I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


TƏBİƏTİN MÜHAFİZƏSİNDƏ ƏHALİNİN İŞTİRAKI



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Без названия

TƏBİƏTİN MÜHAFİZƏSİNDƏ ƏHALİNİN İŞTİRAKI

M a d d ə 64. Təbiətin mühafizəsində əhalinin iştirakı formaları

Təbiətin  mühafizəsində  əhali  təbiəti  mühafizə  qanunvericiliyi  pozuntularının  qarşısının  alınması  və  aradan  qaldırılması  tədbirlərinə

şəxsən  əmək  sərf  etmək  yolu  ilə  (vətəndaşların  arzusu  üzrə),  təbiəti  mühafizə  fondlarına  könüllü  surətdə  vəsait  vermək  yolu  ilə,  əmək

kollektivlərinin, ekoloji ictimai təşkilatların həyata keçirdikləri təbiəti mühafizə işinə qoşulmaq yolu ilə iştirak edir.

Maddə 65. İctimai  ekoloji  təşkilatların  səlahiyyətləri

İctimai ekoloji təşkilatlar, ekoloji vəzifələri yerinə yetirən digər ictimai təşkilatlar və birliklər aşağıdakı hüquqlara malikdir.

öz  ekoloji  proqramlarını  hazırlamaq,  təsdiq  və  təbliğ  etmək,  əhalinin  və  onun  ayrı-ayrı  qruplarının  ekoloji  hüquq  və  mənafelərini

qorumaq, əhalinin ekoloji mədəniyyətini inkişaf etdirmək, vətəndaşları könüllülük əsasında fəal təbiəti mühafizə fəaliyyətinə cəlb etmək;

öz  vəsaiti  və  cəlb  olunmuş  vəsait,  əhalinin  əməkdə  iştirakı  hesabına  təbii  ehtiyatların  mühafizəsi,  bərpası  və  artırılması,  ətraf  təbii

mühitin  sağlamlaşdırılması  və  yaxşılaşdırılması  işlərini  yerinə  yetirmək,  müəssisələr,  təşkilatlar,  idarələr  və  vətəndaşlar  tərəfindən  təbiəti

mühafizə tədbirlərinin necə yerinə yetirildiyini öyrənmək və ya dövlət orqanlarının təşkil etdiyi və keçirdiyi belə yoxlamalarda iştirak etmək,

təbiəti  mühafizə  qanunvericiliyinin  pozuntularına  qarşı  mübarizədə  dövlət  təbiəti  mühafizə  orqanlarına  hər  vasitə  ilə  kömək  Göstərmək,

təbiəti mühafizə üzrə ictimai fondlar yaratmaq və bu fondları ekoloji tədbirlərin keçirilməsinə sərf etmək;




ekoloji  cəhətdən  təhlükəli  və  zərərli  müəssisələrin,  qurğuların  və  obyektlərin  yerləşdirilməsi,  layihələşdirilməsi,  tikintisi,  istismara

verilməsi  üzrə  dövlət  ekoloji  ekspertizasında  iştirak  etmək,  ictimai  ekoloji  ekspertiza  təşkil  etmək  və  keçirmək,  ekoloji  cəhətdən  zərərli

obyektlərin yerləşdirilməsinə, tikintisinə, istismarına dair qərarların ləğv edilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması,

xitam olunması və ya profilinin dəyişdirilməsi barədə müəyyənləşdirilmiş qaydada məsələ qoymaq;

ətraf  təbii  mühitin  vəziyyəti,  təbiətin  mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadənin  təmin  edilməsi  tədbirləri  haqqında,  təbiəti

mühafizənin əsas istiqamətləri, təbiəti mühafizə üzrə dövlət planları, proqramları, tədbirləri haqqında vaxtında, tam və düzgün məlumat

verilməsini tələb etmək, onu almaq və əhali arasında yaymaq;

məhsuldar  qüvvələrin,  xalq  təsərrüfatı  sahələrinin  və  obyektlərin  inkişafı  və  yerləşdirilməsi  haqqında  qəbul  olunan  qərarların  dövlət

ekoloji ekspertizasının və ümumxalq müzakirəsinin təyin olunmasını tələb etmək;

təbiəti  mühafizə  və  təbiətdən  istifadə  məsələləri  üzrə  yığıncaqlar  təşkil  etmək  və  keçirmək,  ekoloji  platformasını  mətbuatda,  radio  və

televiziya ilə şərh etmək;

təbiəti  mühafizə  qanunvericiliyinin  pozulması  nəticəsində  vətəndaşların  sağlamlığına  və  əmlakına,  ətraf  təbii  mühitə  dəyən  zərərin

ödənilməsi barədə dövlət təbiəti mühafizə orqanları müəyyən edilmiş qaydada iddialar qaldırmırsa, məhkəmə və ya arbitraj vasitəsilə belə

iddialar qaldırmaq.

İctimai  təşkilatlar  və  digər  ictimai  birliklər  öz  nizamnamələrinə  və  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə

müvafiq surətdə ekoloji fəaliyyət Göstərirlər.

M a d d ə 66.       Təbiətin mühafizəsində və təbiətdən istifadədə vətəndaşların hüquqları və vəzifələri

Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:

təbiətin mühafizəsində iştirak etmək, Azərbaycanın təbii sərvətlərini öz şəxsi əməyi ilə qorumaq və artırmaq;

təbiəti mühafizə sahəsində ictimai təşkilatlar, fondlar və başqa ictimai birliklər yaratmaq, belə təşkilatlara üzv olmaq;

ümumxalq müzakirəsinə (referenduma) çıxarılan qanunvericilik aktlarının və başqa aktların layihələrinin müzakirəsində iştirak etmək,

təbiəti mühafizə və təbiətdən istifadə məsələləri barədə məktublar,  ərizələr, şikayətlər, təkliflər  ilə  müraciət  etmək;

ətraf  təbii  mühitin  vəziyyəti  və  onun  mühafizəsi        tədbirləri,  barədə  vaxtında,  tam  və  düzgün  məlumat  verilməsini  müvafiq

orqanlardan tələb etmək;

  ekoloji  cəhətdən  zərərli  obyektlərin  yerləşdirilməsi,  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması,  istismarı  barədə  qərarların  ləğv

edilməsinə,  ətraf  mühitə  və  insan  sağlamlığına  mənfi  təsir  Göstərən  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  fəaliyyətinin

məhdudlaşdırılmasına, dayandırılmasına, xitam olunmasına dair təkliflər vermək;

ətraf  təbii  mühitə  mənfi  təsir  nəticəsində  öz  sağlamlığına  və  əmlakına  dəymiş  zərərin  ödənilməsi  barədə  müvafiq  müəssisələrə,

təşkilatlara, idarələrə və vətəndaşlara məhkəmə vasitəsilə iddia vermək;

Azərbaycan  Respublikasının  ərazisində  yaşayan  vətəndaşlar  təbiəti,  onun  sərvətlərini  qorumalı,  istifadəyə  verilmiş  təbii  ehtiyatları

səmərə ilə işlətməli, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl etməlidirlər.

Azərbaycan  Respublikasının  ərazisində  yaşayan  vətəndaşlar  təbiəti  mühafizə  sahəsində  öz  hüquq  və  vəzifələrini  Azərbaycan

Respublikasının qüvvədə olan qanunvericiliyinə   müvafiq surətdə həyata keçirirlər.

Maddə 67. Təbiəti mühafizə sahəsində ictimai təşkilatların və vətəndaşların hüquqlarının təmin edilməsi

Azərbaycan  Respublikası  ictimai  ekoloji  təşkilatlara,  ekoloji  vəzifələri  yerinə  yetirən  başqa  ictimai  təşkilatlara  və  vətəndaşlara  təbiəti

mühafizə  sahəsində  verilmiş  hüquqların  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  müvafiq  surətdə  həyata

keçirilməsinə təminat verir.

 

XI   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin