1
ERNEST HEMİNQUEY
QOCA VƏ DƏNİZ
(P O V E S T)
downloaded from KitabYurdu.org
2
QOCA VƏ DƏNİZ
downloaded from KitabYurdu.org
3
Qoca ikiavarlı balaca qayıqda Qolfstrimdə
1
təkbaşına
balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər
dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində oğlan da qoca ilə
bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı ki,
bəs qoca açıq-aşkar salao adamdır, yəni bəxtsizinuğursuzun
biridir; o da valideynlərinin təkidi ilə qocadan ayrılıb başqa
qayığa keçmişdi, özü də elə birinci həftə ərzində evlərinə üç
iri balıq gətirmişdi. Qocanın halı oğlanı yaman
kədərləndirirdi; hər gün əliboş qayıtdığını görəndə ona
əməlli-başlı yazığı gəlirdi. Oğlan axşamlar sahilə gedib
qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını,
ya da nizəni daşımaqda qocaya kömək edirdi. Yelkən
başdan-başa yamaq içindəydi. Dorağacına sarınmış bu köhnə
kətan parçası ardıcıl məğlubiyyətlərə düçar olub darmadağın
edilmiş alay bayrağına oxşayırdı.
1
Qolfstrim– Atlantik okeanında isti cərəyan (axın
).
downloaded from KitabYurdu.org
4
Taqətdən düşmüş, heyi kəsilmiş yorğun qoca çox arıq
idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini
ləkələr bürümüşdü. Hər iki yanağı boyunca üzüaşağı
səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.
Dənizdən ağır, nataraz balıqları dartıb çıxartmaqdan
kəndir onun əllərini kəsib yarıq-yarıq eləmişdi. Özü də
yarıqların heç biri təzə deyildi; onlar eynən susuz
səhralardakı köhnə, quru çatlara bənzəyirdi.
Gözlərindən başqa, onun hər yeri, hər şeyi köhnəlmişdi,
təkcə dəniz kimi mavi gözləri xalis gənclik ehtirasıyla alışıb-
yanırdı; bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu
təsdiqləyirdi.
– Santyaqo, – deyə oğlan qayığı sahildə yerbəyer edib
yoxuşla qəsəbəyə qalxdıqları zaman qocaya üz tutdu, –
bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq
bir az pul qazanmışıq.
Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan
qocanı çox sevirdi.
downloaded from KitabYurdu.org
5
– Yox, bala, – qoca razılaşmadı, – indiki yerin yaxşıdır,
bir halda ki, bəxtin gətirir, elə orada qal.
– Bir dəfə sən səksən yeddi gün hər səhər dənizə getdin,
amma bir dənə də olsun balıq tuta bilmədin, amma sonra biz
üç həftə dalbadal dənizə çıxıb, gündə də iri bir balıqla
qayıtdıq, yadındadır?
– Yadımdadır, – qoca onun sözünü təsdiqlədi, – bilirəm
ki, yanımdan öz xoşunla getməmisən. Mənə inandığına
qətiyyən şübhəm yoxdur.
– Məni atam məcbur elədi, – oğlan özünü təmizə
çıxartmağa çalışdı, – mən hələ uşağam, atama qulaq
asmalıyam.
– Doğrudur, – qoca dedi, – çox yaxşı iş tutmusan, başqa
cür ola da bilməzdi.
– Atam, nədənsə, sizin bəxtinizə o qədər də inanmır.
– Amma biz inanırıq, elə deyil?
downloaded from KitabYurdu.org
6
– Əlbəttə, elədir. İstəyirsən gedək Terrasda bir az pivə
içək, şeyləri sonra gəlib apararıq. Pivənin pulunu mən
verəcəm.
downloaded from KitabYurdu.org
7
Nə deyirəm ki?! İçək deyirsən, içək! Balıqçı balıqçını
qonaq eləyər də.
Onlar Terrasa gəlib oturdular. İçəridə çoxlu balıqçı
vardı; qocanı görəndə zarafatlaşmağa başladılar. Qoca
zarafatlardan incimirdi. Yaşlı balıqçılar onun halına acısalar
da, üzdə heç nə büruzə vermir, qocanın hörmətini
saxlayırdılar. İndi balıqçılar axından, havanın necəliyindən,
tilovu hansı dərinliyə atmaqlarından danışırdılar; dənizdə
gördüklərindən, başlarına gələnlərdən dəm vururdular. Bu
gün balıq ovunda bəxti gətirənlərin, dənizdən əlidolu
qayıdanların da hamısı buradaydı. İçalatını çıxardıb
təmizlədikdən sonra balıqları bir-birinə bərkidilmiş qoşa
taxtaların üstünə köndələninə düzmüşdülər və indi iki adam
hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı;
anbarda balıqları soyuducuya doldurub, sonra da Havana
bazarına aparacaqdılar.
Köpəkbalığı tutanlar öz ovlarını limanın o biri başındakı
balıq zavoduna təhvil vermişdilər; orada balıqları tirlərdən
downloaded from KitabYurdu.org
8
asıb üzgəclərini kəsmiş, qara ciyərlərini çıxartmış, dərilərini
soymuşdular; duza qoymaqçün hamısını uzununa nazik-nazik
yarmışdılar.
Külək gündoğandan əsəndə balıq zavodundan üfunət iyi
gəlirdi. Amma bu gün külək səmtini dəyişmişdi: əvvəl
şimaldan əssə də, sonra tamamilə səngimişdi, iy-qoxu da
xeyli azalmışdı. İndi Terrasda oturub özünü günə verməyin
ləzzəti ayrıydı.
– Santyaqo... – oğlan dedi.
– Hə, nolub? – Qoca pivə stəkanını əlində tutub dərin
fikrə getmişdi; keçmişləri yadına salırdı.
– İcazə ver, gedib səninçün sabaha bir neçə sardina
tutum.
– Yox! Lazım deyil. Sən get, beysbol oyna. Mən hələ
özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
– Yox, gedəcəm. Bir halda ki, səninlə balığa gedə
bilmirəm, qoy heç olmasa, başqa işlərdə sənə bir köməyim
dəysin.
downloaded from KitabYurdu.org
9
– Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah,
daha yekə oğlansan.
– Məni birinci dəfə dənizə aparanda neçə yaşım vardı?
Beş yaşındaydın. Az qalmışdı dənizə düşüb
boğulasan. Balığı tutub qayığa çıxartdım. Başladı çırpınmağa,
az qaldı qayığı sındırıb tikə-tikə etsin.
Yadındadır?
– Əlbəttə, yadımdadır. Hə, yaman çırpınırdı, quyruğuyla
elə vurdu ki, qayığın oturacağı da sındı. Amma sən də
toppuzla o ki var əzişdirdin onu... Yadımdadır ki, qayıq əsim-
əsim əsirdi, sən də məni götürüb qayığın burnuna, yaş
avadanlığın üstünə tulladın. Sən onu elə döyəcləyirdin ki, elə
bil odun doğrayırdılar. Hər tərəf qan içindəydi, qan iyindən
nəfəs almaq olmurdu.
– Doğrudanmı, yadında belə yaxşı qalıb, yoxsa mən
sonralar danışanda eşitmisən?
– Səninlə dənizə çıxdığım birinci gündən bəri nə
olubkeçibsə, hamısı yadımdadır.
downloaded from KitabYurdu.org
10
Qoca günün altında qalmaqdan qan çəkmiş gözləriylə
oğlanı oxşadı; onun baxışlarından etibar və nəvaziş yağırdı.
– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib, riskə
gedərdim, səni özümlə dənizə aparardım. Amma sənin öz
atan-anan var, özün də uğurlu qayığa düşmüsən.
downloaded from KitabYurdu.org
11
Qoy m n gedim sardina dalınca. Tilova taxılası tələ
yeminin də yerini bilirəm. Dörd dənəsi bəsindir.
– Səhər apardığım yem olduğu kimi qalır. Qutuda duzun
içinə qoymuşam.
– Sənə dörd dənə təzəsini də gətirərəm.
– Yaxşı, onda birini gətir, – qoca razılaşdı.
O, heç vaxt ümidini itirmir, gələcəyə həmişə inanırdı.
Dənizdən əsməyə başlayan sərin meh indi onun inamını bir az
da artırmışdı.
– Onda qoy ikisini gətirim, – oğlan əl çəkmədi.
– Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək
istəmədi, sonra ehtiyatla soruşdu: – Bura bax, birdən oğurluq
olar ha?
– Yox, pulla almışam, – oğlan dedi. – Amma girimə
keçsəydi, əlbət ki, çırpışdırardım.
– Qonaqlığa görə sağ ol.
downloaded from KitabYurdu.org
12
Qoca təbiətən çox sadə, başıaşağı, təmiz ürəkli, həm də
təvazökar adamdı; hiylənin, kələyin nə olduğunu bilməzdi; bu
da onun şənini daha da artırırdı.
– Axının səmti dəyişməsə, sabah yaxşı gün olacaq.
Sabah s n balıq tutmağa hara gedəcəksən?
– Fikrim uzaqlara getməkdir. Lap erkən çıxacam ki,
külək səmtini dəyişəndə geri qayıda biləm.
– Mən də qayığın yiyəsini dilə tutub, bəlkə, onu uzaqlara
apardım, – oğlan gülümsədi, – birdən qarmağına iri balıq
keçsə, köməyinə gələrik.
– Səninki uzağa getmir, sahildən çox da aralanmır.
– Hə, düz deyirsən, amma bəlkə bu dəfə şirnikdirib apara
bildim. Onsuz da gözləri yaxşı seçmir, nəsə tapıb göstərərəm,
lap qoy uzaqlarda uçan qağayılar olsun, nişan verib deyərəm
ki, oralarda skumbriya var. Qızıl skumbriyadan ötrü o lap
dünyanın o başına da gedər.
– Yəni bu dərəcədə pis görür?
– Kordur da.
downloaded from KitabYurdu.org
13
– Qəribədir, – qoca dodaqaltı mızıldandı, – o ki ömründə
çanaqlı bağa tutmağa getməyib, gözləri nədən xarab olsun?
– Sən ki neçə il moskit sahillərinə gedib, çanaqlı bağa
tutmusan, bəs niyə gözlərin kor olmayıb? Məşəl kimi
parıldayır.
Ona gör ki, mən qəribə qocayam.
– Bəs birdən çox iri balığa rast gəlsən, tilovuna ən zırpısı
düşsə, tutub çıxartmağa gücün çatar?
– Mənə elə gəlir ki, çatar. Bu işdə gücdən daha çox fənd
lazımdır.
– Gedək, şeyləri yavaş-yavaş aparaq evə, – oğlan bunu
deyib ayağa durdu, – oradan da mən toru götürüb, sardina
tutmağa gedərəm.
Onlar təzədən sahilə qayıtdılar və köməkləşib avadanlığı
qayığın içindən çıxartdılar. Qoca dorağacını çiyninə aldı,
oğlan isə içərisində qəhvəyi rəngli tilov ipi olan köhnə zənbili,
eləcə də qarmağı, dəstəli nizəni götürdü və yola düzəldilər.
downloaded from KitabYurdu.org
14
İçində tələ yemi saxladıqları qutunu, yekə balıqların başını
əzdikləri toppuzu isə qayıqda saxladılar.
Əlbəttə, qocanın şey-şüyünü heç kəs oğurlamazdı; amma
nəmişlikdən kəndirlər islana, dəmir alətlər pas ata bilərdi.
Qoca yaxşı bilirdi ki, qəsəbədə ona sataşan olmaz, lakin
başqalarını şərləyib günaha batmamaq üçün nəinki yüngül
şeyləri, hətta ağır nizə-qarmağı da hər dəfə evə aparar, heç
birini qayıqda saxlamazdı.
downloaded from KitabYurdu.org
15
Yoxuşu yanaşı qalxıb, qapısı həmişə açıq olan komaya
girdilər. Qoca yelkən sarınmış dorağacını divara söykədi.
Oğlan da əlindəki zənbili və gətirdiyi şey-şüyləri onun yanına
qoydu. Dorağacı yetərincə uzun idi, bu yerlərdə diapo deyilən
şahağacı palmasının çubuqlarından hörülmüş komanın
hündürlüyü boydaydı. Komada bir çarpayı, bir stol, bir dənə
də stul vardı. Ocaq çoxdan sönmüşdü. Şahağacı palmasının
preslənmiş yarpaqlarından olan divarların birindən müqəddəs
Məryəmin, digərindən Həzrət İsanın yağlı boya ilə çəkilmiş
şəkilləri asılmışdı; Həzrət İsanın geniş, açıq köksündə ürəyi
şəfəq saçırdı. Hər iki şəkil qocaya mərhum arvadından
yadigar idi. Əvvəllər elə arvadının da rəngli fotoşəkli
divardan asılmışdı. Qoca hər dəfə şəklə baxdıqda tənhalığını
daha dərindən hiss edir, bu vaxt ürəyi olmazın qüssə ilə
dolurdu; buna görə də axırda onu divardan çıxardıb küncdəki
taxçada, təmiz paltarların altında gizlətmişdi; şəkil indi də
orada idi.
– Şam yeməyinə nəyin var? – oğlan soruşdu.
downloaded from KitabYurdu.org
16
– Bir qab düyü daşması, üstündə də balıq. İstəyirsən, bir
az ye!
İstəmirəm. Gedib evdə yeyərəm. Ocağı qalayım?
– Yox. Bir azdan özüm qalayaram. Bəlkə, daşmanı elə
soyuq-soyuq yedim.
– İcazə verirsən, toru götürüm?
– Əlbəttə, götür.
Əslində, qocanın toru-filanı yox idi; balaca toru necə
satdıqları oğlanın yaxşı yadındaydı. Onlar qəsdən belə
danışır, bilə-bilə hər gün özlərini aldadırdılar. Heç üstünə
guya balıq qoyulmuş sarı düyü daşması da nağıl idi və oğlan
bütün bunların uydurma olduğunu çox gözəl bilirdi.
– Səksən dörd uğurlu rəqəmdir, – qoca gülümsədi, –
birdən sabah min girvənkə ağırlığında bir balıq tutub
gətirdim, onda nə deyərsən?
– Gedirəm sardina tutmağa. Toru özüm taparam. Sənsə
hələlik kandarda otur, özünü günə ver.
downloaded from KitabYurdu.org
17
– Yaxşı. Məndə hardasa dünənki qəzet olmalıdır, oturub
beysboldan nə yazdıqlarını oxuyaram...
Qocada həqiqətən dünənki qəzetin olub-olmadığını
oğlan dürüst bilmirdi; bəlkə bu da uydurma idi. Amma qoca
çarpayının altından bir qəzet çıxardıb dedi:
Bunu mənə çaxırsatan Periko verdi.
– Sardina tutan kimi qayıdıb gələcəm. Sənin payını da,
elə özümünkünü də bir yerdə buza qoyaram, səhər tezdən
bölüşdürərik. Mən gələndə beysbolun necə qurtardığını
deyərsən.
– “Yankilər”ə dünyasında batan olmaz.
– Qorxuram klivlendlilərin “Hindular”ı “Yankilər”i
birtəhər eləsin.
– Sən “Yankilər”dən tam arxayın ol, bala, ürəyini buz
kimi saxla. Yaddan çıxartma ki, orda Di Macio kimi ustad
var.
– Düzü, mən təkcə Klivlendin “Hindular”ından yox, elə
Detroytun “Pələnglər”indən də qorxuram.
downloaded from KitabYurdu.org
18
– Hə, görürəm belə getsə, sən deyəsən axırda lap
Sinsinatanın
“Qırmızılar”ından da, Çikaqonun “Ağ
corablar”ından da qorxmağa başlayacaqsan.
– Otur qəzeti oxu, kimin udduğunu mənə deyərsən.
– Gəlsənə, bir lotereya bileti alaq. Özü də seçib səksən
beş nömrəli bileti götürək. Sabah səksən beşinci gün olacaq.
Alaq da, – oğlan dərhal razılaşdı. – Bəlkə səksən yeddi
nömrəli bileti götürək? Ötən dəfə sən axı dalbadal səksən
yeddi gün getmişdin, rekord yadındadır?
– Dünyasında heç bir şey iki dəfə təkrarlanmır. Elə
bilirsən, səksən beş nömrəli bileti taparsan?
– Niyə tapıram ki? Sifariş verərəm.
– Bir bilet iki dollar yarımadır. Kimdən borc ala bilərik?
– Borc tapmaq asandır. İki dollar yarımı istədiyim vaxt
tapa bilərəm.
– Mənə elə gəlir ki, mən də tapa bilərəm. Amma borca
düşmək istəmirəm. Bir dəfəyə bənddir. İkinci dəfə əl açıb
dilənəcəksən.
downloaded from KitabYurdu.org
19
– Sən kandarda otur, gün düşən yerdə. Özünü gözlə ki,
soyuq dəyməsin. Bax ha, indi sentyabr ayıdır.
– Hə, iri balıqlar həmişə sentyabrda gəlir. Mayda lap
nənəm də balıqçı ola bilər, – qoca qımışdı. – Mən getdim
sardina gətirməyə.
Oğlan bunu deyib getdi.
downloaded from KitabYurdu.org
20
Geri qayıdanda qocanı oturduğu yerdəcə yuxulamış
gördü. Gün artıq batmışdı. O, çarpayının üstündən köhnə
əsgər ədyalını götürüb stulun söykənəcəyinə saldı, qocanın
kürəyini, çiyinlərini örtdü; bu çiyinlər əcaib dərəcədə qeyri-
adi, həm də möhkəmdi, çox möhkəm. Başı sinəsinə
sallandığından qocanın boynundakı qırışlar indi bir o qədər
sezilmirdi. Əynindəki nimdaş köynək elə qayığının yelkəni
kimi yamaq-yamaqdı və yamaqlar günün altında müxtəlif
dərəcədə yandığından hərəsi bir rəngə çalırdı. Lakin hər
şeydən daha köhnə görünən qocanın sifəti idi və indi gözləri
yumulu vəziyyətdə onun simasında zərrə qədər də həyat
əlaməti sezilmirdi. Yalın ayaqlarının damarları çıxmışdı;
onları, az qala, barmaqla saymaq olardı. Qəzet əlindən
sürüşüb dizinin üstünə düşmüşdü; uçub getməsin deyə, qoca
dirsəyi ilə onu dizinə sıxmışdı. Yüngül meh əsirdi.
Oğlan qocanı yatdığı kimi də qoyub getdi; qayıdıb hələ
də ayılmadığını gördükdə isə əlini onun dizinə vurub astadan
səsləndi:
downloaded from KitabYurdu.org
21
– Dur ey, axşamdır.
Qoca gözlərini açdı, bir anlığa haradansa, çox
uzaqlardan qayıdıb gəldiyini düşündü. Sonra gülümsədi.
– Hə, nə gətirmisən? – oğlandan soruşdu.
– Axşam yeməyi, hazırlaş şam eləyək.
– Mən bir o qədər də ac deyiləm.
– Di yaxın otur, yeməyini ye. Yeməsən, balıq tutmaq
olar?
– Acqarına o qədər balıq tutmuşam ki.
Qoca bunu deyib ayağa qalxdı, qəzeti əlinə alıb qatladı,
ədyalı da büküb yerinə qoydu.
– Ədyalı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni
acqarına balıq tutmağa qoymaram.
– Onda özündən muğayat ol ki, lap çox yaşayasan, –
qoca dedi. – Yaxşı, yeməyə nəyimiz var?
– Düyü ilə qara paxla, banan qızartması, bir də mal ətinin
soyutması.
downloaded from KitabYurdu.org
22
Oğlan Terraslakı balaca restorandan iki tənəkə qabda
yemək, iki çəngəl, iki bıçaq, iki qaşıq gətirmişdi; hər dəsti də
ayrılıqda kağız əlsilənə büküb cibinə soxmuşdu.
– Bunları sənə kim verdi?
Martin, restoranın sahibi.
– Onu görəndə gərək razılıq edəm...
– Mən sənin əvəzindən də dil-ağız elədim, daha sən
əziyyət çəkməyə bilərsən.
– İri balıq tutanda qarnının altındakı yumşaq ətdən ona
kefin istəyən ləzzətli pay göndərərəm. Martin bizə tez-tez əl
tutur, birinci dəfə deyil ki.
– Yox, birinci dəfə deyil.
– Amma dediyim pay az olar. Mən gərək ona nəsə
əməlli-başlı bir şey verim. Hə, ona əsl yaxşılıq etməliyəm.
İnsafən, o, bizim əcəb qeydimizə qalır.
– Hələ bu gün pivə də verdi.
– Mənim ən çox xoşladığım pivə banka pivəsidir.
– Hə, bilirəm, amma bu gün butulka pivəsi verib. Özü də
Hauti pivəsidir. Boş şüşələri sabah aparıb qaytarmalıyam.
downloaded from KitabYurdu.org
23
– Yadından çıxmasın, mütləq apar ver. Yaxşı, bəs yemək
hazırdır?
– Əlbəttə, hazırdır, – oğlan ədəblə dilləndi. – Bayaqdan
səni gözləyirəm ki, keçib oturasan. Sənsiz qabın ağzını açmaq
istəmirəm.
downloaded from KitabYurdu.org
24
Mən hazır, – qoca həvəslə qabağa yeridi, amma tez də
əlavə elədi: – Yox, əvvəlcə əl-üzümü yumalıyam.
Oğlan fikirləşdi ki, görəsən, qoca harada yuyunur?
Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə
o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan
götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı
gətirəydim. Gör nə kütbeyinəm. Ona köynək, qış gödəkcəsi,
ayaqqabı, bir dənə də əlavə ədyal tapmaq lazımdır”.
Qoca yeyə-yeyə xörəyi təriflədi:
– Soyutma ət əcəb ləzzətlidir.
– Bəlkə bir az beysboldan danışasan mənə. Nə yazıblar?
İşlər necədir?
– Necə olacaq, mən deyən kimi, – qoca məmnun
görkəmlə sözə başladı. – Amerika liqasında “Yankilər”
birinci yerdədir.
– Bəs axı bu gün “Yankilər” uduzublar.
– Bir dəfə uduzanda nolar ki? Böyük şey olub? Di Macio
hələ özünü bundan sonra göstərəcək.
downloaded from KitabYurdu.org
25
– Komandanın bütün uğuru tək ondan asılı deyil ki.
Başqa oyunçular da var.
Orası elədir. Amma Di Macio ayrı aləmdir, oyunun
taleyi ondan
asılıdır.
İkinci
liqada
bruklinlilər
filadelfiyalılardan şanslıdır. Hələ bir de görüm, Dik Sayzler
sənin yadındadır? Yadına gəlir Əski parkdakı oyunda topa
necə zərbə ilişdirirdi?!
– Əsl ustadır! Hələ indiyəcən topu onun tək uzağa vuran
ikinci bir oyunçu görməmişəm.
– Onun Terrasa gəlməsi yadındadır? İstədim yaxınlaşıb
onu balıq ovuna dəvət edəm. Utandım. Sənə dedim, sən də
gedib demədin, utandın.
– Yadımdadır, necə yadımda deyil. Çağırmamaqda
böyük səhv elədik. Nə bilmək olar, bəlkə bizimlə gedərdi?
Ömrümüz uzunu onunla balığa getməyimizdən danışıb
qürrələnərdik!
downloaded from KitabYurdu.org
26
– Getsəydi, lap Di Macionun özünü də balıq ovuna
aparardım, – qoca dərindən köks ötürdü. – Deyirlər vaxtilə
onun da atası balıqçıymış. Kim bilir, bəlkə elə o da bizim
kimi kasıb olub. Belədirsə, onda halımızı başa düşərdi.
– Ustad Sayzlerin atası heç vaxt kasıb yaşamayıb. Mən
yaşda olanda o ən məşhur komandalarda oynayırmış.
Sən yaşda olanda mən Afrika sahillərində üzən
yelkənli gəmidə yunqa idim. Axşamüstü şirlər gəlib sahildə
gəzişirdi, biz də uzaqdan onların tamaşasına dururduq.
– Bilirəm, danışmısan.
– Sən bilən, indi nədən danışsaq yaxşıdır: Afrikadan, ya
beysboldan?
– Mən bilən, beysboldan danışsaq, yaxşı olar. Bəlkə sən
mənə ustad Con Mak-Qroudan bir az danışasan?
– O da qabaqlar bizim Terrasdakı restorana tez-tez baş
çəkərdi. Bərk də içərdi. İçəndə qızışıb özündən çıxmağı vardı,
ucadan danışar, kobud davranardı. Beysbol öz yerində, həm
də yaman atbaz idi. Məşhur cıdır yarışlarının proqramı
downloaded from KitabYurdu.org
27
həmişə cibindəydi, birini də buraxmazdı. Telefonla danışanda
görürdün ki, birnəfəsə bir sürü at ləqəbi sadaladı.
– Mak-Qrou əsl təlimçi olub. Atam deyir ki, dünyada
onun kimi ustad təlimçi olmayıb.
– Atan onu hamıdan çox gördüyü üçün elə deyir.
MakQrou hər il bura gəlirdi. Əgər Droşer də onun kimi hər il
buralığa gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi
yoxdur.
Sən bilən, hansı daha yaxşı təlimçidir: Lyuk, yoxsa
Qonsales?
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.
– Hə, amma dünyanın ən yaxşı balıqçısı sənsən.
– Yox ha! Mən özümdən də yaxşılarını tanıyırdım.
– Que va!
2
– oğlan razılaşmadı. – Dünyada yaxşı
2
Dostları ilə paylaş: |