Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa nitq prosesi təzahür edə bilməz. Nitq dil
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir.
Dil və nitqin fərqləri aşağıdakılardır:
Dil həcmcə nitqdən genişdir.
Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır.
Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.
Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti
məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.
Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.
Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
ÜNSİYYƏT MƏDƏNİYYƏTİ
Nitq etiketi və ünsiyyət mədəniyyəti bir – biri ilə sıx əlaqədədir. Bunlar bir – birindən ayrılmaz və bir – birini tamamlayan anlayışlardır.
Ünsiyyət mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəsidir.
Danışıq etikasının aşağıdakı növləri var:
Müraciət qaydaları
Şad və qəmli xəbərləri çatdırma qaydaları
Dinləmə qaydaları
Söhbətə qoşulma qaydaları
Verilən suallara mədəni cavab qaydaları.
Mimika və jestlərdən məqamında düzgün istifadə etmə qaydaları
Əsl ünsiyyət insanın müraciəti ilə başlanır. Salam vermək, kef - əhval tutmaq müraciətin ilkin şərtidir. Hər bir azərbaycanlı, xüsusən ziyalılar, kimə, harada və necə müraciət etməyi bilməlidir. Ailədə xoş ünsiyyət, işdə kollektiv arasında səmimi münasibət qayğı, hörmət yaradır.