Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq


Mədəni ünsiyyətin sual – cavab formalı dialoqu əsl müraciət nümunəsidir



Yüklə 14,69 Kb.
səhifə6/6
tarix08.12.2022
ölçüsü14,69 Kb.
#73125
1   2   3   4   5   6
Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq-azkurs.org

Mədəni ünsiyyətin sual – cavab formalı dialoqu əsl müraciət nümunəsidir.

Müraciət formaları müxtəlifdir. Yaş qohumluq, şəxsi münasibətlər əsasən gözlənilməlidir.

Etik normalar gözlənilməyəndə insanlar arasında münasibətlər korlanır.

Müraciətdə yaş, vəzifə və münasibət əsas yer tutur. Həmyaşıdlar müraciət edəndə bir – birinə öz adlarının, qısa, əzizləmə, qohumluq bildirən sözlərlə müraciət edirlər. Əli – Əliş, bacı, qardaş və s. Yaşca və vəzifəcə vəziyyətdən asılı olaraq rəsmi və qeyri – rəsmi məqamlarda adla, soyadla müraciət olunur.

Böyüklərə kiçiklərə bala, oğul, qızı və s. deyir belə sözlərqəlbi ovundurur, mehribanlıq yaradır. Rus imperiyası dövründə işlənən yoldaş sözü əsl azərbaycan sözü olsa da indi lazımsız söz kimi kənarda qalmışdır.

NİTQİN MƏDƏNİ VƏ QEYRİ – MƏDƏNİ FORMALARI

NİTQİN MƏDƏNİ VƏ QEYRİ – MƏDƏNİ FORMALARI

Səlis, aydın, zəngin ifadəli nitqdə ədəbi dilin normalarını və xüsusən də üslubiyyatı, üslub qaydalarını, dil vahidlərindən məqsədəuyğun istifadə etmə yollarını bilmək əsas şərtdir. Hər bir azərbaycanlı nitq mədəniyyətinə yiyələnmək üçün onun fonetik leksik semantik, orfoqrafik və orfoepik, morfoloji və sintaktik, üslubi və fonetik normalarını yaxşı mənimsəməli və onları nitqdə düzgün istifadə etməyi bacarmalıdır.

Ədəbi dilin mənimsənilməsi 2 mərhələlidir.

Nitqin düzgünlüyü ədəbi dilin mənimsənilməsinin ilkin mərhələsidir. Söhbət ədəbi nitqə və onun normalarına yiyələnməkdən gedir. Mədəni nitq sözün həqiqi mənasında ədəbi dilə yiyələnməyin yüksək mərhələsidir.

Nitqin mədəni və qeyri – mədəni forması var. Mədəni nitqin özü də 2 formalıdır. Orta, yüksək.


  • Yüksək mədəni nitq fikrin dil vasitələri ilə düzgün, dəqiq və ifadəli olması imkanıdır. Orta və mədəni nitqdə dil vasitələrindən istifadə zəifdir, ifadəlilik aşağı səviyyədədir.

  • Qeyri – mədəni nitqdə normalar pozulur. Ədəbsiz sözlərə yer verilir. Dialektizm və loru sözlər öz əksini tapır. Nitqin hər iki formasından məqsədli istifadə edilmə özünü göstərir. Mədəni nitq özü də məqsədlilik baxımından 2 yerə bölünür. Belə ki, mədəni nitqin bir qismi də məqsəd dinləyicilərə mövzu ilə əlaqədar obyektiv məlumat verməkdir. Belə nitqdə fikir aydın məntiqli ifadəli olunur. Burada təlim – tərbiyə , öyüd – nəsihət, əxlaq qaydalarının təbliği əsas yer tutur.

    http://azkurs.org



    Yüklə 14,69 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin