TƏBİƏTDƏN İSTİFADƏ HÜQUQU
Maddə 19. Təbiətdən istifadə obyektləri
Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində yerləşən təbii mühit
ünsürləri, habelə ayrı-ayrı təbii komplekslər və obyektlər Azərbaycan Respublikasının təbiətdən istifadə obyektləridir.
M a d d ə 20. Təbiətdən istifadə subyektləri
Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində fəaliyyət göstərən
müəssisələr, təşkilatlar, digər hüquqi şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının təbiətdən istifadə subyektləridir.
M a d d ə 21. Təbiətdən istifadə hüququnun əsası
Təbii ehtiyatlardan istifadə hüququnun əsasını müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilən, dövlət sanitariya nəzarəti orqanlarının razılığı
ilə dövlət təbiəti mühafizə orqanları tərəfindən verilən icazə (təbiətdən istifadə haqqında müqavilə) təşkil edir.
Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən olunmuş hallarda təbiət istifadəçisinin hüquqlarının həyata keçirilməsi
məhdudlaşdırıla və ya ona xitam verilə bilər.
Maddə 22. Təbiət istifadəçilərinin əsas vəzifələri
Təbiət istifadəçiləri:
cəmiyyətin ekoloji və sosial mənafelərinin iqtisadi mənafedən üstün olması şərti ilə onların səmərəli uzlaşmasına riayət etməli;
istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməli;
təbii ehtiyatların işlədilməsi, qorunması, bərpası və artırılması məsələlərini kompleks həll etməli;
ətraf mühitə mənfi təsirin qarşısını almaq üçün tədbirlər görməli, belə təsirin zərərli nəticələri aşkar olunduqda isə onların təcili aradan
qaldırılması üçün zəruri tədbirlər görməli;
təbiətin bütövlüyünün və canlı təbiət növlərinin rəngarəngliyinin qorunmasını təmin etməli;
digər təbiət istifadəçilərinin hüquqlarını və qanuni mənafelərini pozmamalı;
təbiətə, adamların həyatına və sağlamlığına, hüquqi şəxslərin, vətəndaşların əmlakına və mənafelərinə vurduqları zərəri ödəməlidirlər.
VI f ə s i l
Dostları ilə paylaş: |