Qədim roma dilçiliyi



Yüklə 13,46 Kb.
tarix11.01.2022
ölçüsü13,46 Kb.
#51194
Qədim roma dilçiliyi


Qədim roma dilçiliyi

Dilçilik elminin inkşafında rmalıların xidməti çox cuzidir. Qədim yunan dilçiliyi ilə müqayisədə qədim roma dilçiliyi çox sönük görünür. Roma dilçiliyi qədim yunan dilçiliyi əsasında yaranmışdır, buna görə də yunan dilçiliyinin davamı kimi görünür. Bütün yunan dilçilik terminləri latın dilinə tərcümə edilir, hətta latın dilinə tərcümədə bəzi yunan terminləri təhrif edilir.

Məlum olduğu kimi, roma imperiyası bir sıra ölkələri, o cümlədən yunanıstanı da işxal edir. Yunan ziyalıları qul vəziyyətinə salınır. Lakin yunanlar qul vəziyyətində olsalar da mədəniyyətcə romalılardan çox üstün idilər. Yunanstan müstəmləkə vəziyyətində olsa da, roma mədəniyyətinə böyük təsir göstərirdilər. Latın dilində dərs vəsaiti olmadığı üçün yunanlar yunan dilinin qrammatikasını latın dilinə tərcümə edirlər. Beləliklə, ilk roma ziyalıları yunan kitablarından dərs almışlar.

Yunan dilinin qrammatikası romaya eramızdan əvvəl II əsrdə düşür. Eramızdan əvvəl 167-ci ildə Perqam dilçilik məktəbinin başçısı Malloslu Kratesin başçılıq etdiyi Perqam səfirliyi Romaya gəlir. Bu dövrdə tədris məqsədi ilə Dionisinin qrammatikası və Apollon Diskolun sintaksisi latın dilinə tərcümə edilir. Romalılar da bu iki əsərin təsiri ilə latın dilinin qrammatikasını tərtib etməyə başlayırlar. Lakin yunanlardan fərqli olaraq latın dilinin qrammatikasına lap əvvəldən üslubiyyat da daxil edilir. Roma dilçiləri latın dilində olmayan artikli nitq hissələrindən çıxarır və onun əvəzinə nidanı nitq hissələrinə əlavə edirlər. Roma qrammatikləri sayı 2 qrupa: miqdar və sıra saylarına bölürlər. Onlar yunan dilində olmayan ablativ halın latın dilində mövcudluğunu kəşf edirlər. Qay Yuli Sezar Sisserona həsr etdiyi “Anolokiya haqqına” adlı əsərində bu halı qrammatika salmağı təklif edir. Romalılar yunanların tədqiq etdikləri 24 səsə birini də- burun samiti “n” səsini də əlavə edirlər.

İlk xalis roma dilçisi Eli Stilo (eramızdan əvvəl 150-70 illər) olmurşdur. İlk geniş latın dili qrammatikasını Eli Stillonun şagirdi Mark Terensi Varron (eramızdan əvvəl 116-27 ci illər) yazmışır. “Latın dilinin qrammatikası haqqına” adlı bu əsər 25 kitabdan ibarət olmuşdur. Varron öz əsərində Analokistlərlə anamalistlərin mübahisəsini təsvir edərək barışdırıcı mövqe tutur və göstərir ki, anamaliyanı da, analokiyanı da rədd etmək olmaz.

Mark Fabi Kivintilian (eramızın 35-100cu illəri) 12 kitabdan ibarət “Bəlafətli nitq haqqında” adlı əsər yazır. Əsər natiqliyə, niqt mədəniyyətinə həsr eilsə də, burada qrammatika məsələlərinə də geniş yer verilmişdir.

Eramızın IV əsrinin ortalarında Eli Donat latın dilini “Ars grammatica” adlı geniş qrammatikasını yazıb romada nəşr etdirir.

Eramızın VI əsrində Prissian latın dilinin ən müfəssəl qrammatikası olan 18 kitabdan ibarət olan “Qrammatika təlimi” adlı əsər yazır. Donat və Prissiani əsərləri avropada dilçiliyin inkşafına böyük təsir göstərmişdir. Məhz onların əsərlərinin sayəsində antik qrammatika terminologiyası latnlaşdırılmış formada zəmanəmizədək gəlib çıxmışdır.

Qədim roma dilçililəri leksikologiya sahəsində tədqiqatlar aparmışlar. Eramızın əvvəllərində roma dilçisi Verri Flak leksikologiya sahəsində ona qədər yazılmış bütün tədqiqat işlərini yekunlaşdıraraq çox cildli bir əsər yazmışdır. Eramızın 3cü əsrində roma dilçisi Pompey Fest Verri Flakın əsərini ixtisar şəklində 20 kitabdan ibarət nəşr edir. Festin nəşr etdiyi əsərdə daha sonra Pavel Diakon tərəfindən bir daha ixtisar edilir. Diakonun əsəri dövrümüzədək gəlib çıxmışdır.

Beləliklə, latın terminalogiyasından don geymiş qədim yunan qrammatikası iki min illik zamanı keçərək, bizim məktəb qrammatikası şəklində dövrümüzə qədər gəlib çatmışdır.



Yunan- Roma qrammatikası ənənələrinin əsas xüsusiyyətlərindən biri budur ki, yunan dilçiləri təkcə yunan dilini, roma dilçiləri təkcə latın dilini tədqiq edir, başqa dillərin tədqiqinə etina etmirdilər. Bu məktəblərin digər xüsusiyyəti isə bu idi ki, onların qrammatika nəzəriyyələri fəlsəfədən, məntiqdən xeyli dərəcədə asılı idi. Lakin qeyd etmək lazımdır ki, avropaa qrammatika təlimi ta XIX əsrədək latınlaşdırılmış qədim yunan dilçilik təliminə əsaslanırdı.
Yüklə 13,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin