30. Mədəniyyətin funksiyaları (mühitə uyğunlaşma və dərketmə)
Mühitə uyğunlaşdırma funksiyası ən qədim funksiyalardan hesab edilərək iki mühüm şəraitə təbii (təbiət) və sosial şəraitə uyğunlaşdırmanı nəzərdə tutur. Canlı varlıqların hər bir növü yaşadığı muhitə uyğunlaşır. Bitki və heyvanlarda uyğunlaşma bioloji təkamul prosesində baş verir: dəyişkənlik, irsiyyət və təbii seçmə vasitəsilə olur. Xarici muhit şəraitində yaşamasını təmin edən fəaliyyətləri nəsildən nəslə genetik öturulur. İnsanın isə yaşadığı mühitə uyğunlaşması fərqli baş verir. İnsanın bioloji quruluşu digər canlılar kimi mühitə dayanıqlı şəkildə uyğunlaşmır. O, heyvanlar kimi təbii həyat tərzi keçirə bilmir. Məcburdur ki, yaşamaq üçün ətrafında suni mədəni mühit yaratsın. Məsələn, ən qədim əcdadlarımız üçun heyvan dərisi, od mədaniyyətin qədim, ilkin nümunələri hesab edilirdisə, müasirlərimiz üçün bunu kosmik libaslar (məsələn, skafandr) əvəz edir