Feşn illüstrasiyalar və Feşn illüstrator. Feşn illüstrasiya (ingilis dilində “feşn” moda, “illustration” illüstrasiya) - vəya moda illustrasiya - illüstrasiyanın modaya aid janrı(qrafika və ya rəsm)belə adlanır. Feşn illüstrasiya - dəbli fikirləri vizual formada ötürən, illüstrasiya, rəsm və boyakarlıqla başlayan və moda eskizləri kimi də tanınan bir sənətdir.
Əsasən moda dizaynerləri Adobe Photoshop və İllustrator kimi rəqəmsal proqramlardan istifadə edərək fikirlərini kağıza və ya kompüterə yönəltmək üçün istifadə edirlər. Hər hansı bir israfı azaltmaq üçün həqiqi geyimə getməzdən əvvəl dizaynerlərin fikirlərini önizləşdirmək(öncədən baxış) və görüntüləmək və qərar vermək üçün moda eskizləri böyük rol oynayır.
Feşn - dizaynerlərdən(moda dizaynı) fərqli olaraq, feşn-illüstratorlar həm də moda jurnallarında(feşn-maqazin) redaktorluq mətninin bir hissəsi kimi və ya reklam məqsədi ilə, geyim istehsalçılarını, moda butiklərini və mağazalarını reklam etmək və tanıtmaq üçün sifariş alırlar.
Moda illüstrasiyaları təxminən 500 ilə yaxındır ki, mövcuddur. Paltar mövcud olduğundan bəri, bir fikir və ya görüntünün moda illüstrasiyasına çevrilməsinə ehtiyac yarandı. Lakin bu janrın son 150 ili fəal şəkildə öyrənilir. Dünyadakı ilk feşn illüstratorlardan biri, 1640-cı ildən bəri Londonda işləyən Wenceslaus Hollar'ı olduğu düşünülür.
Feşn illüstrasiyalarını avanqard işləyən isə Fransada çalışan Giovanni Boldinidir (1842-1931). Portret rəssamı kimi başlamış, lakin tarixə ilk moda rəsmlərindən biri kimi daxil olmuşdur. Onun texnikası; sürətli, cəsarətli fırça vuruşları, asimmetriya və modern üslub əyilməsi, impressionist manera.
Lakin bu dövrdə ən çox səs salan Amerika qrafikaçısı Çarlz Gibson (Charles Dana Gibson) (1867-1944) oldu. Rəsmləri sayəsində tarixə ayrıca bir "Gibson qızları" termini gəldi (bunlar hündür saç düzümü, qıvrım bukleləri, xüsusi plastik və ahəngdar proporsiyalı bədəni olan, qələm və mürəkkəblə çəkilmiş qızlardır). Gibsonun qrafikası o qədər populyar idi ki, təsvir eilmiş qızlar üslub ikonası oldu və qadınlar bir nümunə kimi, Gibsonun rəsmlərindəki qızların manerasına bənzəməyə çalışırdılar (Gibsonun rəsmləri 1890-1900-cü illərdə Amerikadakı gözəllik standartını diktə etdi).
1909 - il moda illüstrasiya tarixində “qızıl dövr” ün başlanğıcıdır. Bu zaman fotoqrafiyanın sərbəst şəkildə rəsm çəkməklə rəqabət etmədiyi vaxt idi və əl ilə çəkilmiş illüstrasiyalar kitab və jurnalları illüstrə etməyin yeganə yolu idi. Janr təkcə mətnə şəkillər kimi deyil, həm də reklamda istifadə olunmağa başladı. Moda illüstrasiyasında yeni kiçik bir inqilab Paul İribe (1883-1935) tərəfindən təşkil edildi. Çap texnologiyasındakı yenilik parlaq yerli rənglərin qrafika ilə birlikdə istifadəsinə imkan verdi, buna görə də Paul tanınan tərzini formalaşdırdı. Paul İribenin tərcümeyi-halındakı digər əlamətdar hadisə moda dizayneri Pol Puare ilə iş birliyi idi, nəticədə dizaynerin geyimində qadınlarla jurnallar üçün rəsmlər çəkildi. İndi hər parlaq jurnalda tapıla bilən şey şutinqllərdir(modelin müəyyən obrazda fotosu).
Bu yaxınlarda, 1930-cu illərin sonlarında, Vogue məşhur illüstrasiyalı örtükləri fotoşəkillərlə əvəz etməyə başlayanda moda düşdü. Bu moda sənayesində böyük bir dönüş nöqtəsi oldu. “Feşn İllustration Now” (moda illüstrasiyaları indi) müəllifi Leyrd Borelli(Laird Borrelli) bildirir;
“Feşn İllustrasiyalar moda ünsiyyətinin yeganə vasitələrindən biri olmaqdan və çox əhəmiyyətsiz bir rola sahib olmaqdan çıxdı. Vogue jurnalının ilk fotoşəkili qapağı, moda illüstrasiyası tarixində bir dönüş nöqtəsi və eyni zamanda enişində bir dönüş nöqtəsi oldu. Fotolar, nə qədər dəyişdirilsə də, retuş olunsa da, hər zaman reallıqla, doğruluqla müəyyən bağlılığı olan təəssüratı yaradacaq. Onlar haqqında (feşn illüstrasiyalar) daha çox uydurma hekayələri olan nəsr şeirləri kimi düşünməyi sevirəm. Onlar fərdi görüntüyə fotoşəkillərdən daha aydın sızdılar. Illüstrasiya yaşayır, ancaq dəblə əlaqəli bir vəziyyətdə”.
Feşn illüstrasiyalar yalnız paltarların təqdimatını və dizaynını göstərmir, həm də sənət rolunu oynayır. Moda illüstrasiyası əlin varlığını göstərir və vizual lüks rolunu oynayır.
1990-2000. Feşn illüstrasiyası üçün yeni bir sınaq rəqəmsal fotoqrafiya və kompüter qrafikası oldu və bu sınaqdan keçərək buhəyatda qaldı. Bu yenilik yeni üsullar və həllər təklif edərək illüstrasiyanı zənginləşdirdi. Görkəmli yenilikçi ustalardan biri Deyvid Dauntondur(Devid Downton(1959doğum tarixi). 1996-cı ildə “Financial Times” üçün moda səhifələrini illüstrə etdi. Bundan sonra modaya vuruldu və moda illüstrasiyasında öz tərzi üzərində işləməyə başladı. Davidin müştəri siyahısı çox böyükdür: Tiffany & Co, Bloomingdales, Barney's, Harrods, Top Shop, Chanel, Dior, L'Oreal, Vogue, Harper's Bazaar, V Magazine, V&A Museum.
Müasir müəlliflərin çeşidi də heyrətamizdir. Moda təsviri tarixində toplanmış hər şey indi tələb olunur, ciddi çərçivələr yoxdur və hətta kompüter qrafikasının mövcudluğu sənətçilərin sayını azaltmadı.
Müasir moda illüstratorlarından: Laura Laine, Finlandiya; Cedric Rivrain, Fransa, Stina Persson, İsveç; Johnny Cheuk, Hong Kong; Nadia Flower, Yeni Zelandiya; Sofi Griotto, Fransa; Susan Burghart, ABŞ; Victoria Ball, Birləşmiş Krallıq; Montse Bernal, İspaniya; Wendy Plovmand, Danimarka; Montse Bernal, İspaniya, Wendy Plovmand, Danimarka
Hər ustanın öz bloqu və ya veb saytı var, burada müəllifin portfoliosunu görmək olar. Müasir moda illüstratorları reklamda da tələb olunur.
Nəticə: Hal-hazırda illüstratorlar həm kitabların mətninə rəsmlər yaradan yaxud filmlər və multiplikasiya filmləri üçün kadrlar bölgüsünü ərsəyə gətirmir, həm də reklam çarxların kadrlar bölgüsü ilə də məşğul olur, İnternet-saytlar üçün illüstrasiyalar, kompyuterin iş stolu adlandırılan ekrandakı sahə üçün divar kağızları (wallpapers), kiçik web-şəkillər və avatarlar yaradır . Savadlı mütəxəssis şəkillər əmələ gətirməyi, fotoşəkilləri emal etməyi, eskizlər işləyib hazırlamağı bacarır. Bu məqsədlə illüstratorlar təsviri sənətinin müxtəlif texnikalarının nəhəng sayda olan növlərinə bələd olmalı və onlardan istifadə etməyi bacarmalıdır.