Keçən həftə aldığımız «Azerbaijan: Medieval Manuscripts, History
of Medicine, Medicinal Plants” (“Azərbaycan: orta əsr əlyazmaları, tibb
tarixi, dərman bitkiləri”) tarixi kitabınız üçün Sizə Çili Universitetinin Milli
Tibb Muzeyi adından böyük təşəkkürümü bildirirəm.
Hesab edirəm ki, kitabınız həddindən artıq maraqlıdır, çünki qədim
Azərbaycanda təbabət tarixinin tam mənzərəsini yaradır. Azərbaycan ən
mühümm mədəniyyətlərin mərkəzində və qədim dünya sivilizasiyaların
kəsişdiyi bir yerdə yerləşir. Burada, Çilidə, planetimizin o biri tayında, biz
tarix boyunca çətinliklərlə üzləşmişik, və ölkəmizi viran edən dəhşətli
müharibələrdən əziyyət çəkmişik. Sizin ölkə də rusların, farsların, türklərin
və ərəblərin böyük imperiyaları arasında yerləşir Sizin indiyə kimi öz milli
simanızı və müstəqilliyinizi qoruyub saxlaya bilməniz olduqca təsiredici
faktdır. Azərbaycan kimi Çili də dinc bir ölkədir, və XX əsrin bütün
müharibələri zamanı neytral mövqe tutmuşdur. Ümid edirəm ki gələcəkdə
siz, dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatının yardımı ilə öz
müstəqilliyinizi daha da möhkəmləndirə bilərsiniz.
Sizin əsəriniz bizim tarixi kitabxanamızı zənginləşdirəcək. Bizdə
qədim təbabətin bir çox klassik kitabları vardır, onların ən qiymətlisi isə İbn
Sinaya məxsus XVIII əsrdə köçürülmüş əlyazmadır. Hədiyyənizə görə
həddsiz təşəkkürlər bildirirəm.
Səmimiyyətlə Sizin,
Prof. Rikardo Kruz-Koke,
Prof. Ricardo Cruz-Coke, MD, Director Museo National de Medicina, Universidad de Chile, Santiago, Chile, April 20, 2006