Maddə 12. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət rəhbərliyi
Azərbaycan Respublikasında təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət rəhbərliyini Azərbaycan Respublikasının Ali Soveti
həyata keçirir.
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində aşağıdakı məsələlər Azərbaycan Respublikası Ali Sovetinin müstəsna səlahiyyətinə aiddir:
a) təbiəti mühafizə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək;
v) təbiəti mühafizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi əsaslarını müəyyənləşdirmək;
q) ekologiya və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində xalq deputatları Sovetlərinin səlahiyyətlərini, idarəetmə orqanlarının
ğ) fövqəladə ekoloji vəziyyət zonalarının hüquqi rejimini təyin etmək, zərər çəkmiş vətəndaşların statusunu müəyyənləşdirmək və
respublika ərazisində belə zonaları elan etmək.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təbiəti mühafizə sahəsində münasibətləri tənzimləmək üçün:
a) Azərbaycan Respublikasının ekoloji siyasətinin həyata keçirilməsini, vətəndaşların ekoloji hüquqlarını təmin edir;
q) Naxçıvan Muxtar Respublikasının tabeliyində olan müəssisələr təbiəti mühafizə qanunvericiliyini pozduqda onların fəaliyyətini
ğ) zəruri hallarda Azərbaycan Respublikası ərazisində qüvvədə olan normativlərdən daha sərt ekoloji təhlükəsizlik normativləri
d) qoruq fondunun ərazilərini müəyyənləşdirir və qoruqların yaradılmasına dair təkliflər hazırlayır.
Maddə 13. Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət idarəetməsi
Təbiəti mühafizə və təbiətdən istifadə sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər səlahiyyətli təşkilatlar bu Qanunu, təbii ehtiyatların
qorunması və işlədilməsi sahəsində Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını rəhbər tutaraq həyata keçirirlər.
Torpaq, su, meşə, mineral ehtiyatlarının və digər ehtiyatların mühafizəsi və onlardan səmərəli istifadə sahəsində dövlət idarəetməsi
Azərbaycan Respublikasının həmin ehtiyatlar haqqında məcəllələrinin tələblərinə müvafiq surətdə həyata keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının yerli
icra hakimiyyəti orqanları, nazirlikləri, baş idarələri, dövlət təşkilatları və idarələri öz tabeliyindəki müəssisələrdə və obyektlərdə təbii
ehtiyatlardan səmərəli, kompleks istifadəni və ətraf mühitin mühafizəsini təşkil edir, təbiəti mühafizə və təbiətdən istifadə sahəsində
idarəetmə funksiyalarını öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Maddə 14. Təbiəti mühafizənin və təbiətdən istifadənin idarə olunması sahəsində Yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti
Yerli icra hakimiyyəti orqanları idarə etdikləri inzibati ərazi vahidinin hüdudları daxilində təbiəti mühafizənin, təbii ehtiyatlardan
səmərəli və kompleks istifadənin təşkili üçün məsuliyyət daşıyırlar.
Öz ərazisinin hüdudları daxilində yerli icra hakimiyyəti orqanları:
təbii ehtiyatlardan istifadəyə və ətraf mühitin mühafizəsinə dair yerli proqramları və tədbir planlarını hazırlayır və onların yerinə
yetirilməsi üçün büdcə təxsisatını təsdiq edirlər;
təbiəti mühafizə, təbii mühitə mənfi antropogen təsirin aradan qaldırılması, təbii ehtiyatların artırılması və onlardan səmərəli istifadə
olunması üçün tədbirləri maliyyələşdirir, bu işlərin maddi-texniki təminatına kömək edirlər;
təbiəti mühafizə və təbiətdən istifadə sahəsində birliklərin, müəssisələrin, təşkilatların və idarələrin, habelə vətəndaşların fəaliyyətini təşkil
edir və əlaqələndirirlər;
qorunan təbii ərazilərin və komplekslərin, təbiət abidələrinin rejiminə əməl olunmasını təmin edir, qorunan yerli əhəmiyyətli əraziləri,
kompleksləri və təbiət abidələrini elan edirlər;
öz səlahiyyətləri daxilində təbii ehtiyatlardan istifadə hüququ verir, əsas olduqda bu hüququ məhdudlaşdırır və ya ondan məhrum.
edirlər;
təbii ehtiyatlardan istifadə hüququ üçün haqq (təbii ehtiyatlar üçün haqqın tərkib hissəsi kimi) müəyyən edir, ərazinin xüsusiyyətlərini
nəzərə almaqla təbiət istifadəçilərindən təbii ehtiyatlara və ətraf mühitə tullantılara görə haqqın güzəştlə alınması barədə dövlət
orqanlarına vəsatətlə müraciət edirlər;
təbiəti mühafizə və təbiətdən istifadə sahəsində mübahisələri; müzakirə və həll edirlər.
hüquq mühafizə və təbiəti mühafizə orqanlarının təqdimatına əsasən, təbiəti mühafizə qanunlarını kobudcasına pozan müəssisələrin
fəaliyyətini dayandırır və ya qadağan edirlər.
Yerli icra hakimiyyəti orqanları təbiəti mühafizə orqanlarının və meşə idarələrinin xəbəri olmadan meşə fondunun və xüsusi qorunan
ərazilərin torpaqlarının başqa məqsədlər üçün ayrılmasına və istifadə edilməsinə icazə verə bilməzlər.
IV f ə s i l
Dostları ilə paylaş: