I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


MÜƏSSİSƏLƏRİN,  QURĞULARIN  VƏ BAŞQA OBYEKTLƏRİN



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Без названия

MÜƏSSİSƏLƏRİN,  QURĞULARIN  VƏ BAŞQA OBYEKTLƏRİN

YERLƏŞDİRİLMƏSİ,  LAYİHƏLƏŞDİRİLMƏSİ,  TİKİNTİSİ,  YENİDƏN

QURULMASI  VƏ  İSTİSMARA VERİLMƏSİ ZAMANI  İRƏLİ SÜRÜLƏN

EKOLOJİ  TƏLƏBLƏR

M a d d ə 49.      Müəssisələrin, qurğuların və başqa obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi, yenidən qurulması və



istismara verilməsi zamanı irəli sürülən ümumi ekoloji tələblər

Təsərrüfat obyektləri yerləşdirilərkən, onların tikintisi, yenidən qurulması və genişləndirilməsi texniki-iqtisadi cəhətdən əsaslandırılarkən,

sənaye, nəqliyyat, energetika, kommunal-məişət, kənd, su təsərrüfatı müəssisələri, binaları, qurğuları layihələşdirilərkən, tikilərkən, yenidən

qurularkən,  istismara  verilərkən,  elektrik,  rabitə  xətləri,  boru  kəmərləri,  kanallar  və  başqa  xətlər  çəkilərkən  ekoloji  normativlər,  əhalinin

ekoloji  təhlükəsizliyi  və  sağlamlığının  qorunması  tələbləri  yerinə  yetirilməli,  təbiətin  mühafizəsinə,  təbii  ehtiyatlardan  səmərəli  istifadə

olunmasına,  onların  bərpasına  və  artırılmasına,  ehtiyatlara  qənaət  edilməsinə,  ətraf  təbii  mühitin  sağlamlaşdırılmasına  dair  tədbirlər  nə

zərdə tutulmalıdır.

Ekoloji   normativlər sisteminə  aşağıdakılar  daxildir:

ətraf təbii mühitdə çirkləndirici maddələrin yol verilə bilən qatılıq həddi;

ətraf mühitə bir dəfəyə atılan və axıdılan çirkləndirici maddələrin yol verilə bilən son hədləri;

səs-küyün, elektromaqnit şüalanmasının və digər zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri, həmçinin radiasiya təhlükəsinin son

həddi, Sanitariya normaları və qaydaları, gigiyena normativləri.

Göstərilən normativlərin və tələblərin pozulması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin,

yaxud  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  dövlət  sanitariya  nəzarətinin,  ya  da  Dövlət  Sənayedə  İşlərin  Təhlükəsiz Görülməsinə

Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin qərarlarına uyğun olaraq, ekoloji cəhətdən zərərli obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi,

tikilməsi,  yenidən  qurulması,  istismara  verilməsi  üzrə  fəaliyyətin  dayandırılmasına,  yaxud  məhdudlaşdırılmasına,  ya  da  ona  xitam

verilməsinə,  eyni  zamanda  qadağan  olunmuş  işlərin  bank  idarələri  tərəfindən  maliyyələşdirilməsinin  pozuntular  aradan  qaldırılanadək

kəsilməsinə səbəb olur.

Ekoloji  normativlər  Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi,  Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyi və digər səlahiyyətli dövlət orqanları tərəfindən hazırlanır və tətbiq edilir.




Maddə 50.     Ətraf təbii mühitə əhəmiyyətli dərəcədə təsir göstərən layihələrin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizi akvatoriyasındakı iqtisadi zonasının hüdudları daxilində ətraf təbii

mühitin  vəziyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  və  ya  göstərə  bilən  iri  təsərrüfat  layihələri  dövlət  ekoloji  ekspertizasının  rəyinə,

zəruri  hallarda  isə  ümumxalq  müzakirəsinin  nəticələrinə  əsasən  Azərbaycan  Respublikası  Ali  Sovetinin  qəbul  etdiyi  qərarla  hazırlanır  və

həyata keçirilir.

Məhsuldar  təbii  ekoloji  sistemlərin  və  təbii  tarazlığın  pozulması  və  ya  dağılması,  regional  iqlimdə  və  ya  mikroiqlimdə  mənfi

dəyişikliklər  baş  verməsi,  bitkilərin  və  heyvanların  genetik  fondunun  məhv  olması,  Yer  kürəsinin  ozon  təbəqəsinə  mənfi  təsir  göstərilməsi,

adamların  sağlamlığı,  təbii  mühit  və  cəmiyyətin  sosial  həyatı  üçün  digər  ağır  nəticələrin  törənməsi  ilə  bağlı  layihələrin  hazırlanması  və

həyata keçirilməsi qadağandır.

Maddə 51.     Müəssisələrin,  qurğuların   və   başqa    obyektlərin yerləşdirilməsi zamanı verilən ekoloji tələblər

Ekoloji  cəhətdən  zərərli  olan  müəssisələr,  qurğular  və  başqa  obyektlər  yerləşdirilərkən  ətraf  təbii  mühiti  mühafizə,  təbii  ehtiyatlardan

səmərəli istifadə, onların bərpası və artırılması, göstərilən obyektlərin yaxın və uzaq ekoloji, genetik, iqtisadi, demoqrafik, mənəvi nəticələrinin

nəzərə alınması tələblərinin yerinə yetirilməsi təmin olunmalıdır.

Ekoloji  cəhətdən  zərərli  olan  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  tikintisi  üçün  yerlər  Azərbaycan  Respublikası  Dövlət

Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin  və  onun  yerli  orqanlarının,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  müsbət

rəyi  olduqda  müvafiq  xalq  deputatları  Sovetlərinin  razılığı  ilə  müəyyən  edilir.  Zəruri  hallarda  müəyyən  ərazidə  yaşayan  əhalinin  ekoloji

mənafeyinə toxunan obyektlərin yerləşdirilməsi zamanı xalq deputatları Sovetinin qərarı göstərilən əhalinin müzakirəsinin nəticələrinə əsasən

qəbul edilir.

Maddə 52.     Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisinin texniki-iqtisadi əsaslandırılmasına və layihələşdirilməsinə verilən


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin