espuelo de hueso
5
– biz balıqçılar bu xəstəliyə tutulmuruq.
Görəsən, bu döyənək dedikləri döyüşkən xoruzların
mahmızlarının zərbəsi qədər ağrıdıcıdırmı? Yəqin ki, mən nə
mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına dözə
bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı döyüşməyə tab
gətirərəm. Amma insan övladı vəhşi heyvanların, yırtıcı
quşların yanında heç nədir. Mən bu saat dənizin
qaranlıqlarında üzən o məxluq olmaq istərdim”.
– Amma bir şərtlə ki, köpəkbalıqları üstümə hücum
çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr, onda
Allah ya onlara verər, ya da mənə.
“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən
yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə,
əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana
5
Un espuelo de hueso – sümük xəstəliyi
downloaded from KitabYurdu.org
94
keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür. Elə
onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o
yazığı çox incidir?”
– Vallah, bilmirəm, – yenə ucadan dilləndi. –
Ömrümdə sümük döyənəyi olmamışam.
Batan günəşin necə qürub etməsini seyr edəndən sonra
qoca qabaqlar Kasablankada olarkən bir dəfə meyxanada zırpı
bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi
tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu
pəzəvənglə cəngə girib kimin qolunun daha güclü olduğunu
aydınlaşdırmaq istəmişdilər.
Hə, onlar masa arxasında üz-üzə əyləşmişdilər,
dirsəklərini də tabaşirlə cızılmış dairənin içərisində masaya
dirəyib pəncə-pəncəyə vermişdilər. Düz bir gün bir gecə
beləcə qarşı-qarşıya oturub qollarını tərpətmədən qüvvələrini
sınamış, güc gəlib biri o birinin qolunu əyməyə cəhd etmişdi.
Həmin vaxt meyxanada olanların əksəriyyəti mərcə girmişdi.
downloaded from KitabYurdu.org
95
Adamlar ağ neft çırağı ilə işıqlandırılan otaqda var-gəl
edirdilər. Qoca isə gözlərini zəncinin əlindən, sifətindən,
dirsəklərindən bir an belə ayırmırdı. Səkkiz saat keçəndən
sonra münsiflər yoruldular: yatıb dincələ bilsinlər deyə, hər
dörd saatdan bir onları dəyişdirmək qərara alındı.
Hər ikisinin dırnaqlarının altından qan sızırdı, lakin heç biri
gözünü o birindən çəkmirdi. Mərcləşənlər tez-tez bayıra çıxıb
təzədən otağa qayıdır, divar uzunu düzülmüş kətillərdə oturub
yarışın necə qurtaracağını maraqla, səbirsizliklə gözləyirdilər.
Yadındadı ki, açıq-abı rəngli taxta divarlara adamların
kölgələri düşür, külək tavandan asılmış çırağı xəfif-xəfif
tərpətdikcə zəncinin yekəpər kölgəsi də divarda oynayırdı.
Bütün gecə üstünlük gah bu tərəfə keçdi, gah o tərəfə.
Zənciyə rom içirdir, siqaretini odlayırdılar; rom içəndən sonra
zənci var qüvvəsini cəmləyib qocanın – əlbəttə, onda hələ
qoca deyildi və onu Santyaqo El Çampeon
6
deyə çağırırdılar
6
Santyaqo El Çampeon– çempion Santyaqo (ispanca)
downloaded from KitabYurdu.org
96
– qolunu üç düym əydi. Qoca qolunu dikəldib yenə düz
saxlamışdı və elə həmin anda fəhmlə müəyyən etmişdi ki,
xalis pəhləvan və bütün tərsanədə yaxşı adam kimi tanınan bu
zəncinin qolunu qatlayıb yerə vuracaq, yarışı da udacaq. Dan
yeri ağararkən tamaşaçılar münsiflərdən tələb etməyə
başladılar ki, qoy onlar oyunun heç-heçə qurtardığını elan
etsinlər. Hakim neyləyəcəyini bilməyib çiyinlərini çəkəndə
qoca bütün qüvvəsini cəmləyib həmləyə keçmişdi: zəncinin
qolunu yavaş-yavaş əyməyə başlamış və nəhayət, qatlayıb
masaya yapışdırmışdı.
Yarış düz bir sutka – bazar gününün səhərindən bazar
ertəsinin səhərinəcən davam etmişdi. Mərcləşənlərin də çoxu
oyunu heç-heçə saymağı hakimdən ona görə tələb edirdilər ki,
hamısı Havanaya işə getməli, kömür şirkətinin gəmilərinə
kömür, ya başqa gəmilərə şəkər yükləməliydilər. Yoxsa,
əlbəttə, hamı onun tərəfdarıydı ki, oyun axıracan davam
etdirilsin, yarıda saxlanmasın. Qoca da rəqibini hələ camaatın
işə getmək vaxtı çatmamışdan qabaq məğlub etmişdi.
downloaded from KitabYurdu.org
97
Bu əhvalatdan sonra qocanı uzun müddət “Çempion”
ləqəbiylə çağırdılar. Baharda zənciylə bir də yarışası oldu.
Amma bu dəfə mərc gələnlərin sayı az idi, pul da az
yığılmışdı. Bu dəfə də oyunu qoca udmuşdu; çünki o hələ
birinci yarışdan inanmışdı ki, rəqibindən güclüdür, həm də
zəncinin gözünün odunu almışdı. Sonralar bir neçə dəfə də
yarışa çıxdı, lakin bu işdən çox tezliklə əl çəkdi. Arxayın oldu
ki, istədiyi vaxt kimə desən qalib gələ bilər. Bu oyun qocanın
sağ əli üçün çox zərərli olduğundan bir neçə dəfə də yarışa sol
əli ilə girmişdi. Di gəl ki, andıra qalmış sol əli ona tabe olmur,
indiki kimi namərdlik edib həmişə onu aldadır, pis vəziyyətdə
qoyurdu. Buna görə sol əlinə çox da etibar etmirdi.
Qoca düşündü: “Günəş sol əlimi yaxşı sağaltdı, daha qıc
olmaz. Amma gecə çox soyuq olsa, qorxuram yenə keyiyə.
Gecə hamilədir, görək sabah nə doğacaq”.
Mayamiyə gedən təyyarə qocanın başının üstündən ötüb
dənizə kölgə salanda qanadlı balıqlar bərk ürküb qorxudan
dəstə ilə havaya sıçradılar. Qoca bu mənzərəni gördükdə
downloaded from KitabYurdu.org
98
düşündü: “Gör suda nə qədər qanadlı balıq var; bu aralarda,
sözsüz ki, skumbriya da kalan olmalıdır”.
O, kürəyini kəndirə bərk-bərk sıxıb yoxladı ki, bəlkə
balığı azca da olsa, yuxarıya qaldıra bildi, ancaq bundan heç
nə çıxmadı; qaytan sim təki əsim-əsim əsdi, az qaldı qırılsın,
ətrafa da su damcıları səpələndi.
Qayıq asta-asta irəli üzürdü. Təyyarə gözdən itənə qədər
qoca onun arxasınca baxdı və fikirləşdi: “Yəqin təyyarədə hər
şey qəribədir. Bilmək istərdim ki, o cür yüksəklikdən baxanda
dəniz nə təhər görünür? Bir az alçaqdan uçsaydılar, şübhəsiz,
tutduğum balığı görə bilərdilər. Çox istərdim ki, iki yüz dəniz
sajeni hündürlükdən asta-asta uçub ovladığım balığa
yuxarıdan baxım. Çanaqlı bağa ovuna gedəndə gəminin
dorağacına dırmaşıb doyunca baxardım, suyun altında nə
qədər şeylər görərdim. Skumbriyalar tünd-yaşıl rəngə çalırdı,
hətta pərlərinin bənövşəyi zolağı və xalları belə görünürdü;
özləri də dəstə ilə, topa-topa bir yerdə üzürdülər. Qəribədir,
nəyə görə çox dərində yaşayan və çox sürətlə üzən balıqların
downloaded from KitabYurdu.org
99
bəzəkləri də, naxışları da, hətta xalları da bənövşəyi rəngə
çalır? Rəngi qızılı olduğu halda, skumbriya suyun altında niyə
yaşıl rəndə görsənir? Bərk acıb şikara çıxanda da onların
böyürlərində, eynən marlin balığınınkı kimi, bənövşəyi
zolaqlar peyda olur. Niyə görəsən? Qəzəbdən, ya da çox
sürətlə üzməkdən belə ola bilərlərmi?”
Şər qovuşana yaxın qocanın qayığı böyük Sarqas
yosunları adasının yanından ötərkən ləpələrin təmasından
sarımtıl yosunlar suda yellənə-yellənə xəfifcə yırğalanırdı.
Elə bil əzəmətli okean öz məşuqəsini ağuşuna alıb qızılı ipək
yorğan altında onu oxşayıb əzizləyirdi. Elə bu vaxt qocanın
balaca qarmağına bir skumbriya keçdi. O, balığı havaya
sıçrayanda görmüşdü. İndi skumbriya günəşin axırıncı şüaları
altında parıldayan üzgəclərini geniş açaraq çapalayır,
dəhşətdən ikiqat bükülüb canını ölümdən xilas etməyə çalışa-
çalışa mahir akrobatlar sayağı tullanıbdüşürdü. Qoca qayığın
arxa tərəfinə keçib aşağı oturdu, yoğun kəndiri sağ əlində
tutub sağ ayağıyla xırda tilovun ipini basdı və skumbriyanı
downloaded from KitabYurdu.org
100
sudan çıxarmağa başladı. Qayığın böyründə balıq daha bərk
çırpınmağa başladı; qoca əyilib qızıl kimi parıldayan tünd-
bənövşəyi üzgəcli balığı sudan çıxartdı və qayığın
döşəməsinə tulladı. Balıq hələ diriydi, amma əngləri qıc
olmuşdu. O, aramsız şəkildə çənə döyür, qarmağı çeynəyirdi;
uzun, hamar bədəni əsim-əsim əsir, başını yerə çırpır,
quyruğuyla qayığın döşəməsini döyəcləyirdi. Qoca onun qızıl
təki alışıb-yanan kəlləsini əzəndə balıq yüngülcə titrədi, sonra
da hərəkətdən düşüb qaldı.
Qoca öz ovunu qarmaqdan çıxardı, yerinə sardina taxıb
tilovu təzədən suya atdı. Sonra tələsmədən qayığın burun
tərəfinə keçdi, balığı sudan çıxartdığı sol əlini yoxlayıb,
şalvarına silə-silə quruladı. Ağır kəndiri sağ çiynindən sol
çiyninə keçirib sağ əlini dənizdə yuya-yuya ətrafa baxdı:
günəş artıq okeanın dalğaları altına enirdi.
Qoca belini dikəldib ağırlaşmış tilov ipinin dəniz səthi
ilə əmələ gətirdiyi meyl bucağını gözəyarı təyin etdi və
ucadan dedi:
downloaded from KitabYurdu.org
101
– Bucaq dəyişməyib, hər şey əvvəlki qaydasındadır.
Lakin əlini suya salıb axının hərəkətini yoxlayanda
başa düşdü ki, qayığın sürəti xeyli azalıb.
– Avarları bir-birinə bağlayıb kormaya bənd edərəm,
qayığın arxa tərəfində eninə qoyaram ki, gecə sürəti azaltsın.
Bu balığın bütün gecəni üzməyə gücü çatar. Elə mən də ondan
geri qalan deyiləm.
«Skumbriyanı indi yox, bir azdan təmizləsəm daha yaxşı
olar; Qanı da, şirəsi də ətdə qalar, – qoca fikirləşdi. – Mən
bunu sonra edərəm, bir az gec məsləhətdir. Qayığın sürətini
azaltmaq üçün avarları kormanın arxasına bağlayıb
bərkidərəm. Balıqları axşamüstü, ələlxüsus da günəş batanda
narahat etmək olmaz. Günəşin batması bütün balıqlara pis
təsir edir».
Havaya qaldırıb qurutduğu sol əli ilə ipdən yapışdı, yükü
bacardığı qədər azaltmaq və ağırlığı balığın üstünə salmaqçün
özünü qabağa, taxta oturacağa tərəf verdi, kəndiri avara bənd
etməklə bütün gərginliyi qayığa, oradan da balığın üzərinə
downloaded from KitabYurdu.org
102
keçirtdi. Ürəyində öyündü: “Saç-saqqalı bu yolda boş yerə
ağartmamışam ki. Belə şeylərin öhdəsindən gələ bilməsəm,
daha mən nəyə lazımam? Balığın halı o qədər də yaxşı deyil.
Yalan deyil ki, qarmağa keçdiyi andan indiyədək ağzına heç
nə dəyməyib. Nataraz şeydir, özü də yaman qarınquludur.
Qarnını doyurmaqçün ona bir aləm şey lazımdır. Mən, heç
olmasa, bütöv bir tunesi aşırmışam, sabah da skumbriyanı –
qoca ov balığına dorado adı qoymuşdu – təmizləyib bir-iki
tikə ötürərəm. Skumbriyanı yemək tunesdən çətindir. Eh, yəni
bu dünyada asan bir iş var ki?”
– Hə, balığım, de görüm, necəsən? – qoca ucadan xəbər
aldı. – Mənim nə vecimə, kefim kök, damağım çağ, sol əlim
də sağalıb. Çox şükür. Bu axşama da, hələ sabaha da
yeməyim var. Amma bu söhbətləri hələlik qoyaq bir kənara,
sən qayığı çəkib aparmağında ol.
Əslində, qocanın halı dediyi qədər də yaxşı deyildi:
kəndir kürəyini kəsir, ağrı və sancılar onu incidirdi. Amma
yenə özünə təsəlli verdi: “Eh, mən bundan betərini
downloaded from KitabYurdu.org
103
görmüşəm. Sağ əlimin yarası yüngüldür, sol əlim də daha qıc
olmur. Ayaqlarımsa lap möhkəmdir. O ki qaldı yeməyə, hə,
bax bu məsələdə ümumiyyətlə, naşükürlük etmək olmaz,
çünki yemək sarıdan mənim vəziyyətim balığınkından qatqat
yaxşıdır, heç müqayisə ediləsi deyil”.
Hər tərəf qaranlıq idi. Sentyabrda gün batan kimi zülmət
əlbəəl çökür. Qoca köhnə taxtaya söykənib dinçini alırdı;
çalışırdı ki, mümkün qədər çox dincəlsin. Başını qaldırıb
səmanı bəzəyən seyrək ulduzlara tamaşa elədi. Rigel
bürcündəki ulduzların adını bilməsə də, hamısını bircə-bircə
tanıyırdı: tezliklə çox-çox uzaqlarda sayrışan dostlarının hər
birini görəcəkdi.
– Qarmaqdakı balıq da mənim dostumdur, – qoca dedi. –
Hələ ömrümdə bu yekəlikdə balığa rast gəlməmişəm. Nə
görmüşəm, nə də eşitmişəm. İntəhası mən onu
öldürməliyəm. Yaxşı ki, biz insanlar ulduz ovuna çıxmırıq;
çox şükür ki, onları öldürməyə səy etmirik!
downloaded from KitabYurdu.org
104
Sonra fikirləşdi: “Təsəvvür elə ki, insan oğlu hər gecə
ayın, ya da hər gün günəşin ovuna çıxır, onları tutub
öldürməyə cəhd edir. Onlar da adamdan qaçır. Onda nə olardı
görəsən? Yaxşı ki, belə olmayıb, bu məsələdə bəxtimiz əcəb
gətirib”.
Balıq ac olduğuna görə qocanın ona yazığı gəlirdi, lakin
bu rəhmdillik onun balığı öldürmək qərarına heç də təsir
etmədi. Fikirləşdi ki, gör bu balıq neçə adamı doyduracaq,
amma həmin adamlar onun ətini yeməyə layiqdirlərmi?
Əlbəttə yox! Heç kəs bu balığı yeməyə layiq deyil. Bir bax,
gör o necə məğrur, nə qədər alicənabdır!
“Mənim çox şeydən başım çıxmır, – qoca düşündü. –
Çox şeyi bilmirəm. Amma nə yaxşı ki, biz günəşi, ayı,
ulduzları məhv etmirik, onları tutub öldürmürük. Doğma
qardaşlarımızı öldürmək, dənizdən qopara bildiyimiz
nemətlərin hesabına yaşamaq bizə bəs edir. Mən indi əyləc
haqqında fikirləşməliyəm. Kürəklərdən düzəldəcəyim əyləc
bir yandan faydalı olsa da, digər tərəfdən ziyan verə bilər.
downloaded from KitabYurdu.org
105
Balıq qaçmaq istəsə, güc vuran kimi tilov ipini qırıb aparar.
Əyləc qayığın sürətini azaldar, onu ağırlaşdırar. Qayıq yüngül
olsa, mənə də, balığa da əziyyət az düşər, həm də canımızı
təhlükədən qurtarar. Bu balıq istəsə, çox iti üzər, heç bir şey
onun qabağını saxlaya bilməz. Skumbriya iylənib xarab
olmamış onu təmizləyim, sonra nə olacaqsa, qoy olsun.
Hələlik ondan bir az yeyib özümə gəlim, sonrasına baxarıq.
İndi, heç olmasa, bir saat da dincələrəm. Sonra görsəm ki,
balıq gəlmək fikrində deyil, arxa tərəfə keçib, lazımi tədbir
görərəm; kürəklərdən əyləc düzəldər, balığın hərəkətinə göz
yetirərəm. Avarlardan əyləc düzəltmək özü də yaxşı fənddir.
Gecikmək olmaz, diribaş olmaq, cəld tərpənmək lazımdır.
Mən bilirəm, balıq çox güclüdür, hələ qüvvəsini bircə tikə də
itirməyib; qarmaq ağzının harasından ilişibsə, ağzını aça
bilmir. Amma qarmaq onu çox da incitmir, ona əziyyət verən
aclıqdır; bir də düşdüyü təhlükəni hələ tamamilə dərk edə
bilmir. Əsl məsələ budur. Dincəl, qoca. Bəsdir düşündün, qoy
balıq nə
downloaded from KitabYurdu.org
106
qədər istəyir əlləşsin, sonra əlləşmək növbəsi sənə çatacaq”.
Ona elə gəldi ki, azından iki saata yaxın dincəlib. Ay
çıxmadığından vaxtı təyin edə bilmirdi. Əlbəttə, lazım olduğu
kimi rahatlanmamışdı, səksəkəli halda nəhəng balığın
ağırlığını kürəyində də, çiynində də daim hiss etmişdi. Sol
əliylə qayığın kənarından yapışıb, indi bu ağırlığı mümkün
qədər qayığın üstünə keçirtməyə cəhd etdi.
“Kəndiri qayığa bağlaya bilsəydim, hər şey necə də rahat
başa gələr, çox asanca düzələrdi, – qoca düşündü. – Amma
balıq bir azca təkan versə, tilovun ipi qırılar. Bütün ağırlığı
bədənimə keçirməliyəm; ipdən yapışıb sayıq olmalıyam ki,
lazım gəlsə, onu yavaş-yavaş ikiəlli buraxa bilim”.
– Qoca, amma burasını unutma ki, sən mütləq yatıb
dincəlməlisən, – yenə ucadan dedi. – Yarım gün və dübbədüz
bir gecə keçib, hələ sonra da bütöv bir gün, sənsə yatmamısan.
Nə qədər ki, balıq nadinclik eləmir, bir az yuxulayıb
gözlərinin acısını al. Yatmasan, başın gicəllənəcək, hər şeyi
qarışıq salacaqsan.
downloaded from KitabYurdu.org
107
“Yox, başım qaydasındadır, qəti gicəllənib eləmir, özü
də babat işləyir, lap doğma qardaşlarım ulduzların parıltısı
qədər aydındır, – qoca düşündü. – Amma indi yatmalıyam.
Ulduzlar da, ay da, günəş də, hətta okeanın özü də sakit
günlərdə, axın olmayanda yatır; suyun üzü güzgü kimi hamar
olur. Yatıb dincini almaq yadından çıxmasın, özünü yatmağa
məcbur elə. Sadə və etibarlı üsul tap, ipi harasa dolaşdır ki,
ondan arxayın olasan. İndi isə dur qayığın arxa tərəfinə keç,
kormada skumbriyanı təmizlə. Ancaq yatanda avarlardan
düzəldəcəyin əyləclərə o qədər də ümid olma ha: bu, yaman
xatalı işdir. Belə baxanda, yatmasam da olar, yuxusuz da
keçinə bilərəm. Hə, keçinə bilərsən, amma bu da çox
təhlükəlidir”.
Balığı narahat etməməkçün qoca iməkləyə-iməkləyə,
çox ehtiyatla qayığın arxa tərəfinə getdi. Fikirləşdi ki, ola
bilsin balıq da dənizdə mürgüləyir, amma onu dincini almağa
qoymaq olmaz. Canı çıxana qədər qayığı dartıb aparmalıdır.
downloaded from KitabYurdu.org
108
Qayığın arxa tərəfinə gəlib çatanda belini dikəldib ayağa
durdu, balığın bütün ağırlığını sol əlinə, bir də kürəyinə
keçirib, sağ əliylə bıçağı qınından çəkib çıxartdı. Ulduzlar
par-par alışıb-yanırdı; qoca bıçağı skumbriyanın başına
sancıb onu kormadakı oturacağın altından özünə tərəf çəkdi,
bir ayağıyla üstündən basıb qarnını quyruğundan ta çənəsinin
altınacan yardı. Sonra bıçağı yerə qoyub sağ əliylə içini
təmizlədi, qəlsəmələri qoparıb atdı. Balığın qovuğu ağır və
sürüşkən idi; qoca onu yaranda içində iki qanadlı balıq gördü,
hər ikisi də təzə udulmuşdu. Hər ikisini götürüb üst-üstə
qayığın içinə qoydu, qovuqla içalatı isə dənizə tulladı.
Ulduzlu gecədə skumbriya ağımtıl-boz rəngə çalırdı. Qoca
sağ ayağıyla balığın başından basıb əvvəl bir böyrünün, sonra
da tərsinə çevirib o biri böyrünün dərisini soydu; hər iki
tərəfdən uzununa iki zolaq qalın ət kəsdi.
Skeleti dənizə atanda əyilib aşağı baxdı: ovladığı nəhəng
balığın necə hərəkət etdiyini görmək istədi; amma suya atdığı
tullantının işıltısından başqa ayrı heç nəyi sezmədi. Geri
downloaded from KitabYurdu.org
109
qanrılıb qanadlı balıqları əlinə götürdü, onları yemək üçün
hazırladığı skumbriyanın arasına qoyub bıçağı qınına soxdu,
sonra balıqları götürüb təzədən ehmalca geri qayıtdı, qayığın
burun tərəfinə gəldi. Kürəyindən keçən kəndirin
tarımlığından beli ikiqat əyilmişdi; nəhəng balığın bütün
ağırlığını sağ əli çəkirdi.
Ət parçalarını və qanadlı balıqları qayığın burun
tərəfində yan-yana düzdü. Kəndiri çiyninin ağrımayan yerinə
sürüşdürüb kürəyini düzəltdi, ağırlığı yenə sol əlinə saldı,
taxtaya söykənib bir az yana əyilmiş vəziyyətdə qanadlı
balıqları dənizin suyunda yudu: skumbriyanın əlinə yapışmış
şirəsi suda fosfor kimi parıltı saçırdı. Axının sürətini təyin
etməkçün əlini bir müddət şor suda gəzdirib sonra qayığın
qırağına siləndə ətrafa fosforlu bir işıltı yayıldı.
– Hə, balıq, – qoca dedi, – sən ya yorulub əldən
düşmüsən, ya da elə-belə dincini alırsan. Onda qoy mən də
skumbriyadan bir az yeyim, sonra lap bir hovur da olsa, yatıb
dincələrəm.
downloaded from KitabYurdu.org
110
Gecənin get-gedə şiddətlənən soyuğunda uzaq ulduzlara
baxa-baxa qoca skumbriyadan kəsdiyi ət
parçalarından birinin yarısını, qanadlı balıqlardan da birini
yedi.
– Skumbriya bişiriləndə dadına dünyada heç bir dad
çatmaz, – qoca dedi, – di gəl, çiy vaxtı da ondan iyrənc şey
yoxdur! Bundan sonra limonsuz, duz götürməmiş bir də
dənizə çıxmaram.
“Ağlım başımda olsaydı, səhərdən qayığın burnuna
dəniz suyu doldurardım, axşamacan filan qədər duz əmələ
gələrdi, – qoca düşündü. – Axı skumbriyanı mən gün
batmamışdan qabaq tutmuşdum. Nə deyirsən de, mən çox
şeyi nəzərə almamışam. Amma yenə pis olmadı, yarıdan
çoxunu birtəhər çeynədim, ürəyim bulanmır”.
Gündoğan tərəfdə göyün üzünü qalın buludlar
örtməkdəydi; qocanın sadiq dostları olan ulduzlar bircəbircə
sönürdü. İndi qoca, sanki buludlara bürünmüş geniş vadi ilə
irəliləyirdi. Külək kəsilmişdi.
downloaded from KitabYurdu.org
111
– Üç-dörd günə havalar korlanacaq, – o dedi. – Amma
hələ bu gecə də, sabah da qorxusu yoxdur. Hə, nə qədər ki,
balıq sakitdir, sən də birtəhər özünü yuxuya ver, qoca!
O, tilov ipini sağ əlində tutaraq, sağ tərəfə əyilib qayığın
qırağına söykəndi, bütün ağırlığı burunun üstünə saldı. Sonra
çiynindəki kəndiri azca aşağı keçirdib ipdən sol əliylə yapışdı.
“Kəndir lap nə qədər açılsa da, onu sağ əlimlə saxlaya
bilərəm, – qoca düşündü. – Mən yuxuda olanda sürüşüb
dənizə düşsə, sol əlimə toxunub məni oyadar. Əziyyətin çoxu
sağ ələ düşəcək. O yazıq da hər cür ağrıya, cəfaya dözməyə
alışıb. Lap iyirmicə dəqiqə, yarımca saat yata bilsəm,
qənimətdir”.
Qoca qayığın qırağına söykəndi və balığın bütün
ağırlığını sağ əlinə keçirib yatdı.
Bu dəfə yuxusuna şirlər girmədi; onların əvəzinə bir sürü
dəniz donuzu gördü; cütləşmə dövrü olduğundan səkkiz-on
mil məsafədə səpələnmiş donuzlar havaya atlanır və təkrar
dənizə düşürdülər. Sonra o özünü qəsəbədəki komasında,
downloaded from KitabYurdu.org
112
çarpayıda uzanmış vəziyyətdə gördü: içəri dolan şimal küləyi
qocanı bərk üşüdürdü, balış əvəzinə başının altına qoyduğu
sağ qolu da tamam keyimişdi. Yalnız bundan sonra yuxusuna
sarımtıl qumla örtülmüş ucsuz-bucaqsız sahil girdi: dan yeri
ağaranda bir neçə şir ala-toranlıqdan çıxıb sahilə yaxınlaşdı,
qoca da lövbər salmış gəminin göyərtəsində durub şirlərə
tamaşa edirdi. Sahildən əsən axşam küləyi yanaqlarını oxşayır
və qoca özünü son dərəcə bəxtəvər sayırdı.
Ay çoxdan doğmuşdu, qoca isə hələ də yatmağında,
balıq da əvvəlki qaydada çəkə-çəkə qayığı öz arxasınca dartıb
aparmağındaydı.
Qoca şiddətli təkandan oyandı; sağ əli zərblə sifətinə
dəyib onu bərk diksindirmişdi, ildırım sürətiylə sürüşüb
dənizin dərinliklərinə gedən kəndir isə ovcunu od kimi
yandırırdı. Sol əli keyidiyindən qoca var gücünü sağ əlinə
yığıb, qaytanı ovcunda tutub saxlamağa cəhd etdi, lakin bir
şey çıxmadı. Handan-hana qocanın sol əli də hərəkətə gəlib
kəndirdən yapışdı. O, kəndiri kürəyi ilə sıxdı və indi kürəyi
downloaded from KitabYurdu.org
113
də, balığın bütün ağırlığı düşmüş sol əli də sürtünmədən od
tutub yanırdı. Keyi açılmış sol əlini lap elə bil doğrayırdılar.
Qoca arxa tərəfdəki ehtiyat kəndirə göz yetirdi; kələf sürətlə
fırlandıqca kəndir də sürətlə açılırdı. Birdən balıq okeanın
sakit, güzgütək hamar sinəsini yarıb suyun üzünə çıxdı, tez də
bütün ağırlığıyla təzədən dənizdə batdı. Sonra yenə çıxıb,
yenə batdı, dalbadal daha bir neçə dəfə də batıb-çıxdı.
Qayıq üzməkdə davam edir, tilov ipi boşala-boşala
suyun təkinə enirdi. Qoca kəndiri dartıb tarım saxlayır, sonra
bir anlığa boşaldırdı; qırıla bilmək qorxusuna baxmayaraq,
var qüvvəsiylə təzədən bir də dartırdı. İndi kəndir qocanı
sürüyüb düz qayığın burnuna gətirmişdi, onun üzü
skumbriyanın tikəsinə dirənmişdi, özü isə qəti tərpənə
bilmirdi.
“İntizarında olduğumuz, bax bu idi, – qoca düşündü. –
İndi sayıq və zirək olmaq lazımdır. Hə, özünü bərk tut, balıq,
möhkəm dayan! Kəndiri bu cür dartmağının əvəzini mən
səndən çıxardaram. İnan mənə ki, çıxardaram”.
downloaded from KitabYurdu.org
114
O, balığın atılıb-düşməsini görmürdü, yalnız okeanın
sinəsini yararaq havaya qalxıb-endikcə qopartdığı şappıltını
eşidirdi. Sürətlə dənizə gedən kəndir qocanın ovuclarını ülgüc
kimi kəsirdi. Bunun baş verəcəyini o qabaqcadan bilirdi,
əlinin döyənək olan yerlərini qəsdən kəndirin ağzına verirdi
ki, qaytan yaralı ovcunu və barmaqlarını kəsib sıradan
çıxartmasın.
“Oğlan burda olsaydı, – o düşündü, – indi ipi isladardı.
Hə, əgər oğlan burda olsaydı! Əgər burda olsaydı!”
Tilov ipi dibsiz quyuya düşmüş kimi elə hey sürüşüb
gedir, harasa gedirdi, qoca da balığı məcbur edirdi ki, kəndirin
hər qarışı uğrunda mübarizə aparsın. Sonra birtəhər dikəldi,
çənəsinin əzib xəşilə döndərdiyi balıq ətinin
üstündən başını çətinliklə də olsa qaldıra bildi. Əvvəl
yavaşyavaş dizləri üstə, sonra da ayağa durdu. İndi kəndiri
daha asta, daha ağır-ağır buraxırdı. Geri çəkilə-çəkilə axırda
özünü əvvəlki rahat yerinə çatdırdı. Qaranlıqda görə
bilmədiyi qaytanı ayağı ilə yoxlayanda başa düşdü ki, hələ
downloaded from KitabYurdu.org
115
ehtiyatı çoxdur. Suya xeyli kəndir buraxmışdı, balıq lap nə
qədər vurnuxsaydı da, heç nə edə bilməzdi.
Qoca düşündü: “Balıq, hər nə qədər istəyirsən atıl-düş,
qovuqların hava ilə dolsun ki, can verəndə dənizin dibinə
gedib əlimdən çıxmayasan. Bir azdan başlayacaqsan
fırlanmağa, bax onda mən də keçəcəm əsas məsələyə.
Qəribədir, görəsən, o niyə birdən-birə belə qızışdı ki? Aclıq
onu qəzəbləndirib, yoxsa bu zülmətdə nədənsə qorxub?
Bəlkə qəfil qorxu hiss edib? Amma o axı dinc balıq idi, güclü
balıq idi. Axı o mənə çox ötkəm, qorxu-ürkü bilməyən, özünə
tam arxayın olan cəsur bir balıq təsiri bağışlamışdı.
Qəribədir!”
– Qoca, yaxşı olar ki, qorxu-ürkü barədə sən özün
düşünməyəsən, daha çox özünə, öz gücünə güvənəsən, – o
dedi. – Balığın yüyəni sənin əlində olsa da, bayaqdan kəndiri
bir düym də yığa bilməmisən. Bəs bir azdan balıq dövrə
vurmağa başlayanda neyləyəcəksən?
downloaded from KitabYurdu.org
116
O, tilov ipini sol əli ilə tutub çiyninin köməyi ilə saxladı,
əyilib sağ əliylə dənizdən bir ovuc su götürüb üzünə vurdu.
Qorxurdu ki, sifətinə bulaşmış yumşaq ətin iyi ürəyini
bulandırar, başını gicəlləndirib onu gücdən salar. Üzünü
yuyandan sonra əlini şor suda bir qədər də saxlamaq niyyətilə
qolunu qayığın kənarından dənizə salladı, ağarmaqda olan
göy üzünə baxdı. Qayığın sürətiylə yanaşı, istiqaməti də
müəyyən etdi: “Balıq indi üzü gündoğana üzür, bu da onu
göstərir ki, get-gedə yorulur, heydən düşdükcə suyun axınıyla
getməyə üz qoyur. Tezliklə dövrə vurmağa başlayacaq.
Mənim əsl işim də bax elə onda başlayacaq”.
Sağ əlini bir az şor suda saxlayandan sonra çölə çıxartdı
və ona diqqətlə baxıb:
– Qorxulu bir şey yoxdur, – dedi. – Kişi olan kəs ağrıya
da, əziyyətə də dözməlidir.
Təzə yaralara toxunmamaq üçün kəndirdən çox ehtiyatla
yapışıb özünü birtəhər qayığın o biri tərəfinə verdi ki, sol əlini
dənizə sallayıb şor suda bir az da saxlasın.
downloaded from KitabYurdu.org
117
– Yaralı olsa da, babat işləyir, amma sən, – deyə sol
əlinə müraciət etdi, – arabir az qalırdın məni peşman edəsən.
“Niyə mən bir cüt yaxşı əllə doğulmamışam, niyə
əllərimin ikisi də eyni sərrastlıqda deyil? – qoca fikirləşdi. –
Görünür, öz günahımdır. Yaxşı işləməyə sol əlimi də gərək
əvvəldən vərdiş etdirəydim. Yəqin mən bunu eləməmişəm.
Allah özü şahiddir ki, hərgah istəsəydi, öyrənməyə bəs
deyincə imkanı olub! Amma, insafən, gecəyarısı pis işləmirdi,
arada cəmisi bircə dəfə qıc oldu. Qıc olmaqdansa, qaytanın
onu biryolluq kəsib tullaması yaxşıdır”.
Qoca gördü ki, acından başı gicəllənir, skumbriyanın
ətindən bir az çeynəməlidir. Amma fikrindən daşınıb öz-
özünə dedi: “Yox, yeyə bilmərəm. Başgicəllənmə
ürəkbulanmadan yaxşıdır. Sifətim ət parçasını xəşilə
döndərəndə bilmişdim ki, onu daha ağzıma vura bilmərəm.
Yeyən deyiləm, amma xarab olanacan saxlayacam. Onsuz da
qüvvə yığmaq gecdir, yedim-yemədim, fərq etməz. Axmaq
downloaded from KitabYurdu.org
118
qoca! – bu yerdə özünü söyməyə bilmədi, – axı ay axmaq
qoca, qanadlı balığın o birisini ki, götürüb yeyə bilərsən”.
Bayaqdan təmizləyib hazır qoyduğu qanadlı balığı sol
əliylə yerdən qaldırıb ağzına atdı, sümüklü-sümüklü
çeynəyərək quyruğunacan sümürdü.
Sonra öz-özünə dedi: “Çox yaxşı balıqdır. Adamı əməlli-
başlı doydurur. Mənə lazım olan hər şey onda var. Mən
əlimdən gələni elədim, qoy indi dənizdəki nəhəng balıq nə
qədər istəyir dövrə vursun. Qoy o da əlindən gələni eləsin. Ya
ona verər Allah, ya mənə”.
Qoca dənizə çıxandan bəri günəş üçüncü dəfə doğurdu;
balıq da elə bil, günəşin çıxmasına bənd idi – dərhal dövrə
vurmağa başladı.
Qoca ha çalışdısa da, kəndirin dəniz səthi ilə əmələ
gətirdiyi meyl bucağını təyin edə bilmədi. Hazırda bu
mümkün deyildi, həm də hələ tez idi. Gərginliyin bir az
səngidiyini hiss edəndə sağ əliylə ipi yığmağa başladı. Kəndir
təzədən əvvəlki tarım vəziyyətə gəlib, az qaldı qırıla. Lakin
downloaded from KitabYurdu.org
119
gərginlik qəfildən azaldı və kəndir xeyli boşaldı. İşi belə
görəndə qoca azca əyildi, çiyinləri də, kəlləsi də ağır yükdən
qismən xilas oldu; qaytanı tələsmədən, aramla çəkməyə
başladı. O gah sağ, gah da sol əlini ata-ata işləyirdi. Əl-qol
atdıqca yorğun ayaqları və çiyinləri əllərinə kömək edirdi.
– Çevrəni çox aralıdan götürüb, amma odur ey, başlayır
dövrə vurmağa.
Birdən qocanın yığa-yığa dəstələdiyi kəndirin gerisi
gəlmədi. O, ipi dartanda su damcıları ətrafa səpələnib gün
işığının altında par-par parıldadı. Cavab qaytarırmış kimi
balıq da kəndiri özünə tərəf dartdı; qoca dizləri üstə çöküb ipi
yavaş-yavaş suya buraxdı.
– Bilirəm, – dedi, – indi iri dövrə vuracaq, mən də
bacardığım qədər gərək onu yüyənləyim, hər dövrəni
vurduqca yüyənini dartıb dairəni kiçildim. Ola bilsin, bir
saata onu görə bildim. İndi mən onu inandırmalıyam ki,
mənimlə bacara bilməz, buna gücü çatmaz; sonra da vurub
öldürməliyəm.
downloaded from KitabYurdu.org
120
Lakin iki saat keçsə də, balıq hələ də qayığın ətrafında
eləcə aramla fırlanmağında idi. Qoca qan-tər içində əlləşirdi,
yorulub taqətdən düşmüşdü. Düzdür, bu müddət ərzində dairə
də xeyli kiçilmişdi, kəndirin dəniz səthindəki meyl
bucağından açıq-aydın görünürdü ki, balıq yavaş-yavaş üzə
çıxır.
Artıq bir saat olardı ki, qocanın gözlərinə qaranlıq çökür,
tər axdıqca elə bil alnındakı yaraların üstünə duz səpirdilər.
Gözlərinin önündə hərdən-hərdən görünüb-yoxa çıxan qara
ləkələr onu çox da qorxutmurdu; kəndiri çıxartmaqçün sərf
etdiyi gücü və gərginliyi nəzərə alanda burada təəccüblü bir
şey yox idi. Amma iki dəfə tam sustaldığını hiss etdi və
bundan bərk təşvişə düşdü.
– Olmaya, bu balığın əlində aciz qalıb öləcəm? Özü də
işin düz gətirdiyi bir vaxtda, – qoca özündən soruşdu. –
Özün kömək ol, ilahi! Əhd edirəm ki, yüz dəfə “Həzrəti
İsa”, bir o qədər də “müqəddəs Məryəm” duası oxuyaram.
Amma indi yox, bu saat yox.
downloaded from KitabYurdu.org
121
“Elə hesab elə ki, oxumuşam, – xəyalən tanrısına
müraciət etdi, – sonra mütləq oxuyacam”.
Bu vaxt ikiəlli yapışdığı kəndir qəfil dartılmağa başladı
və qoca güclü təkan hiss etdi. Zərbə də, təkan da çox şiddətli
oldu.
“Burnunun üstündəki qılıncla qarmağa bağlanmış məftili
qırmaq istəyir, – qoca düşündü. – Əlbəttə, belə də eləməliydi.
Amma bu onu tullanmağa, atılıb-düşməyə vadar edəcək,
mənə isə bu dəqiqə balığımın dövrə vurması sərf eləyir. Qoy
hələ bir az da fırlanmağa davam eləsin. Atılıbdüşmək balığa
ondan ötrü lazım idi ki, canına hava doldursun, amma indi hər
belə tullanış qırmağın açdığı
yaranı genəldər, qarmaq yerindən çıxa bilər”.
– Balığım, hoppanma, xahiş edirəm, hoppanıb-
düşmə!
Balıq məftilə daha bir neçə dəfə sərt zərbələr endirdi,
qoca da hər dəfə başını bulayıb kəndiri az-az boşaltdı.
downloaded from KitabYurdu.org
122
“Onu incitmək, yarasına toxunmaq olmaz. Necə var, qoy
elə də qalsın. Mənim öz yaralarımın, ağrılarımın əhəmiyyəti
yoxdur. Bütün cəfalara dözməliyəm. Balıqsa hədsiz ağrıdan
quduzlaşa bilər”.
Bir azdan balıq daha məftili döyəcləmədi, öz dövrəsini
yenə dinc şəkildə vurmağa başladı. Qoca da kəndiri aramla
yığmağında idi ki, birdən halı qarışdı, başı təzədən gicəlləndi;
sol əliylə dənizdən bir ovuc su götürüb başına çilədi. Sonra
bunu bir də təkrar elədi və yaş əlini peysərinə çəkib boynunu
bərk-bərk ovuşdurdu.
– Başım gicəllənsə də, şükürlər olsun ki, heç yerim
qıc olmur, – dedi. – İndicə balıq üzə çıxacaq, gərək bərk
dayanım. Dözümlü ol, qoca! Sən mütləq duruş
gətirməlisən, heç başqa cür ola da bilməz! Ağlına ayrı
şey gətirmə, özgə fikirləri biryolluq başından çıxart!
Qayığın içində dizi üstə düşüb yenə kəndiri kürəyinə
sürüşdürdü. “Nə qədər ki balığın başı fırlanmağa qarışıb, heç
downloaded from KitabYurdu.org
123
olmasa, mən bir az dincimi alım, elə ki üzə çıxdı, durub işini
bitirərəm”.
Qoca kəndirə əl vurmadan elə çömbəldiyi yerdəcə
oturub doyunca, bəs deyincə dincəlmək istəyirdi, balığa da
imkan vermək istəyirdi ki, kefi nə qədər istəyir dövrə vursun.
Amma ip tarım dartılanda, balıq dövrəni yarımçıq vurub
qayığa tərəf üzəndə qoca məcbur oldu ki, ayağa qalxıb kəndiri
yığmağa başlasın. O, növbə ilə gah bir, gah da hər iki qolunu
yelləməklə, eyni vaxtda sağa-sola döndərməklə tilov ipini
mümkün qədər tez dəstələməyə cəhd etdi. Fikirləşdi ki,
ömrümdə hələ heç vaxt belə yorulmamışam, bu yandan da
külək qalxır. Amma yox, küləyin olmağı yaxşıdır; səmt
küləyidir, balığı aparmağa mənə kömək edər. Əcəb yerinə
düşdü. Balıq təzədən dövrə vurmağa başlayanda mən bir az
dincələrəm. İndi halım babatdır. Qoy iki-üç dəfə də dövrə
vursun, sonra onun nəfəsini kəsəcəm”.
Həsir şlyapası peysərinə düşmüşdü. Balıq geri dönüb
kəndiri dartmağa başlayanda taqəti kəsilmiş qoca tamamilə
downloaded from KitabYurdu.org
124
süstləşib qayığın burnuna çökdü.
“Balıq, indi bir az da sən əlləş, – qoca düşündü, – elə ki,
yorulub geri qayıtdın, kələyini kəsəcəm”.
Dənizdə iri bir dalğa əmələ gəldi, amma aydın havanın
bələdçisi olan nəcib külək onu qovub apardı. Hə, bu külək evə
qayıdarkən qocaya çox lazım olacaqdı.
– İndi mən qayığı cənuba tərəf sürməliyəm. Bir az
da üzü günbatana. Vəssalam, burda nə var ki? Bəyəm
dənizdə azmaq olar? Üstəlik də, bizim adamız uzundur.
Balıq fırlanıb üçüncü dövrəni başa vuranda qoca onu
gördü. Ona elə gəldi ki, qayığın altından çox yekə bir kölgə
downloaded from KitabYurdu.org
125
keçdi; təəccüb və heyrət gözləri bərələ qaldı; gözüyl
gördüyünə heç cür inana bilmədi.
– Yox, – dedi, – ola bilməz, bu yekəlikdə balıq
olmaz!
Həqiqətən də, balıq çox nəhəng balıqdı.
Son dövrəni başa çatdırıb qayıqdan otuz yard məsafədə
üzə çıxanda qoca mavi dənizin səthində onun açıq-
bənövşəyi rəngə çalan çox iri, oraqvari quyruğunu gördü.
Balıq təzədən suya cumdu, lakin bu dəfə çox dərinə gedə
bilmədi. Qoca onun nəhəng gövdəsinə və bu gövdəni bəzəyən
bənövşəyi rəngli enli zolaqlara heyrətlə baxdı.
Balığın bel üzgəci yana sallanmışdı; yeni dövrə vuranda qoca
onun gözlərini də gördü.
Balıqla yan-yana boz rəngli bir cüt zəlibalığı da üzürdü;
onlar tez-tez irəli cumub balığın böyründən yapışır, dərhal da
cəld sıçrayışla kənara tullanırdılar; hərdən də onun
kölgəsində daldalanıb üzürdülər.
downloaded from KitabYurdu.org
126
Zəlibalıqlarının hər biri üç fut uzunluğunda olardı.
Sürətlərini artıranda onlar elə qıvrılırdılar ki, elə bil xalis
ilanbalığıydılar.
Qocanın bədəni tər içindəydi. Bu təkcə günəşin
istisindən yox, həm də gərgin işləməkdən idi. Balıq aramla
dövrə vurduqca qoca da kəndiri yığırdı; indi arxayın idi ki,
ikicə dövrədən sonra nizəni balığa sancmağa imkan tapacaq.
“Gərək onu mümkün qədər yaxına gətirim, qayığın lap
yaxınlığına gəlməyə vadar edim, – qoca düşündü. – Başını
yox, ürəyini
nişan almalıyam. Zərbə
düz
ürəyinə saplanmalıdır”.
– Hə, qoca, gücünü topla, özün də hövsələli ol!
Sonrakı dövrəni vuranda balığın beli suyun üzünə çıxdı,
ikinci dövrə başa çatanda isə sudan xeyli yuxarı qalxdı.
Amma o hələ də uzaqdaydı. Qoca çox yaxşı başa düşürdü ki,
əgər kəndiri bir az çox yığsa, balığı qayığın lap böyrünə gətirə
bilər.
downloaded from KitabYurdu.org
127
Nizəni çoxdan hazır qoymuşdu, sapına bağladığı nazik
məftilin ucunu da qayığın burnundakı kötüyə bənd eləmişdi.
Məftil kələfi girdə səbətin içindəydi.
Balıq yavaş-yavaş dövrə vurur və qayığa yaxınlaşırdı.
Öz yekə, qəşəng quyruğuyla mavi suları ehmalca ləpələndirən
bu varlıq qeyri-adi gözəlliyi və görkəmi il qocanı valeh edib,
əməlli-başlı mat qoymuşdu.
Qoca kəndiri var qüvvəsiylə özünə tərəf dartdı ki, balığı
qayığa mümkün qədər çox yaxınlaşdırsın. Birdən balıq azca
böyrü üstə döndü, amma tez də özünü düzəldib dövrə
vurmağa davam elədi.
– Canı əlimdədir, – qoca dedi. – Mən onu tərpədə bildim.
İndi hara çəksəm, ora da gedəsidir.
Qocanın başı yenə gicəlləndi, lakin qüvvəsini toplayıb
ipi bir də dartdı. “Onu böyrü üstə çevirə bildim, – o düşündü,
– bu dəfə arxası üstə çevirəcəm. Hə, əllərim, nə qədər
gücünüz var, dartın ipi! Ayaqlarım, siz də möhkəm durun!
downloaded from KitabYurdu.org
128
Başım, nəbada özünü itirəsən ha! Axı sən heç vaxt məni darda
qoymamısan. Bu dəfə mən onu arxası üstə çevirəcəm”.
Kəndiri var gücüylə özünə çəksə də, balığı tam arxası
üstə çevirə bilmədi: bir anlıq yanpörtü qalan balıq tez də
özünü düzəldib əvvəlki vəziyyətinə qayıtdı və üzüb aralandı.
– Qulaq as, balıq! – qoca ona dedi. – Sən onsuz da öləcəksən.
Bəs mənim ölməyim sənin nəyinə lazımdır? Niyə məni də
özünlə o dünyaya aparmaq istəyirsən?
“Bu söhbətdən heç nə çıxmayacaq”, – qoca düşündü.
Onun ağız-boğazı elə qurumuşdu ki, dili zorla söz
tuturdu; özü də son dərəcə zəifləmişdi, əyilib su şüşəsini
götürməyə belə heyi qalmamışdı.
“Bu dəfə onu gərək lap qayığın yanına çəkib gətirəm,
amma deyəsən xərifləmişəm. Deyəsən bacarmayacam...
Amma yox, bacararsan, hələ o yana da keçərsən! Səndə
tükənməz güc var, qoca!”
Balıq növbəti dövrəni başa çatdıranda qoca az qalmışdı
onu vursun. Lakin heç nə alınmadı; balıq yenə uzaqlaşdı.
downloaded from KitabYurdu.org
129
“Balıq, sən mənim axırıma çıxdın ki, – qoca düşündü. –
Neynək, səni də qınamaq olmaz, can şirin şeydir. Bilirəm,
indi sən öz canının hayındasan. Qardaşım, bu qədər
yaşamışam, di gəl, sənin kimi nəhəng, sənin kimi gözəl, sənin
kimi dinc və nəcib məxluq görməmişəm. Neynək, öldür məni!
Kimin kimi öldürəcəyi daha mənim vecimə deyil”.
«Qoca, get-gedə sənin ağlın çaşır ha! Amma bel
məqamda sən başını itirməməlisən. Ağlını başına yığ,
əziyyətə, iztiraba kişi kimi döz... – və xəyalən əlavə elədi: –
Ya da balıq kimi!
– Ya ağlım, qayıt gəl öz yerinə, – qoca astadan
pıçıldadı; elə astadan pıçıldadı ki, öz səsini güclə eşitdi. – Di
işlə görüm. İşlə deyirlər sənə!
Balıq iki dəfə dövrə vursa da, vəziyyət dəyişmədi: o, heç
cür yaxına gəlmir, mümkün qədər aralıda üzürdü.
“Vallah, heç bilmirəm necə edim, – qoca düşündü.
downloaded from KitabYurdu.org
130
Balıq hər dəfə uzaqlaşanda ona elə gəlirdi ki, huşunu itirir,
çaşır, nə edəcəyini bilmir. – Bu dəfə gücümü əməlli-başlı
sınayacam”.
O, həqiqətən, gücünü bir də sınadı və bu dəfə ona elə
gəldi ki, az qalır yıxılsın; amma balığı arxası üstə çevirə bildi.
Balıq da təzədən dikəldi; iri, qəşəng, naxışlı quyruğunu
əvvəlki kimi aramla yellədə-yellədə üzməkdə davam elədi.
– Əl çəkən deyiləm, bir də cəhd edəcəm, – qoca özünə
söz verdi. Amma əlləri yaman boşalmışdı, gözünə də qaranlıq
çökürdü. Gözü qarala-qarala ha çalışdısa, neçə dəfə əlləşdisə,
bütün cəhdləri boşa çıxdı.
“Bəs belə? – qoca əməlli-başlı cinləndi; ona elə gəldi ki,
içindəki həyat nişanələri sönüb getməkdədir. – Mən bir də güc
vuracam, bir də cəhd edəcəm!”
Qoca bütün ağrılarını unudaraq qəti vuruşa girişdi. Balıq
böyrü üstə çevrilib yanpörtü vəziyyətdə yavaş-yavaş qayığa
tərəf yaxınlaşdı, burnu üstündəki qılınc az qaldı qayığın
böyrünə toxunsun. Onun enli, uzun bədəni sanki dənizin
downloaded from KitabYurdu.org
131
dərinliklərinə qədər uzanıb gedirdi. Gümüş kimi parıldayan
belinə kəmər təki dolanmış bənövşəyi zolaqlar heyrətamiz
dərəcədə qəşəng idi.
Qoca kəndiri yerə qoyub ayağı ilə üstündən bərk-bərk
basdı, nizəni qapıb var qüvvəsini toplayaraq balığın
adamboyu qədər sudan qalxmış nataraz döş üzgəcinin altına
sapladı; iti dəmirin yumşaq ətə necə batdığını hiss edən qoca
bədəninin bütün ağırlığını nizənin üstünə salıb onu lap dərinə
yeritdi.
Bu zaman ölümlə əlbəyaxa olmuş balıq təzədən dirçəldi,
nəhəng gövdəsini, təsviri mümkün olmayan gözəlliyini
nümayiş etdirmək istəyirmiş kimi suyun üzün çıxdı və
qəfildən göyə sıçradı, qayığın tuşunda, düz qocanın başı
üzərində, havada bir anlığa asıla qaldı və sonra gurultu ilə
dənizin ağuşuna düşdü. Dəniz təlatümə gəldi; qoca da
təpədən-dırnağacan islandı.
Ürəyi bulanan, başı gicəllənən qoca daha heç nə görə
bilmədi. Amma nizənin ipini boşaldıb qanı axan yaralı əliylə
downloaded from KitabYurdu.org
132
onu ağır-ağır yığmağa başladı, gözlərinin işığı yerinə
qayıdanda isə bütün diqqətini toplayıb nataraz qarnı gümüş
kimi parıldayan balığı arxası üstə çevrilmiş gördü. Nizənin şiş
ucu balığın belini parçalayıb o üzündən çıxmışdı, dənizin
mavi suları da balığın ürəyindən axan al qana boyanmışdı.
Əvvəl nəhəng qan ləkəsi tünd rəngdəydi, sanki mavi suları bir
mil dərinlikdən balıq sürüsü dövrələmişdi. Sonra ləkə bulud
kimi ətrafa yayılmağa, gümüşü balıq da ləpələrin üstündə
aramla yırğalanmağa başladı.
Qoca şövqlə parıldayan gözləri dumanlanana qədər
nəzərlərini balıqdan ayıra bilmədi. Nizənin sapına bağlanmış
ipi iki dəfə kötüyə doladı, axırda başını əlləri arasına aldı.
“Başıma nolub axı? – peysərini qayığın burnundakı taxtaya
söykəyib astadan pıçıldadı. – Mən yorulub əldən düşmüş
qocayam. Amma hər necə olsa, mənə qardaşdan əziz olan bu
balığı öldürə bildim. İndi də qul zəhməti tələb edən işləri
görüb qurtarmalıyam. Kəndiri götürüb ilgək düzəltməliyəm
ki, balığı qayığın yedəyinə bağlayım. Lap iki nəfər olsaydıq
downloaded from KitabYurdu.org
133
da, bunu yerindən tərpədə bilməzdik, ya qaldırsaq da, qayığa
dolan suyu boşaltmaq olmazdı, həm də qayıq onun ağırlığına
dözməzdi. Hamımız batardıq: qayıq da, mən də, balıq da.
Əvvəlcə bütün hazırlıq işlərini görüb balığı yaxına çəkərəm,
sonra onu qayığın bortuqa sarıyıb yedəyə alaram, axırda da
dorağacını qaldırıb, yelkəni açıb yola düşərəm”.
Balığı qayığa tərəf çəkməyə başladı, kəndiri onun
qəlsəmələri altından salıb cəhəngindən çıxartmaq, sonra da
başını qayığın burun tərəfinə bağlamaq istədi.
“Balığa baxmağı, onu bu əllərimlə oxşamağı ürəyim elə
istəyir ki, – qoca köksünü ötürdü. – Axı o, mənim sərvətimdir.
Amma ona toxunmaq istəyim heç də sərvətim olduğuna görə
deyil. Mənə elə gəlir ki, nizəni köksünə
downloaded from KitabYurdu.org
134
saplayanda mən artıq onun ürəyinə toxunmuşam. Nizəni
ikinci dəfə ürəyinə sancıb belindən çıxardanda hiss etdim ki,
ürəyi ovcumun içindədir. Di yaxşı, indi balığı yaxına çəkib
kəndiri belinə sarımalıyam, ilgəyi quyruğundan
keçirməliyəm ki, qayığa möhkəm bağlansın!”
– İşə başlamaq vaxtıdır, qoca, – özünə əmr etdi və bir
qurtum su içdi. – Sənin xalis it zülmü olan hələ nə qədər
işlərin var, yalnız onları görüb qurtarandan sonra döyüş başa
çatacaq.
O, əvvəlcə səmaya, sonra balığa baxdı. Günəşi diqqətlə
nəzərdən keçirib fikirləşdi ki, günortadan təzə-təzə adlayır, bu
yandan da passat küləyi güclənir. İndi kəndirləri calamaq
vaxtı deyil, onları evdə, oğlanla bərabər yerbəyer edərik,
lazım olanları bir-birinə calaşdırıb qaydaya salarıq.
– Hə, balığım, yaxına gəl görüm!
Ancaq balıq ona qulaq asmadı, dalğaların üstündə
tənbəl-tənbəl yırğalana-yırğalana yerindən tərpənmədi və
qoca naəlac qalıb özü qayığı ona tərəf sürməli oldu.
downloaded from KitabYurdu.org
135
Yaxınlaşıb balığın nataraz başını görəndə təəccübdən qocanın
gözləri kəlləsinə çıxdı. O nə gözlərinə inana bilirdi, nə də
başın bu dərəcədə yekəliyinə. Axırda nizənin ipini kötükdən
açıb balığın qəlsəmələrindən keçirtdi, ucunu cəhəngindən
çıxardıb bir neçə dəfə burnu üstündəki qılınca doladı; bir də
qəlsəmələrdən keçirtdi, bir də qılınca sarıdı, ikiqat düyünlə
möhkəm bərkidib kötüyə bağladı. Kəndiri kəsib qayığın arxa
tərəfinə gəldi ki, balığın quyruğuna ilgək keçirdib bərkitsin.
İndi balığın bənövşəyi rəngi dəyişib gümüşü rəng
almışdı, bədənini bəzəyən enli zolaqlar quyruğu kimi
açıqbənövşəyi rəngə çalırdı. Zolağın hər biri qocanın geniş
açılmış iri əlindən də enli idi. İri gözləri gah periskop
güzgüləritək donuq görünür, gah da xaç mərasimindəki
müqəddəslərin simalarını xatırladırdı.
– Onu ancaq bu yolla öldürmək olardı, mən onu başqa
cür öldürə bilməzdim, – qoca dedi.
İçdiyi bir qurtum su qocanın halını xeyli
yaxşılaşdırmışdı. Huşunu bir daha itirməyəcəyinə arxayın idi.
downloaded from KitabYurdu.org
136
“Bu balığın min beş yüz girvənkə əti var. Artıq da ola bilər.
Cəmdəyin üçdə ikisi xalis ət olsa, girvənkəsi də otuz sentdən
satılsa, görəsən, nə qədər pul çıxardar?”
– Yox, kağız-qələmsiz bu boyda alverin hesabını
aparmaq olmaz, – o dedi. – Bunu vurub-çıxmaq üçün adamın
fikri aydın olmalıdır. Mənimsə başım üstümdə durmur. Mənə
elə gəlir ki, dahi Di Macio bu gün mənimlə fəxr edə bilər.
Hərçənd sümük döyənəyinə ürcah olmamışam, amma əlim
də, belim də yaman ağrıyır. Görəsən, döyənək nə olan şeydir?
Bəlkə, bu azar elə bizim özümüzdə də var, bilmirik?
Qoca balığı üç yerdən – burun tərəfdən, ortasından, bir
də quyruq hissəsindən qayığa möhkəmcə bənd elədi. Balıq o
dərəcədə nataraz idi ki, elə bil, qayığın özünü gəminin
böyrünə qoşmuşdun. Kəndirdən bir parça kəsib balığın açıq
ağzını da bağladı – bu mümkün qədər sürətlə üzməkdə qocaya
kömək edəcəkdi. Dorağacını qaldırıb ona bir ağac dayadı,
yamaqsız yeri olmayan yelkəni açıb astar üzündəki ipini tarım
downloaded from KitabYurdu.org
137
çəkdi. Qayıq hərəkətə gəldi; qoca arxa tərəfdə çömbəlib,
qayığı cənub-qərb istiqamətinə yönəltdi.
Səmti bilmək üçün o, kompasa ehtiyac duymurdu;
küləyin əsməyindən, yelkənin şişməyindən cəhətləri dəqiq
təyin edə bilirdi. “Yaxşısı budur, balaca qarmağı suya atım,
xırda balıqdan-zaddan bir şey tutum: yeməyə heç nəyim
yoxdur”.
Qarmağa taxılan əyri dəmiri tapa bilmədi, sardinalar da
iylənmişdi. Götürüb dəstəli qarmağı dənizə uzatdı, bir çəngə
sarı yosun qoparıb silkələdi, qayığa xeyli dəniz xərçəngi
töküldü. Xərçənglər yerbirəsi təki atılıb-düşür, ayaqlarını
oynadırdılar. Qoca şəhadət və baş barmağıyla onların başını
üzüb tullayır, bədənlərini ağzına atıb çeynəyə-çeynəyə, elə
qabıqlı-quyruqlu içəri ötürürdü. Xırdalığına, nazikliyinə
baxmayaraq, xərçənglər çox ləzzətli idi.
Şüşədə iki içimlik su qalmışdı; xərçənglərin axırına
çıxandan sonra qoca üstündən bir qurtum su da içdi.
downloaded from KitabYurdu.org
138
O, bütün maneələri dəf edərək, sürətlə üzən qayığı
qoluyla idarə edirdi. Nəhəng balıq daim gözləri önündəydi,
nəzərləri yaralı əllərinə sataşanda, yaxud kürəyi qayığın
taxtasına toxunanda isə bütün bu olub-keçənlərin heç də yuxu
deyil, həqiqət olduğuna bir daha inanmalı olurdu.
Balıqla fədakar döyüşü başa çatdıranda, taqətdən düşüb
huşunu itirəndə ona elə gəlmişdi ki, bunların heç biri
gerçəklik deyil; hamısı yuxudur, röyadır. Hətta balığın sudan
havaya sıçraması da ona vaqiə kimi görünmüşdü və gözlərinə
inanmamışdı. Həm də qoca onda heç nəyi doğrudürüst seçə
bilmirdi, indi isə gözlərinə işıq gəlmişdi və hər şeyi olduğu
kimi görürdü.
Hə, indi o bilirdi ki, balıq həqiqətən mövcuddur,
əllərinin, kürəyinin sızıltısı da əsla yuxu deyil.
“Əllərim tez sağalacaq, – qoca düşündü. – Yaralarımdan
xeyli qan axıb, ona görə də qanım zəhərlənməz, şor suyun da
yaraya xeyri var. Bizim körfəzin lehməli suyu yaranın ən
yaxşı dərmanıdır, bütün dünyada bundan yaxşı məlhəm
downloaded from KitabYurdu.org
139
tapılmaz. Bu saat ona çalışmalıyam ki, huşumu itirməyim,
əllərim də öz vəzifəsini yaxşı icra etsin. Hələlik pis üzmürük.
Balığın ağzı bağlıdır, quyruğu da
yaxşı durur, gah qalxır, gah da suya düşür. Biz doğma qardaş
kimi bərabər üzürük”.
Başı yenə bir az gicəlləndi və qoca düşündü: “Görəsən,
hansımız hansımızı aparır: mən balığı, ya balıq məni? Mən
onu qayığa yükləmiş olsaydım, heç bu sual da ortaya
çıxmazdı. Biz yanaşı üzürük, özü də bir-birimizə möhkəm
bağlıyıq. Eh, daha neyləmək olar, balıq məni aparırsa, qoy
belə olsun. Əslində, mən onu yalnız fəndlə, kələklə üstələdim.
Mənə pislik eləmək yazıq balığın heç xəyalından da
keçmirdi”.
Onlar aramla üzdükcə üzür, elə hey üzürdülər. Qoca
növbə ilə əllərini dənizə salıb şor suda saxlayırdı ki, yaraları
tez sağalsın, həm də başı gicəllənməsin. Göydə tənha, seyrək
buludlar süzürdü. Qoca buludlara baxanda bütün gecə külək
əsəcəyini təyin etdi. Tez-tez dönüb balığa baxır,
downloaded from KitabYurdu.org
140
ondan göz çəkə bilmirdi, həm də özünü bir daha inandırmağa
çalışırdı ki, yuxu görmür, hər şey əslində olduğu kimidir.
Yırtıcı köpəkbalıqlarından birincisi qoca yola düşəndən
düz bir saat sonra özünü ona yetirdi.
Okeanın lap dərinliklərindən varıb gələn bu yırtıcı onu
heç də təsadüfən haqlamamışdı: nəhəng balığın qatı qanı
dənizin dibinə çöküb bir mil məsafədə ətrafa yayılmışdı,
köpəkbalığı da iyi alan kimi dənizin mavi sinəsini ildırım
sürətiylə parçalayaraq üzə çıxmışdı; onun dərisi günəş
şüalarının altında bərq vururdu.
Birdən akula geri qayıdıb suya cumdu, itirdiyi qan izini
tapıb yenidən suyun üzünə çıxdı, qayığı və ona bağlanmış
yekə balığı izləməyə başladı. O arabir izi itirir, lakin güclə
hiss edilən zəif qoxunu təzədən tapıb şikarını qarabaqara təqib
edirdi. Mako cinsindən olan bu yırtıcı çox nataraz idi, çox da
sürətlə üzürdü. Okeanda sürətdə ona çatan ayrı balıq yoxdu;
o sanki elə yalnız üzməkçün yaranmışdı! İyrənc cəhəngindən
savayı qalan hər yeri gözəl idi. Qılınc-balıq kimi onun da beli
downloaded from KitabYurdu.org
141
abı, qarnı gümüşü rəngdə, dərisi hamar, həm də olduqca
möhkəm idi. Heyvərə ağzı nəzərə
alınmazsa, hər cəhətdən qılınc-balığa oxşayırdı, hündür bel
pəri suyu ləpələndirmədən asanlıqla yarırdı. Ağzında səkkiz
cərgə köndələninə düzülmüş möhkəm dişləri vardı. Bunlar
başqa yırtıcıların dişlərinə əsla bənzəmirdi; caynaq kimi
əyilmiş bu dişlər hərəsi barmaq böyüklüyündə olurdu və
həqiqətən də onun dişləri qocanın barmaqlarından yekə, həm
də ülgüc kimi iti idi. Mako köpəkbalıqları, elə bil, dənizdəki
başqa balıqlar üçün qənim yaranmışdı. Cəld üzdükləri qədər
də qüvvətli olan bu yırtıcıların hər cəhətdən üstünlükləri
vardı; düşmənlərindən heç biri bu cəhətdən onlara çatmırdı.
Şikarın yerini və qan qoxusunu çox tez duyurdular,
bellərindəki iti pərlər də suyu qılınc kimi kəsirdi.
Qoca onu görən kimi tanıdı; yırtıcının heç nədən
qorxmadığını, istəyinə çatmamış əl çəkməyəcəyini yaxşı
bilirdi. Odur ki, nizənin kəndirini qayığın kənarına bənd edib
hazır durdu və rəqibinin yaxınlaşmasını gözlədi. Kəndir qısa
downloaded from KitabYurdu.org
142
idi, qoca onun bir hissəsini balığı qayığa bağlayanda kəsib
işlətmişdi.
Qocanın halı babat idi, heç yeri ağrımırdı, üz-gözündən
qətiyyət yağırdı. Lakin uğura çox az ümid vardı.
“İşlər lap yaxşı idi, – qoca düşündü, – amma əlbəttə, belə
hal uzun sürə bilməzdi”.
O, yaxınlaşmaqda olan akulanı gözdən buraxmır, eyni
zamanda, arabir öz nəhəng balığına da nəzər salıb ürəyində
arzulayırdı ki, keşkə bunların hamısı yuxu olaydı. “Yuxu
olsaydı, əcəb yaxşı olardı. Bilirəm ki, bu müzür varlığın
balığıma ziyan vurmasına mane ola bilməyəcəm. Amma nə
bilmək olar, bəlkə onu vurub öldürdüm? Vayına oturum,
dentuso”.
7
Dentuso özünü qayığın quyruğuna yetirib həmləyə
keçdi. Qoca onun çox geniş açılmış, cəhənnəm qapısına
oxşayan bədheybət ağzını, dəhşət saçan gözlərini gördü;
balığın quyruğundan iri bir dişləm qopardan yırtıcının alt
çənəsi üst çənəsinə dəyəndə dişləri elə şaqqıldadı ki, bu
downloaded from KitabYurdu.org
143
şaqqıltıdan qoca əməlli-başlı səksəndi. Onun əvvəl başı, sonra
beli sudan çıxdı, ikinci həmlədə dişlərin şaqqıltısı təkrar
eşidildi və qoca həmin anda nizəni onun təpəsinə, gözlərini
birləşdirən xətlə burnundan başına qalxan xəttin kəsişdiyi
yerə sapladı. Əslində, xətt-filan yox kimiydi: olan şey – abı
rəngli yepyekə, kələ-kötür kəlləydi; geniş açılmış iri, vəhşi
gözlərdİ; hər şeyi parçalamağa hazır dayanmış şaqqıldayan
çənələrdi. Zərbənin tuşlandığı yerdə dentusonun beyni
yerləşirdi, ona görə də qoca nizəni yaralarından qan sızan
əlində bərk-bərk sıxaraq məhz həmin yeri nişan
7
Dentuso – yekədiş köpəkbalığı növü (ispanca).
almışdı və zərbəni də məhz ora endirmişdi. O, bunu heç nəyə
ümid bağlamadan, qarasına, lakin sonsuz bir qətiyyət, qəzəb
və tükənməz nifrətlə etmişdi.
Həvədiş havada kəlləmayallaq aşıb, beli üstə dənizə
düşdü; qoca onun sönən gözlərini aydın gördü və artıq
downloaded from KitabYurdu.org
144
öldüyünü yəqin etdi. Amma o, təzədən çevrildi; nizənin
sapındakı kəndir iki dəfə belinə dolandı. Bu hərəkətlə sanki o,
qocanın çıxardığı hökmlə razılaşmaq istəmədiyini bildirirdi.
Arxası üstə düşdüyü halda quyruğunu oynadıb dənizi elə
köpükləndirdi ki, elə bil suda mühərrikli qayıq gedirdi; çənə
döyə-döyə dişlərini şaqqıldatdıqca adamı vahimə basırdı.
Köpəkbalığının çırpındığı yerdə dəniz ağappaq idi;
tezliklə yekə cəmdəyin dörddə üçü suyun üzünə qalxdı, belinə
sarınmış kəndir əvvəl tarım çəkilib titrədi, sonra qırılıb tikə-
tikə oldu. Qoca durub tamaşa edirdi. Dentuso yavaş-yavaş
dənizə batdı.
– Məlun köpək! Ətimdən düz qırx girvənkə qopartdı, –
qoca ucadan dilləndi; sonra dinməzcə fikrindən keçirtdi ki,
bəs o hələ mənim nizəmi də, üstəlik, olan-qalan kəndirimi də
özüylə apardı, balığın isə qanı axır, bu qanın izinə düşüb
başqa yırtıcılar da mütləq özlərini yetirəcək.
downloaded from KitabYurdu.org
145
O didilib eybəcərləşmiş balığa baxa bilmirdi. Dentuso
bayaq balıqdan iri bir dişləm qoparanda qocaya elə gəlmişdi
ki, əti qoparılan balıq yox, o özüdür.
“Amma mən hər necə olsa, balığıma qəsd edən yırtıcını
öldürdüm, – o düşündü. – Ömrümdə birinci dəfədir belə
dentuso görürəm. Allaha and olsun ki, bu vaxtacan mən çox
həvədişə rast gəlmişəm, amma bu cür natarazı olmamışdı.
İşim çox yaxşı gedirdi, heyf! Əlbəttə, belə vəziyyət çox çəkə
bilməzdi. Mən çox istərdim ki, bütün bunlar yuxu olsun: guya
mən bu nəhəng balığı tutmamışam, üstünə qəzet döşənmiş
çarpayımda sakitcə uzanıb yatmışam, vəssalam.
Kaş belə olaydı”.
– İnsan övladı məğlubiyyət üçün yaranmayıb, – o dedi. –
İnsanı məhv etmək olar, lakin məğlub etmək olmaz.
“Hər necə olsa da, balığı öldürməyimə peşmanam, –
qoca düşündü. – Nahaq öldürdüm onu. Yaxşı bilirəm ki, bu,
mənə ucuz oturmayacaq. Nizəm də əlimdən çıxdı.
downloaded from KitabYurdu.org
146
Həngamənin zırpısı hələ qabaqdadır. Dentuso olduqca
çevikdir. Çox hiyləgər, çox da amansızdır. Həm çox güclüdür,
həm də çox ağıllı. Amma mən ondan da ağıllı çıxdım. Ola
bilsin,
mənim
üstünlüyüm
yalnız
ondan
yaxşı
silahlanmağımdadır”.
– Qoca, burax bu fikirləri! Üzməyində ol, bəla gələndə
də onu kişi kimi qarşıla, – o, yenə ucadan dilləndi.
Amma tez də fikrindən ayrı şeylər keçirtdi: “Yox, mən
düşünməyə bilmərəm, çünki mənimki də bir bu balıqdır, bir
də beysbol. Görəsən, dentusonu bircə sərrast zərbə ilə
təpəsindən vurub öldürməyim Di Macionun xoşuna gələrdi?
Bu o qədər də böyük məharət deyil, bunu başqası da eləyə
bilərdi. Qoca, sən bilən, kimin işi daha çətindir? Səncə, yaralı,
ya qıc olmuş əllərin sənə sümük döyənəyi ilə beysbol
oynayanların mahmızından çox mane olur? Nə bilim, vallah.
Mən onu bilmərəm. Ömrümdə ayaqlarım ağrımayıb. Cəmisi
bircə dəfə – dənizdə çimərkən təsadüfən elektrikli skat
balığının üstünə çıxdım, cərəyan məni vurdu, qıçım dizəcən
downloaded from KitabYurdu.org
147
iflic oldu; ağrısına dözə bilmirdim”.
– Qoca, boşla bu qəliz fikirləri, yaxşı olar ki, ürəkaçan
şeyləri yada salasan, – o ucadan dedi. – Evə çatmağa daha bir
şey qalmayıb. Ətindən qırx girvənkə itirəndən sonra xeyli
asan üzürsən.
O, axına düşəndə başına nələr gələcəyini yaxşı bilirdi.
Əlindən nə gələrdi? Axı neyləmək olar ki?
– Düz danışmırsan, bəyəm bıçağı kürəklərdən birinin
sapına bağlaya bilməzsən?
Dediyi kimi də elədi. Sükanın dəstəyini qoltuğunun
altına dayayıb, yelkənin ipini ayağı ilə basdı və bıçağı avarın
sapına bağladı.
– Bax, gördünmü?! Mən qocayam, amma hər necə olsa,
silahsız deyiləm.
Külək qayığı qabağına qatıb aparırdı. Qoca indi balığın
yalnız baş hissəsinə baxır, puça çıxmış ümidlərinin bir qismi
sanki geri qayıdırdı.
downloaded from KitabYurdu.org
148
“Ümidi itirmək ağılsızlıqdır, – o düşündü, – həm də
günahdır. Qoca, günah haqqında düşünmə! Onsuz da, çəkiləsi
dərd-sərin az deyil. Bir də mənim günah-savab kimi şeylərdən
başım çıxmaz. Özüm də belə şeylərə inanmıram. Ola bilsin
ki, balığı öldürmək günahdır. Amma mən onu özümün
yaşamağım üçün öldürmüşəm. Hələ çoxlarını da onun əti ilə
qidalandıracam. Belə götürəndə, dünyada elə hər
şey günahdır; günah olmayan nə var ki? Heç düşünməyə
dəyməz. İndi bu barədə fikirləşmək gecdir. Bir də bu haqda
qoy o adamlar narahat olsunlar ki, günah-savab üçün pul
alırlar. Balıq – balıq olmaqdan ötrü dünyaya gəldiyi kimi,
mən də balıqçı olmaqçün doğulmuşam. Müqəddəs Pyotr özü
də, Di Macionun atası da balıqçı olub”.
O, əhatə olunduğu aləm haqqında mülahizə yürütməyi
yaman xoşlayırdı. Hər şey barəsində düşünərdi, hətta
günahsavab haqqında fikirləşməkdən də qalmazdı. Çünki işə
başlayan vaxtlarda nə oxumağa bir şey, nə də qulaq asmağa
radio vardı.
downloaded from KitabYurdu.org
149
“Sən balığı təkcə diri qalmağın üçün və ya satmaqdan
ötrü öldürməmisən, – o fikirləşdi, – sən onu özünü öyməkçün,
bir də balıqçı olduğuna görə öldürmüsən. Axı balıq diri
olanda da sən onu sevirdin, öləndən sonra da sevirsən. Əgər
sən onu hər vaxt sevirsənsə, onda onu öldürmək heç də günah
deyil. Sevdiyini öldürmək günah sayılmır, ya əksinə, ən
böyük günah bəlkə elə budur?”
– Qoca, çox götür-qoy edirsən, yaman çox baş aparırsan
ha, – dedi, sonra da düşündü: “Amma sən dentusonu həvəslə
öldürdün. O da sənin kimi balıqları yeyib yaşayırdı, heç də
yırtıcı balıqların bəzi növləri kimi leşyeyən qarınqululardan
deyildi. Heç nədən, heç kimdən çəkinməyən
cəsur, gözəl balıq idi”.
– Mən onu öz canımı qorumaq xətrinə, özü də məharətlə
öldürdüm, – bunu ucadan dedi.
“Bir də axı hamı bir-birini və ya nəyisə müəyyən bir
yolla, bir bəhanə ilə öldürür, – o düşündü. – Balıq ovu bir
downloaded from KitabYurdu.org
150
yandan məni ölməyə qoymadığı kimi, o biri yandan da
dirigözlü öldürür. Həm öldürür, həm yaşadır. Oğlan – bax,
məni yaşadan, məni ölməyə qoymayan oğlandır. Özün özünü
bu qədər də aldatma, qoca”.
O, qayığın kənarından aşağı əyildi, yekədişin parçaladığı
yerdən bir tikə ət qopardıb, ağzına qoydu, çeynəyə-çeynəyə
dadını, keyfiyyətini təyin etdi. Bir qədər bərk olsa da, çox
ləzzətli və şirəli idi; mal ətinə oxşayırdı, amma rəngi ağ idi.
Qoca yaxşı bilirdi ki, keyfiyyətinə görə bu balıq bazarda
çox baha qiymətə satılacaq. Dənizin suları ətin iştahaçan
gözəl ətrini də, dadlı şirəsini də büsbütün yuyub aparırdı, qoca
isə bunun qabağını ala bilmirdi. Bu hələ harasıdır, işin çətini
hələ qabaqdaydı və qoca bunu yaxşı bilirdi.
Külək istiqamətini azca şimal-şərqə dəyişdirmişdi,
deməli, kəsməyəcəkdi. O, uzaqlara göz gəzdirdi; nə bir
yelkənli qayıq, nə də tüstüləyən bir gəmi görə bildi. Yalnız
qanadlı balıqlar dənizdən çıxıb qayığın bu tərəfindən o
tərəfinə sıçrayırdılar. Orda-burda kəhrəba rənginə çalan sarı
downloaded from KitabYurdu.org
151
yosunların əmələ gətirdiyi adalar görsənirdi. Bir dənə də quş
gözə dəymirdi. Qayıq iki saat olardı ki, üzürdü. Qoca bir
hovur dincəlmək üçün böyrü üstə uzanmışdı. Özünə gəlmək
və bir qədər güc toplamaqdan ötrü balığın ətindən çeynədi.
Bu vaxt qayığa yaxınlaşan qoşa köpəkbalıqlarından
birincisini, qabaqdakını görüb bərkdən «ayy» elədi. Heç nə
ifadə eləməyən bu söz, əslində heç söz deyildi, ovcuna mıx
batmış adamın ağzından biqafil çıxan çığırtıya oxşar bir səs
idi.
– Galano!
7
– qoca bərkdən qışqırdı.
Birinci üzgəcin arxasınca ikinci üzgəc də sudan sıyrılıb
çıxdı və qonur rəngli üçbucaq pərləri, bir də suyu aramsız
dalğalandırıb köpükləndirən quyruqları görəndə bunların
yastı, enliburun köpəkbalıqları olduğunu qoca dərhal tanıdı
– aclığın quduzlaşdırdığı yırtıcılar qayığa sarınmış,
böyrü didilmiş nəhəng balığın ləzzətli ətrini duyduqca daha
7
Galano– köpəkbalığı növü (ispanca).
downloaded from KitabYurdu.org
152
da çılğınlaşırdılar. Hər iki galano artıq izinə düşmüş olduqları
ətri, qoxunu itirən kimi tez də axtarıb təzədən tapırdılar, özü
də hər dəfə izi itirdikdə az qalırdı dənizin altını üstünə
çevirsinlər. Amma
indi onlar anbaan
şikara
yaxınlaşmaqdaydılar.
Qoca yelkəni möhkəm pərçimlədi, sükanı pazla bərkitdi,
sonra təzə düzəltdiyi silahı – bıçaqlı avarı əlinə aldı. Əlləri
bərk göynədiyindən avarı çox ehtiyatla tutub, mümkün qədər
hündürə qaldırdı. Hərəkətə gəlsin deyə
barmaqlarını bir qədər oynatdı, əllərindəki dözülməz ağrını
tez unutmaq üçün kürəkdən bərk yapışıb köpəkbalıqlarının
yaxınlaşmasını gözlədi. İndi onların yastı, enli burunları, xallı
yekə başları, tez-tez açılıb oynayan ağ üzgəcləri aydın
görsənirdi. Bunlar yırtıcıların ətrafa üfunət saçan ən iyrənc
növündən idilər; peşəsi qatillik olan bu yırtıcılar iylənmiş
cəmdək də yeyirdilər. Ac olanda qayığa, taxta avarlara,
sükanlara hücum edib hamısını didişdirməyə hazır idilər.
Çanaqlı bağalar suyun üstündə yatdıqları vaxt xəlvəti
downloaded from KitabYurdu.org
153
yaxınlaşıb qıçlarını qopardırdılar; bərk acanda insana da
cumur, hətta qan, ya balıq iyi gəlməyəndə də hücuma
keçirdilər.
– Ayy! – deyə qoca meydan oxuyurmuş kimi səsləndi, –
di buyurun, bir yaxın gəlin görüm!
Galanolar qabağa gəldilər, lakin mako köpəkbalığı kimi
birbaşa yaxınlaşmadılar. Biri özünü yana verib qayığın altına
təpildi və onu bərk silkələdi, nəhəng balığın böyründən iri
parça qopartdı. İkinci galano sapsarı gözlərini qocaya
zilləmişdi. O da qəfildən hücuma keçib, yarımdairəvi
cəhəngini geniş açaraq bayaq makonun zədələdiyi yerdən iri
bir dişləm qopardı. Qoca, galanonun qonur çənəsindən
başlayaraq kürəyinə tərəf gedən xətti aydın görürdü; yaxşı
bilirdi ki, ziyankarın beyni içəridə bu xətt boyunca uzanıb
gedir və haram iliklə birləşir. O, avara bağlanmış bıçağı
beyinlə haram iliyin arasına endirdi; sonra avarı geri çəkib
bıçağı qəniminin pişik gözlərinə oxşayan sarımtıl gözünə
sancdı. Galano təngnəfəs halda balığın böyründən sürüşüb
downloaded from KitabYurdu.org
154
dənizə düşdü və qopartdığı parçanı içəri ötürə-ötürə suya
batdı.
O biri galano qayığın alt tərəfindən balığa divan
tutmaqda davam edir, təkanları qayığı silkələyirdi. Qoca
məcbur qalıb qayığın yolunu dəyişdirdi, köndələninə üzmək
ümidiylə yelkəni aşağı saldı ki, yırtıcını qayığın altından
çıxardıb balığı xilas etsin. Qayığın yö`nünü dəyişdirəndə
galanonu lap yaxından gördü və qayığın böyründən əyilib
bıçağı ona sapladı. Zərbə akulanın yumşaq yerinə dəysə də,
bıçaq qalın dərini deşə bilmədi. Vurduğu zərbədən qocanın
təkcə əlləri yox, çiyinləri də bərk ağrıdı. Galano burnunu
sudan çıxardıb təzədən şikarının üstünə atılanda qoca zərbəni
onun yastı kəlləsinin düz ortasına endirdi, bıçağı ikinci dəfə
də eyni yerə sapladı. Amma akula möhkəm çənələri ilə
balıqdan sallanıb qopmurdu; qoca hətta bıçağı onun sol
gözünə sancanda da o öz qənimətini buraxmadı.
– Bəs belə! – qoca qəzəblə bağırdı və bu dəfə bıçağı onun
beyni ilə haram iliyi birləşən yerə sapladı.
downloaded from KitabYurdu.org
155
Qoca bıçağın qığırdağa toxunduğunu hiss etdi; indi
ziyankarın axırına çıxmaq elə də çətin deyildi. O, avarı tərsinə
çevirib bıçağı galanonun ağzına soxdu ki, cəhənglərini cırıb,
çənələrini ayırsın və ağzının içində avarı bərkdən burdu ki,
balığı yırtıcının dişlərindən xilas etsin.
Nəhayət, istəyinə nail oldu.
– Galano, di rədd ol dənizin dibinə! – qoca dedi. –
Dostun da oradadır, görüşüb-öpüşərsiniz. Bəlkə dostun deyil,
doğmaca anandır?
O, bıçağı sildi, avarı qayığa qoydu. Sonra yelkəni
təzədən açdı, külək yamaqlı cındırı şişirtdi; qoca qayığı
döndərib yoluna davam etdi.
– Ziyankarlar ətimin ən azından dörddə birini apardı, özü
də ən yaxşı yerlərini, – qoca ucadan dedi. – Kaş bunların
hamısı yuxu olaydı. Kaş mən bu balığı tutmamış olaydım.
Heyf ki, işlər belə tərs gətirdi, hər şey alt-üst oldu.
Bunu deyib susdu. İndi o, sevimli balığına heç baxmaq
da istəmirdi. Qanı suya axıb getmiş balıq indi güzgülərin
downloaded from KitabYurdu.org
156
arxasına çəkilən amalqama rənginə çalırdı; lakin qurşaq
zolaqları hələ də aydın görünürdü.
– Mən gərək bu qədər uzaqlara getməyəydim, – qoca
dedi. – Balıq, mən çox təəssüflənirəm ki, hər şey belə pis
alındı. Hər ikimiz üçün! Bunun nə sənə xeyri oldu, nə mənə!
Sonra ürəyində özünə xitabən dedi: “Qoca, ağzını
ayırıb oturma, bıçağı sarıdığın qaytanı yoxla, gör qırılıb, ya
yox. Sonra da əl-qolunu hazır saxla, hələ iş qurtarmayıb”.
– Heyf ki, bıçağı itiləməyə bülöv yoxdur, – o, qaytanı
yoxlaya-yoxlaya dedi. – Gərək özümlə bülöv götürəydim.
“Sən özünlə çox şey götürməliydin, qoca, amma heç
birini götürməmisən. İndi nəyin olub-olmadığını yada salıb
qan qaraltmaq, gileylənmək vaxtı deyil. Buradakı şeylərin
köməyi ilə nə etmək olarsa, bax onu düşün”. Yenə ucadan
dilləndi:
– Öz məsləhətlərinlə lap zəhləmi tökdün!
Sükanı qoltuğunun altına qoyub hər iki əlini suya saldı;
qayıq irəli üzürdü.
downloaded from KitabYurdu.org
157
– Allah bilir, axırıncı köpəkbalığı nə qədər ətimi
qopardı; balığım xeyli yüngülləşib.
O, balığın yırtılıb eybəcər hala salınmış qarnını
xatırlayıb qanını qaraltmaq istəmirdi. Yaxşı bilirdi ki,
ziyankarın qayığa vurduğu hər təkan, hər zərbə nəhəng
balıqdan qoparılan böyük bir ət parçası demək idi. Balıq bu
saat dənizdə öz arxasınca şose yolu enliyində bir iz buraxırdı,
bu da başqa yırtıcıların izə düşə bilməsi üçün əməlli-başlı
vasitə idi.
“Belə bir balıq adamı bütün qış uzunu yemləyə bilərdi,
azından bir illik ruzi idi... – o düşündü. – Bəsdir, qoca, nəbada
bu haqda düşünəsən! Bir az dincəl və balığın yerdə qalan
hissəsini yırtıcıların növbəti hücumlarından qorumaq üçün
çalış əllərini qaydaya salasan. Əllərimdən gələn qan iyi
balıqdan gələn iylə müqayisədə heç nədir. Demək olar ki,
yaralardan daha qan axmır. Azca qan sızmasının özünün də
xeyri var: sol əlimi qoymaz ki, keyiyib qıc olsun. İndi daha
downloaded from KitabYurdu.org
158
mən nəyin fikrini çəkməliyəm? Heç nəyin. Yaxşısı budur, heç
nə düşünməyim, oturub ziyankarların yolunu gözləyim.
Vallah, bütün bunlar yuxu olsaydı, daha yaxşı olardı. Eh, kim
bilir? İşlər yaxşılaşa da bilər”.
Təzə gələn növbəti köpəkbalığı enliburunlardan, amma
balacasından idi. Ağzını elə geniş açmışdı ki, elə bil donuz
horrası ilə dolu çanağa tərəf tələsirdi. Amma donuzun ağzı
dünyasında bu boyda açıla bilməzdi. Bu ağıza adam kəlləsi
çox asanlıqla sığışardı.
Qoca onu qayığın lap yaxınına buraxdı, hətta balığa
girişməsinə də imkan verdi, sonra ucuna bıçaq bağlanmış
avarla beyninə tutarlı bir zərbə endirdi. Köpəkbalığı beli üstə
çevrildi; amma bıçağın da ağzı qırıldı.
Qoca sükanın arxasına keçdi. O, tədricən suya batmaqda
olan və get-gedə kiçilən köpəkbalığının cəmdəyinə baxmadı.
Belə mənzərəyə tamaşa etməyi əvvəllər çox sevsə də, indi
buna qəti həvəsi yoxuydu.
downloaded from KitabYurdu.org
159
– İndi vur-tut bircə qarmağım qalıb, – o dedi. – Çox pis
oldu. Tək qarmaq, bir cüt avar, sükan və bir də balaca
toppuzla neyləmək olar?
“Hə, yaxşı yerdə axşamladım! Məni əcəb yorub əldən
saldılar, elə də cavan deyiləm ki, toppuzla köpəkbalığı
öldürəm, – qoca düşündü. – Amma fərq etməz, nə qədər
canımda can var, əllərim avar-toppuz tutur, axıradək
vuruşacam”.
Göynərtisini azaltmaq üçün əllərini şor suya salıb islatdı.
Axşam yaxınlaşırdı, ətraf bomboş idi. Aşağıda göy
dəniz, yuxarıda mavi səma – başqa heç nə gözə dəymirdi.
Külək xeyli güclənmişdi və qocaya elə gəlirdi ki, sahilə
çatmağa daha bir şey qalmayıb. Öz-özünə dedi:
– Yaman yorulmusan, qoca! Sənin nəinki canın, hətta
ruhun da yorulub.
Növbəti akula həmləsinə qoca bir də günəş qüruba əyilən
vaxt tuş gəldi. O, balığın enli izi boyunca üzübəri şütüyən
downloaded from KitabYurdu.org
160
qonur üzgəclərin mavi suları necə dalğalandırdığını və
birbaşa qayığa tərəf irəlilədiyini gördü.
Yerindən durub sükanı möhkəm bərkitdi, yelkəni
bağladı, kormadakı arxa oturacağın altından toppuzu çıxardıb
əlində hazır tutdu. Uzunluğu iki fut olan bu toppuzu haçansa
sınıq avardan mişarlayıb düzəltmişdi; onu yalnız bir əllə
işlətmək mümkün idi. Qolluğu sağ biləyinə taxdı və toppuzun
dəstəsindən bərk-bərk yapışaraq rəqiblərinin gəlib çatmasını
gözlədi. Bir cüt galano qayığa yaxınlaşdı.
“Hələ dəyməyəcəm, – qoca düşündü, – qoy qabaqdakı
hərif balığa əməlli-başlı girişsin, sonra ya burnunun üstündən,
ya da təpəsindən elə ilişdirəcəm ki, yerində qalacaq”.
Hər iki galano yanaşı, qoşa üzürdü; qayığa daha yaxın
olanı ağzını geniş açaraq həvə dişlərini balığın gümüştək bərq
vuran böyrünə ilişdirəndə qoca yuxarı qaldırdığı toppuzu var
gücüylə onun yastı kəlləsinə endirdi. Əlində elastik bir sərtlik
hiss etdi, eyni zamanda, yırtıcının kəllə sümüyünün çox bərk
olduğunu duydu; bu qartlığı heç nə ilə müqayisə etmək
downloaded from KitabYurdu.org
161
olmazdı. İkinci zərbəni burnunun üstündən ilişdirdi və akula
sürüşüb suya düşdü. O biri galano balıqdan iri bir tikə qoparıb
kənara qaçdı, tikəni tezcənə içəri ötürüb, ağzını geniş açaraq
təzədən həmlə etdi. Ət parçasının onun ağzından əsgi
parçasıtək sallandığını görəndə təbdən çıxan qoca toppuzu
hara gəldi ilişdirməyə başladı. Zərbə ziyankarın düz
təpəsindən tutsa da, galano sanki istehza edirmiş kimi qocaya
baxıb balıqdan ikinci tikəni qopartdı, içəri ötürməkçün kənara
çəkiləndə qoca növbəti zərbəni endirdi. Toppuz yenə də onun
sərt, elastik kəlləsinə dəydi.
– Galano, qabağa dur görüm, – qoca dedi. – Hünərin var,
bir az da qabağa gəl!
Həvədiş irəli cumdu, çənələrini geniş aralayıb qənimətə
hücum çəkdi və dişlərini şaqqıldatdı. Şaqqıltını eşidəndə qoca
cağ əlini bacardığı qədər hündürə qaldırıb toppuzu yenə onun
təpəsinə endirdi. Bu dəfə zərbə düz beynindən tutdu. Qoca
eyni yerə bir zərbə də tutuzdurdu. Galano çətinliklə qopartdığı
ət parçası da ağzında, yavaş-yavaş aralanıb gözdən itdi.
downloaded from KitabYurdu.org
162
Qoca ətrafa nəzər salıb gözlədi ki, görsün ziyankarlar
geri qayıdacaqmı. Əvvəl heç nə gözə dəymirdi, amma sonra
qayığın ətrafında birinin vurnuxduğunu gördü; o birinin
üzgəcindənsə yaxın həndəvərdə heç bir əsər-əlamət yox idi.
“Onları öldürə biləcəyimi heç ağlıma gətirməzdim, –
qoca düşündü. – Cavan vaxtlarımda, əlbəttə, bunu fərz edə
bilərdim. Amma ikisini də bərk əzişdirib şil-küt elədim, heç
qiyamətəcən özlərinə gələ bilməzlər. Hərgah toppuzu ikiəlli
tuta bilsəydim, bu qoca vaxtımda da öhdələrindən gələrdim”.
İndi o, öz balığına baxmaq belə istəmirdi. Yaxşı bilirdi
ki, balığın yarısı yoxa çıxıbdır. Qocanın başı yırtıcılarla
vuruşa elə qarışmışdı ki, heç günəşin nə vaxt batdığını da
görməmişdi.
– Havanın qaralmağına bir şey qalmayıb, bir azdan yəqin
ki, Havananın çıraqları yanacaq. Əgər gündoğana tərəf çox
meyllənmiş olsam, təzə kurortlardan birinin işığını görərəm.
“Elə bilirəm ki, yolu düz gəlmişəm, – o düşündü, – mən
sahildən çox aralıda ola bilmərəm. Yəqin, qəsəbə camaatı da
downloaded from KitabYurdu.org
163
məndən nigaran deyil. Olsa-olsa, bircə oğlan narahat qalacaq.
Amma o məndən tam arxayındır! Bir də yaşlı balıqçılar
təşvişə düşə bilərlər. Elə cavanlar da, başqaları da. Şəhərimiz
yaxşıdır, elə camaatımız da pis deyil”.
Qoca daha öz balığı ilə söhbət edə bilmirdi, çünki
ziyankarlar onu didişdirib eybəcər hala salmışdı. Birdən
ağlına təzə bir fikir gəldi.
– Hər tikəsi bir balığa yem olan gözəlim! Uzaqlara
üzdüyümə çox peşmanam. Təkcə səni yox, özümü də məhv
elədim. Məyus olma, ikilikdə xeyli akula öldürdük, bir
xeylisini də şikəst elədik. Düzünü de, qoca balıq, ömrün boyu
bu yırtıcılardan, bu qarınqululardan çoxmu öldürmüsən? O
uzun, o iti qılıncını burnunun üstünə boş yerə taxmamışdın ki.
Öz balığı barədə düşünmək qocanın xoşuna gəlirdi və
əgər qayıq rahat üzə bilsəydi, beləcə oturub onun akulaya
necə divan tutması barədə fikirləşməkdən ləzzət alardı.
“Gərək balığı ovlayan kimi qılıncını kəsib götürəydim,
yırtıcılarla cəngə girəndə əcəb kara gələrdi”, – o düşündü.
downloaded from KitabYurdu.org
164
Amma onu baltasız necə kəsmək olardı? Balta bir yana, bu
saat heç bıçağı da yox idi.
Sonra fikirləşdi ki, hərgah balığın qılıncı məndə olsaydı,
onu avarın ucuna bağlayardım və qiyamət bir silah alınardı!
Bax, onda biz balıqla ikilikdə əl-ələ verib
yırtıcılarla vuruşar, bu ziyankarların anasını ağladardıq! Bəs
indi neyləyə bilərsən, qoca? Gecə birdən onlar üstünə
gəlsələr, sən nə edəcəksən?
O, hökm verirmiş kimi qətiyyətlə səsləndi:
– Vuruşacam, – dedi, – ölənəcən vuruşacam!
Amma gecənin qatı qaranlığında nə bir işıq, nə bir işartı
görünürdü. Olan bircə külək idi, bir də küləyin qabartdığı
yamaqlı yelkən. Birdən qocaya elə gəldi ki, ölüb.
Əllərini bir-birinə yapışdırıb ovcunu ovcuna sürtdü. Yox,
ölməmişdi, əlləri hərəkət etdikcə, açılıb-yumulduqca sızlayıb
göynəyirdi. Ağrı – həyat nişanəsiydi: ağrıyırdısa, demək, hələ
yaşayırdı. Qayığın arxa tərəfinə söykənəndə kürəyinin
downloaded from KitabYurdu.org
165
göynərtisi də, çiyinlərinin sızıltısı da ona hələ ölmədiyindən
xəbər verirdi.
“Balığı ovlamağa görə söz verdiyim bütün duaları
oxuyacam; amma indi elə yorğunam ki, ağzımı açmağa
taqətim yoxdur, – düşündü. – Yaxşısı budur, kisəni götürüb
çiynimə salım”.
Qayığı uzandığı yerdəncə idarə edə-edə, Havana
işıqlarının nə vaxt görünəcəyini gözləyirdi. “Balığın yarısı
hələ məndədir, – o, fikrindən keçirtdi. – Bəlkə, bəxtim gətirdi,
salamat qalmış qabaq tərəfi aparıb evə çıxara bildim. Heç
olmasa, bəxt bir dəfə üzümə gülməlidir, ya yox! Yox, qoca,
sən sahildən bu qədər aralanmaqla öz bəxtinin üstündən qara
xətt çəkdin”.
– Sarsaqlama! Özünü ələ al, sükandan möhkəm yapış!
Üzünə böyük xoşbəxtlik qapısı açıla bilər. Harada satıldığını
bilsəydim, o səadətdən bir az da mən alardım.
“Nəynən alacaqsan? – ürəyində özünü sorğu-suala tutdu.
– İtirdiyin nizəylə? Sındırdığın bıçaqla? Ya sıradan çıxmış bu
downloaded from KitabYurdu.org
166
əllərlə? Nə bilmək olar! Sən almalı idin! Səksən dörd gününü
dənizdə keçirtdin ki, güclə bəxt alasan. Elə az qalmışdı alasan
da... Boş şeylərlə başını yormağa dəyməz. Xoşbəxtlik adamın
qabağına min bir libasda çıxır; bəyəm onu tanımaq asandır?
Nə şəkildə olsa da, neçəyə satsalar da, bir az ondan alardım.
Lap nə istəsəydilər, verərdim. Bu saat Havananın işıqlarını
görmək əsl mən istəyən olardı. Eh, sən də həddən çox şey
istəyirsən, qoca. Amma bu dəqiqə
Havananın çıraqlarını görmək ən böyük arzumdur, başqa heç
nə istəmirəm”.
O, sükanın arxasında yerini rahatlayıb qayığı daha asan
idarə etməyə çalışdı, bütün bədənində duyduğu ağrıdan hələ
ki, ölmədiyini başa düşdü.
Axşam saat ona yaxın şəhərin işıqları nəhayət ki,
görsənməyə başladı. İlk baxışda çıraqların işığı ayın
doğacağını xəbər verən zəif parıltıya oxşadı. Sonra okeanı
şiddətlə döyəcləyən küləyin qovduğu iri dalğaların
arxasından gur işıq göründü. Qoca sükanı düzəldib qayığı
downloaded from KitabYurdu.org
167
həmin səmtə yönəltdi və düşündü ki, tezliklə, lap elə indilərdə
Qolfstrimə daxil olacaq.
“Hə, gəlib çıxdıq, daha bir şey qalmayıb, – o düşündü. –
Əlbəttə, köpəkbalıqları yenə hücuma keçib cumacaqlar
üstümə. Qaranlıqda əliyalın adam onlara nə edə bilər?” Gecə
düşdükcə soyuq da şiddətlənirdi.
Qoca yamanca üşüyürdü, anbaan artan ağrıları dözülməz
işgəncəyə çevrilmişdi. Yaraların sızıltısı sümük və oynaqların
ağrısına qarışırdı. Ağrı və heysizlikdən az qalırdı
huşunu itirsin. “Ümid edək ki, daha vuruşmaq lazım
gəlməyəcək, – o düşündü. – Keşkə vuruşmaq lazım
gəlməsin!”
Lakin gecəyarısı yırtıcılarla bir daha vuruşmalı oldu; özü
də bunun faydasız olduğunu bilə-bilə.
Bu dəfə köpəkbalıqları dəstəylə, sürüylə gəlmişdi. Qoca
qaranlıqda onların oynayan üzgəclərinin əmələ gətirdiyi
köpüklü ağ zolağı aydın görürdü. Onlar balığı gəmirdikcə
ətrafa fosforlu işıq saçılır, qoca da əlindəki toppuzla
downloaded from KitabYurdu.org
168
ziyankarların təpəsinə zərbə endirirdi; bir-birinə dəyib
şaqqıldayan çənələrin, dişlərin səsi eşidilirdi. Yırtıcılar balığı
alt tərəfdən parçalayıb diddikcə qayıq təkanlardan titrəyib
yırğalanır, qoca isə heç nə görmədən rəqiblərini elə qarasına
kötəkləyirdi; o yalnız eşidir və anlayırdı. Birdən əlindəki
toppuzun harasa yoxa çıxdığını hiss etdi. Əl artıb sükanı
yerindən dartıb çıxartdı, ikiəlli ondan yapışıb qənimlərinə
dalbadal zərbə endirməyə başladı.
Köpəkbalıqları indi qayığı hər tərəfdən araya alıb dəstə
ilə həmləyə keçir, gecənin zülmətində su üzərində ağaran
balığın ətini sümürürdülər. Dişlərinə keçən ət parçasını
qoparan kimi cəld qırağa çəkilir, sonra təzə həmləyə
başlamaqçün dövrə vurub yenidən öz qənimətlərinin canına
daraşırdılar.
Ən axırda yırtıcılardan biri dövrə vurub balığın düz
başına tərəf üzəndə qoca artıq hər şeyin bitdiyini anladı.
Akula dişlərini balığın bərk kəllə sümüyünə ilişdirəndə qoca
da sükanı onun burnunun üstünə çırpdı. Sonra dalbadal daha
downloaded from KitabYurdu.org
169
bir neçə zərbə endirdi. Sükan şaqqıltı ilə qırılıb tikə-tikə oldu.
Qoca əlində qalmış dəstəklə ziyankarı bir də vuranda dəstək
ətə girdi; eyni yerə bir zərbə də ilişdirdi və quduzlaşmış
köpəkbalığı sıçrayıb kənara qaçdı. Bu, qayığa hücum
edənlərin sonuncusu idi. Artıq yeyiləsi heç bir şey
qalmamışdı.
Qoca nəfəsini zorla dərirdi. Ağzında mis paxırının
tamını verən nəsə şirintəhər, qəribə bir tam duydu. O, bir
anlığa üşəndi, amma iyrənc tam tez keçib-getdi və qoca
okeana tüpürüb dedi:
– Tıxın, galanolar, zəhəriniz olsun, haramınız olsun, qoy
yuxunuza girsin ki, siz insan öldürmüsünüz.
Qoca artıq büsbütün darmadağın edildiyini və
yenildiyini anladı; başa düşdü ki, məğlubiyyətə uğrayıb.
Kormaya keçib sınıq sükan dəstəyini yerinə taxdı, onun işə
yaradığına sevindi. Deməli, qayığı idarə etməyə bir şey vardı.
Köhnə kisəni çiyninə salıb aşağı oturdu, sahilə istiqamət
götürdü. Bu saat o heç nə duymur, heç nə fikirləşmirdi; indi
downloaded from KitabYurdu.org
170
hər şey ona yad gəlirdi. Ondan ötrü hər şey artıq arxada
qalmışdı. Yeganə bir arzusu vardısa, o da doğma sahilə
yetişməkdi.
Gecəyarısı başqa bir yırtıcı sürüsü bu dəfə balığın
skeletinə hücum etdi. Ac qarınqulular əvvəlkilərin
qabağından qalan sümüyə daraşmışdılar, amma onu iliyinə
kimi sümürsələr də, qoca bu ziyankarlara qətiyyən əhəmiyyət
vermir və etinasız tərzdə qayığını sürürdü. O, nəhəng balığın
ağır yükündən azad olmuş qayığın çox rahat üzdüyünü hiss
edirdi.
“Gözəl qayıqdır, – qoca düşündü, – sınıb-eləməyib, bircə
sükanı sıradan çıxıb, onu da düzəltmək çətin deyil”.
Qoca qayığın isti axına girdiyini hiss etdi və sahil boyu
cərgə ilə salınmış qəsəbələrin çıraqlarını lap yaxından gördü.
O, harada olduğunu bilirdi; bilirdi ki, bir azdan evə çatacaq.
“Külək bizə dostdur, amma həmişə yox, – qoca fikrindən
keçirib, sonra əlavə elədi: – Hüdudsuz dənizdə bizim çoxlu
dostumuz var, çoxlu da düşmənimiz. Bəs çarpayı necə?
downloaded from KitabYurdu.org
171
Əlbəttə, çarpayı da mənim dostumdur; onun üstündə uzanmaq
böyük nemətdir. Məğlubiyyətdən sonra adam necə də
yüngüllük duyur! İndiyədək bunun belə asan olduğunu
bilmirdim...»
Sonra özündən xəbər aldı:
– Qoca, səni axı kim məğlub etdi?
Özü də cavab verdi:
– Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim.
Qayıq balaca buxtaya daxil olanda Terrasın bütün
işıqları sönmüşdü. Qoca başa düşdü ki, artıq hamı yatıb.
Küləyin vıyıltısı getdikcə güclənirdi, amma limanda sakitlik
idi. Qayığı qayaların böyründəki çınqıllığa yönəltdi. Gecənin
bu vaxtında ona kömək edəsi heç kəs yox idi, odur ki, avar
çəkə-çəkə qayığı lap yaxına, ləpədöyənə qədər apardı. Sonra
yerə düşüb, qayığı qayalardan birinə bənd etdi.
Dorağacını qayıqdan çıxardıb yamaqlı yelkəni ağaca
doladı, iplə sarınandan sonra onu çiyninə alıb yoxuşla
üzüyuxarı yola düzəldi. Necə bərk yorulduğunu indi başa
downloaded from KitabYurdu.org
172
düşdü. Bir anlığa ayaq saxlayıb geri qanrıldı və küçə fənərinin
zəif işığında nəhəng balığın qayığın dal tərəfindən diklənmiş
iri quyruğunu, düz xətt kimi ağaran tərtəmiz yonulmuş bel
sümüyünü, üstündə qiyamət qılıncı olan nəhəng nataraz
tutqun kölgəsini gördü.
Ayaqlarını zorla sürüyə-sürüyə yoxuşla birtəhər
üzüyuxarı qalxdı, təpəyə çatanda taqətsiz halda çiynindəki
dorağacıyla bərabər yerə sərildi. Ayağa durmaq üçün nə qədər
cəhd elədisə də, bir şey çıxmadı; heç tərpənməyə də amanı
yox idi. Xeyli zəhmətdən sonra güc-bəla dikəlib otura bildi.
Ondan artığını bacarmadı, boş yola baxa-baxa eləcə oturub
qaldı. Aralıda bir pişiyin harasa qaçdığını gördü, gözdən
itənəcən pişiyin dalınca baxandan sonra bir müddət də oturub
yola göz gəzdirdi.
Axırda dorağacını yerə qoyub, birtəhər ayağa durdu,
sonra təzədən onu çiyninə qaldırıb yoxuşla üzüyuxarı
dırmaşdı. Komasına çatanacan beş dəfə oturub dincini almalı
oldu.
downloaded from KitabYurdu.org
173
Komaya gircək dor ağacını divara söykədi. Qaranlıqda
şüşəni tapıb xeyli su içdi, sonra özünü üzuqoylu çarpayıya
yıxdı, ədyalı üstünə çəkib çiynini, kürəyini, qıçlarını örtdü;
üzünü qəzetə söykəyib yatdı. Qollarını gen açmışdı, ovucları
tavana baxırdı.
Ertəsi gün tezdən oğlan komaya baş çəkməyə gələndə
qapıdan boylanıb qocanın yatmış olduğunu gördü. Bu gün
şiddətli külək əsdiyindən bir dənə də qayıq dənizə
çıxmamışdı, oğlan da yatıb qalmış, yuxusunu bəs deyincə
almışdı. Yuxudan duran kimi də, adəti üzrə, qocaya baş
çəkməyə gəlmişdi.
Oğlan qocanın yaxşı nəfəs aldığını görüb bir az
rahatlandı, amma əllərinə baxanda özünü saxlaya bilməyib
ağladı. Sonra komadan ehmalca çıxıb, qəhvə dalınca
restorana qaçdı; bütün yol boyu toxtayıb kiriyə bilmədi.
Sahildə xeyli balıqçı toplaşmışdı, hamısı da qocanın
qayığını araya alıb nəhəng balığın skeletinə heyrətlə tamaşa
edirdi; balıqçılardan biri şalvarının balaqlarını çırmayıb suya
downloaded from KitabYurdu.org
174
girmişdi və əlindəki iplə qayığa bağlanmış skeletin
uzunluğunu ölçürdü.
Oğlan yuxarıda durub onların yanına düşmədi; az əvvəl
orda olmuşdu və hətta bir balıqçı ona söz də vermişdi ki, bəs
narahat olmasın, qocanın qayığına göz qoyacaq.
downloaded from KitabYurdu.org
175
Necədir qocanın vəziyyəti? – balıqçılardan biri
qışqırıb oğlandan soruşdu.
– Yatır, hələ yatır, – oğlan hıçqıra-hıçqıra dedi;
ağladığını adamların görməsi onu utandırıb eləmirdi. – Gəlib
onu narahat eləməyin.
– Burnunun ucundan quyruğunacan balığın uzunluğu
düz on səkkiz futdur! – skeleti ölçən balıqçı oğlana üz tutub
bərkdən qışqırdı.
– Bilirəm, ondan az olmaz, – oğlan ona cavab verdi.
Sonra oğlan Terrasa gedib qoca üçün qəhvə istədi:
– Mənə isti qəhvə verin, südünü də, şəkərini də bol
eləyin.
– Başqa şey lazım deyil? Nə lazımdısa, götür.
– Yox, hələlik lazım deyil. Yeməyə bir şey istəsə, sonra
gəlib apararam.
– Balıqdır ha! – restoran sahibi heyrətini gizlətmədi. –
Buralarda indiyədək beləsi görünməyib. Amma dünən sən
tutduğun o iki balıq da pis deyildi.
downloaded from KitabYurdu.org
176
– Cəhənnəm olsun mənim balıqlarım, – oğlan dedi və
təzədən ağlamağa başladı.
– Bəlkə, özün də bir şey içəsən? – restoran sahibi ondan
soruşdu.
– Yox, istəmirəm, – oğlan başını buladı. – Adamlara
tapşır ki, gəlib Santyaqonu narahat eləməsinlər. Mən tez
qayıdacam.
– Mənim dilxorçuluğumu qocaya çatdırarsan. De ki, bərk
təəssüflənirəm.
– Çox sağ ol, çatdıraram, – oğlan dedi.
O, qəhvəni götürüb komaya gəldi, qoca yuxudan
ayılana qədər oturub gözlədi. Arada bir dəfə hətta oğlana elə
gəldi ki, qoca ayılmaq istəyir, lakin o, təzədən dərin yuxuya
getdi və oğlan bayıra çıxıb yolun əks tərəfinə keçdi, qonşudan
bir qədər odun borc alıb gətirdi ki, qoca duranda qəhvəni
qızdırsın.
Handan-hana qoca ayıldı.
downloaded from KitabYurdu.org
177
– Uzan, ayağa durma, – oğlan onu yerindən tərpənməyə
qoymadı, – qəhvəni elə uzandığın yerdə içərsən.
Sonra stəkanı qəhvə ilə doldurub ona uzatdı; qoca
stəkanı oğlandan alıb içdi.
Manolin, onlar məni üstələdilər, məni yendilər, – qoca
dedi. – Onlar məni məğlub etdilər.
– Amma nəhəng balıq özü səninlə bacara bilməyib!
Axı balıq səni məğlub edə bilməyib!
– Hə, doğrudur, düz sözə nə deyəsən. Məni sonradan
hücum edən köpəkbalıqları əldən saldı.
– Pedriko söz verib ki, qayığa da, avadanlığa da göz
qoyacaq. İndi sən balığın başını neyləmək istəyirsən?
– Qoy Pedriko onu doğrayıb, qarmağa taxmaq üçün yem
düzəltsin.
– Bəs qılıncını neyləyək?
– İstəyirsən, götür özünçün. Yadigar saxlayarsan.
– Əlbəttə, istəyirəm, – oğlan sevindi. – İndi gəl indən
sonra nə edəcəyimiz barədə danışaq.
downloaded from KitabYurdu.org
178
– Məni axtarırdılar? – qoca soruşdu.
– Bəs necə! Əlbəttə, axtarırdılar. Sahil keşikçiləri də,
təyyarələr də səni axtarırdılar.
– Okean böyük, qayıq da bapbalaca, necə görəcəkdilər
onu? – qoca dedi.
O, adamlarla bir yerdə olmağın, özündən başqa ayrı
kiminləsə danışmağın əsl səadət olduğunu hiss edirdi.
– Bilirsən, Maqolin, mən orda səninçün yaman
darıxırdım. Bir şey tutub eləmisən?
– Birini birinci gün tutdum, birini ikinci gün. İkisini də
üçüncü gün, elə dünən tutmuşam.
– Əhsən!
– İndi biz balıq tutmağa yenə bir yerdə gedərik.
– Yox! Mənim bəxtim yatıb. Gətirmir ki, gətirmir.
– Cəhənnəm olsun bəxt! Mən özümlə sənə bəxt də
gətirərəm.
– Bəs valideynlərin nə deyər?
downloaded from KitabYurdu.org
179
– Nə deyirlər, qoy desinlər. Mən ki, dünən iki dənəsini
tutmuşam. Amma indi ova bir yerdə gedəcəyik, çünki mən
hələ çox şey öyrənməliyəm.
– Bir dənə möhkəm nizə tapıb, onu həmişə özümüzlə
götürməliyik. Tiyəsini köhnə “Ford”un yayından düzəlmək
olar, sonra da Quanabakda onu yaxşı-yaxşı itilədərik, ağzı
gərək iti və möhkəm olsun. Mənim bıçağım sındı, tamam zay
olub getdi.
Mən səninçün yaxşı bir bıçaq taparam. Köhnə
“Ford”un yayını da aparıb itilədərəm. Səncə, bu şiddətli brisa
8
neçə gün çəkər?
– Üç gün, bəlkə bir az da çox.
– Mən hər şeyi hazırlayıb sahmana salaram, sən də o
vaxtacan əllərinə məlhəm qoyub sağaldarsan.
– Qaydasını bilirəm. Gecə tüpürəndə boğazımdan qəribə
bir maye gəldi; elə bil sinəmdə nəsə sancdı.
8
Brisa – sahil küləyi (ispanca)
downloaded from KitabYurdu.org
180
– Onu da sağalt. Özün də uzan dincini al. Rahatlan.
Mən sənə təmiz köynək gətirərəm. Yeməyə də bir şey
taparam.
– Burada olmadığım günlərin qəzetlərini də tap gətir.
Hansı olsa, fərq eləməz.
– Sən tez sağalmalısan. Bilirsən, mən hələ səndən çox
şey öyrənməliyəm. Dünyada elə şey yoxdu ki, sən onu
bilməyəsən. De görüm, çox əziyyət çəkdin?
– Çox, lap çox.
downloaded from KitabYurdu.org
181
Gedim sənə yemək, bir də qəzet gətirim. Sən
yaxşıyaxşı dincəl! Aptekdən əllərinə sürtməyə bir şey də tapıb
alaram.
– Yolüstü Pedrikoya de ki, balığın başını özünə götürsün.
Denən ha, yadından çıxmasın.
– Yadımdan çıxmaz, arxayın ol.
Oğlan qapından çıxıb köhnə daş yolla üzüaşağı enəndə
onu yenə ağlamaq tutdu.
Həmin gün Terrasa bir dəstə turist gəlmişdi. Onlar güclü
şərq küləyinin buxtanın girəcəyində dalğaları köpürdə-
köpürdə körfəzə doğru necə qovduğuna tamaşa edərkən
ləpədöyəndəki boş pivə qablarının, ölü meduza qalıqlarının
arasında qabarıb yırğaladığı upuzun, ağappaq fəqərə sümüyü
ucundakı nataraz quyruqla bərabər turist qadınlardan birinin
gözünə sataşdı. Qadın onu ofisianta göstərib soruşdu:
– O nədir elə?
– Tiburon, – ofisiant cavab verdi. – Köpəkbalığı.
downloaded from KitabYurdu.org
182
Ardınca ofisiant istədi ki, baş verənlərin hamısını qadına
izah eləsin.
Mən bilməzdim ki, köpəkbalıqlarının bu cür gözəl,
bu cür zərif quyruğu olurmuş!
– Düzü, heç mən də bilmirdim, – yanındakı kişi qadının
sözünü təsdiqlədi.
Bu vaxt qoca yuxarıda, öz komasında yenə üzüqoylu
uzanıb yatırdı, oğlan da böyründə oturub onun keşiyini
çəkirdi. Qoca yuxusunda şirləri görürdü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |