Fərid Ələkbərlinin kitabı altı yığcam fəsildən ibarətdir. Birinci fəsil
Azərbaycan tarixinin qisa icmalını təşkil edir. Burada ölkənin tibb tarixinə
töhvə verən şəxslərin adları çəkilir. Sonuncu fəsil tibb və qidalanmaya aid
müasir təsəvvürlərin təhlilinə həsr olunmşdur. Qalan dörd fəsil və mü-
qəddimə orta əsr əlyazmalarından, eləcə də otra əsr tibbindən, əcza-
çılıqdan və aromaterapiyadan bəhs edir. Burada ən mühümm əlyazmaların
siyahısı da verilmişdir.
Üç ən mühümm əlyazma YUNESKO-nun Dünya Yaddaşı proqra-
mına daxil edilmişdir. Bunlar aşağıdakılardır: İbn Sinanın “Qanun” əsərinin
1143-cü ildə, müəllifin 1037 ildə ölümündən təhminən bir əsr sonra,
köçürülmüş nüsxəsi; Rüstəm Cürcaninin (XIII əsr) əsəri, və Əbülqasım
Zəhravinin (Abulcasis) cərrahiyyə и alətlər haqqında əsərinin cildlərindən
biri ...
Kitabda verilmiş çoxsaylı rəngli illüstrasiyalar, ölçüləri balaca olsa
da, əlyazmaların qeyri-adi gözəlliyi haqqında zəngin əyani təsəvvür yaradır,
və kitabın tarixi əhəmiyyətini xeyli artırır. Fərid Ələkbərlinin kitabı Azər-
baycanı şəxsən ziyarət etmək imkanları olmayanlar üçün qədim əlyazmalar
dünyasına maraqlı bir səyahətdir, və, müəllifin dünya ictimaiyyətində Azər-
baycanın mədəni sərvətlərinə maraq oyatmaq ümidini doğrultmalıdır.
David Wright. Book Reviews. "Azerbaijan: Medieval Manuscripts, History of
Medicine, Medicinal Plants" by Farid Alakbarli. Vesalius, Official Journal of
the International Society for the History of Medicine, London-Paris, Vol. XII,
No 1, June, 2006, p. 56
______________________________________
Dostları ilə paylaş: