[ ] (transkripsiyada) verilir. Danışıq səsləri 2 yerə bölünür: Sait səslər



Yüklə 170.45 Kb.
tarix21.04.2017
ölçüsü170.45 Kb.
FONETİKA
Fonetika yunan sözü olub “fone” (səs) və “tika” (elm) sözlərindən əmələ gəlib, danışıq səslərindən bəhs edir. Danışıq zamanı tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə tələffüz olunur. Danışıq üzvləri bunlardır:



  1. Ağ ciyərlər.

  2. Bronxlar.

  3. Nəfəs borusu.

  4. Qırtlaq.

  5. Səs telləri.

  6. Ağız boşluğu.

  7. Burun boşluğu.

  8. Yuvaqlar.

  9. Sərt damaq.

  10. Dil.

  11. Dişlər.

  12. Dodaqlar.

  13. Alt çənə.

  14. Beyin.



Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Ən fəal danışıq üzvü dildir.

Danışıq səsləri şifahi nitqin vahidləridir. Səslər yazılı nitqdə hərflərlə ifadə olunur. Səslərlə hərflərin fərqi :


  • Səslər tələffüz olunur, eşidilir.

  • Hərflər yazılır və görünür.

  • Səslər yazıda [ ] (transkripsiyada) verilir.

Danışıq səsləri 2 yerə bölünür:



  1. Sait səslər

  2. Samit səsllər


SAİTLƏR

Саитляр ağız boşluğunda sərbəst, maneəsiz tələffüz olunan səslərdir. Sаитляр чох айдын сяслянир, avazlı olur, heca yaradır, uzun tələffüz oluna bilir.

Azərbaycan dilində 9 sait səs vardır: [a], [ə], [e], [ i], [o], [ö], [ı], [u], [ü]. Bu 9 sait səsin 6-sı həm də uzanan saitlərdir. 3 sait isə [o], [ı], [ü] əsasən öz məxrəcində - adi tələffüz olunur.

Sait səslər aşağıdakı kimi təsnif olunur:



  1. Dilin vəziyyətinə görə:

  • Dilönü (incə): [ə], [e], [ i], [ö], [ü]

  • Dilarxası (qalın): [a], [ı], [u], [o]

  1. Dodaqların vəziyyətinə görə:

  • Dodaqlanan: [o], [ö], [u], [ü]

  • Dodaqlanmayan: : [a], [ə], [e], [ı], [ i]

  1. Alt çənənin vəziyyətinə görə:

  • Açıq: [a], [ə], [e], [o], [ö]

  • Qapalı: [ i], [ı], [u], [ü]

Dilimizdə orfoepik normalara uyğun olaraq saitlər uzun, adi və ya qısa tələffüz olunur. Məsələn, alim sözündəki a ilə açar sözündəki a səslərinin tələffüzündə kəmiyyətcə fərq vardır. Beləki, birinci sözdəki a uzun [a:lim], ikinci sözdəki a qısa [açar] tələffüz olunur. Müasir Azərbaycan dilindəki saitlərin əsas xüsusiyyətlərini qısaca olaraq belə təsvir etmək olar:

  1. İ saiti dilönü (incə), dodaqlanmayan, qapalı saitdir. Sözün əvvəlində, ortasında və sonunda işlənə bilir: iki, iyirmi. Sözdə mövqeyindən asılı olaraq bəzən uzun (xüsusən də alınma sözlərdə) tələffüz oluna bilir: [i:fa], [xəfi:yyə], [cəri:mə], [Səli:mə] və s. Şəkilçilərdə işlənir.

  2. I saiti dilarxası (qalın), dodaqlanmayan, qapalı saitdir. Dilimizdə ı saiti ilə başlayan söz yoxdur. Kəmiyyətcə əsasən qısa tələffüz olunur: [sı.ra], [ağı.z], [ilxı] və s. Şəkilçilərdə işlənir.

  3. E saiti dilönü (incə), dodaqlanmayan, yarımqapalı saitdir. Dilimizdə ən az işlənən saitlərdəndir. Öz sözlərimizdə yalnız birinci hecada (ev, beş, bel, sel, keçid), alınma sözlərdə isə digər hecalarda da işlənir (texnik, mebel). Yalnız söz köklərində işlənir, şəkilçilərdə işlənmir.

  4. Ə saiti ən çox işlənən saitdir. Digər türk dillərindən fərqli olaraq ə saiti Azərbaycan dilində geniş yayılmışdır. Dilönü (incə), dodaqlanmayan, açıq saitdir. Kəmiyyətcə həm adi [əl], [əs], [mən], [gəl], həm qısa [fə.al], həm də uzun [bə:zi], [mə:na] tələffüz olunur. Sözün əvvəlində, ortasında, sonunda və şəkilçilərdə işlənir.

  5. A saiti dilarxası (qalın), dodaqlanmayan, açıq saitdir. Bütün məqamlarda işlənir (arşın, qala, bıçaq və s.). Kəmiyyətcə əsasən adi tələffüz olunur. Bəzi məqamlarda [kita:b?] və alınmalarda [ba:riz], [qa:lib] uzun tələffüz olunur. Şəkilçilərdə işlənir.

  6. O saiti dilarxası (qalın), dodaqlanan, açıq saitdir. Məhdud işlənən saitdir. Öz sözlərimizdə adi - [qoruq], [toyuq], bəzi alınma sözlərdə, xüsusən də vurğulu hecada uzun - [kolxo:z], [filo:loq] tələffüz olunur. Sözlərimizdə əsasən birinci hecanın tərkibində, alınma sözlərdə isə ikinci, üçüncü və digər hecalarda da işlənir (sonor, kosmos, aqronom və s.). O saitinə bəzən şəkilçilərdə də rast gəlinir (uzunsov, Kərimov).

  7. Ö saiti dilönü (incə), dodaqlanan, açıq saitdir. O saiti kimi məhdud işlənən saitdir. Kəmiyyətcə adi - [gövdə], [söyüd], bəzi alınma sözlərdə uzun - [şö:lə], [rö:ya] tələffüz olunur. Öz sözlərimizdə əsasən birinci hecanın tərkibində (ördək, özəl, gövdə) işlənir, bəzi sözlər (bütöv, bənövşə, bünövrə, gömgöy və s.) istisnadır. Şəkilçilərdə işlənmir.

  8. Ü dilönü (incə), dodaqlanan, qapalı saitdir. Çox işlənən və sözün hər yerində rast gəlinən səsdir. Adi [gül], qısa [ömü.r], [bü.töv], sadalama intonasiyası ilə tələffüz olunarkən uzun [gü:l], [ütü:] tələffüz olunur. Şəkilçilərdə işlənmir.

  9. U dilarxası (qalın), dodaqlanan, qapalı saitdir. Müasir Azərbaycan dilində u saiti çox işlənir və sözün hər yerində rast gəlinir. Çox zaman adi kəmiyyətdə işlənir, ikihecalı sözlərdə sonorla yanaşı gəldikdə qısa tələffüz olunur - [buru.n], [qoyu.n]. Şəkilçilərdə işlənir.

Azərbaycan ədəbi dilindəki saitlərin təsnifi cədvəli

Çənənin vəziyyətinə

görə


Dilin vəziyyətinə görə

Dodaqların

vəziyyətinə

görə


İ n c ə

Qalın

Dilönü

Dilortası

Dilarxası




Qapalı

i / i./

/i:/





ı

/ ı ./


Dodaqlan-

mayan


saitlər

Yarımqapalı




e/e:/




Açıq

ə /ə:/




a /a:/

Qapalı

ü /ü./




u /u:/

Dodaqlanan

saitlər


Açıq

ö /ö:/

/öü/




o/o:/

/ou/

SAMİTLƏR

Samit səslər tяляффцз заманы ağız boşluğundakı danışıq üzvlərinin мцхтялиф tərzdə iştirakından küy və avaz əsasında йаранır. Müasir Azərbaycan dilindəki samitlər aşağıdakı kimi təsnif olunur:



  1. Küyün kəmiyyətinə görə.

  2. Küyün yaranma yerinə görə.

  3. Küyün yaranma üsuluna görə.

Küyün kəmiyyətinə görə samitlər küylü və sonor olmaqla 2 qrupa bölünür. [b] [c] [d] [g] [ğ]  [j] [q] [v] [y] [z] [p] [ç] [t] [k] [x] [h] [ş] [k`] [f] [x`] [s] küylü samitlərdir. [l] [m] [n] [r] sonorlardır. Sonorlar saitlər kimi tonlu səslərdir. Bu səslərdə küy çox az olur.

Küylü samitlər kar və cingiltili olur. Kar samitlərin tələffüzü zamanı səs telləri gərginləşmir, səslər küy əsasında yaranır. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir. Bu səslər küy və avazdan əmələ gəlir. Dilimizdə 11 kar samit, 14 cingiltili samit var. Kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir.

Cingiltili sam.: [b] [c] [d] [g] [ğ] – [j] [q] [v] [y] [z] [l] [m] [n] [r]
Kar samitlər:   [p] [ç] [t]  [k] [x] [h] [ş] [k`] [f] [x`] [s] -   - -   -

[h] kar samitinin və [l] [m] [n] [r] cingiltili samitlərinin qarşılığı yoxdur. Samitlərdən 24 - nün yazıda hərfi işarəsi var. [x`] səsinin yazıda işarəsi yoxdur. [k`] – ka hərfini bildirir, [k] – ke hərfini bildirir.



Küyün yaranma yerinə görə samitlər 2 cür olur: dodaq və dil samitləri. [b] [p] [v] [f] [m] samitlərinin yaranmasında dodaqlar və dişlər fəal iştirak edir. Digər samitlərin yaranmasında isə dil və dişlər daha fəaldır.

Samit səslərin bölgüsü və xarakteristikası.

Küyün

yaranma


üsuluna

görə


Küyün yaranma yerinə görə

Küyün

kəmiyyəti

nə görə


dodaq samitləri

dil

samitləri

kipləşən

p







t







k

(ḱ´)




kar

k

ü

y

l

ü

b







d







g

q




cingil

tili


novlu







f

s




ş

(x΄)




x, h

kar







v

z




j

y




ğ

cingil

tili


qovuşuq
















ç










kar
















c










cingil

tili


kipləşən




m







n













sonor

novlu










l




r










Küyün yaranma üsuluna görə samitlər kipləşən, novlu, saf və qovuşuq olur. b, p, d, t, g, k, q, (k´), m, n samitlərinin tələffüzü zamanı danışıq üzvləri kipləşmiş olduğu üçün bu samitlərə kipləşən samitlər deyilir.

Tələffüz zamanı səs axınının sürtünərək xaricə çıxması nəticəsində əmələ gələn səslər novlu (sürtünən) səslərdir: v, f, j, ş, z, s, l, r, ğ, x, h, y, (x΄).

Müasir Azərbaycan dilində 2 qovuşuq samit səs var: c, ç. Digər samitlər isə safdır.

ƏLİFBA

Əlifba – səslərin yazıda ifadəsi üçün istifadə edilən qrafik işarələrin, yəni hərflərin müəyyən sıra ilə düzülüşüdür. Əlifba sözü ərəb dilindəki əlif ( ٱ ) ba ( ٻ ) hərf adlarının birləşməsindəndir. Əksər xalqların əlifbalarında A və B hərfləri ilk hərflərdir və demək olar ki, hərflərin sıralanması da oxşardır. Müasir əlifbamızda 32 qrafik işarə vardır. Əlifbadakı hərflərin miqdarı həmin dildəki fonemlərin miqdarına uyğun olmalıdır ki, yazmaq və oxumaq asan olsun. Tarixən xalqımız müxtəlif əlifbalardan istifadə etmişdir. VII əsrdən 1929-cu ilə qədər ərəb qrafikası əsasında formalaşmış əlifbadan, 1929-cu ildən 1940-cı ilədək latın qrafikası əsasında formalaşmış əlifbadan, 1940-cı ildən 1992-ci ilədək kiril qrafikalı əlifbadan istifadə edilmişdir. 1992-ci ildən yenidən latın qrafikalı əlifbadan istifadə edilməkdədir.



Əlifbadakı hərf adlarını səs adlarından fərqləndirmək üçün:

  • Saitləri bildirən hərflərdən danışarkər ifadəyə hərf sözünü əlavə etmək lazımdır: A hərfi, O hərfi, E hərfi və s.

  • Saitləri bildirən səslərdən danışarkər ifadəyə səs sözünü əlavə etmək lazımdır: A səsi, O səsi, E səsi və s.

  • Sonor samitlərin hərfi adları samitin əvvəlinə e səsinin qoşulması ilə düzəlir: eL, eR, eM, eN.

  • Sonor olmayan samitlərin hərfi adları samitdən sonra e səsinin qoşulması ilə düzəlir: Be, Ce, Çe, De, Ye, Ze və s.

  • Samit səslər həmin səslərə ı səsinin qoşulması ilə adlandırılır: bı, cı, nı, rı, lı, mı, tı, fı və s.

Müasi Azərbaycan əlifbasındakı hərflər

Çap Əlyazma Adı

şəkli şəkli

Çap Əlyazma Adı

şəkli şəkli

Çap Əlyazma Adı

şəkli şəkli

Aa Aa a

Xx Xx xe

Pp Pp pe

Bb Bb be

Iı Iı ı

Rr Rr er

Cc Cc ce

İi İi i

Ss Ss se

Çç Çç çe

Jj Jj je

Şş Şş şe

Dd Dd de

Kk Kk ke, ka

Tt Tt te

Ee Ee e

Qq Qq qe

Uu Uu u

Əə Əə ə

Ll Ll el

Üü Üü ü

Ff Ff fe

Mm Mm em

Vv Vv ve

Gg Gg ge

Nn Nn en

Yy Yy ye

Ğğ Üü ğe

Oo Oo o

Zz Zz ze

Hh Hh he

Öö Öö ö




FONETİK HADİSƏ VƏ QANUNLAR

Ümumi inkişaf ilə əlaqədar olaraq dilin lüğət tərkibində, qrammatik quruluşunda, fonetik sistemində müxtəlif dəyişikliklər baş verir. Bu dəyişikliklər söz və şəkilçilərin fonetik tərkibində də özünü göstərir. “Dil vahidlərinin fonetik qabığında müxtəlif çalarlıqda təzahür edən hadisələr ümumiləşmiş halda fonetik hadisələr adlanır” (Ə. Dəmirçizadə, “Müasir Azərbaycan dili”, I h, səh. 98).

Fonetik hadisələrin bəzisi qanuniləşir, bəzisi isə məhdud şəkildə özünü göstərir. Qanuniləşən fonetik hadisələr fonetik qanun sayılır.

Müasir Azərbaycan dilində ən çox rast gəlinən fonetik hadisələr bunlardır:



  1. Uyuşma (assimilyasiya)

  2. Fərqləşmə (dissimilyasiya)

  3. Səsartımı (proteza)

  4. Səsdüşümü (eleziya)

  5. Yerdəyişmə (metateza)

Uyuşma (assimilyasiya) söz daxilində yaxın və ya yanaşı gələn səslərin birinin digərinə təsir etməklə məxrəc və akustik cəhətdən uyğunlaşmasıdır. Bu hadisə zamanı kar səs cingiltiləşə, cingiltili səs karlaşa bilir, samitlərdən biri digərini ya eyni, ya da daha yaxın məxrəcli səsə çevirir. Bu, tələffüz zamanı danışıq üzvlərinin aldığı vəziyyətlə bağlıdır. Assimilyasiya hadisəsi bir sıra şəkilçilərin və digər qrammatik vasitələrin tələffüzü üçün daha xarakterikdir. Məsələn, sonu f, d, n, z, t, r ilə bitən sözlərə -lıq (-lik, -luq, -lük) şəkilçisi qoşulduqda [-dıx4], [-nıx4], [rıx4] şəklində (azadlıq [azatdıx], sərinlik [sərinnix`], üzlük [üzdüx`], xəbərlik [xəbərrix`] və s. ); -la (-lə), -lan (-lən) şəkilçisi qoşulduqda (odlamaq [oddamax], danlamaq [dannamax], təmizlənmək [təmizdəmməx`], çatlamaq [çatdamax], hamarlamaq [hamarramax] və s.) şəklində; -lar (-lər) şəkilçisi qoşulduqda [-rar2], [-nar2], [-dar2] şəklində ( qatarlar [qatarrar], ilanlar [ilannar], qızlar [qızdar], şəhidlər [şəhitdər], çıxarlar [çıxallar], biletlər [biletdər] və s. ); sifət düzəldən -lı (-li, -lu, -lü) şəkilçisi qoşulduqda [-rı4], [-nı4], [-dı4] şəklində (duzlu [duzdu], ətirli [ətirri], südlü [sütdü] və s.) tələffüz olunur və s.

Azərbaycan dilində uyuşma hadisəsinin müxtəlif təzahür formaları vardır: təsadüfi uyuşma, daimi uyuşma; tam uyuşma, natamam uyuşma; irəli uyuşma, geri uyuşma. Bunların bir qisminə məhdud şəkildə rast gəlinir, bir qismi isə artıq qanuniləşmişdir. Ahəng qanunu və cingiltiləşmə qanunu həm şifahi, həm də yazılı nitqdə tətbiq olunan qanuniləşmiş uyuşmalardır.



Fərqləşmə (dissimilyasiya) söz daxilindəki həmcins səslərin birinin digərinə təsir etməklə məxrəc və akustik cəhətdən öz məxrəcindən uzaqlaşdırması, ayrıcinsləşməsi hadisəsidir. Bu hadisə həm yanaşı, bir heca daxilində olan, həm də sözün müxtəlif hecalarında olan həmcins səslərdə özünü göstərir. Məsələn,

  • Söz ortasında qoşa kar (p, t, k) samit işlənmiş sözlərin tələffüzü zamanı samitlərdən ikincisi cingiltiləşir: tappıltı - [tapbıltı], əlbəttə - [əlbətdə], səkkiz - [səkgiz] və s.

  • Söz ortasında qoşa q samiti işlənmiş sözlərin tələffüzü zamanı samitlərdən birincisi karlaşır: saqqal - [sak΄qal], toqqa - [tok´qa] və s.

Səsartımı (proteza) hadisəsi yanaşı səsləri bitişdirmək üçün səslər arasına müəyyən əlavə səs artırılmasıdır. Məlumdur ki, Azərbaycan dilində söz daxilində saitlər, söz əvvəlində və söz sonunda samitlər yanaşı işlənmir. Səsartımı hadisəsi də müxtəlif məqamlarda yanaşı gələn saitləri və samitləri bitişdirmək üçün istifadə edilir. Səsartımı iki cür olur:

  • Samitartımı

  • Saitartımı

Yanaşı gələn saitləri bitişdirmək üçün saitlər arasına samit artırılır. Azərbaycan dilində bu məqsədlə 3 bitişdirici samitdən istifadə edilir: y, s, n.

Bu bitişdirici samitlər sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçilər (yiyəlik, yönlük və təsirlik hal şəkilçiləri və III şəxs təkin mənsubiyyət şəkilçisi, zaman şəkilçiləri və s.) bitişdirildikdə və o, bu əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə əlavə olunur: su-y-un, ayna-n-ı, gəmi-y-ə, qapı-s-ı, gözlə-y-ər, başla-y-ır, səslə-y-əcək, o-n-u, bu-n-a, bu-n-suz, o-n-dan və s. Bunlar yazıda sabitləşmiş samitartımıdır.



Yazıda sabitləşməyən, yalnız tələffüz zamanı samitartımına da rast gəlinir. Bu zaman tərkibində yanaşı sait olan bəzi sözlərdə tələffüz zamanı saitlər arasına samit artırılır: ailə [ayilə], radio [radiyo], şair [şayir] və s.

Saitartımı hadisəsi söz əvvəlində və söz sonunda yanaşı samit olan bəzi sözlərdə tələffüz zamanı samitlər arasına sait artırılmasıdır: qram [qıram], klub [kulub], sədr [sədir] və s.

Səsdüşümü (eleziya) hadisəsi tələffüzü asanlaşdırmaq üçün çoxhecalı sözlərin tərkibindəki müəyyən səsin və ya hecanın ixtisarıdır. Bu zaman mürəkkəb sözlərdə və sözə şəkilçilərin bitişdirilməsi nəticəsində əmələ gələn çoxhecalı sözlərdə ya sait, ya da saitlə qovuşuq samit səs ixtisar olur. Səsdüşümü hadisəsi də yazıda sabitləşən və yazıda sabitləşməyən olmaqla 2 cür özünü göstərir. Yazıda sabitləşən səsdüşümü hadisəsi həm sözlərdə, həm də şəkilçilərdə özünü göstərir:

  • Beyin, çiyin, oğul, ağıl, ağız, qarın, qoyun, boyun, burun, alın vəs. əsl Azərbaycan sözlərinə saitlə başlanan mənsubiyyət şəkilçisi bitişdirildikdə ikinci hecadakı sait səs düşür: çiyin – sənin çiynin və s.

  • Şəkil, nəsil, fikir, isim, ömür, zehin, meyil, səbir, qəbir, qədir, eyib, izin, cisim, sətir, fəsil, heyif, qisim və s. alınma sözlərə saitlə başlanan şəkilçi artırıldıqda ikinci hecadakı sait səs düşür: nəslin davamçısı, zehni fəaliyyət, fikrə münasibət və s.

  • Ora, bura, hara sözlərinə yerlik və çıxışlıq hal şəkilçiləri bitişdirildikdə a saiti ixtisar oluna bilir: ora – da (orda), bura – dan (burdan), hara – da (harda) və s.

  • İnkar şəkilçisi qəbul etmiş sözlərə -ır4-ar2 zaman şəkilçiləri artırıldıqda a,ə saitləri ixtisara düşür: gəlmə - ir (gəlmir), oxuma – ar (oxumaz) və s.

  • Eynicinsli qoşa samitli sözlərdən mürəkkəb söz yarandıqda və ya bu sözlərə samitlə başlanan şəkilçi qoşulduqda qoşa samitin biri ixtisara düşür: rəsmxət, fənlər və s.

Yazıda sabitləşməyən, yalnız şifahi nitqdə özünü göstərən səsdüşümü hadisəsinə ikinci şəxsin cəm şəkilçisi –sınız 4 , qəti gələcək zaman şəkilçisi –acaq 2, xəbər şəkilçisi –dır 4 şəkilçilərinin ixtisarını misal göstərmək olar: gəlirsiniz – gəlirsiz, gələcəyəm – gələcəm, gedibdir – gedibdi və s.

Yerdəyişmə (metateza) hadisəsi söz daxilindəki səslərin öz mövqelərini dəyişməsidir. Dilimizdə yerdəyişmə hadisəsi, əsasən, yanaşı gələn samitlərin qarşılıqlı halda yerlərini dəyişməsi formasında özünü göstərir və şivələrdə daha çox rast gəlinir: yanlış [yalnış], məşhur [məhşur], layihə [lahiyə], doğra [dorğa], torpaq [topraq], kirpik [kiprik] və s.

Ahəng qanunu

Ahəng qanunu fonetikanın əsas qanunlarından biridir. Bu, bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə sözün tərkibində olan səslər, xüsusilə də saitlər həmahəngləşir. Ahəng qanunu saitlərin ahəngi, samitlərin ahəngi və saitlələ samitlərin ahəngi kimi üç formada təzahür edir. Ahəng qanunu həm söz köklərində, həm də söz kökü ilə şəkilçilərdə özünü göstərir.

Ahəng qanununa görə söz daxilində dilarxası səslərdən sonra dilarxası səslər, dilönü səslərdən sonra dilönü səslər, kar samitlərdən sonra kar samitlər, cingiltili samitlərdən sonra cingiltili samitlər bir-birini izləyir.

Müasir Azərbaycan ədəbi dilində ahəng qanunu üç şəkildə özünü göstərir:


  1. Saitlərin ahəngi.

  2. Samitlərin ahəngi.

  3. Saitlərlə samitlərin ahəngi.

Saitlərin ahənginə görə:

  • əvvəlki hecada dilarxası (qalın) saitlərdən bir işlənirsə, sonra gələn hecada da həmin cinsdən sait işlənməlidir: qırıq, çarıq, quraq və s;

  • əvvəlki hecada (dilönü) incə saitlərdən bir işlənirsə, sonra gələn hecada da həmin cinsdən sait işlənməlidir: çörək, böyük, eniş, özəl, keçi və s.

  • əvvəlki hecada dodaqlanan saitlərdən bir işlənirsə, sonra gələn hecada da dodaqlanan sait işlənməlidir: quru, uzun, odun, qoşun və s.

  • əvvəlki hecada dodaqlanmayan saitlərdən bir işlənirsə, sonra gələn hecada da dodaqlanmayan sait işlənməlidir: çiyələk, həlim, sərin, eniş və s.

Saitlərin ahəngi söz ilə şəkilçi arasında da özünü göstərir. Damaq ahənginə görə şəkilçilər üki cür yazılır : -da, -də; -lar, -lər; - ma, -mə; -an, -ən və s. Dodaq ahənginə görə şəkilçilər dörd cür yazılır: -mış, -miş, -muş, -müş; -dır, -dir, -dur, -dür; -lıq, -lik, -luq, -lük; -ı, -i, -u, -ü və s.

Azərbaycan dilində ahəng qanununa tabe olmayan söz və şəkilçilər də vardır ki, bunların da əksəriyyəti alınma söz və şəkilçilərdir: -i, -vi, na-, ba-, la-, -daş, -pərəst, -ist, anti- və s.



Samitlərin ahənginə görə söz daxilində kar samitlər kar samitlərlə (yaxşı, taxta, xəstə və s.), cingiltili samitlər cingiltili samitlərlə yanaşı ( güzgü, dovğa və s.) ola bilir. Sonorlar söz daxilində hər cür samitlə yanaşı işlənə bilir: qardaş, torpaq, ilxı, ildırım və s.

Samitlərin ahəngi söz ilə şəkilçi arasında da özünü göstərir. – qı ( -qu, -ğı, -ğu, -ki, -kü, -gi, -gü); -qın ( -ğın, -qun, -ğun, -gin, -kin, -kin, -ğün, -kün) şəkilçiləri qalın saitli hecalara q ilə, incə saitli hecalara k ilə qoşulur: qoş – qu, bil – gi, bit – kin, əz – gin, yan – ğın, uç – qun və s.



Saitlərlə samitlərin ahənginə görə söz daxilində ön sıra samitləri ( k, g, y) ön sıra saitləri ilə ( e, ə, i, ü, ö) , arxa sıra samitləri (ğ, q, x, k`) arxa sıra saitləri ilə ( a, ı, o, u) bir-birini izləyir. Məsələn, kənd, göy, yekə; qalın, darağ, xalça, kadr və s.

Saitlərlə samitlərin ahəngi sonu t, k, q ilə bitən öz sözlərimizə şəkilçilərin qoşulması zamanı da özünü göstərir. Belə ki, bu zaman k – y, q – ğ, t – d əvəzlənməsi baş verir: kələk – kələyin, yarpaq– yarpağa, eşit – eşidir, get – gedir və s.

Ahəng qanunu alınma sözlərin dilimizə məxsus şəkilçi qəbul etməsi halında da qorunur: abidə - lər – imiz – in, kitab – ça – dakı, tədqiqat – çı – lar və s.

Yuxarıda qeyd edildiyi kimi, ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Öz sözlərimiz bu qanuna tabedir. Lakin ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil və milli sözlərimizin də içərisində ahəng qanununun pozulduğu istisna sözlər vardır.

Ahəng qanununa tabe olan alınma sözlərin içərisində həm rus – Avropa mənşəli sözlər, həm də ərəb – fars mənşəli sözlər vardır: salam, həkim, vedrə, tərkib, karton, qumbara, samit, forma və s.

Milli sözlərimizində ahəng qanununun pozulduğu sözlər bunlardır: ilan, ilxı, ildırım, işıq, işartı, islaq, elat, inam, ilıq, tikan, sanki, quzey, islan(maq), işılda(maq), inan(maq) və s.

Milli şəkilçilərimiz ahəng qanununa görə iki və dörd cür yazılır, alınma şəkilçilər ahəng qanununa tabe olmur və bir cür yazılır.

Milli mürəkkəb sözlərimiz ahəng qanununa tabe olmaya da bilər: ağbirçək, aşsüzən, dəvədabanı, itburnu, Gülbacı, Daşdəmir və s.



Vurğu, intonasiya

Dilimizin fonetik quruluşu nitqimizə xoş ahəngdarlıq verir. Düzgün və gözəl nitqin əsas tələblərindən biri də səs və sözlərin tələffüz qaydalarına riayət etməkdir. Bunun üçün tələffüzdə vurğu və intonasiyaya riayət etmək əsas şərtdir.



Vurğu nitq vahidlərinin akustik cəhətdən fərqləndirilməsi, onların tələffüzü zamanı səs tonunun yüksəldilməsidir. Vurğulu element yüsək səslə, daha aydın və davamlı tələffüz olunur. Azərbaycan dilində məqsəd və şəraitdən asılı olaraq hansı elementin, hansı nitq vahidinin fərqləndirilməsinə görə üç cür vurğu müəyyən olunur:

  1. Heca vurğusu

  2. Məntiqi vurğu

  3. Həyəcanlı vurğu.

  1. Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli, yüksək tonla tələffüzünə heca vurğusu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Azərbaycan dilində vurğu sözün son hecasında olur. Sözə şəkilçilər bitişdirildikdə hecalar artdıqca vurğu da sona doğru yerini dəyişir: yaz, yazı, yazıçı, yazıçılar, yazıçıların və s. Lakin bu qayda bütün sözlərə aid deyildir, çünki bəzən vurğu ya yerini dəyişmir, ya da əvvəlki hecada qala bilir. Buna səbəb dilimizdə bəzi şəkilçilərin vurğu qəbul etməməsi və alınma sözlərdir.

Müasir Azərbaycan dilindəki vurğu qəbul etməyən şəkilçilər bunlardır:

  1. Фелин инкар шякилчиси: -ма2

  2. Суал ядаты: -мы4

  3. -ла2 (иля) вя -ъа2 гошмалары.

  4. Исмин хябярлик (шяхс) шякилчиляри: -ам2, -сан2, -дыр4, -ыг4,- сыныз4, -дырлар4.

  5. Фелин нягли кечмиш, индики, гяти вя гейри-гяти эяляъяk заман шякилчиляриндян сонра эялян шяхс шякилчиляри.

  6. Фелин нягли кечмиш, индики, гяти вя гейри-гяти эяляъяк заман шякилчиляриндян сонра эялян –dı4 şəkilçiləri.

  7. Zaman şəkilçilərindən sonra işlənən xəbər şəkilçiləri: -dır.

  8. иди, имиш, ися щиссяъикляринин ихтисар формасы.

  9. Фели баьлама шякилчиляри: -мадан2, -mamış2 вя -аркан2 шякил-чисинин 2-ъи щеъасы.

  10. Фелин ямр шякли ЫЫ шяхс ъямин шяхс шякилчиси: -ын

  11. Шяхс-кямиййят шякилчиси: -лар2 (istisna: şцщуди кечмиш заманда вя ямр, шярт шякилляриндя -лар2 вурьу гябул едир).

  12. Фикрин мянбяйини билдирян модал сюзлярдяки –ъа2.

  13. Исим дцзялдян -эил шякилчиси.

  14. Зярф дцзялдян -ла (-ля), -ca2, -ъасына2 шякилчиляри.

  15. Сойад ямяля эятирян сякилчиляр: -ов, -йев, -ова, -йева.

Azərbaycan dilindəki sözləri vurğunun məqamına görə iki qrupa bölmək olar. Birincisi, vurğusu son hecaya düşən sözlərdir ki, bunlar dilimizin lüğət tərkibindəki sözlərin əsas hissəsini təşkil edir. Bu sözlərin içərisində həm öz sözlərimiz, həm də alınma sözlər vardır. Məsələn, baba`, bacı`, qarda`ş, yarpa`q, torpa`q, qala`, qaya`, dəni`z və s. (öz sözlərimiz), hava`, küçə`, lampa`, əmə`l, həki`m, müəlli`m, kita`b, məktə`b, aza`d,vaqo`n, kase`t, maşı`n, vulka`n və s. (alınma sözlər) sözlərdə vurğu sözün son hecasına düşür. Alınma sözlərin içərisində vurğusu son hecaya düşən sözlərin sayı azdır.

İkincisi, vurğusu son hecaya düşməyən sözlərdir. Belə sözlər dilimizin lüğət tərkibinin təxminən 10 %-ni təşkil edir. Bu sözlərin də içərisində həm öz sözlərimiz, həm də alınma sözlər vardır. Vurğusu son hecaya düşməyən Azərbaycan sözləri sayca çox azdır: ne`cə, ye`nə, dü`nən, bi`ldir, sa`nki, a`ncaq, ba`yaq, ya`lnız və s. Alınma sözlərdə isə vurğunun yeri dəyişkəndir və çox zaman ilk hecalara düşür: o`pera, lo`ja, pa`fos, li`rika, la`kin, bə`zən, bə`lkə, a`mma, hə`mişə, mə`sələn, xüsu`sən və s.

Dilimizdə vurğunun yerindən asılı olaraq qrammatik mənası dəyişən sözlər də vardır: ça`tınız (fel) – çatını`z (isim), di`mdik (zərf) – dimdi`k (isim), qaça`raq, çapa`raq (feili bağlama) – qaçara`q, çapara`q (zərf) və s.

Vurğunun yerindən asılı olaraq qrammatik mənanın dəyişməsi dilimizdə işlənən bir qisim alınma sözlərdə də özünü göstərir: li`rik (isim) – liri`k (sifət), akade`mik (isim) – akademi`k (sifət), gene`tik (isim) – geneti`k (sifət) və s.

Dilimizdə m, p, r, s ünsürləri ilə düzəlmiş sifətin çoxaltma dərəcəsində olan sözlərdə vurğu birinci hecanın üzərinə keçir: təmi`z – tə`rtəmiz, sarı`- sa`psarı, yaşı`l – ya`myaşıl və s.

Bitişik yazılan mürəkkəb sözlərdə adətən vurğu son hecaya düşür. Məsələn, ayıpəncəsi`, giləmeyvə`, quşüzümü`, qaratoyu`q, sarıköynə`k, əlüzyuya`n, Ağqoyunlu`, Xanımbacı` və s. Bəzi mürəkkəb sözlərdə vurğu əvvələ düşür: A`ğsu, A`ğdaş, nö`vbənöv, ta`ybatay və s.


  1. Hər cümlədə vurğulu bir söz olur. Belə vurğu mənaca ən vacib olan sözün üzərinə düşür. Bir cümlənin tərkibindəki sözlərin hər birini digərlərindən fərqli olaraq güclü vurğu ilə tələffüz etsək, mənaca bir-birindən fərqli cümlələr alınar. Məsələn,

  • Sabah rayondan bizə qonaq gələcək.

  • Rayondan bizə qonaq sabah gələcək.

  • Sabah bizə qonaq rayondan gələcək.

  • Rayondan qonaq sabah bizə gələcək.

Cümlədə xüsusi məna çalarlığı yaratmaq üçün sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilməsinə məntiqi vurğu deyilir. Məntiqi vurğu ilə tələffüz olunan sözə vurğulu söz deyilir. Azərbaycan dilində vurğulu söz adətən xəbərin yanında, xəbərdən əvvəl işlənir.

  1. Həyəcanlı vurğu cümlədəki fikirlə bağlı olan hiss – həyəcanı bildirmək üçün səsin, sözün və ya ifadənin qeyri – adi tonda tələffüz olunmasıdır. Məsələn, susss, gözzəl, yaxşııı; Sən bir buna baax!

Həyəcanlı vurğuya nida cümlələrində daha çox rast gəlinir.
İntonasiya

Danışarkən səsimiz bəzən ucalır, alçalır, bəzən uzanır, qısalır, bəzən sürətli və ya zəif olur. Bu, cümlədəki sözlərin səslənməsinə təsir edərək cümlənin məzmun və məqsədini, danışanın istək və arzusularını müəyyənləşdirir. Nitqin ahəngi, ritmi, tempi, intensivliyi və s. kimi hadisələrin məcmusuna intonasiya deyilir. İntonasiya vasitəsilə cümlə üzvlərini düzgün qruplaşdırmaq olur, sadə və mürəkkəb cümlələr, tabelilik və tabesizlik əlaqələri müəyyənləşir. Cümlə daxilində xitablar, nidalar, ara sözlər və ara cümlələr, əlavələr, xüsusiləşmələr intonasiya vasitəsilə fərqləndirilir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə