AZƏrbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 1.29 Mb.
Pdf просмотр
səhifə1/11
tarix26.12.2016
ölçüsü1.29 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ 
M.FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU 
________________________________________________ 
 
 
 
 
 
FƏRİD ƏLƏKBƏRLİ 
 
 
 
 
AZƏRBAYCAN FENOMENİ:  
 
TARİX VƏ MÜASİRLİK 
 
 
 F.Ələkbərlinin “Azerbaijan İnternational” jurnalında  
(ABŞ) ingiliscə  dərc edilən məqalələrinin  
Azərbaycan dilinə tərcüməsi 
 
 
 
 
 
 
 Bakı 
 
“Nurlan” - 2008 
 
 
1

 
BAŞ REDAKTOR: 
 
Betty Bleyer
“Azerbaijan International” jurnalının (ABŞ) redaktoru. 
 
 
 
İngilis dilindən Azərbaycan dilinə tərcümə və mətnin redaktəsi: 
 
Arzu Ağayeva, Gülnar Aydəmirova, Aytən Əliyeva, Ülviyyə 
Məmmədova, Aydan Nəcəfova. 
 
 
 
Fərid  Ələkbərli. Azərbaycan fenomeni: tarix və müasirlik. 
Bakı, “Nurlan”, 2008, 164 C.    
 
Bu kitabda tarix elmləri doktoru  Fərid Ələkbərlinin Azərbaycan 
tarixi və  mədəniyyəti mövzusunda “Azerbaijan İnternational” jurnalı 
(ABŞ) üçün ingiliscə  yazdığı, və orada 2000-2005-ci illərdə dərc edilən 
məqalələrin Azərbaycan dilinə  tərcüməsi verilir. Tərcümələr  müəllifin 
düzəliş  və  əlavələri ilə  nəşr olunur.  “Azerbaijan İnternational”  jurnalı 
dünyanın 70-dən çox ölkəsində yayımlanan və Azərbaycan haqqında 
həqiqətləri dünyaya çatdıran etibarli mənbədir. “Azerbaijan İnternational”  
jurnalının www.azer.com saytı İnternetdə Azərbaycan haqqında ən böyük 
ingilisdilli məlumat mənbələrindən biridir 
 
 
 
 
 Azerbaijan İnternational, 2008 
 Fərid Ələkbərli, 2008 
  
 
 
 
 
 
2

Bu kitabda tarix elmləri doktoru  
Fərid Ələkbərlinin  
Azərbaycan tarixi və mədəniyyəti mövzusunda 
“Azerbaijan İnternational” jurnalı üçün (ABŞ) 
ingiliscə  yazdığı və orada 2000-2005 illərdə dərc 
olunan məqalələrinin Azərbaycan  
dilinə tərcüməsi verilir.  
 
 
“Azerbaijan İnternational”  jurnalı  
dünyanın 70-dən çox ölkəsində yayımlanan və 
Azərbaycan haqqında həqiqətləri 
dünyaya çatdıran etibarli  
mənbədir. 
 
 
“Azerbaijan İnternational”  jurnalının 
www.azer.com 
saytı İnternetdə Azərbaycan 
haqqında ən böyük ingilisdilli məlumat  
mənbələrindən biridir.
 
 
 
 
Tərcümələr  müəllifin düzəliş və  
əlavələri ilə nəşr olunur.   
 
 
 
 
 
3

MÜƏLLİF VƏ ONUN ƏSƏRLƏRİ HAQQINDA 
  
 
XARİCDƏN GƏLƏN ƏKSSƏDALAR 
_________________________________________ 
  
 
Betti Bleyer (ABŞ) 
"Azerbaijan  International" jurnalının redaktoru. 
 
AZƏRBAYCANIN TİBBİ ƏLYAZMALARI: ONLARIN SİRLƏRİNİN 
AÇILMASI 
 
“Müasirlərimiz necə də səhv edir, onlardan qabaq  
yaşayan həkimlərin heç bir şey bilmədiklərini düşünəndə!”  
 
   İbn Sina, XI əsr 
 
Baş ağrısınından necə qurtulmalı? Bir tablet aspirin içməliyik? Bəl-
kə təmiz hava almalıylq? Yaxud duş qəbul etməliyik? Üç yüz il bundan qa-
baq Azərbaycan alimi Məhəmməd Yusif Şirvani sizə dayanmaq və, həqiqi 
mənada, qızılgülləri qoxulamaq məsləhət edə bilərdi. Hesab olunurdu ki
qızılgüllün ətri baş ağrısını sağaldır.  Başqa qədim həkimlər sizə badımcan 
yemək, yaxud musiqiyə qulaq asmağı tövsiyyə edə bilərdilər. Bəziləri isə 
sizin üçün balışınızın altına qoymaq üçün sehirli dualar yazırdılar.  
Qədim loğmanların reseptləri haqqında biliklərimizi necə artıra 
bilərik? Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar 
İnstitutunun kolleksiyasında 390 qədim tibb kitabı, o cümlədən IX əsrdən 
bu yana yazılmış 363 tibb əlyazması vardır. Onların çoxsu o dövrün rəsmi  
yazı sistemi olan ərəb  əlifbası ilə yazılmışdır. Bu əlyazmalardan 70 ərəb, 
71 türk, qalanları isə fars dilində yazılmışdır.  
Dr.Fərid Ələkbərli tibb tarixçisidir; onun 33 yaşı var (məqalə 1997-
ci ildə yazılmışdır – ред.). O, öz elmi karyerasının böyük bir hissəsini qədim 
tibb əlyazmalarının tədqiqinə həsr etmişdir. Alim ümid edir ki, qədim müd-
rikliyin gizlədən sirr pərdəsini qaldıra  biləcək, və bu qədim müdrikliyi müa-
sir dünya ilə “danışmağa” vadar edəcək. Ələkbərli Əlyazmalar İnstitutunda 
1986 ildən, Bakı Dövlət Universitetini bitirdikdən sonra işləyir.   
Onun peşəsi heç də asan deyil. Bircə o fakt ki, Azərbaycan XX 
əsrdə üç dəfə öz əlifbasını rəsmi olaraq deyişmişdir (1929 - ərəbdən latına, 
1939 – latından kirilə, 1991 – kirildən yenidən latına) qədim ənənəvi təba-
bət traktatlarının deşifrə edilməsini xeyli çetinləşdirir. Cəmi 70 il bundan 
qabaq bütün Azərbaycanlılar üçün adi görünən biliklər, bugün kifayət qədər 
ezoterik (irfani) olmuşlar.  
Ondan başqa, türk sovet respublikalarında  latın  əlifbasına keçid 
zamanı, İslamla eyniləşdirilən ərəb əlifbasına və onunla bağlı hər şeyə qar-
 
4

şı sistematik, vəhşi kompaniyalar aparılırdı.  Yaşı 80-i ötmüş Azərbay-
canlılar  şəxsən təsdiq edə bilərlər ki, onları dini olub olmamasındam asılı 
olmayaraq bütün qədim kitabları toplamağa və  tonqala atmağa məcbur 
edirdilər. Ona görə bir çox əlyazmalar, o cümlədən tibb kitabları, odda 
yandırılmışdı. Bu “təmizləmə” nəinki Azərbaycanın, bütün dünyanın elm və 
mədəniyyətinə ödənilməz xətər yetirmişdir...  
Fərid  Ələkbərli dərk edirdi ki, iki regonal dili (ərəb və fars dilini) 
bilmək, qədim təbabətin sirrlərinə bələd olmaq üçün kifayət deyil. “İlk öncə 
siz  ərəb  əlifbasının müxtəlif xətt üslublarını  və kalliqrafiya sistemlərini de-
şifrə etməyi öyrənməlisiz” -  deyir alim. Bunu o yaxşı bilməlidir, axı onun 
doktorluq dissertasiyasında 47 orta əsr tibb mənbəsi araşdırılmışdır. Onlar 
haqqında məlumat Fərid  Ələkbərlinin aşağıdakı kitablarında da vardır: 
“Orta əsr və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili” (rus 
dilində), “Treatment Methods Used in Medieval Azerbaijan” (ingilis dilində), 
“Şərq təbabəti və milli xörəklərimiz” (Azərbaycan dilində), “Şərabnamə” 
yaxud “Şərablar haqqında kitab” (Azərbaycan dilində).  
Yazıların deşifrə edilməsindən daha da çətin olan bir iş, bitki və 
xəstəliklərin qədim adlarının, eləcə  də tibb terminlərin düzgün identifika-
siyasıdır. Tibbi biliklər orta əsr həkimləri tərəfindən müxtəlif regionlardan 
toplandığına görə, çox vaxtı eyni anlayışlar müxtəlif terminlər vasitəsi ilə 
ifadə olunurdu.  
Fərid  Ələkbərli belə  nəticəyə  gəldi ki, tədqiqatçının elmi hazırlığı 
nə dərəcədə dərin və genişdirsə, onun orta əsr tibb mətninin mənasını ba-
şa düşmək  şansı da bir o qədər genişdir. Alim vurğulayır ki, tibb tarixinin 
öyrənilməsi  əczaçılıq, mineralogiya, zoologiya, botanika və başqa fənlər 
üzrə fundamental biliklər tələb edir.  
Fərid  Ələkbərli qeyd edir ki, Şərq təbabəti profilaktikaya böyük 
önəm verir. Bütövlükdə, İnstitutun kolleksiyasinda olan əlyazmalar üç əsas 
istiqamətə üstünlük verir – profilaktika, müalicə və əczaçılıq.  
Adətən belə  əlyazmalar saray əyanları  tərəfindən sifariş edilirdi. 
Cəmi bir neçə kitab yaradılırdı, onlar da katiblər tərəfindən əllə köçürülürdü. 
Fərid  Ələkbərli qeyd edir ki, türk dilində yazılmış tibbi əlyazmaların çoxsu 
ensiklopedik xarakter daşıylr, və eyni zamanda konkret və    yığcamdırlar. 
Onların əksəriyyəti daha çox praktiki, nəinki nəzəri səciyyə daşıyır, və müx-
təlif mənbələr, məsələn hind, çin, ərəb və yunan qaynaqları  əsasında 
yaradılıb […] 
Fərid  Ələkbərli qeyd edir ki, qədim tibb reseptlərinə ehtiyatla ya-
naşmaq lazımdır. O hesab edir ki, əvvəlcə onlar laborator və kliniki 
yoxlamalardan keçməlidir. Başqa tərəfdən alim dərk edir ki, qədim 
mənbələr  müasirlərimizin də istifadə edə biləcək dərin informasiya qatına 
malikdir. Gördüyümüz kimi, hələ çox işlər görülməlidir! Və çox az tibb tarix-
çiləri bu gün bu işə  cəlb olunmuşdu. Fərid  Ələkbərli müəyyən etmişdir ki, 
qədim  əlyazmalarda təsvir olunan 724 dərman bitkisindən, hal-hazırda 
cəmi 466 növü Azərbaycan  ərazisində yayılmışdır. Onların 252 növü tibbi 
məqsədlərlə heç cürə istifadə olunmur...   
Alim təəssüflə bildirir ki, bugün (məqalə 1997 ildə yazılmışdır – 
red.) Azərbaycanda çox az gənc elmlə  məşqul olmaq istəyir. Akademik 
 
5

tədqiqatlar maliyyə yardımı  tələb edir – maliyyə baryeri bu istuqamətdə 
böyük tormozdur...  
O, həmçinin deyir ki, hər adam belə  iş üçün yaramır. Elmi tədqi-
qatlar aparmaq üçün insan analitik düşüncəyə malik olmalıdır. O deyir: “İn-
sanlar  şair, yaxud rəssam qismində doğulduqları kimi, siz də alim kimi 
doğulmalısız”. Fərid  Ələkbərliyə  əsasən, dünya qədim  əlyazmalarda 
gizlənən sirlərin açılmasından real xeyir əldə edə bilər. "Yadınızda saxlayın 
ki,  müasir tibbin cəmi bir neçə yüz il yaşı var, halbuki ənənəvi tibbi 
minilliklər boyu toplanılmışdı". Iş arası, Fərid  Ələkbərli uşaqlar üçün Azər-
baycan dilində kitab yazmışdır. Kitabın adi “Elmi nağıllar”dır və orada fo-
tosintez, simbioz, immunitet, tüfeylilik, viruslar, DNT, RNT kimi 30-a yaxın 
elmi anlayışlar uşaqlara  sehrli nağıl janrında təqdim olunur. Alim  ümid edir 
ki, kitab yaxın zamanlarda nəşr olunacaq, və  uşaqlar elmin möcüzəli 
aləminə valeh olacaqlar.  
 
Betty Blair, “The Medical Manuscripts of Azerbaijan - Unlocking their 
Secrets”. Azerbaijan International 5.2,Summer 1997, pp.51-53 
 
____________________ 
 
 
JİN PATTERSON (ABŞ) 
“Azerbaijan International” jurnalı. 
 
FƏRİD ƏLƏKBƏRLİ: BAKI 
TİBB ƏLYAZMALARININ TƏDQİQİ 
 
Özünün 40 yaşında (məqalə  2003 ildə yazılmışdır – red.), Dr. 
Fərid Ələkbərli artıq orta əsr tibb əlyazmaları üzrə aparıcı mütəxəssisdir...  
Ərəb əlifbası ilə yazılmış orta əsr tibb əlyazmalarına gəlincə, Fərid Ələkbər-
li çox şeyi ilk dəfə etmişdir.    O,  ilk  dəfə Bakının  Əlyazmalar  İnstitutunda 
müxafizə olunan bütün tibbi əlyazmaları araşdirmışdır. Aparılmış  tədqiqat 
əsasında, o, 365 əlyazmanın kataloqunu tərtib etmişdir. Onun kəşfləri 
arasında   indiyə qədər məlum olmayan iki Azərbaycanlı həkimin əsəridir: 
Əbülhəsən Mərağayi (XVIII əsr) və Murtuzaqulu Şamlu  (XVII əsr). 
O, birinci adamdır ki, orta əsrlər Azərbaycanında mövcud olmuş 
xəstəliklərin profilaktikası konsepsiyasını öyrənmişdir. Bu konsepsiyanın 
əsasını  həyat tərzi, qidalanma rejimi, idman, emosiyaların tənzimlənməsi, 
ətraf müxitin qorunmasi, tibb və əczaçılıq təşkil edir.  
Eləcə  də, o, orta əsr Azərbaycan  əlyazmalarında təsvir edilmiş 
dərmanları araşdırmış ilk insandır. Ondan qabaq İ.Əfəndiyev və A.Rüstə-
mov qədim Azərbaycan təbabətinin ümumi icmalını yazsalar da, Ələkbərli 
ilk dəfə olaraq, humanitar və  təbii elmləri cəlb etməklə, hərtərəfli tədqiqat 
aparmışdır.   
 
6

Biologiya üzrə namizədlik dissertasiyasını müdafiə etmək üçün 
(doktorluq dissertasiyası tarix üzrədir), Fərid Ələkbərli orta əsr Azərbaycan 
əlyazmalarında yer almış bitki, mineral və heyvan   növlərini öyrənən və on-
ları bioloji, tibbi, filoloji və tarixi nöqteyi-nəzərdən təhlil edən ilk insan ol-
muşdu. Beləliklə, o, 256 növ unudulmuş dərman bitkisini aşkarlamışdı. Zə-
ruri eksperimental və kliniki yoxlamalardan sonra, onların çoxsu müasir tə-
babətin arsenalına daxil edilə bilər.   
Bundan əlavə, Fərid Ələkbərli, 866 növ mürəkkəb tərkibli dərman-
lar (həblər, məcunlar, siroplar) müəyyən etmiş və onların təsvirini vermişdir. 
Baxmayaraq ki, bütün bu dərmanlar orta əsr qaynaqlarında təsvir olunub, 
müasir zamanda onlar heç vaxt ciddi elmi təhlilin obyekti olmamışdı.  
Ələrbərli ilk dəfə təklif etdi ki, sağlamlığın qorunmasının yeni siste-
mi  ənənəvi Azərbaycan təbabətinin müasir tibb elmi ilə sintezi əsasında -
rində nəşr olunan çoxsaylı kitab və məqalələrində öz əksini tapmışdı. Onun 
uzunmüddətli tədqiqatları nəticəsində, 1 400 termini əhatə edən ilk orta əsr 
Azərbaycan  əczaşılıq terminləri lüğəti tərtib olunmuşdur. Belə bir lüğət bi-
rinci dəfədir ki nəşr olunur.  
Sonuncu “birinciliyi” Fərid  Ələkbərli cari 2003 ildə  (məqalə 2003 
ildə yazılmışdır – red.) qazanmışdır. O, həmkari Akif Fərzəliyevlə birlikdə 
Rusiyada (Sankt-Peteburqda) ilk dəfə olaraq orta əsr Azərbaycan tibbinə 
aid ilk kitabı  nəşr etmişdir. Orta əsr traktatı “Töhvətül-möminin” artıq sa-
tışdadır. Bu, Fərid Ələkbərlinin rusca hazırladığı üçüncü kitabdır…     
Həkimlərin 600-700 il bundan öncə təcrübədə sınadığı şeylər, çox 
güman ki, bizə artıq unutduğumuz bilikləri qaytaracaqdır.  […] 
 
Patterson Jean. 2003. Farid Alakbarov: Researching Baku’s Medical 
Manuscripts. Azerbaijan International Magazine, 11.1, pp.48-53   
________________ 
 
 
DEVİD RAYT (Böyük Britaniya)  
 
Professor, Beynəlxalq tibb tarixi cəmiyyətinin orqanı   
“Vesalius” jurnalının baş redaktoru.  
 
FƏRİD ƏLƏKBƏRLİNİN "AZERBAIJAN: MEDIEVAL 
MANUSCRIPTS, HISTORY OF MEDICINE,  MEDICINAL 
PLANTS” KİTABI HAQQINDA 
 
Azərbaycan zəngin tibb əlyazmaları kolleksiyasına malikdir. 
Azərbaycan Milli Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda müxtəlif 
dillərdə 12 000-ə yaxın əlyazma kitabı müxafizə olunur. Onlar astronomiya, 
tibb, riyaziyyat, poeziya, tarix, coğrafiya kimi sahələri əhatə edir. Dr. Ələk-
bərli bu İnstitutun Tərcümə və informasiya şöbəsinin müdiridir.  Onun məq-
sədi lakonik əsər yazmaqla, bu əlyazmalar və Azərbaycanda tibb tarixi haq-
qında məlumatları geniş ictimaiyyətə çatdırmaqdır.   
 
7

Fərid Ələkbərlinin kitabı altı yığcam fəsildən ibarətdir.  Birinci fəsil 
Azərbaycan tarixinin qisa icmalını  təşkil edir. Burada ölkənin tibb tarixinə 
töhvə verən şəxslərin adları çəkilir. Sonuncu fəsil tibb və qidalanmaya aid 
müasir təsəvvürlərin təhlilinə  həsr olunmşdur. Qalan dörd fəsil və mü-
qəddimə orta əsr  əlyazmalarından, eləcə  də otra əsr tibbindən,  əcza-
çılıqdan və aromaterapiyadan bəhs edir. Burada ən mühümm əlyazmaların 
siyahısı  da verilmişdir. 
Üç ən mühümm əlyazma YUNESKO-nun Dünya Yaddaşı proqra-
mına daxil edilmişdir. Bunlar aşağıdakılardır: İbn Sinanın “Qanun” əsərinin 
1143-cü ildə, müəllifin 1037 ildə ölümündən təhminən bir əsr sonra, 
köçürülmüş nüsxəsi; Rüstəm Cürcaninin (XIII əsr)  əsəri, və  Əbülqasım 
Zəhravinin (Abulcasis)  cərrahiyyə  и alətlər haqqında əsərinin cildlərindən 
biri ... 
Kitabda verilmiş çoxsaylı rəngli illüstrasiyalar, ölçüləri balaca olsa 
da, əlyazmaların qeyri-adi gözəlliyi haqqında zəngin əyani təsəvvür yaradır, 
və kitabın tarixi əhəmiyyətini xeyli artırır.  Fərid  Ələkbərlinin kitabı Azər-
baycanı şəxsən ziyarət etmək imkanları olmayanlar üçün qədim əlyazmalar 
dünyasına maraqlı bir səyahətdir, və, müəllifin dünya ictimaiyyətində Azər-
baycanın mədəni sərvətlərinə maraq oyatmaq ümidini doğrultmalıdır.  
 
David Wright. Book Reviews. "Azerbaijan: Medieval Manuscripts, History of 
Medicine, Medicinal Plants" by Farid Alakbarli.  Vesalius, Official Journal of 
the International Society for the History of Medicine, London-Paris, Vol. XII, 
No 1, June, 2006, p. 56 
 
______________________________________ 
 
MARİYA-ELVİRA SAQARZAZU (Argentina) 
Rozario Universitetinin ədəbiyyat professoru, 5 roman, 4 povest, 37 
hekayənin müəllifi, “Angel Guerra” Beynəlxalq Ədəbiyyat 
Mükafatinin laureatı (İspaniya, 1986).  
 
 Hörmətli Fərid Ələkbərli, 
 
Mən sizin “Medical manuscipts of Azerbaijan” (“Azərbaycanın tibbi 
əlyazmaları”) adlı gözəl kitabınızın müqəddiməsini və bir neçə  fəslini 
oxudum. İnsanlar sizin əlinizdə olan materialın nə dərəcədə qiymətli olması 
haqqında az bilirlər. Mən bu  kimi qədim mənbələrin tədqiqi prosesində 
yaranan emosiyaları, onlar üzərində işə başlamaq üçün tələb olunan sevgi 
və qayğıkeşliyi yaxşı təsəvvür edirəm.  
Ola bilsin nə vaxtsa siz bu işə necə başladığınız haqqında danı-
şarsınız. Sizdə ilkin mənbələrin fotosurətləri varmı? Bu mətnlərin qədim-
liyini və kövrəkliyini nəzərə alaraq, onlara əllə toxunmağın mümkün olma-
sını sadəcə  təsəvvür edə bilmirəm. Onlar kifayət qədər möhkəm, yoxsa 
kövrəkdirlər və köhnə olduqlarına görə deformasiyaya uğrayıblar?  
 
8

Bu kitabla bağlı  səmimi təbriklərimi qəbul edin. Mən bunu yalnız 
nəzakət xatirinə demirəm. Sadəcə tədqiqatınızın keyfiyyət və hərtərəfliliyini 
etiraf edirəm. Müxtəlif  əlifbalar, qədim  əlyazmalar... Bunların hamısı bir 
yerdə qədim mətnlərin tədqiqi və tərcüməsi prosesində çətinliklər yaradır.   
 
Səmimi hörmətlə,  
Mariya-Elvira  
  
Maria-Elvira Sagarzazu, Professor of Literature, University of Rosario, 
 Argentina, Sunday, August 31, 2008 7:03 AM 
 
______________________________________________ 
 
RİKARDO KRUZ-KOKE (Çili) 
Professor, Çili Universitetinin Milli Tibb  
Muzeyinin direktoru  
 
 
Hörmətli Prof. Ələkbərli,  
 
Keçən həftə aldığımız «Azerbaijan: Medieval Manuscripts, History 
of Medicine, Medicinal Plants” (“Azərbaycan: orta əsr  əlyazmaları, tibb 
tarixi, dərman bitkiləri”) tarixi kitabınız üçün Sizə Çili Universitetinin Milli 
Tibb Muzeyi adından böyük təşəkkürümü bildirirəm.   
Hesab edirəm ki, kitabınız həddindən artıq maraqlıdır, çünki qədim 
Azərbaycanda təbabət tarixinin tam mənzərəsini yaradır. Azərbaycan  ən 
mühümm mədəniyyətlərin mərkəzində  və  qədim dünya sivilizasiyaların 
kəsişdiyi bir yerdə yerləşir. Burada, Çilidə, planetimizin o biri tayında, biz 
tarix boyunca çətinliklərlə üzləşmişik, və ölkəmizi viran edən dəhşətli 
müharibələrdən əziyyət çəkmişik. Sizin ölkə də rusların, farsların, türklərin 
və  ərəblərin böyük imperiyaları arasında yerləşir Sizin indiyə  kimi  öz  milli 
simanızı  və müstəqilliyinizi qoruyub saxlaya bilməniz olduqca təsiredici 
faktdır. Azərbaycan kimi Çili də dinc bir ölkədir, və XX əsrin bütün 
müharibələri zamanı neytral  mövqe tutmuşdur. Ümid edirəm ki gələcəkdə 
siz, dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatının yardımı ilə öz 
müstəqilliyinizi daha da möhkəmləndirə bilərsiniz.  
Sizin  əsəriniz bizim tarixi kitabxanamızı  zənginləşdirəcək. Bizdə 
qədim təbabətin bir çox klassik kitabları vardır, onların ən qiymətlisi isə İbn 
Sinaya məxsus XVIII əsrdə köçürülmüş  əlyazmadır.  Hədiyyənizə görə 
həddsiz təşəkkürlər bildirirəm. 
 
Səmimiyyətlə Sizin, 
Prof. Rikardo Kruz-Koke,    
                 
Prof. Ricardo Cruz-Coke, MD, Director Museo National de Medicina, 
Universidad de Chile, Santiago, Chile, April 20, 2006 
 
 
9

AKSEL HELMŞTADTER (ALMANİYA) 
 Marburq Universitetinin professoru, Beynəlxalq  
Əczaçılıq  Tarixi Cəmiyyətinin Baş Katibi.  
 
Hörmətli Dr. Ələkbərli,  
 
 Asudə vaxtı  mən bütün konfrans iştirakçılarına paylanan Sizin 
"Medical Manuscripts of Azerbaijan" (“Azərbaycanın tibbi əlyazmaları”) 
kitabınızla tanış oldum. Zənnimcə, o, Qərb dünyasına məlum olmayan 
məlumatlarla zəngindir, və gələcək tədqiqatlar üçün böyük əhəmiyyət kəsb 
edir. Bundan əlavə, mən hiss edirəm ki, alimlər sizin əlyzmalar kolleksiyası 
haqqında xəbər tutandan sonra bir çox dərs vəsaitləri yenidən yazılmalı 
olacaq.  
Mən bu yaxınlarda Bakıda keçirilmiş konfrans və sizin əlyazmalar 
kolleksiyanız haqqında «Pharmazeutische Zeitung» jurnalı üçün bir məqalə 
yazmaq istəyirəm. PZ Almaniyada əczaçılar üçün ən qabaqçıl jurnaldır. 
Mən məqaləmə sizin kitabınızdan 2-3 şəkil  əlavə etmək istəyirəm, o 
cümlədən 240-cı səhifədə verilmiş distilyasiya apparatının şəklini. Zənnim-
cə, hələ heç kim VIII əsrə aid su ilə soyudan distilyasiya apparatını gör-
məmişdir.  Şəkillərdən istifadə etməyi icazə verirsinizsə, zəhmət olmasa, 
mənə  xəbər verin. Mən məqaləmdə sizin kitabınıza dəqiq istinad edə-
cəyəm.  
Ondan  əlavə, istəyərdim sizdən xahiş edim ki, əgər mümkün-
dürsə, kitabınızın əlavə bir nüsxəsini də mənə göndərəsiniz – o,  Marburq 
Universitetinin  Əczaçılıq  İnstitutunun kitabxanasına gedəcək. Orada, orta 
əsrlər sahəsində çalışan bir neçə  alim  var,  və onlar sizin əsərinizlə 
maraqlana bilərlər....  Siz kitabı mənə göndərə bilərsiniz, mən isə onu dərs 
dediyim Marburq universitetinə apararam.  
 
Hörmətlə, 
Dr. Aksel Helmştadter 
 
Dr. Axel Helmstädter, 20 June 2006
 
___________________________________ 
 
LUİS SEZAR POVOA (Braziliya) 
Endokrinologiya professoru, Braziliya Milli 
 Elmlər Akademiyasının üzvü. 
 
KALORİLƏR: SAĞLAM KALORİLƏR? 
 
Bu yaxınlarda Dr. Fərid Ələkbərli özünün  «Nutrition for Longevity» 
(«Pəhriz və uzunömürlülük») məqaləsində Azərbaycan xalqının qidalanma 
strukturunun təhlilini vermişdir. Azərbaycanlıların  ən çox rəğbət bəslədiyi 
 10

yeməklərdən biri kəbab (od üstündə  qızardılmış  ət tikələrə) və, eləcə  də, 
çoxsaylı  ət, tərəvəz xörəkləri və süd məhsullarıdır. 1981-ci ildə Azərbay-
canda hər  100.000 adam başına yaşı 100-ü ötmüş 48.3 insan düşürdü.  
Uzunömürlülərin sayına görə Azərbaycan dünyada aparıcı yerlərdən birini 
tutur. Fərid Ələkbərli professor Yudkinlə həmfikir olaraq hesab edir ki: “yağ 
deyil, şəkər ürək-damar xəstəliyiklərinə   gətirib çıxarır”.   
 
Luiz Cesar Póvoa (Brasilia). Calorias são calorias? Arquivos Brasileiros de 
Endocrinologia & Metabologia, vol.48 no.2  São Paulo Apr. 2004 
_______________________ 
 
 
HÜSEYN NAQAMİYA (ABŞ) 
Şimali Amerika Tibbi Assosiasiyası yanında Beynəlxalq  
İslam Təbabəti İnstitutunun sədri.  
 
Hörmətli Dr. Fərid Ələkbərli,  
 
Biz Sizin «Scents that heal» (“Qoxular müalicə edir”) məqalənizi 
məmnunluqla oxuduq. Sizə  tədqiqatlarınıza və  əməyinizə görə  təşəkkür 
edirik, və Sizin bu məqalənizi öz jurnalımızda və bülletenimizdə    nəşr et-
mək üçün Sizin icazənizi istəyirik. Biz həmçinin Sizin rus dilində olan “Şər-
qin min bir sirri” kitabınızı, əgər mümkünsə, ingilis dilinə tərcüməsi ilə bilr-
likdə, əldə etmək istəyirik.  
 
Səmimiyyətlə, 
Hüseyn Naqamiya,  
 
Husain Nagamia M.D., F.R.C.S. (Eng. & Edin.), Chaiman, IIIM,  
September 7, 2004
 
_________________________ 
  
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə