I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
  1   2   3   4   5   6   7   8   9   ...   20
Без названия



Təbiəti mühafizə və təbiətdən istifadə haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I   f ə s i l

ÜMUMİ MÜDDƏALAR

M a d d ə 1. Təbiəti mühafizə obyekti

Bir-birilə qarşılıqlı əlaqədə olan təbiət komponentləri (torpaq, yerüstü və yeraltı sular, atmosfer havası, yerin təki, bitkilər və heyvanlar

aləmi), onları birləşdirən ekoloji sistemlər və komplekslər təbiəti mühafizə obyektləridir.

M a d d ə 2. Təbii ehtiyatların mənsubiyyəti

Azərbaycan  Respublikasının  ərazisində  və  Azərbaycanın  Xəzər  dənizindəki  iqtisadi  zonasının  hüdudları  daxilində  bütün  təbii  ehtiyatlar

Azərbaycan  Respublikasının müstəsna  mülkiyyətidir.

M a d d ə 3. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun məqsədi

Təbiəti  mühafizə  və  təbiətdən  istifadə  haqqında  Qanunun  məqsədi  cəmiyyət  ilə  təbiətin  ahəngdar  qarşılıqlı  əlaqəsini  təmin  edərək

Azərbaycanın əzəli təbii xüsusiyyətlərini, habelə canlı orqanizmləri və onların yaşayış mühitini qoruyub saxlamaqdır.

M a d d ə 4. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun vəzifələri

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanunun vəzifələri aşağıdakılardır:

təbii ehtiyatların ekoloji cəhətdən əsaslandırılmış istifadəsini, bərpasını və artırılmasını təmin etmək;

ətraf  mühiti  fiziki,  kimyəvi,  bioloji,  radioaktiv,  elektromaqnit  təsirlərdən,  səs-küydən,  digər  növ  çirklənmələrdən  və  mənfi  təsirlərdən

qorumaq;

Azərbaycan üçün səciyyəvi olan əzəli landşaftı, ayrı-ayrı əraziləri, ekoloji sistemləri və kompleksləri, elmi, idrak, tarixi, estetik və mədəni

əhəmiyyət daşıyan təbii obyektləri qoruyub saxlamaq;

təbii mühitə və təbii ehtiyatlara antropogen təsirin mənfi nəticələrini aradan qaldırmaq;

Azərbaycan əhalisini təbii mühitin və təbii ehtiyatların çirklənməsinin, korlanmasının və tükənməsinin zərərli təsirindən qorumaq;

təbii  ehtiyatlardan  istifadə  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  hüquqi  şəxslərin  və  vətəndaşların  hüquq  və  vəzifələrini  müəyyən

etmək;              

təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində digər ictimai əlaqələri tənzimləmək.

M a d d ə  5. Təbiəti mühafizə və təbiətdən    istifadə    haqqında Qanunun obyekti ,

Təbiəti  mühafizə  və  təbiətdən  istifadə  haqqında  Qanun  ətraf  mühitin  mühafizəsi  və  təbii  ehtiyatlardan  istifadə  sahəsində  münasibətləri

tənzimləyir.

Təbii  mühitin  ayrı-ayrı  komponentləri  ilə  bağlı  olan  ictimai  münasibətlər  torpaqların,  yer  təkinin,  su  ehtiyatlarının,  atmosfer  havasının,

floranın  (o  cümlədən  meşə  ehtiyatlarının),  faunanın  (o  cümlədən  balıq  ehtiyatlarının),  istirahət  (rekreasiya)  ehtiyatlarının  mühafizəsi  və

onlardan istifadə haqqında bu Qanuna əsasən qəbul edilmiş qanunvericilik aktları ilə, habelə əlaqədar qanunlarla tənzimlənir.

M  a  d  d  ə    6.  Təbiətdən  istifadənin  və  ətraf  mühitin  mühafizəsinin  tənzimlənməsi    sahəsində  Azərbaycan  Respublikasının  müstəsna


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin