30. Mədəniyyətin funksiyaları (mühitə uyğunlaşma və dərketmə) Mühitə uyğunlaşdırma funksiyası


Mədəniyyətin funksiyaları (requlyativ və aksioloji funksiyalar)



Yüklə 24,96 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü24,96 Kb.
#42559
1   2   3   4   5   6   7
30-33

32. Mədəniyyətin funksiyaları (requlyativ və aksioloji funksiyalar)

Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir. Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir.
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da, yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları qarşılıqlı zənginləşir və daha da ümumbəşəri əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın surətdə dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı mübarizə apara bilirlər. Əxlaq normalarının əsas tənzimləyicisi kimi, hələ ən qədimlərdən kilsə, müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi.
Mədəniyyətin requlyativ funksiyasını ifadə edən əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə, həmin normalar təkcə əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur.
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış sistemidir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən əsrlərə ötürülür. Mərasim və ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir.
Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası məişətdə, təbiətdə, digər insanlarla münasibətlərdə öz normalarını müəyyənləşdirir.

Yüklə 24,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin