Biologiya üzrə namizədlik dissertasiyasını müdafiə etmək üçün
(doktorluq dissertasiyası tarix üzrədir), Fərid Ələkbərli orta əsr Azərbaycan
əlyazmalarında yer almış bitki, mineral və heyvan növlərini öyrənən və on-
ları bioloji, tibbi, filoloji və tarixi nöqteyi-nəzərdən təhlil edən ilk insan ol-
muşdu. Beləliklə, o, 256 növ unudulmuş dərman bitkisini aşkarlamışdı. Zə-
ruri eksperimental və kliniki yoxlamalardan sonra, onların çoxsu müasir tə-
babətin arsenalına daxil edilə bilər.
Bundan əlavə, Fərid Ələkbərli, 866 növ mürəkkəb tərkibli dərman-
lar (həblər, məcunlar, siroplar) müəyyən etmiş və onların təsvirini vermişdir.
Baxmayaraq ki, bütün bu dərmanlar orta əsr qaynaqlarında təsvir olunub,
müasir zamanda onlar heç vaxt ciddi elmi təhlilin obyekti olmamışdı.
Ələrbərli ilk dəfə təklif etdi ki, sağlamlığın qorunmasının yeni siste-
mi ənənəvi Azərbaycan təbabətinin müasir tibb elmi ilə sintezi əsasında -
rində nəşr olunan çoxsaylı kitab və məqalələrində öz əksini tapmışdı. Onun
uzunmüddətli tədqiqatları nəticəsində, 1 400 termini əhatə edən ilk orta əsr
Azərbaycan əczaşılıq terminləri lüğəti tərtib olunmuşdur. Belə bir lüğət bi-
rinci dəfədir ki nəşr olunur.
Sonuncu “birinciliyi” Fərid Ələkbərli cari 2003 ildə
(məqalə 2003
ildə yazılmışdır – red.) qazanmışdır. O, həmkari Akif Fərzəliyevlə birlikdə
Rusiyada (Sankt-Peteburqda) ilk dəfə olaraq orta əsr Azərbaycan tibbinə
aid ilk kitabı nəşr etmişdir. Orta əsr traktatı “Töhvətül-möminin” artıq sa-
tışdadır. Bu, Fərid Ələkbərlinin rusca hazırladığı üçüncü kitabdır…
Həkimlərin 600-700 il bundan öncə təcrübədə sınadığı şeylər, çox
güman ki, bizə artıq unutduğumuz bilikləri qaytaracaqdır. […]
Patterson Jean. 2003. Farid Alakbarov: Researching Baku’s Medical
Manuscripts. Azerbaijan International Magazine, 11.1, pp.48-53
________________
Dostları ilə paylaş: