Referat elmi rəhbər: Abdullayeva Nailə Tələbə: Hüseynova Aygün Bakı-2023 plan giriş



Yüklə 30,89 Kb.
səhifə1/4
tarix21.05.2023
ölçüsü30,89 Kb.
#118900
növüReferat
  1   2   3   4
Hüseynova Aygün Fəlsəfə


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Mühasibat uçotu
Fənn: Fəlsəfə
Kafedra: Humanitar elmlər
Qrup: 322 a/s
Kurs: 1
Mövzu: “İntibah dövrünün fəlsəfəsi”

REFERAT
Elmi rəhbər: Abdullayeva Nailə
Tələbə: Hüseynova Aygün
Bakı-2023


PLAN
Giriş

  1. Orta əsrlərdə Qərbi Avropa fəlsəfi fikrinin formalaşması.

  2. Patristika və onun mahiyyəti.

  3. Sxolastika və onun mahiyyəti.

  4. İntibah fəlsəfəsinin əsas cərəyanları: humanizm və antroposentrizm.

Nəticə
Ədəbiyyat


GİRİŞ
İntibah dövrünün fəlsəfəsi bəşəriyyətin ictimai fikir tarixinin inkişafında mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyası, kilsə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması feodalizm cəmiyyətinin içərisində kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.

1. Orta əsrlərdə Qərbi Avropa fəlsəfi fikrinin formalaşması.
Orta əsrlər Avropa tarixində uzun bir dövrü, Poma imperiyasının süqutundan (V əsrdən) İntibah dövrünə kimi (XIV-XV əsrlər) geniş bir dövrü əhatə edir. Bu dövrdə fəlsəfi fikir 2 əsas mənbə üzərində formalaşmışdır:
Birinci mənbə – Qədim Yunan fəlsəfəsidir. Xüsusilə Platon və Aristotelin fəlsəfi irsinin ənənələri.
İkinci mənbə isə xristian dini dünyagörüşünün hökmranlığı, mistik və idealist dini ideologiya ilə bağlı idi.
Bu dövrdə fəlsəfə ilahiyyatın “xidmətçisinə” çevrilmişdir. Bütün fəlsəfi məsələlər aşağıda qeyd edilmiş dini mövqelər çərçivəsində öz həllini tapırdı:

  1. Teosentrizm

  2. Kreasionizm

  3. Providensializm.

Bu dini mövqelərdə ifadə edilən fikirlər biri digərini tamamlayır. Teosentrizmə əsasən Allah bütün mövcudatın yaradıcısı və mərkəzi kimi qəbul edilir. Kreasionizm xristian doqmasına əsasən, Allahın dünyanı öz ilahi qüvvəsi ilə “heçdən” yaratdığını və maddi aləmin mövcudluğunun ondan aslı olduğu fikrinə əsaslanır. Providensializmə görə isə dünyada baş verən bütün proseslər, həmçinin insanların hərəkətləri ilahi qüvvə tərəfindən idarə edilir.
Bu dövrdə materialist təlimlər təqib edilsələr də, feodal istehsal münasibətlərinin inkişafı təbiətşünaslıq problemlərinə də marağı artırırdı. Təbiətşünas alimlər dünyanın əbədiliyi və onun heç bir qüvvə tərəfindən yaradılmadığını sübut etməyə çalışmış, ruhun ölməzliyi haqqındakı dini-idealist baxışları rədd etmişlər. Bu dövrün fəlsəfi və ictimai-siyasi fikrinin qabaqcıl nümayəndələri Şərq fəlsəfəsinin, Platonun, Aristotelin, Heraklitin, Evklidin, Ptolemeyin və b. ideyalarına əsaslanaraq öz fikirlərini ifadə etmişlər. Orta əsrlərdə qədim dövr filosoflarının 4 ünsür: od, hava, su və torpaq ilə bağlı təlimləri təbiət haqqındakı biliklərin əsasını təşkil edirdi.
Lakin Orta Əslər Qərbi Avropada əsas fəlsəfi fikirlər xristian dini dünyagörüşü ilə sıx bağlı olmuşdur. Bu dövr fəlsəfi fikrinin əsas inkişaf mərhələləri aşağıdakılardır:

  1. Patristika - II əsrdən VIII əsrə kimi;

  2. Sxolastika - IX əsrdən XV əsrə kimi.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır. Fəlsəfənin inkişafı iudaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur. 
Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika adlandırırlar. Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir. Bu fəlsəfə üçün bütün varlığı müəyyən edən reallıq təbiət deyil, allah olmuşdur. Orta əsrlər sxolastikasının ikinci vacib əlaməti «Məktəblərin» təsiri ilə müəyyənləşmişdir. Burada, avtoritetə tabeçilik və ona sədaqət mühüm yer tutmuşdur. «Məktəbə» mənsub olmaq, onun ideologiyasına riayət etmək əsas şərt idi.

Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin