Əsl ünsiyyət insanın müraciəti ilə başlanır. Salam vermək, kef - əhval tutmaq müraciətin ilkin şərtidir. Hər bir azərbaycanlı, xüsusən ziyalılar, kimə, harada və necə müraciət etməyi bilməlidir. Ailədə xoş ünsiyyət, işdə kollektiv arasında səmimi münasibət qayğı, hörmət yaradır.
N Tusinin danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün də əhəmiyyətlidir. O, demişdir: Az danışmğı, susmğı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli; nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətməkdən utandırmalı; gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə isə tərifləməli;belə danışığa adət etməyə hüsnrəğbət oyatmalıdır. Özünə, müəllimə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir.
Çox danışmamalı, başqasının sözünü, yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, mülayim səslə özünü göstərməlidir. Nalayiq sözlər işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməlidir. Dilini söyüşə öyrətməməlidir. Hər məclisdə münasib danışmağı bacarmalıdır. Danışanda əl – qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzarətli və gözəl bir tərzdə göstərmək olar. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşurlar: Nə üçün az danışır çox qulaq asırsan? Cavabı belə olur: Çünki, mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de.
DANIŞIQ ETİKASI VƏ MÜRACİƏT FORMASI
DANIŞIQ ETİKASI VƏ MÜRACİƏT FORMASI
Müraciət formalarının tarixi qədimdir. Qədim insanlar öz emosiya istək və arzularını başqalarına çatdırmaq üçün müraciət formalarından istifadə etmişlər. Müəyyən təhlükə qarşısında qalan, təbiət qüvvələri ilə üzləşən qədim insanlar kömək məqsədilə başqalarını haraylamışlar. İndi dilimizdə ə, əyə, ayə və s. kimi vahidlər qədim müraciət formalarının qalığıdır.