30. Mədəniyyətin funksiyaları (mühitə uyğunlaşma və dərketmə) Mühitə uyğunlaşdırma funksiyası


Aksioloji (qiymətləndirici) funksiya



Yüklə 24,96 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü24,96 Kb.
#42559
1   2   3   4   5   6   7
30-33

Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», «şər» anlayışları özünü müxtəlif dəyərlərdə təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün zamanlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır.
İnsan qruplarının inteqrasiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına xidmət edən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməyə xidmətini nəzərdə tutur. Mədəniyyət millətlərin differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı kimi də çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun müxtəlif tarixi dövr və mərhələlərin, xalq və millətlərin qarşılıqlı əlaqəsini yaratmaqla, onların «simfonik» vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki tərəqqisinin təzahürüdür.

33. Mədəniyyətin funksiyaları (insan qruplarının inteqrasiyası və sosiallaşma-humanistləşmə)


Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin