Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində nəzarətin vəzifələri ətraf təbii mühitin vəziyyətini, təsərrüfat fəaliyyətinin və digər
fəaliyyətin təsiri ilə onun dəyişməsini, təbiətə təsirin və ətraf təbii mühitdən təbii ehtiyatların götürülməsi həcmini müşahidə edib
öyrənmək, həmçinin təbiətin mühafizəsinə, ekologiyanın sağlamlaşdırılmasına, təbii ehtiyatların səmərəli işlədilməsinə, bərpasına və
artırılmasına dair planların və tədbirlərin yerinə yetirilməsini, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə və ətraf təbii mühitin keyfiyyət
Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə sahəsində nəzarət sistemi dövlət; idarə, istehsalat nəzarətindən və
M a d d ə 24.
Ətraf təbii mühiti müşahidənin respublika sistemi (ekoloji monitorinq)
Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər .dənizindəki iqtisadi zonasının hüdudları daxilində daimi fəaliyyət
göstərən respublika kompleks ekoloji monitorinq sistemi təşkil olunur. Monitorinq sistemi ətraf təbii mühitin vəziyyətini, orada baş verən
fiziki, kimyəvi, bioloji prosesləri, atmosfer havasının, torpağın, su obyektlərinin çirklənməsi səviyyəsini, bunun flora və faunaya, əhalinin
sağlamlığına təsirinin nəticələrini müşahidə məsələlərini, əlaqədar təşkilatları və əhalini ətraf təbii mühitin vəziyyəti və dəyişilməsi
haqqında cari və təcili məlumatla, bu sahədə xəbərdarlıq və proqnozlarla təmin etmək məsələlərini həll edir.
Kompleks ekoloji monitorinqin məzmununu, quruluşunu və həyata keçirilməsi qaydasını dövlət sanitariya orqanlarının razılığı ilə
Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.
Kompleks ekoloji monitorinqi Azərbaycan Respublikasının hidrometeorologiya Komitəsi, habelə Azərbaycan Respublikasının Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bunun üçün səlahiyyət verilmiş digər
orqanlar həyata keçirirlər.
M a d d ə 25. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarəti
Azərbaycan Respublikasının ərazisində və Azərbaycanın Xəzər dənizindəki iqtisadi zonasının hüdudları daxilində təbiəti mühafizə və
təbiətdən istifadə sahəsində vahid dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi.
habelə müvafiq fəaliyyət istiqamətləri üzrə — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi,
yerlərdə isə bundan əlavə xalq deputatları Sovetləri həyata keçirirlər.
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarəti orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərinə uyğun olaraq
müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdirlər:
idarə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq müəssisələrə, təşkilatlara, idarələrə və onlara məxsus obyektlərə, habelə
vətəndaşların təsərrüfatlarına getmək, öz xidmət vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, analizlərlə, başqa materiallarla
tanış olmaq;
təbiəti mühafizə qaydalarını pozmaqla əldə edilmiş məhsulları və qanunsuz istifadə edilən ov alətlərini, nəqliyyat vasitələrini, habelə
müvafiq sənədləri almaq, şəxsi axtarış aparmaq, əşyalara, nəqliyyat vasitələrinə baxmaq, silahları və təbiətdən əldə edilmiş məhsulları
yoxlamaq;
vəzifəsindən asılı olaraq müəyyən edilən müvafiq qaydada xidməti silah gəzdirmək və işlətmək;
təmizləyici və digər zərərsizləşdirici qurğuların, onlara nəzarət vasitələrinin işini, təbii ehtiyatlardan faktiki istifadə həcmlərinin hesabat
göstəricilərinə uyğunluğunu, ətraf təbii mühitin keyfiyyət normativlərinə, təbiəti mühafizə qanunvericiliyinə əməl olunmasını, təbiəti
mühafizə və təbiətdən səmərəli istifadənin təmin edilməsi tədbirlərinin yerinə yetirilməsini yoxlamaq;
nöqsanların aradan qaldırılmasını tələb etmək, verilmiş hüquqlar daxilində obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikintisi,
yenidən qurulması, istismara verilməsi, istismarı barədə icrası məcburi olan sərəncamlar (göstərişlər, qərarlar, tövsiyələr) vermək;
təqsirli şəxsləri müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb etmək, onların intizam, inzibati və ya cinayət məsuliyyətinə
cəlb olunması üçün materialları müvafiq təşkilatlara göndərmək, təbiəti mühafizə qanunvericiliyinin pozulması nəticəsində ətraf təbii mühitə
və ya adamların sağlamlığına dəymiş zərərin ödənilməsi barədə məhkəmə və ya arbitraj vasitəsilə iddia qaldırmaq, ekoloji hüquq
pozuntularına görə cərimələr kəsmək;
ətraf təbii mühitə, onun pisləşməsi nəticəsində isə adamların sağlamlığına zərər vuran müəssisələrin, qurğuların, digər obyektlərin işinin
və hər hansı fəaliyyətin məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərarlar qəbul etmək. Göstərilən qərarlar bütün
nazirliklər, baş idarələr, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır. Bu qərarlar
əsasında müvafiq bank idarələri qadağan olunmuş fəaliyyətin maliyyələşdirilməsini təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət
nəzarəti orqanı qadağan haqqında qərarı ləğv edənədək dayandırır. Vəzifəli şəxslər, başqa işçilər, vətəndaşlar göstərilən qərarları yerinə
yetirməməyə və pozmağa görə məsuliyyət daşıyırlar;
təbii ehtiyatlardan, o cümlədən meşə və qeyri-meşə bitkilərindən, dərman bitkilərindən, təbii müalicə amillərindən, heyvanlar aləmindən
istifadə üçün müəssisələrə, təşkilatlara, kooperativlərə, vətəndaşlara norma (hədd) qoymaq və bunların çıxarılmasına (vurulmasına,
yığılmasına, tədarükünə), habelə respublikadan kənara aparılmasına icazə (lisenziya) vermək.
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi qaydası onun haqqında müvafiq
Əsasnamə ilə tənzimlənir.
M a d d ə 26. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində idarə nəzarəti
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində idarə nəzarətini nazirliklərin və baş idarələrin ekoloji və digər xidmətləri həyata keçirir.
İdarə nəzarətinin vəzifəsi təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə, onların bərpasına, artırılmasına, ətraf təbii mühitin
sağlamlaşdırılmasına dair idarə planlarının və tədbirlərinin yerinə yetirilməsini yoxlamaq, təbii ehtiyatların işlədilməsi normativlərinə, ətraf
təbii mühitə təsirin həcminə, müvafiq təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaqdır.
İdarə ekoloji xidmətlərinin və ya idarə ekoloji nəzarəti hüquqları verilmiş xidmətlərin təşkili və fəaliyyət qaydası nazirlik və baş
idarələrin Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırmaqla bu Qanun
əsasında təsdiq etdikləri əsasnamələrlə tənzimlənir.
M a d d ə 27. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində istehsalat nəzarəti
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində istehsalat nəzarətini müəssisə, təşkilat və idarənin ekoloji xidməti həyata keçirir.
İstehsalat nəzarətinin vəzifəsi təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə, onların bərpasına, artırılmasına, ətraf təbii
mühitin sağlamlaşdırılmasına dair istehsalat planlarının və tədbirlərinin yerinə yetirilməsini yoxlamaq, təbii ehtiyatların işlədilməsi
normativlərinə, ətraf təbii mühitə təsirin həcminə, təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaqdır.
İstehsalat ekoloji nəzarəti xidmətinin təşkili və fəaliyyət qaydası müəssisə, təşkilat və idarələrin və ya onların yuxarı orqanlarının
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırmaqla bu Qanun əsasında təsdiq
etdikləri əsasnamələrlə tənzimlənir.
M a d d ə 28. Təbiəti mühafizə sahəsində ictimai nəzarət
Təbiəti mühafizə sahəsində ictimai nəzarəti Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin
ictimai müfəttişləri, habelə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti, Ekologiya İttifaqı, Yaşıllar hərəkatı, Meşəçilər Cəmiyyəti və digər
ictimai təşkilatlar, əmək kollektivləri, əhali həyata keçirir. İctimai nəzarətin vəzifəsi həyat və sağlamlıq üçün əlverişli olan ətraf təbii mühitin
nazirliklər, idarələr, müəssisələr, təşkilatlar və vətəndaşlar tərəfindən təmin edilməsidir.
İctimai ekoloji nəzarətin həyata keçirilməsi qaydası bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə, ictimai
təşkilatlar və əmək kollektivləri haqqında qanunvericilik aktları, ictimai təşkilatların nizamnamələri ilə tənzimlənir.
VII f ə s i l
Dostları ilə paylaş: