Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq


Monoloji nitq Monoloji nitq



Yüklə 14,69 Kb.
səhifə3/6
tarix08.12.2022
ölçüsü14,69 Kb.
#73125
1   2   3   4   5   6
Nitq mədəniyyəti. Mədəni və qeyri-mədəni nitq-azkurs.org

Monoloji nitq

Monoloji nitq

Monoloq danışanın öz – özünə müraciətlə söylədiyi nitqdir. Monoloji nitq hər hansı müəyyən bir ideya, fikir, məlum informasiya, xatirə və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərməlidir. Bu nitqdə fasilə sürət, ahəng, ton xüsusi rol oynayır. Buraya mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə və s. daxildir. Hər adam monoloji nitqə qabil deyil. Adamların çoxu rabitəli danışa bilmir. Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti tələb edir. Monoloji nitqin aşağıdakı növləri var:


  • Nəqletmə monoloqu.

  • Təsviri monoloq.

  • Məlumatverici.

  • Daxili.

  • Lirik.

  • Dramatik.

  • İnandırma.

  • Təbliği monoloq.

Dioloji nitqin xüsusiyyətləri:

Dioloji nitqin xüsusiyyətləri:

İki və daha çox şəxs arasında gedən qarşılıqlı söhbətdir. Dialoq replikalardan təşkil olunur. Dioloji nitqin aşağıdakı formaları var.


  • Söhbət və danışıq.

  • Sual – cavab.

  • Müsahibə.

  • Müzakirə

  • Dialoq mikrodialoq (bir neçə nəfərin qısa mükaliməsindən ibarətdir),

  • Makrodialoq (bütövlükdə bədii əsərlərin quruluşunu əhatə edir)

DİL VƏ NİTQ

DİL VƏ NİTQ

Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər.


Yüklə 14,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin