Plan: İqtisadiyyatda maddi marağ?



Yüklə 13.43 Kb.
tarix05.11.2019
ölçüsü13.43 Kb.
Maddi marağ və qazanc əldə edilməsində aparıcı amil

Plan:


1.İqtisadiyyatda maddi marağ?

2.Qazancın əldə edilməsində əsas amillər?

Cəmiyyətin formalaşmasında və fəaliyyətində iqtisadi alət kimi maliyyənin xüsusi rolu vardır. Lakin maliyyə münasibətləri birdən birə meydana gəlməmişdir. Belə ki, ictimai əmək bölgüsünün inkişafı nəticəsində fərdi istehsalın meydana gəlməsi, xüsusi mülkiyyətin qərarlaşması ilə dövlət yaranmışdır. Dövlət xüsusi növ hakimiyyət forması olaraq digər strukturlarla yanaşı ölkənin yaşaması və fəaliyyəti üçün pul fondlarının yaranması, bölgüsü və yenidən bölgüsü mexanizmini öz əlində saxlayır və tənzimləyir. Dövlət maliyyəsi cəmiyyətin inkişafının müəyyən mərhələsində əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə bağlıdır və dövlətin zəruri ehtiyaclarının ödənilməsi üçün pul resurslarının səfərbər olunması üzrə pul münasibətlərini ifadə edir. “Maliyyə” anlayışı latınca “Finansiya” – sözündən əmələ gəlib tədiyyə, gəlir mənasını ifadə edir.

“Maliyyə” dövlətin gəlir və xərclərini ifadə edən iqtisadi münasibət kimi XIII-XV əsrlərdə İtaliyada, XVI əsrdə Fransada bir anlayış kimi işlədilmişdir. Getdikcə əmtəə-pul münasibətlərinin inkişafı nəticəsində “maliyyə” anlayışı dünyanın bir sıra ölkələrində daha geniş status almışdır.

Maliyyə- təsərrüfat mexanizminin mühüm elementidir və tarixi kateqoriyadır.

Maliyyə-təkrar istehsalın ehtiyacları üçün pul vəsaitləri fondlarının yaranması, bölgüsü və istifadəsi prosesində əmələ gələn iqtisadi münasibətlər sistemidir. Maliyyə - əmtəə-pul münasibətləri şəraitində dövlətin funksiyalarının və tələbatlarının inkişafının təsiri ilə meydana gəlmişdir. “Maliyyə” latın sözüdür, gəlir, tədiyyə deməkdir.

Maliyyə münasibətlərinin mahiyyəti:

Maliyyə anlayışı pul münasibətlərini ifadə etsə də o, bütövlükdə pul münasibətlərini tam əhatə etmir, pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır.

Pul münasibətləri dövlətlə müəssisələr, dövlətlə əhali, müəssisələr arası, dövlətlə digər subyektlər arasında geniş pul münasibətlərini ifadə edir.

Maliyyə münasibətləri pul fondlarının yaradılması, bölgüsü, yenidən bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini əhatə edir.

Maliyyə münasibətləri iqtisadi münasibətlərin ayrılmaz hissəsi kimi iqtisadi bazisin tərkibinə daxildir, iqtisadi münasibətlər sisteminin reallaşmasına mühüm təsir göstərir.

Maliyyənin mövculuğunu zəruri edən səbəblər bunlardır:

1. Əmtəə-pul münasibətlərinin meydana gəlib inkişaf etməsi; 2. Dövlətin iqtisadi vəzifələri yerinə yetirməsi;

Təkrar istehsal prosesinin fasiləsiz olaraq baş verməsi, müəssisələrdə istehsal fondlarının dövranının ardıcıllığının təmin edilməsi;

Ölkədə yaradılan ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünün həyata keçirilməsi;

Mülkiyyətçilər arasında əmtəə-pul münasibətlərinin yaranması zəruriliyi;

İqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi istifadə olunması;

Bazar iqtisadiyyatı şəraitində daxili və beynəlxalq bazar əlaqələrinə girmək, beynəlxalq kredit əməliyyatlarına qoşulmaq məqsədi və s.

Maliyyə münasibətlərini zəruri edən bu səbəblər kompleks xarakter daşıyır və bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır.

Beləliklə, maliyyənin meydana gəlməsi, cəmiyyətdə rolu, inkişaf qanunauyğunluqları, ictimai təkrar istehsal prosesinə təsiri hər bir dövlətin öz funksiyalarını yerinə yetirmə xüsusiyyətləri ilə müəyyən olunur. Ölkədə maliyyə münasibətləri əsasən aşağıdakı iki sahəni əhatə edir:

Dövlət büdcəsində, büdcədənkənar fondlarda toplanan və dövlətə məxsus olan mərkəzləşmiş pul fondlarının yaradılması və istifadəsi ilə bağlı olan pul münasibətlərini.

Mikroözəklərdə qalan mərkəzləşmiş pul fondlarını. Bunları nəzərə alaraq maliyyəyə daha geniş formada tərif vermək olar: maliyyə - dövlətin öz sosial-iqtisadi funksiyalarını və vəzifələrini yerinə yetirməsi, geniş təkrar istehsalın təmin olunması məqsədilə mərkəzləşdirilmiş və qeyri mərkəzləşmiş pul vəsaiti fondlarının əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.

Maliyyənin məzmunu və fəaliyyət mexanizmi onun yerinə yetirdiyi aşağıdakı funksiyalarda ifadə olunur:

Təkrar istehsal funksiyası, yəni ölkədə geniş təkrar istehsalın fasiləsiz olaraq baş verməsi, stabilliyin təmin olunması, istehsal və tədavül fondlarının hərəkəti maliyyə təminatından daha çox asılıdır.

Bölüşdürücü funksiya vasitəsilə ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.

Nəzarət funksiyası vasitəsilə cəmiyyətdə pul fondlarının yaranması, bölgüsü və istifadəsi üzərində iqtisadi nəzarət həyata keçirilir. Maliyyə nəzarəti istehsal dairəsində başlayaraq bölgü, mübadilə və istehlak sferasını da əhatə edir. Maliyyə vasitəsilə dövlət tərəfindən cəmiyyətin maddi və pul resursları üzərində ciddi nəzarət həyata keçirilir.

Maliyyənin stimullaşdırıcı funksiyası vasitəsilə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının yaradılması, bölgüsü və istifadə olunmasında həvəsləndirici motivlərin rolu daha da güclənir və nəzərə alınır.

Maliyyənin tənzimləmə funksiyası vasitəsilə dövlət iqtisadiyyatın sabitliyini, inflyasiyanın səviyyəsini tənzimləyir və əhalinin sosial problemlərinə bilavasitə təsir göstərən iqtisadi metodları hərəkətə gətirir. Maliyyə sistemində dövlət büdcəsi ilə yanaşı büdcədən kənar xüsusi məqsədli fondlar fəaliyyət göstərir. Bu fondlar sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata malikdir. Büdcədənkənar fondların başlıca məqsədi əhaliyə sosial xidmətin göstərilməsi, infrastruktur sahələrinin inkişafına təkan verilməsi və həvəsləndirilməsi, iqtisadiyyatın aparıcı sahələrinin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi, yardımçı ehtiyat fondunun yaradılması və s. ibarətdir.

Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı büdcədənkənar xüsusi dövlət fondları fəaliyyət göstərir: Dövlət Yol Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu.

Azərbaycan Respublikasının 6 mart 1996-cı il tarixli qanununa əsasən büdcədənkənar dövlət fondlarının vəsaitlə-rinin xərclənməsinə nəzarət baş dövlət Xəzinədarlıq idarəsində cəmləşdirilmişdir. Büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri (ödənişlərin) hesabına formalaşır.



Bununla yanaşı, respublikada əhalinin sosial müdafiəsi,, sosial təminat, pensiya, məşğulluq, əlillərin sosial müdafiəsi üzrə büdcədənkənar fondlar da fəaliyyət göstərir ki, onlar dövlət büdcəsinin xərclərinin bir hissəsi hesabına formalaşır. Həmin fondlardan dövrü olaraq əhalinin müxtəlif kateqoriyalı təbəqələrinin sosial ehtiyaclarının ödənilməsi məqsədilə istifadə olunur.

Ədəbiyyat

1. İqtisadi nəzəriyyə dərslik AMEA-nın müxbir üzvü Prof. T.S. Vəliyevin ümumi redaktorluğu ilə. Bakı 2002

2. İqtisadi nəzəriyyə dərslik Bakı 1999

3. S.İbadov İqtisadiyyat(iqtisadi nəzəriyyə) dərslik Bakı 2008

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə