3. Sxolastika və onun mahiyyəti. Sxolastika (latın sözüdür – scholastics – mənası məktəb deməkdir) Orta əsrlər Qərbi Avropa fəlsəfəsinin ikinici mərhələsidir (IX-XV). Ənənəvi olaraq bu mərhələnin fəlsəfəsini məktəb fəlsəfəsi adlandırırlar. Çünki bu fəlsəfi fikirlər kilsə nəznindəki məktəblərdə yaranmış və inkişaf etmişdir.
Sxolastika 2 cəbhəyə bölünürür:
Birinci cəbhəyə bu fəlsəfənin mühafizəkar cərəyanlarının nümayəndələri daxil edilir. Onlar Avqustinin ilahiyyata dair əsas fikirlərini saxlamaqla, Aristotel fəlsəfəsinin bir sıra müddəalarını ilahiyyata tətbiq etmək istəmişlər.
İkinci cəbhəyə mütərəqqi cərəyanlar aid edilir. Onların nümayəndələrinin fikrincə, əsas diqqət Aristotel fəlsəfəsinə verilməli, lakin eyni zamanda Avqustinin fikirlərindən də uzaqlaşmaq olmaz.
Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini Akvinalı Fomatutur. Akvinalı Foma Dominikan ordeninin rahibi, orta əsrlərin tanınmış teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra Akvinalı Foma Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyələr cərgəsinə–müqəddəslər sırasına salınmışdır.
Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və «Teoloji külliyyat»dır. Bundan əlavə o, həm də Aristotelin və digər filosofların əsərlərinin şərhçisi olmuşdur. Akvinalı Foma sxolastikanın sistemləşdiricisi, tomizmin banisi hesab olunur. O, öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz), dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə işlənmişdir. Akvinalı Fomanın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək.
Foma Akvinskinin fikrincə, Allah bütün varlıqları ideyalar şəklində özündən bərqərar etmiş mütləq ruhi varlıqdır, o, əbədi, qeyri-maddi xalis ruhi formadır və bütün formaların əsasıdır. O, bildirir ki, bütün şeylərdə nə qədər varlıq varsa, bir o qədər də də aktuallıq mövcuddur. Aktuallığa görə 4 səviyyə vardır. Birinci pillədə formanın varlığı yalnız şeylərin zahiri müəyyənliyini təşkil edir. Bura qeyri-üzvi stixiyalar daxildir. İkinci pillədə forma şeylərin son səbəbi kimi qarşıya çıxır. Üçüncü səviyyə fəaliyyətdə olan səbəbdən ibarətdir. Bura məqsədə malik olan və hərəkətə, fəaliyyətə başlayan heyvanlar aiddirlər. Dördüncü pillədə forma materiyadan asılı olmayan özü-özlüyündə materiyanın təşkil edən prinsip kimi çıxış edir. Bu isə ruh və ya zəkalı ruhdur, xəlq edilən varlıqlardan ən alisidir. Materiya ilə əlaqəsi olmayan insanın ağıllı ruhu bədənin ölməsi ilə məhv olmadığından, o, «özündə varlıqdan» ibarətdir.
İnsan görünüşlər vasitəsilə ayrıca şeyləri, əqli əqli görünüşlər vasitəsilə ümumi, qrup halında olan şeyləri dərk edir. İnsan allah tərəfindən xəlq edilən hissi şeyləri dərk etmək yolu ilə Allahın özünü dərk etmək səviyyəsinə yüksəlir. Allah insanı özünə oxşar və öz surətində yaratmaqla onu bütün mövcud olanların hakimi etmişdir. Allah insana ağıl və iradə, xeyir və şəri bir-birindən fərqləndirmək qabiliyyətini vermişdir. Bular insanın mahiyyətini təşkil edir.
Foma Akvinski Arsitotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca prinsiplərini əsaslandırmağa çalışmışdır. Ali başlanğıc allah - varlığın özüdür. «Bütpərəstlər əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur. Beləliklə, Akvinalı Fomaya görə, ali həqiqət - allahın özüdür, İlahi həqiqətdir.
Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki, burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır. Ümumiyyətlə, Akvinalı Foma fəlsəfəni ilahiyata, yaxud da teologiyaya aid etmişdir. Bu zaman Akvinalı Foma etiqada münasibətdə əqlin və elmin azadlığını qətiyyən qəbul etməmişdir. O, «ikili həqiqət» nəzəriyyəsinin (elm yalnız formadan istifadə edərək öz varlığını təsdiq etməyə çalışırdı) əleyhinə çıxış etmişdir. Foma allahın varlığını kosmoloji sübutlar vasitəsilə təsdiq etməyə çalışırdı. O, sübutu allah haqqında anlayışlardan çıxarmırdı.