Hansı millət olursa – olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün, birinci növbədə, aşağıdakılar tələb olunur:
dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;
həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə imkanlarının genişliyindən düzgün faydalanmaq vərdişlərinin olması.
NİTQİN NÖVLƏRİ
NİTQİN NÖVLƏRİ
Şifahi və yazılı nitq
Şifahi nitqin əsas xüsusiyyətləri aşağıdakılardır:
Şifahi nitq danışılır və eşidilir.
Şifahi nitq leksikasında hamıya aydın ümumişlək sözlərə daha çox yer verilir.
Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur.
Şifahi nitqdə danışıq dilinin xüsusiyyətləri mühafizə olunur.
Şifahi nitqdə intonasiya fasilə vurğu və s. vasitələrdən istifadə olunur.
Mimika, jest və başqa hərəkətlər özünü göstərir.
Şifahi nitqin axını sürətli olur.
Adi halda insan 1 dəq – də 80 – 100 söz tələffüz edir, lakin bəzi insanlar isə 1 dəq- də 120 – dən artıq söz tələffüz edə bilir.
Yazılı nitqin xüsusiyyətləri:
Yazılı nitqin xüsusiyyətləri:
Bu nitq yazılır və oxunur.
Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.
Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.
Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə edilir.
Yazılı nitqdə mimika və jest əsas rol oynamır.
Yazılı nitq hər hansı məlumatın fikirlərin nəsildən – nəslə keçməsində əsas rol oynayır.