mühafizə üzrə dövlət müfəttişlərinin hüquqları
Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və dövlət milli parklarının təbiətini mühafizə
üzrə dövlət müfəttişləri aşağıdakı hüquqlara malikdirlər:
dövlət qoruqlarının, Dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və Dövlət milli parklarının, onların mühafizə
zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə olmaq, təbiətdən istifadə etmək və başqa fəaliyyətlə məşğul olmaq hüququ
barəsində vətəndaşların və vəzifəli şəxslərin sənədlərini. yoxlamaq;
qoruqların rejimini pozanları tutmaq və şəxsiyyətlərini müəyyənləşdirmək üçün onları milis şöbələrinə, yerli hakimiyyət orqanlarına
gətirmək;
müəyyən olunmuş rejimin pozuntuları haqqında protokollar tərtib etmək;
müəyyən olunmuş rejimi pozanlardan məhsulları və təbiətdən qanunsuz istifadə alətlərini, nəqliyyat vasitələrini, habelə müvafiq
sənədləri almaq;
şəxsi axtarış aparmaq, əşyalara, nəqliyyat vasitələrinə baxmaq, təbiətdən istifadə alətlərini və məhsullarını yoxlamaq;
təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaq üçün dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq
yerlərinin, dövlət yasaqlıqlarının, dövlət milli parklarının, onların mühafizə zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə
yerləşən müəssisələrə, hidrotexniki qurğulara, idarələrə və təşkilatlara, gəmilərə və digər nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
göstərilən ərazilərdə təsərrüfat fəaliyyəti və başqa fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin qüvvədə olan qanunvericiliyə və dövlət
qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe
olan digər ərazilərin müəyyən edilmiş rejiminə zidd olan Göstərişlərini dayandırmaq və ləğv etmək.
Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, Dövlət yasaqlıqlarının və milli parkların təbiətini mühafizə üzrə baş
Dövlət müfəttişlərinə, habelə onların tabe olduğu orqanların rəhbərlərinə aşağıdakı hüquqlar verilir:
dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və
onlara tabe olan başqa ərazilərin rejiminin pozulması haqqında inzibati işlərə müəyyən olunmuş qaydada baxmaq, həmin işlər üzrə
müqəssirləri cərimə etmək;
dövlət qoruqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe olan başqa ərazilərin müəyyən edilmiş rejiminin pozulması
nəticəsində dəymiş zərərin ödənilməsi üçün dövlət qoruqlarının, milli parkların və mühafizə olunan digər ərazilərin mədaxilinə vəsait
keçirmək barədə müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara iddia vermək.
Dövlət qoruqlarının və xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin rəhbərləri öz ərazisinin hüdudları daxilində dövlət təbiəti mühafizə
müfə'işlərinin hüquqlarına malikdirlər.
Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və milli parkların mühafizə işçiləri xidmət
vəzifələrinin icrası zamanı silah və xüsusi vasitələr gəzdirmək hüququna malikdirlər.
Silah və fəal müdafiə vasitələri xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini qorumaq sahəsində xidmət vəzifələrini və ya ictimai
borcunu yerinə yetirən mühafizə işçilərinə və başqa şəxslərə basqını, habelə onların həyatını və sağlamlığını təhlükəyə məruz qoyan başqa
basqını dəf etmək üçün son tədbir kimi tətbiq oluna bilər.
Silah və xüsusi vasitələr silahlı müqavimət Göstərən şəxsin müqavimətini başqa vasitələrlə qırmaq və ya silahı vermək barəsində qanuni
tələbi yerinə yetirməkdən boyun qaçıran silahlı cinayətkarı başqa vasitələrlə tutmaq mümkün olmadıqda da tətbiq edilə bilər.
Silah və fəal müdafiə vasitələri tətbiq olunmazdan əvvəl xəbərdarlıq edilməlidir. Silah və fəal müdafiə vasitələri qəfil basqın zamanı,
odlu döyüş silahından, habelə nəqliyyat vasitələrindən istifadə etməklə basqın zamanı xəbərdarlıqsız tətbiq oluna bilər.
Silah və xüsusi vasitələr müəyyən olunmuş qaydalara əsasən verilir, saxlanılır, gəzdirilir və istifadə olunur.
Təbiət abidələri və xüsusi mühafizə olunan digər təbiət əraziləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada mühafizə edilir.
Maddə 87. Xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini pozmağa görə məsuliyyət
Xüsusi mühafizə olunan təbiət əraziləri rejiminin pozulmasında müqəssir olan vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və başqa məsuliyyət daşıyırlar.
Müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlar, habelə birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər xüsusi mühafizə olunan təbiət
ərazilərinin rejimini pozaraq vurduqları zərəri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş məbləğdə və qaydada
ödəməlidirlər.
M a d d ə 88. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində, istifadəsində və mühafizəsində ictimaiyyətin iştirakı
İctimai təşkilatlar və ayrı-ayrı vətəndaşlar xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, istifadəsi və mühafizəsi tədbirlərini həyata
keçirməkdə dövlət orqanlarına kömək Göstərirlər. Dövlət orqanları göstərilən tədbirləri həyata keçirərkən ictimai təşkilatların və ayrı-ayrı
vətəndaşların təkliflərini hər vasitə ilə nəzərə alırlar.
M a d d ə 89. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin mühafizə rejimi və onun təmin edilməsi
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin mühafizə rejimi Azərbaycan Respublikası Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müəyyənləşdirdiyi qaydalara əsasən təmin edilir.
XIV f ə s i l
Dostları ilə paylaş: |