Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq-azkurs.org
Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq
Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq
Hər kəsin cəmiyyətdə, insanlar arasında, yığıncaqlarda, müxtəlif məclislərdə, ailədə müəyyən ölçülərə sığan, ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olmalıdır. Bilindiyi kimi, dilin bütün sahələrində - fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda daxili qanunlar əsasında müəyyənləşmiş normalar var. İnsanların həmin normalara yiyələnməsi və gündəlik ünsiyyətində ona əməl etməsi nitq mədəniyyətidir.
Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Natiqlik və şairlik, rəssamlıq, bəstəkarlıq, müğənnilik kimi sənətdir. Hər kəs nitqini tərbiyə edə bilər, lakin hamı natiq ola bilməz. Ancaq hər kəs nitqini tərbiyə etməyə, normaları öyrənməyə çalışmalıdır. Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır. Təsadüfi deyil ki, bir sıra Avropa xalqlarında “ədəbi dil” adlandırdığımız anlayışa “mədəni dil”, “mədəniyyət dili” deyirlər. Yəni nitqin mədəniliyi dilin – danışığın gözəlliyi bütövlükdə millətin mədəniyyətinin tərkib hissəsidir.

“Mədəniyyət” sözü ərəbcə şəhər mənası verən mədinə sözündəndir. Deməli, vaxtilə şəhər və kənd arasında mədəniyyət baxımından uçurum olmuşdur. İndi ölkəmizdə maarifin – təhsilin, elmin, mədəniyyətin inkişafı, radio – televiziyanın ən ucqar kəndlərin məişətinə daxil olması ilə bağlı dilimiz kütləviləşmiş, şəhərlə yanaşı, bütün kəndlərimizi də əhatə etmişdir. Bu gün nitq mədəniyyətinə yiyələnmək hamının, hər kəsin işidir.