Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli



Yüklə 14.34 Kb.
PDF просмотр
tarix26.11.2016
ölçüsü14.34 Kb.

Buklet  Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  7  iyul  tarixli 

1621  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  gəncliyi  2011-

2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan 

Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.1-ci bəndinə uyğun 

olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap 

edilmişdir. Bukletdə dərc olunanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzi 

və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmışdır.

Yoluxmanın ilkin əlamətləri hansılardır?

Xəstəliyin  ilkin  əlamətləri  həm  İİV,  həm  də  hepatit  B,  C  üçün  eynidir: 

ümumi  zəiflik,  halsızlıq,  baş  ağrıları,  ürəkbulanma.  Bu  əlamətlər  qrip  və 

ya soyuqdəymə zamanı olan əlamətləri xatırladır. Bundan əlavə, qusma, 

öskürək, zökəm, temperaturun qalxması kimi əlamətlər də ola bilər. 

Viruslara yoluxmaqla bağlı şübhələr 

səni narahat edirsə, nə etməli? 

İİV-dən və hepatitdən qorunma qaydalarına əməl etmədiyin üçün həyəcan 

keçirirsənsə,  onda  vaxt  itirmədən  məsləhət  üçün  tibb  müəssisəsinə 

müraciət et! 

İİV-lə  bağlı  sualın  yaranarsa,  Respublika  QİÇS-lə  Mübarizə 

Mərkəzinin qaynar xəttinə və inam telefonuna zəng et!  

 

QAYNAR XƏTT: 

(012) 408-79-74

   İnam telefonu: 

(012) 594-99-24

Anonimliyə zəmanət verilir!



İİV və hepatit B və C-yə yoluxma yolları eynidir:

qan vasitəsilə 

qanköçürmə zamanı

dezinfeksiya olunmamış qeyri-steril iynə və şprislərdən təkrar 

istifadə zamanı

manikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlardan 

istifadə zamanı

istifadə olunmuş və üzərində qan qalıqları olan bərbər alətlərinin 

(üzqırxan, qayçı) və diş fırçalarının təkrarən istifadəsi zamanı



cinsi yolla

qorunmamış (prezervativsiz) cinsi əlaqə zamanı 

oral-genital kontaktlar zamanı yoluxmaq mümkündür, xüsusilə ağız 

boşluğunda açıq yara olduqda



İİV və hepatit B, C-yə yoluxmuş anadan uşağa

hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı

İİV və hepatit B, C ilə çox vaxt risk qruplarına 

aid olan insanlar yoluxurlar:

inyeksion narkotik istifadəçiləri

prezervativsiz cinsi əlaqədə olan, həmçinin cinsi partnyorunu tez-tez 

dəyişən şəxslər 

kişilərlə cinsi əlaqədə olan kişilər

İİV və ya hepatit B, C virusu daşıyanın cinsi partnyoru

pirsinq və tatuaj edənlər

tibb işçiləri

tibbi müdaxilə (hemodializ, qanköçürmə, transplantasiya proseduru

stomatoloji müayinə, cərrahi əməliyyat və s.) olunmuş şəxslər

məhbuslar

cinsi yolla yoluxan infeksiyası (qonoreya, xlamidiya və s.) olanlar

İİV və hepatit B, C-nin geniş yayıldığı regionlara səyahət edən insanlar

İİV və hepatit B, C-dən necə qorunmaq olar? 

Bunun üçün adi qaydalara əməl etməli:

inyeksiya zamanı steril şpris və iynələrdən istifadə etməli 

cinsi əlaqə zamanı prezervativdən istifadə etməli 

şəxsi  gigiyena  vasitələrindən  (diş  fırçası,  üzqırxan  və  manikür  alətləri) 

fərdi qaydada istifadə etməli 

tatuaj və pirsinq edən zaman birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya 

olunmuş alətlərlə işləyən ustanın xidmətlərindən istifadə etməli 

cinsi partnyorlar vaxtaşırı diaqnostik müayinədən keçməli 

hepatit B-yə qarşı peyvənd olunmalı 



Düşünülməmiş addım atmaqla çox vaxt gənclər cinsi həyata 

tez başlayır və infeksiyalara yoluxma təhlükəsi ilə üzləşirlər.

Diqqət!

 Erkən yaşda cinsi əlaqədə olmağa tələsmə!

Cinsi əlaqə zamanı mütləq prezervativdən istifadə et!

Bir cinsi partnyora sadiq ol!

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və hepatit iyirminci əsrdə milyonlarla 

insanın həyatına son qoymuşdur. Bu problem bu gün də aktual olaraq qalır. 

Hər gün minlərlə insan İİV-ə və hepatitə yoluxma təhlükəsi ilə üzləşir. Ən 

təhlükəlisi isə odur ki, hər iki xəstəliyə eyni vaxtda tutulmaq ehtimalı çox 

yüksəkdir. Bilirsənmi niyə? Ona görə ki, həm İİV-in, həm də hepatit B, C-nin 

yoluxma və yayılma yolları demək olar ki, eynidir! Məhz bu səbəbdən İİV-ə 

yoluxma təhlükəsilə üzləşən insan çox vaxt hepatitə də yoluxa bilər. Eləcə 

də hepatitə yoluxma riski ilə qarşılaşan insan İİV-ə yoluxma təhlükəsilə də 

üzləşir.


İİV-dən özünü qoru! Bil ki, bununla sən 

hepatit B və C-dən də qorunarsan.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə