hərfən: oğru itin döyülməsi ilə döyüldü) 4) “Təmyiz” kimi işlədildikdə. Məsələn:

هو كبير سنا O, yaşca böyükdür.

هو اكبر سنا O, yaşca daha böyükdür.

هو الاكبر سنا O, yaşca (hamıdan) böyükdür.

5) 11-99 miqdar sayları ilə idarə edildikdə . (ərəb qrammatikasında bu növ isimlər də təmyiz hesab olunur). Məsələn:

ثمانمئةٍ و خمسون عما səkkiz yüz əlli il

6) “zərfdüzəldici” (“adverbial”) hal formasını almış düzəltmə zərf olduqda. Məsələn:

صبحا səhər (vaxtı) , ليلا gecə (vaxtı) , فورا dərhal, عمدا bilə-bilə, qəsdən.

اليوم bu gün, الليلة bu gecə, البتة qəti şəkildə.

7) İzafət tərkibində təyinlənən tərəf olub əslində zərflik bildirdikdə. Məsələn:

زرنا القلهرة بغية الاطلاع عليها Qahirəyə (onunla) tanış olma(q) məqsədi ilə getdik.

` Əslində məkan, zaman, hərəkət tərzi və s. bu kimi zərfi mənalar daşıyan hər hansı bir isim ərəb dilində adverbial hal vasitəsilə zərflik kimi işlədilə bilər. Bunu aşağıdaقصد “məqsəd” və ظهر “günorta” (vaxtı) isimlərinin işlədilməsi timsalında görmək olar.

زرنا القاهرة قصد الاطلاع عليها Qahirəyə (onunla) tanış olmaq məqsədi ilə getdik.

زرناه ظهر اليومBu gün onun yanına getdik.

Yeri gəlmişkən qeyd edək ki, bu qəbil isimlərin bir çoxu göstərilən şəkildə tez-tez işlədilmək nəticəsində bu gün artıq düzəltmə ön qoşmalarla çevrilmişdir.

(İsimlərin zərfə və ya ön qoşmaya çevrilməsi hadisəsinə rus dilində də rast gəlmək olar. Məsələn:

Ön qoşma: вследсвие; zərf: впоследсвии.

8) Əslində məsdər olub məqsəd bildirmək üçün işlədildikdə. Məsələn:

قمنا اكرما له Ona hörmət etmək üçün ayağa qalxdıq.

9) Ərəb qrammatiklərinin ان و اجواتها (`innə və onun bacıları` /bənzərləri) adlandırdıqları qrupa daxil edilən bəzi sözlərdən sonra:

اٍن doğrudan da, اًن ki, كان sanki, لكن lakin, ليت kaş ki, لعل ola bilsin ki. Məsələn:

ان الجواد قد يعثرHəqiqətən, bəzən cins at da büdrəyir. (Atalar sözü)

اننا نعرف ان الانسان ولد للسعادة Biz bilirdik ki insan xoşbəxtlik üçün doğulur.

10) Ərəb qrammatiklərinin ان) كان و اجواتها ) və onun bacıları`/bənzərləri) adlandırdıqları (köməkçi) fellərlə işlədilərək tərkibi xəbərin ad hissəsi olduqda. Bu qrupa daxil edilən fellərdən bir neçəsini qeyd edək.

كانolmaq, ليس olmamaq, صار çevrilib olmaq, بقي qalmaq, çevrilib olmaq, مازال davam etmək, ما دام davam etmək. Məsələn:

كان طالبا اصبح مهندسا Tələbə idi, mühəndis oldu.

11) ما inkarı ilə “deyil” mənasında işlədildikdə. Məsələn:

ما هو مهتدسا O, mühəndis deyil.

12) لا “mütləq inkarı” ilə işlədildlikdə. Məsələn:

لا رجل في البيت Evdə kişi (adam) yoxdur.

13) يا xitab ədatından sonra gələrək tərkibi vəziyyətdə işlədildikdə. Məsələn:

يا صاحب البية ! (ey) ev sahibi!

يا صديقنا ! (ey) dost(umuz)!

14) Bir sıra çoxişlənən ifadələr. Məsələn:

اهلا و سهلا! Xoş gəlmişsiniz!

هنيئا ميئا ! Nuş olsun!

Cümlədə bilavasitə şəxs əvəzliyindən sonra gələrək onun məhz kimi nəzərdə tutduğunu bildirmək üçün işlədildikdə. Ərəb qrammatikləri belə “izahedici” isimləri “xüsusiləşdirmə” (اختصاص) hesab edirlər. Xüsusiləşdirilən söz təkcə təsirlik halda deyil, həm də müəyyənlikdə olur. Məsələn:

نحن الطلاب Biz tələbələr

انتم طلاب القسم العربي Siz ərəb şöbəsi tələbələri

Nəticə

Nəticə olaraq bunu qeyd etmək istərdim ki. hal kateqoriyasi ümumi kateqoriyalar sirasina aid olur buna gorıə də ərəb ədəbi diili haln kateqoriyasi baximindan özünün sırf morfoloji qrammatik xüsusiyəətlərim ilə səciyyələnir.Ərəb ədəbi dilində ismin hal kateqoriyasi əl-irab və əl-binə bölməsində tədqiq olunur. Bu, o deməkdir ki, ərəb ədəbi dilinin lüğət tərkibinin təşkil edənn sözlər nominativ halda və eyni zamanda cümlədəki idarə əlaqəsindən asılı olaraq bu dildə mövcud olan üç halin birində, yəni adliq, yiyəlik və təsirlik hallarda özünə məxsus şəkilçilər qəbul edir.

Ə. C. Məmmədovun “Ərəb dili” dərsliklərində ismin hallarınin islədilməsi şərati yığcam şəkildə verilmişdir. Müfəssəl şəkildə mövzunun incələnməsi ərəb dilçilərinin, eləcə də digər dilçilərin tədqiqat əsərlərində verilir.

Ərəb ədəbi dilinin qrammatik xüsusiyyətlərindən biri də felin də hal kateqoriyasına aid olmasıdır və iraba daxildir.Belə ki, felin arzu, xəöbər və şərt forması murab(hallanan), keçmiş zaman və əmr forması isə məbni hesab olunur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. Məmmədəliyev V.M Ərəb diliçiliyi. Bakı. Maarif, 1985

  2. Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Azərnəşr, 1962.

  3. Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.

  4. Гранде Б.М. Введение в сравнительное изучение семитских языков. М: Наука, 2001

  5. DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003

  6. الكريم القران



1 DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003, s.210

2 DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003,s.211

3 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.s.429-430


4 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.


5 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə