2
PLAN
1. Yunan əfsanələri. Homer.
2. Homer. Homer - tərcümeyi-hal, məlumat, şəxsi həyat
3. Ədəbiyyat siyahısı
3
Yunan əfsanələri. Homer.
Qədim Yunanıstanda ölkənin keçmişindən bəhs edən çoxlu əsatirlər və nəğmələr
yaranmışdır. Bu əfsanələrin bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Şair- müğənnilər lirada
nəhənglər, allahlar, qəhrəmanlar haqqında mahnılar oxuyurdular. Bu mahnı və əfsanələrdə
uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti adətləri, əmək alətləri, hansı ölkələrdə
olmaları, hansı allahlara inanmaları haqqında məlumat verir. Alimlər əfsanələrdən tarixi mənbə
kimi istifadə edirlər. Yunanlar “Dedal və İkar”, “Tesey”, “Arqonavtlar”, “Herakl”, “Prometey”,
“Demetra və Persefona” və b. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi,
tarixi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi. Bu əfsanələr müasir
dövrdə də maraqla oxunur.
Troya müharibəsi e.ə. 1200-cü ildə yunanlarla troyalılar arasında Anadolunun Egey dənizi
sahillərində olan Troyada olmuşdur. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr,
əsərlər yaratmışlar. Bunlar arasında “İlliada” nə “Odisseya” poemaları xüsusi yer tutur.
Rəvayətə görə bu poemaları kor şair Homer yazmışdı. Cuman edilir ki, poemalar e.ə. VIII əsrdə
tərtib edilib, e.ə. VI əsrdə isə qələmə alınıb. Poemada yunanların adət ənənələri, etiqadları, həyat
tərzi haqqında geniş məlumat verilir. Bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki,
e.ə. XI-IX əsrlər Homer dövrü adlanır Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün
Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin “İlliada” və
“Odisseya” poemalarında təsvir olunmuş hadisələrin tarixən, olduğu sübut edilmişdir.
Yunanlar Troya şəhərini İlion adlandırırdılar. “İlliada” poemasının adı da buradan
götürülmüşdür. Poema Troyanı mühasirəyə almış yunanların 10 ilik savaşdan usanmasından
bəhs edir. Sıravi döyüşçü Tersit əsilzadələri suçlayır. Odissey onu
susmağa məcbur edir. Yunanlar arasında Axilles, troyalılar arasında çar Priamın
oğlu Hektor yaxşı döyüşçü sayılırdı. Onların təkbətək döyüşündə Axilles zəfər
çalıb Hektoru öldürür. Döyüşdə Axillesin dostu Patrokl həlak olur, onun dəfn
mərasimi təsvir olunur. Axillesin anası ilahə Fetida onu körpəlikdə dabanından
tutub yeraltı Stiks çayının “sehrli” sularında çimizdirirmiş, nəticədə dabanından
savayı bütün bədəni guya dişbatmaz olur. Parisin atdığı ox Axillesin dabanına
sancılır. Yunanıstanın ən məşhur qəhrəmanı həlak olur. “Zəif yer” anlamını
bildirən “Axillesin dabanı” ifadəsi buradan əmələ gəlmişdir. Hiyləgər Odissey
4
Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisində yunan
döyüşçülərini yerləşdirir. Troyalılar atı çəkib şəhərə aparırlar. Döyüşçülər gecə
atdan çıxıb darvazaları açırlar, şəhərə soxulan yunanlar troyalıları məğlub edirlər.
“Troya atı” ifadəsi buradan meydana gəlmişdir. Bu isə, hədiyyənin qəbul edən
üçün təhlükəli olması deməkdir.
“Odisseya” poemasında Troyanın alınmasından sonra yunanların Odisseyin
başçılığı altında vətənə dönmələri və yolda onların başına gələn hadisələr,
Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir olunur. Odissey İtakaya gəlib
evində ağalıq edən əsilzadələri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki
əsər dahi ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.
Homer dövründə (e.ə. XI IX əsrlər) yunanlar maldarlıq, əkinçilik, sənətkarlıq
və ticarətlə məşğul olurdular. Onlar e.ə. IX əsrlə dəmir emal etməyə başladılar.
Bu da əmək məhsuldarlığının artmasına səbəb oldu. Yunanıstanda torpaq bütün
tayfaya məxsus idi. Hər bir ailənin torpağı, mal-qarası var idi. Adlı-sanlı adamlar
torpağın yaxşısını özlərinə götürürdülər. Onlar əvvəllər torpağı özləri becərirdilər,
sonradan günəmuzdçuları işlətdilər, daha sonra qullardan istifadə etdilər.
Beləliklə, e.ə. XI-IX əsrlərdə ibtidai icma quruluşundan quldarlıq quruluşuna
tədricən keçid başlandı.