Azərbaycan Dövlət İqtisad Universiteti (unec) “Dizayn” kafedrasının B/müəllimi Dadaşova A. S



Yüklə 43,78 Kb.
səhifə1/8
tarix26.02.2023
ölçüsü43,78 Kb.
#85649
növüMühazirə
  1   2   3   4   5   6   7   8
UNEC 1677167047


9. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Dizayn” kafedrasının
B/müəllimi Dadaşova A.S.,
a.s-nur@mail.ru


Fənn: “Qrafik dizayn”

Mövzu 9: Qrafikaçı illüstrator




PLAN

  1. İllüstrasiyanın yaranması

  2. İllüstrasiya

  3. İllüstrator

  4. İllüstrasiyanın növləri

  5. Nəşrlərdə illüstrasiyaların funksiyası



Mühazirə mətni mənimsənildikdən sonra tələbə illüstrasiyalar və illüstrator peşəsinin incəliklərini öyrənəcək, illüstrasiyanın növləri, funksiyası haqqında biliklər əldə edəcəkdir.
İllüstrasiyanın yaranması
Rəssamlıq sənətinin tarixi kökləri ibtidai icma quruluşunda yaşayan insanların zamanlarına qədər uzanır. Qaya üzərində çəkilmiş təsvrilər – insan tərəfindən yaradılmış ilk illüstrasiyalardır. İnsan bəşəriyyəti inkişaf etdikcə yeni texnikalar da əmələ gəlməyə başlayırdı. Hələ Antik Yunanda və Qədim Misirdə ərsəyə gətirilən divarüstü naxışlar odluqca böyük əhəmiyyətə və dəyərə malik idi. Orta əsrlər dövründə yaxud zülmət vaxtlarında rəssamlıq sənəti populyar deyildi. Yalnız kilsə mövzu və süjetlərin, eləcə də əyanların portretlərinin yaradılması alqışlanırdı. Xüsusilə qeyd etməliyik ki, o zamanlarda inkvizisiya tərəfindən təyin edilmiş şablon və standartlar çərçivəsindən kənara çıxan nə var idisə, “şeytan əməli” kimi dəyərləndirilirdi və rəsm əsərinin yaxud hətta ustadın özünün yandırılması ilə nəticələnirdi. Vəziyyət yalnız İntibah dövrünün başlanılması ilə dəyişmişdir. Leonardo Da Vinçi, Rafael Santi, Mikelancelo, Buanorotti və bu kimi bir çox digər hörmətli və adlı-sanlı ustadlar meydana gəlmişdir. Zaman keçdikcə rəssamlıq sənəti müxtəlif yönümlü zəngin və təkrarolunmaz janrlarla dolaraq inkişaf edirdi. Modern, avanqard, kubizm və bu kimi digər üslublar əmələ gəlmişdir. Müxtəlif janrların ayrılması müşahidə edilirdi. Onlardan biri də illüstrasiya sənəti idi. Bu sənət ilk dəfə hələ tarixi səlnamələrdə meydana çıxmışdır, o zaman mətnə əlavə edilən rəsm kimi qoşunların təsvirləri yaradılırdı. XX əsdə illüstrasiya artıq müstəqil bir termin kimi əmələ gəlmişdir və təsviri sənətdə özünə layiq böyük və mühüm yer tutmuşdur. Biz hamımız həyatımızda heç olmasa bir dəfə də olsun özümüzə yaxud övladlarımıza parlaq və rəngarəng təsvirlərə malik kitablar almışıq. İllüstrasiyalar kitabları canlı edir, onlara əlavə rəng qatır. Onlar beynimizi oxuduğumuzun vizuallaşmasına sövq edir, personajların obrazlarını gözlərimizin önündə canlandırır. Müasir illüstrasiya - əsl incəsənət növüdür.
Qrafikanın müxtəlif texnikalarında işlənilən illüstrasiyalar həm məşhur dünya rəssamlarının (A.Dürer, S.Boticelli, P.Rubens, O.Domye, P.Pikasso, V.Favorski, A.Matiss və b.) həm də Azərbaycan sənətkarlarının (Sultan Məhəmməd, Sadiq bəy Əfşar, M.M.Nəvvab, Ə.Əzimzadə, Ə.Muğanlı, İ.Axundov, K.Kazımzadə, M.Abdullayev, o,Sadıqzadə, E.Aslanov, A.Hacıyev, A.Hüseynov) yaradıcılığında geniş yer tutmuşdur. Onların əsərləri ilə bəzədilmiş nəşrlər əsl kitab mədəniyyəti nümunələridir.

Yüklə 43,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin