təsirlərdən qorunması
Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, habelə vətəndaşlar zərərli istehsalat və məişət
səs-küyünün, vibrasiyasının, maqnit
sahələrinin elektromaqnit şüalanmasının zərərli təsirinin və ətraf təbii mühitə digər zərərli fiziki təsirlərin qarşısının alınması və aradan
qaldırılması sahəsində zəruri tədbirlər görməyə borcludurlar. Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki
iqtisadi zonasının hüdudları daxilində normativlərin yerinə yetirilməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sanitar nəzarəti
orqanlarının, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin, yerli xalq deputatları Sovetlərinin və icra hakimiyyəti orqanlarının qərarına əsasən müəssisələrin, sexlərin, aqreqatların, başqa
avadanlığın və aparatların işinin, nəqliyyat vasitələrinin, digər zərərli səs-küy, vibrasiya mənbələrinin, maqnit sahələrinin istismarının
aşkara çıxarılmış qüsurlar aradan qaldırılanadək dayandırılmasına, bunlara xitam verilməsinə səbəb olur.
Maddə 63. Ətraf təbii mühitin istehsalat və məişət tullantılarından qorunması
Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları, müəssisələr, təşkilatlar, idarələr, habelə vətəndaşlar istehsalat və məişət
tullantıları əmələ kəlməsinin azaldılması, bunların zərərsizləşdirilməsi, emalı, təkrar işlədilməsi, anbara vurulması və ya basdırılması üçün
səmərəli tədbirlər görməyə borcludurlar.
Yerli xalq deputatları Sovetləri, icra hakimiyyəti orqanları tullantıların anbara vurulması və basdırılması yerlərini müəyyən etmək üçün
təbiəti mühafizə orqanları, sanitar nəzarəti, geologiya orqanları ilə qabaqcadan razılaşdırılmış qərarlar qəbul etməlidirlər. Sututarlara, yeraltı
laylara, yaşayış massivlərinin, meşələrin ərazilərinə, kənd təsərrüfatı yerlərinə və başqa torpaq sahələrinə tullantıların atılması və tərkibində
tullantı olan təmizlənməmiş çirkabın axıdılması qadağandır.
Göstərilən qaydalara əməl edilməməsi Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi orqanlarının, yaxud yerli icra hakimiyyəti orqanlarının qərarına əsasən müəssisələrin müvafiq tullantıları
əmələ gətirən fəaliyyətinin məhdudlaşdırılmasına, dayandırılmasına və ya fəaliyyətinə xitam verilməsinə səbəb olur.
X f ə s i l
Dostları ilə paylaş: |