Azərbaycan Respublikasının hər bir vətəndaşı onun sağlamlığı və həyatı üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq hüququna
malikdir.
ətraf təbii mühitə təsir göstərən məhsuldar qüvvələrin, müəssisələrin, qurğuların və başqa obyektlərin yerləşdirilməsi, ərazi-istehsal
komplekslərinin, sənayenin, kənd təsərrüfatının, energetikanın, nəqliyyatın və xalq təsərrüfatının digər sahələrinin inkişafının planlaşdırılması
zamanı ekoloji tələblərə əməl olunması ilə;
təbiətə, adamların həyatına və sağlamlığına, hüquqi və fiziki şəxslərə əmlakına və mənafeyinə vurulan zərərə görə Qanunla müəyyən
edilmiş qaydada maddi məsuliyyətlə təmin edilir.
Vətəndaşların əlverişli ətraf təbii mühit hüququ təbiəti mühafizə ,təbii ehtiyatlardan səmərəli istifadə, təbii ehtiyatların bərpası və
artırılması, təbiəti mühafizə qanunvericiliyinə əməl edilməsi sahəsində onların öz vəzifələrini yerinə yetirməsi ilə uzlaşdırılmalıdır.
M a d d ə 9. Vətəndaşların sağlamlığının ətraf təbii mühitin mənfi təsirindən qorunması hüququ
Azərbaycan Respublikasının hər bir vətəndaşı təsərrüfat fəaliyyəti və ya digər fəaliyyət, qəzalar, bədbəxt hadisələr, təbii fəlakətlər
nəticəsində ətraf təbii mühitin mənfi təsirindən sağlamlığının qorunması hüququna malikdir.
Bu hüquq aşağıdakılarla təmin edilir:
ətraf təbii mühitin keyfiyyətinin planlaşdırılması və normalaşdırılması, ekoloji cəhətdən zərərli fəaliyyətə yol verməməyə, qəzaların,
bədbəxt hadisələrin, təbii fəlakətlərin qarşısını almağa və nəticələrini aradan qaldırmağa yönəldilən tədbirlər görülməsi;
ətraf təbii mühitin çirklənməsi və digər zərərli təsirlər, o cümlədən qəzalar və bədbəxt hadisələr nəticəsində vətəndaşların sağlamlığına
dəymiş zərərin məhkəmə qaydasında və ya inzibati qaydada ödənilməsi;
ətraf təbii mühitin vəziyyətinə və təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin və ictimai nəzarətin həyata
keçirilməsi, əhalinin ekoloji təhlükəsizliyinin təminatı tələblərinin pozulmasında təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi.
Maddə 10. Vətəndaşların ekoloji məlumat almaq hüququ
Azərbaycan Respublikasının vətəndaşları bütövlükdə respublika üzrə, habelə ayrı-ayrı rayonlar, şəhərlər, zonalar və sahələr üzrə
ekoloji vəziyyət haqqında vaxtında, tam və düzgün məlumat almaq hüququna malikdirlər.
Bu hüquq ətraf təbii mühitin müvafiq dövrdə vəziyyəti və onun dəyişməsi meylləri haqqında kütləvi informasiya vasitələrində müntəzəm
məlumat verilməsi ilə təmin edilir.
Ətraf təbii mühitin keyfiyyəti kəskin surətdə pisləşdikdə, habelə fövqəladə ekoloji vəziyyət yarandıqda dərhal əhaliyə bu barədə
məlumat və mütəxəssislərin müvafiq tövsiyələri verilir.
Maddə 1 1 . Ekoloji əhəmiyyət daşıyan qərarların qəbul olunmasında və onların icrasına nəzarətdə vətəndaşların iştirak etmək
hüququ
Azərbaycan Respublikasının vətəndaşları həyata keçirilməsi ətraf təbii mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul
olunmasında və onların icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər.
Bu hüquq ekoloji əhəmiyyət daşıyan qərar layihələrinin elan olunması və açıq müzakirə edilməsi, layihələrin ictimai ekoloji
ekspertizalarının keçirilməsi, dövlət orqanlarının vətəndaşların təkliflərini nəzərə almaq vəzifəsi, ətraf təbii mühitin mühafizəsində əhalinin
iştirakının müxtəlif formalarından, o cümlədən referendumlardan istifadə olunması ilə təmin edilir. Xüsusən, nüvə enerjisindən istifadə
edilməsi, yaxud respublikanın nüvə silahından azad zona elan olunması məsələsi referendumun müstəsna səlahiyyətinə aiddir.
III f ə s i l
Dostları ilə paylaş: