30. Mədəniyyətin funksiyaları (mühitə uyğunlaşma və dərketmə) Mühitə uyğunlaşdırma funksiyası


İnsan qruplarının inteqraiyası funksiyası



Yüklə 24,96 Kb.
səhifə7/7
tarix02.01.2022
ölçüsü24,96 Kb.
#42559
1   2   3   4   5   6   7
30-33

İnsan qruplarının inteqraiyası funksiyası, dünyəvi, bəşəri sivilizasiyaların zənginliyinin yaradılmasına xidmət edən milli mədəniyyətlərin qarşılıqlı zənginləşməyə xidmətini nəzərdə tutur. Mədəniyyət millətlərin differensiasiyasının mühüm amili olmaqla yanaşı, həm də insan qruplarının birləşməsi, zənginləşməsi meyarı kimi də çıxış edir. Millətlərarası mübadilə prosesi inkarı – inkar kimi dialektik qanunun müddəalarına uyğun müxtəlif tarixi dövr və mərhələlərin, xalq və millətlərin qarşılıqlı əlaqəsini yaratmaqla, onların «simfonik» vəhdətini formalaşdırır. Dediklərimizin ən mühüm sübutlarından biri müasir mədəniyyətin nəhəng elmi-texniki tərəqqisinin təzahürüdür.

Sosiallaşdırma (humanistləşmə) funksiyası – mədəniyyətin müəyyən şəxsiyyət tipinin formalaşdırılması ilə izah edilir. Bu formalaşma cəmiyyətin maraqlarına uyğundur. Orta əsrlərdə bu tip cəngavər, sosializm quruluşunda isə, kommunizm qurucusu sayılan fəal mübariz idi. Bundan belə bir nəticə çıxır ki, mahiyyətcə bu funksiya cəmiyyətin yeganə və əsas vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, cəmiyyət insanı bioloji varlıqdan şüurlu, ağıllı ictimai adama çevirir. Ona görə də insanın sosiallaşması prosesi fərd tərəfindən müəyyən edilən bilik, norma və dəyərlərin mənimsənilməsini praktiki fəaliyyətdə tətbiqini nəzərdə tutulur. Ona görə də mədəniyyətin humanistləşmə funksiyası iki mühüm proseslə müşayiət olunur: sosiallaşma prosesi (yəni ictimai münasibətlərin mənimsənilməsi) və fərdiləşmə prosesi (yəni bu münasibətlərin fərdi formada, təkrarolunmaz şəkildə mənimsənilməsi).
İctimai inkişafda ideal vəziyyət kollektiv və şəxslər, fərdlər arasında mütənasibliyin mövcudluğu ilə izah edilir.
Beləliklə, cəmiyyətdə mədəniyyətin yuxarıda sadalanan funksiyaları şərti məzmun kəsb etsə də, hər halda onları məhdudlaşdırmaq və ya nəzərə almamaq da qeyri-mümkündür. Belə ki, onlar bir-birilə sıx vəhdət təşkil edərək vahid bir prosesin əsas meyarları rolunu oynayırlar. 


Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin