Ernest heminquey qoca və DƏNİZ (p o V e s t)



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#42474
1   2   3
-kitabyurdu.org--1477680429 ernest-heminquey-qoca-ve-deniz

Que va! – Yox bir! (ispanca) 
 
  
  
downloaded from KitabYurdu.org


 
  
28 
 
balıqçılar  kefin  istəyən  qədərdi,  lap  yaxşı  balıqçılar  da  az 
deyil. Amma sənin kimisi heç yanda yoxdur, ustalıqda heç kəs 
sənə çatmaz.   
– Çox sağ ol. Belə deməklə məni sevindirdin. Qorxuram 
elə  yekə  balığa  rast  gələm  ki,  tuta  bilməyəm,  biabır  olam, 
sənin də zənnin səhv çıxa.  
– Dediyin  qədər  gücün  qalıbsa  tutarsan;  dünyada  elə 
balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.   
– Ola  bilsin,  gücüm  o  qədər  də  qalmayıb,  amma  mən 
çoxlu fənd bilirəm. Özüm də amansızam.   
Səhər  gümrah  olmağın  üçün  sən  gərək  bir  az  yatıb 
dincələsən. Mən də gedim qabları, boş şüşələri qaytarım.  
– Get. Gecən xeyrə qalsın. Sabah sübh tezdən gəlib səni 
oyadaram.   
– Hər gün sən məni lap zəngli saat kimi oyadırsan.   
– Məni də qocalıq oyadır, – qoca təəssüflənən kimi oldu, 
sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – Və 
downloaded from KitabYurdu.org


  
  
29 
 
özü də cavab verdi: – Ona görə ki, işıqlı dünyanı daha çox 
görsünlər.  
– Amma cavanlar yatmağın ölüsüdür. Özləri də yaman 
bərk yatırlar, – deyə oğlan qocanın üzünə baxdı. – O ki qaldı 
qocalara, bunu sən daha yaxşı bilərsən, mənim başım çıxmaz.   
– Düz deyirsən, cavanlıqda mən də yaman çox yatmaq 
istəyirdim. İndi get yat, sübhdən gəlib səni oyadaram.   
– Səndən başqa heç kimin məni oyatmasını istəmirəm.  
Elə çıxır ki, guya onlar məndən diribaşdılar.   
– Başa düşürəm...  
– Gecən xeyrə qalsın, qoca!   
downloaded from KitabYurdu.org


 
  
30 
 
Bunu  deyib  oğlan  komadan  çıxdı.  Bayaq  onlar  işığı 
yandırmadan,  elə  qaranlıqdaca  şam  eləmişdilər  və  indi  də 
qoca  şalvarını  soyunub  əlhavasına  çarpayıya  tərəf  getdi, 
qəzeti büküb şalvarın cibinə, şalvarı da balış əvəzinə başının 
altına  qoydu;  ədyala  bürünüb  dəmir  çarpayıya  döşənmiş 
köhnə qəzetlərin üstündə uzandı.  
O  saat  da  yuxuya  getdi.  Yuxuda  uşaqkən  sahillərində 
gəzdiyi Afrikanı gördü. Sarımtıl qumsallıq qızılı rəngə çalırdı. 
Ağ, yastı təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar 
sanki  birbaşa  dənizin  içindən  baş  qaldırmışdı.  Əzəmətli 
dağlar  hamısı  qəhvəyi  rəngdəydi  və  bu  yerlər  hər  gecə 
qocanın  yuxusuna  girirdi.  O,  yuxusunda  dənizin  kənarıyla 
sahil boyunca o baş-bu başa gəzir, qayaların ətəyini şiddətlə 
döyəcləyən  dalğaların  qəzəbli  gurultusunu  eşidirdi;  yerli 
tayfaların  suları  yara-yara  dalğadan-dalğaya  atlanan  xırda 
qayıqlarını görür, gəmilərə xas olan qatran və  
şoranlıq 
qoxusunu 
açıq-aydın 
duyurdu. 
Afrikanın 
içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.   
downloaded from KitabYurdu.org


 
  
31 
 
Adətən, bu qoxu burnuna dəyəndə qoca yuxudan ayılırdı 
və  alaqaranlıqda  qalxıb  paltarını  əyninə  keçirir,  sonra  da 
oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda duymağa 
vərdiş  eləmişdi.  Lakin  bu  gecə  qitədən  əsən  sərin  külək, 
nədənsə,  onu  həmişəkindən  tez  oyatdı.  Hələ  çox  erkən 
olduğunu  qoca  dərhal  ənkərdi  və  qərara  aldı  ki,  yerindən 
durmasın,  indicə  gördüyü  yuxuya  davam  eləsin.  Dənizdən 
ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına 
tamaşa etmək istəyirdi.  
Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri 
balıq,  nə  vuruş,  nə  güləş,  nə  mərcləşmə,  nə  də  arvadını 
görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri, 
bir də oralarda gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda 
pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu şirləri çox 
sevirdi,  lap oğlanı sevdiyi  qədər  sevirdi.  İntəhası  oğlan heç 
vaxt yuxusuna girməzdi.  
Qoca  qəfildən  ayılıb  yerindən  dikəldi,  açıq  qapıdan 
bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə 
downloaded from KitabYurdu.org


 
  
32 
 
başının  altına  qoyduğu  şalvarını  götürüb  əyninə  geydi. 
Komadan  çıxıb  əsnəyə-əsnəyə  oğlanı  oyatmağa  getdi. 
Obaşdanın sübh soyuğundan bərk titrədirdi, amma bilirdi ki, 
bir  az  qızışandan  sonra  üşütmə  keçib-gedəcək;  hamısı 
qayıqda oturub avar çəkməyə bənd idi.  
O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi. 
Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay 
işığı düşmüşdü və bu işıq qocanın oğlanı görməsi üçün kifayət 
elədi: o, uşağın qıçından yapışıb ta ayılana qədər buraxmadı. 
Oğlan yerinin içində dikəlib gözlərini açdı, bir qədər çaşqın 
halda qocaya baxdı. Qoca isə başını tərpədib işarə verdi ki, 
vaxtdır.  Oğlan  əlini  uzadıb  böyürdəki  kətilin  üstündən 
şalvarını  götürdü,  qalxıb  çarpayıda  oturdu  və  şalvarını 
geyinməyə başladı.   
Qocanın arxasınca qapıdan çıxanda o hələ də yuxuluydu. 
Qoca qolunu oğlanın boynuna saldı:  
– Bağışla...   
downloaded from KitabYurdu.org


 
  
33 
 
– Que va! – oğlan cavab verdi. – Neyləməli, biz kişilərin 
taleyi belədir.   
Onlar  daş  döşənmiş  yolla  üzüaşağı,  qocanın  komasına 
tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində 
avadanlıq,  çiyinlərində  dorağacı,  əllərində  müxtəlif  şeylər 
qaranlıqda  hərəsi  öz  qayığına  tərəf  gedirdi.  Hamısının  da 
ayaqları yalındı.   
Onlar  komaya  gəlib  çatanda  oğlan  içəri  keçib  dünən 
qoyduğu  şeyləri  –  içərisində  tilov  ipi  olan  zənbili,  dəstəli 
nizəni və qarmağı götürdü, qoca da köhnə, yamaqlı yelkən  
sarınmış dorağacını çiyninə aldı.   
– Qəhvə içməyə meylin var? – oğlan soruşdu.   
– Əvvəl avadanlığı aparıb qayığa qoyaq, qəhvəni sonra 
içərik, – qoca cavab verdi.   
Şeyləri  aparıb  qayığa  yerləşdirəndən  sonra  qəsəbəyə 
qayıtdılar,  sübh  erkəndən  açılan  və  balıqçılara  xidmət 
göstərən  aşxanaya  gəlib  konserv  bankasında  adama  bir  qab 
qəhvə içdilər.   
downloaded from KitabYurdu.org


 
  
34 
 
– Necə oldu, yaxşı yata bildinmi? – oğlan qocadan xəbər 
aldı;  yuxudan  ayılmış  kimi  görünsə  də,  di  gəl,  onun 
gözlərindən hələ də yuxu tökülür, özü də tez-tez əsnəyirdi.   
– Çox yaxşı yatmışam, Manolin, – qoca cavab verdi. – 
Mənə elə gəlir ki, bu gün bəxtim gətirəcək.  
– Mənə  də  elə  gəlir,  –  oğlan  ayağa  durdu.  –  İndi  isə 
gedim  bizim  sardinalarımızı  gətirim.  Hələ  sənin  tələ 
yemlərini də götürməliyəm. Mən işləyən qayıqda bütün  
işləri sahibkar özü görür; kömək edəndə acığı tutur.   
– Balıqçıların çoxu elədir, mənimlə özünə baxma. Hələ 
sən beş yaşında ikən icazə verirdim ki, avadanlığı daşıyasan.   
– Bilirəm, –  oğlan dedi. – Gözlə, bu saat gəlirəm. Mən  
qayıdanacan sən bir az da qəhvə iç. Burda bizə nisyə verirlər.  
Oğlan yalın ayaqlarını şappıldada-şappıldada tələ yemi  
götürməkçün buzxanaya qaçdı.  
Qocanın bütün gün ərzində dilinə heç nə dəyməyəcəkdi; 
bu qəhvə onun həm səhər yeməyi, həm naharı, həm də, kim 
bilir, bəlkə şam yeməyi idi, buna görə də qəhvəni ləzzət ala-
downloaded from KitabYurdu.org


 
  
35 
 
ala,  aramla  içirdi.  Axır  vaxtlar  yeməyə  o  qədər  də  meyl 
göstərmirdi. Yemək prosesi çoxdan zəhləsini tökmüşdü, odur 
ki, dənizə gedəndə heç vaxt özüylə səhər yeməyi götürmürdü. 
Sərin qalsın deyə qayığın burun tərəfində həmişə bir şüşə su 
saxlayırdı, vəssalam – axşamacan ona lazım olan tək bu idi.  
Oğlan sardina və tələ yemiylə qayıdıb gələn kimi sahilə 
yollandılar.  Yeridikcə  ayaqlarının  altından  ətrafa  daş-çınqıl 
sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.   
– İşin avand olsun, qoca! – oğlan çığırdı.   
– Elə sənin də!   
Qoca 
avarların 
kəndir 
ilgəklərini 
halqalardan 
keçirəkeçirə mıxlara bənd elədi, oturub kürəkləri əlinə aldı, 
sinəsini  qabağa  verib  başını  yana  əydi  və  suyu  yara-yara 
dənizə  üz  tutdu.  Hava  qaranlıq  idi,  səhər  hələ  açılmamışdı. 
Sahil boyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlib 
dənizə çıxırdı. Qoca onların heç birini görməsə də, avarların 
səsini,  liman  sularının  şırıltısını  eşidirdi.  Aypara  təpənin 
arxasında  gizləndiyindən  qaranlıqda  heç  nə  görükmürdü. 
downloaded from KitabYurdu.org


 
  
36 
 
Vaxtaşırı  hansısa  qayıqdan  adam  səsi  gəlsə  də,  qayıqların 
çoxunda  sakitlik  idi;  sükutu  dənizin  sinəsini  teztez  yaran 
avarların səsi pozurdu.   
Bir  azdan  qayıqlar  limanı  arxada  qoyub  geniş  okeana 
səpələndilər  –  səxavətli  dənizin  tükənməz  nemətindən  nəsə 
ələ keçirtmək ümidiylə hərə bir səmtə üz tutdu.  
Qoca bu gün çox uzaqlara getməyi qət eləmişdi. Okeanın 
səhər havası, ucsuz-bucaqsız mavi sular onu öz ağuşuna aldı. 
Tozlu-tüstülü  sahildən  uzaqlaşdıqca  hava  saflaşırdı.  Suyun 
üzündə  tək-tək  dəniz  yosunları  işıldayırdı.  Bu  fosforlu 
işartılar  qocanın  diqqətini  dərhal  cəlb  etdi.  Hardasa  bu 
aralarda okeanın  dərinliyi  birdən-birə  artıb  yeddi  yüz  dəniz 
sajeninə  çatırdı;  ona  görə  də  balıqçılar  həmin  yeri  “dibsiz 
quyu”  adlandırırdılar.  Müxtəlif  istiqamətli  sualtı  axınlar 
burada  toqquşub  bir-birinə  qarışır,  şiddətlə  sualtı  qayalara 
çırpılıb  burulğan  əmələ  gətirirdi.  “Dibsiz  quyu”da  hər  növ 
balıq vardı. Xırda balıqlar və dəniz xərçəngləri daha çox idi. 
downloaded from KitabYurdu.org


 
  
37 
 
Onlar axşamlar suyun üstünə çıxır, şikara çıxmış iri balıqlara 
yem olurdular.   
Hələ qaranlıq olsa da, həssas qoca səhərin yaxınlaşdığını 
duyurdu; avarlar hərəkət etdikcə, qayıq irəlilədikcə qocanın 
qulağına səslər dəyirdi  –  balıqlar  oynaqlaşırmış  kimi  sudan 
sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdülər. Uçan 
balıqların havada süzdükcə üzgəcləri vıyıldayırdı. Bu qanadlı 
balıqları qoca xüsusi şövqlə sevirdi; onları balıqçıların geniş 
okeandakı həqiqi dostları sayırdı. O, quşları da çox sevir, eyni 
zamanda,  onlara  yazığı  gəlirdi.  Daim  yem  axtaran,  lakin 
dimdiyinə  heç  bir  şey  keçməyən  xırda,  zərif  su 
qaranquşlarının halına lap çox acıyırdı. “Yazıq quşların həyatı 
biz  insanlarınkından  qat-qat  ağırdır,  –  qoca  düşünürdü.  – 
Əlbəttə,  yırtıcı  quşları  demirəm,  amma  bir  halda  ki,  okean 
belə  amansızdır,  onda  görəsən  su  qaranquşu  kimi  zəif 
quşcuğazlar  niyə  yaradılıb?  Düzdür,  dəniz  çox  vaxt 
mərhəmətli  olur,  amma  coşanda  üzünü  görməyəsən.  Elə 
kükrəyir, elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu 
downloaded from KitabYurdu.org


 
  
38 
 
biçarə  quşlar  dəhşətli  fırtınalarda  dənizə  baş  vurmalı  olur, 
dimdiklərinə keçən  
xırda balıqları dalğaların bağrından zorla dartıb qopardır, bir 
şey  çıxmayanda  da  civildəşə-civildəşə  haray  salıb  fəryad 
qoparır, bir-birinə şikayətlənib sanki dərdlərini bölüşürlər.  
Bu cılız məxluqlar hüdudsuz okeanın əzəməti qarşısında heç 
nədir”.   
Dənizi ürəkdən sevən qoca onu dəniz aşiqlərinin ispanca 
adlandırdığı kimi xəyalən «la mar», deyə əzizləyirdi. Dənizi 
sevən bəziləri hərdən acıqları tutanda onu pisləsələr də, amma 
çox vaxt dənizi qadın cinsində, məhz qadın kimi yad edirdilər. 
Qaravul  əvəzinə  avadanlığa  tıxac  bağlayan,  köpəkbalığının 
qaraciyəri  tapılmayanda  çoxlu  pul  qazanmaqçün  balıq 
tutmağa barkasda, mühərrikli qayıqlarda gedən cavanlar isə 
dənizə  rəqib  kimi  baxır,  onu  «el  mar»,  yəni  kişi  cinsində, 
erkək adlandırırdılar. Onlar yeri gəldi- 
gəlmədi, 
lazım 
oldu-olmadı, 
dənizi 
yamanlayır, 
lənətləyirdilər. Lakin qoca üçün dəniz hər şey idi, dəniz onun 
downloaded from KitabYurdu.org


 
  
39 
 
həyatı  idi;  qoca  dənizə  ilahə  kimi  baxırdı.  Bu  ilahə  bəşər 
oğluna nələr bəxş etmirdi?! O nə qədər səxavətli və lütfkardır! 
Dəniz qəzəblənib qocanı incidəndə, ondan üz çevirib heç nə 
vermədikdə belə, qoca dənizdən şikayətlənmirdi. Neyləmək 
olar, dənizin təbiəti belədir. “Ay qadını cuşa gətirdiyi kimi, 
dənizi də coşdurur”, – qoca düşündü.   
Okean sakit olduğundan qoca özünü gücə salmadan  
aramla avar çəkirdi. Sualtı axınlar olan yerdə dalğalar qayığı 
sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.   
Dan  yeri  söküləndə  qoca  ətrafa  nəzər  saldı  və  güman 
etdiyindən  xeyli  uzaqlara  gəlib  çıxdığını  gördü.  “Su  dərin 
olan yerlərdə düz bir həftə qarmaq atdım, amma bir dənə də 
balıq  tuta  bilmədim,  –  deyə  fikirləşdi,  –  bu  gün  bopito  və 
albanor cinsli balıqların bol olduğu yerdə bəxtimi  
sınayacam. Bəlkə, axtardığım iri balıq onların arasındadır”.   
O, qarmaqlara yem keçirib tilovları suya atdı və axınla 
aram-aram üzməyə başladı. Tilovlardan birincisi qırx,  
downloaded from KitabYurdu.org


 
  
40 
 
ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi 
beş dəniz sajeni dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə 
sardina taxmışdı; hamısının da gözlərini qarmağa keçirtmişdi. 
Qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi ki, bu da 
dənizdəki balıqları şirnikdirib aldadacaqdı; həm də iri balıqlar 
yemə  yaxınlaşmaqdan  qorxmayacaqdı,  çünki  qarmağın  hər 
tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdılar.  
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə 
atdığı  tilovlara  keçirtmişdi,  digər  iki  tilovdan  birinə  mavi 
rəngə çalan yekə skumbriya, o birisinə isə sarı ümrin balığı 
taxmışdı; bu yemləri ötən dəfə istifadə etməsinə baxmayaraq, 
onlar  hələ  də  yaxşı  qalmışdı.  Əla  növlü  sardinaların  iyi 
balıqları şirnikdirib onları qarmağa keçməyə vadar edəcəkdi. 
Qələm  yoğunluğunda  olan  yaşıl  elastik  çubuqlar  kəndirə 
bağlanmışdı;  balıq  qarmağa  toxunan  kimi  çubuq  suya  tərəf 
əyiləcəkdi.  Tilov  kəndirinə  hər  birinin  uzunluğu  qırx  dəniz 
sajeni olan iki ip bağlanmışdı, həmin iplərin də ucuna ehtiyat 
üçün başqa ip düyünlənmişdi ki, bu da qarmağı udası balığa 
downloaded from KitabYurdu.org


 
  
41 
 
üç yüz dəniz sajeni qədər məsafədə sərbəst üzə bilmək imkanı 
verəcəkdi.   
Qoca yavaş-yavaş avar çəkir, yaşıl rəngli üç çubuğun nə 
vaxt  batacağını  güdürdü,  kəndirləri  də  düz  saxlayırdı  ki, 
lazımi dərinliyə sərrast getsinlər. Hava artıq işıqlaşmışdı,  
günəş çıxhaçıxda idi.   
Günəş  dənizin  üfüqlərindən  azacıq  baş  qaldıran  kimi, 
qoca  dənizə  səpələnmiş  başqa  qayıqları  gördü.  Onlar  axın 
istiqamətiylə üzürdülər; lakin sahildən hələ çox da uzaqlaşa 
bilməmişdilər.  Şəfəqlər  altında  bərq  vuran  su,  adamın 
gözlərini  qamaşdırırdı.  Bir  azdan  daha  dənizə  baxmaq 
mümkün olmadı; günəşin sulara dəyib qayıdan telləri ox kimi 
qocanın  gözlərinə  batırdı.  O,  nəzərlərini  yayındırıb  okeanın 
tutqun  rəngə  çalan  dərinliklərinə  tilov  iplərinin  çatıb-
çatmadığını  izləyirdi.  Tilovu  elə  ustalıqla  sərrast  buraxır, 
qarmağı da elə düz yönəldirdi ki, birbaşa gedib yem axtaran 
balıqların məkanına düşürdü. O, bu işin əsl xiridarı sayılırdı. 
Balıqçılardan heç kəs nə tilovu, nə qarmağı, nə də tilov ipini 
downloaded from KitabYurdu.org


 
  
42 
 
hədəfə onun kimi istiqamətləndirə bilmirdi. Elə bil, qoca tünd 
qaranlıq suların müxtəlif yerlərində, ayrı-ayrı dərinliklərində 
üzən  növ-növ  balıqları  ora  öz  əli  ilə  aparıb  qoymuşdu. 
Balıqların  harada  ola  biləcəyini  o  gözüyumulu  bilir,  yerini 
yanılmadan  təyin  edirdi.  Başqa  balıqçılarsa  qarmaqlarını 
axının  ixtiyarına  verib  elə  zənn  edirdilər  ki,  yüz  sajen 
dərinlikdə  şikar  onları  gözləyir;  əslində  isə,  qarmaq  altmış 
sajendən dərinə getmirdi.   
“Mən  tilovu  həmişə  düz  atıram,  –  qoca  özlüyündə 
düşündü, – amma nədənsə, bəxtim gətirmir. Kim bilir, bəlkə 
bu  gün  tale  üzümə  güləcək,  axı  həmişə  eyni  cür  olmur  ki. 
İşimdə  diqqətli  olmaq  mənim  adətimdir,  bu  öz  yerində. 
Amma bəxtin gətirməsi də böyük şeydir. Keşkə tale üzümə 
güləydi, işlərim düz gətirəydii”.  
Günəşin  doğmasından  iki  saata  yaxın  vaxt  keçmişdi, 
gündoğan tərəfə baxanda günəşin tellərini əks etdirən dəniz 
qocanın  gözlərini  indi  o  qədər  də  qamaşdırmırdı.  Ətrafda 
downloaded from KitabYurdu.org


 
  
43 
 
yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil, sahildən 
heç ayrılmamışdılar.  
Qoca  fikirləşdi:  “Lap  uşaqlıqdan  günəş  doğan  kimi 
gözlərimi qamaşdırıb incidir. Amma şükür ki, gözlərim hələ 
də yaxşı görür, korlanmayıblar. Gün batanda mən düz günün 
içinə  baxıram,  gözlərimə  qaranlıq  çökmür,  halbuki  günəş 
qürub vaxtı da bərk şölələnir, telləri iynə kimi adamın gözünə 
millənir”.   
Qoca  birdən  başının  üstündə  yırtıcı  bir  quşun  dövrə 
vurduğunu gördü. Quş uzun, qapqara qanadlarını geniş açaraq 
qəfildən sürətlə aşağı şığıdı, qanadlarını gərib suya  
baş vurdu, sonra yenə göyə qalxıb dövrə vurmağa başladı.  
–  Yəqin  buralarda  yem  görüb,  yoxsa  boş-boşuna 
belə hərlənməz, – qoca ucadan dedi, sonra avarı astaca 
çəkə-çəkə  qayığı  yırtıcı  quşun  dövrə  vurduğu  səmtə 
sürdü. Tələsibeləmirdi, tilovları sərrast yönəltmək üçün 
kəndirləri  azacıq  yuxarı  qaldırıb  onları  təzədən  suya 
saldı,  suyun  axınını  qabaqlamaq  üçün  qayığın  sürətini 
downloaded from KitabYurdu.org


 
  
44 
 
artırdı, sonra vaxtaşırı tilovları tarazlamağa başladı; indi 
onun hərəkətləri yırtıcı quş göydə görünəndən əvvəlkinə 
nisbətən daha çevik idi.   
Quş  qanadlarını  geniş  açıb  lap  yüksəyə  qalxdı,  dövrə 
vurmaqda davam edib qəfildən bayaqkı sürətlə aşağı cumdu.  
Qoca bunu əlüstü sezib dənizə baxdı. Qanadlı balıqlar sudan 
sıçrayıb havada uçur, hoppana-hoppana yerlərini dəyişirdilər.   
–  Skumbriya!  –  qoca  bərkdən  qışqırdı,  –  gör  nə 
iridir!   
Kürəkləri  sudan  çıxartdı,  oturacağın  altından  xırda  bir 
tilov  götürdü,  tilovun  ucuna  məftillə  balaca  bir  qarmaq 
bağlanmışdı. Sardinalardan birini qarmağa taxıb tilovu suya 
atdı, tilov ipinin o biri ucunu kormaya
3
 bənd edilmiş halqaya 
bağladı. Başqa bir qarmağa da sardina sancıb onu tilov ipiylə 
bir  yerdə  oturacağın  altında  sərin  bir  yerə  qoydu.  Təzədən 
yerində  oturdu,  avar  çəkə-çəkə  başını  qaldırıb  göyə  baxdı. 
Yırtıcı  quş  lap  alçaqdan  uçurdu.  O,  qəfildən  suya  endi  və 
                                           
3
 Korma – qayığın arxa tərəfi  
  
downloaded from KitabYurdu.org


 
  
45 
 
orada  gördüyü  qanadlı  balığı  tutmağa  can  atdı;  quş 
qanadlarını vəhşicəsinə bir-birinə və böyürlərinə çırpırdı. Bu 
vaxt qoca suyun köpüklənə-köpüklənə aşıb-daşdığını gördü, 
– bu, ondan canını qurtarmağa çalışan qanadlı balığın ardınca 
cummuş  qızıl  skumbriya  idi.  Dənizdən  sıçrayıb  qalxan  və 
ildırım  sürətiylə  yırtıcı  quşdan  uzaqlaşan  skumriya  elə 
istiqamət  götürmüşdü  ki,  üst  tərəfdən  uçan  qanadlı  balıq 
birbaşa  qabağına  düşsün  –  o,  öz  şikarını  yolüstü,  asanlıqla 
qamarlamaq istəyirdi.  
Qoca  düşündü:  “Görünür,  hardasa  bu  aralarda  qızıl 
skumriyanın sürüsü var, onlar həmişə bir-birindən bir az aralı 
üzürlər ki, biri şikarı əldən buraxdıqda digəri onu qamarlaya 
bilsin. Buna görə də skumriyadan can qurtarmağa şikarın heç 
bir imkan qalmır. Yırtıcı quşun isə onu tutmağa ümidi azdır, 
çünki qanadlı balıq həm iridir, həm də çox cəld uçur; onun 
sürəti quşunkundan artıqdır”.  
Qoca oturub tamaşa edirdi. Qanadlı balıq bir neçə dəfə 
sudan  sıçrayıb  yerini  dəyişdi,  quş  isə  ondan  xeyli  ləng 
downloaded from KitabYurdu.org


 
  
46 
 
tərpənirdi.  “Skumriyalar  əlimdən  çıxdı,  –  qoca  düşündü.  – 
Yaman cəld üzürlər, onlara çatmaq olmaz. Görək də, bəlkə 
bir-ikisi sürüdən dala qalıb mənə qismət oldu. Kim bilir, ola 
bilsin  ki,  mənim  iri  balığım  elə  bunların  arasındadır.  Hara 
getsə, o elə buralarda olasıdır”.  
Sahil  tərəfdə  buludlar  dağ  kimi  ucalmışdı.  Onların 
arxasındakı təpələr göyümtül-boz rəngdə idi. Liman boyunca 
elə bil yaşıl bir xətt uzanırdı. Sular tünd-mavi rəngə  
çalırdı,  dəniz  isə  bənövşəyi  görünürdü.  Qoca  dənizin 
dərinliklərinə  nəzər  salanda  qaranlıqda  üzən  qırmızımtıl 
planktonları gördü. Onlar gün işığında necə də əlvan şəfəqlər 
saçırdı.  Qoca  tilov  iplərini  yoxlayıb  yan-yörəsinə  göz 
gəzdirdi, dənizdə həddən artıq plankton olduğunu gördükdə 
bərk sevindi: “Plankton varsa, mütləq balıq da olmalıdır”.   
Gün  bir  xeyli  qalxmışdı.  Sahildə  buludların  silsilətək 
ucalması  havanın  xoş  olacağından  xəbər  verirdi.  Amma 
yırtıcı quş indi çox uzaqdaydı. Günəş şüalarının altında sarıya 
çalan Sarqas yosunlarından başqa, suyun səthində ayrı heç bir 
downloaded from KitabYurdu.org


 
  
47 
 
şey gözə dəymirdi. Yalnız qırmızı rəngli portuqal fizaliyası – 
həlməşiklər qayığın yaxınlığında az-çox diqqəti cəlb edirdi. 
Qayıq hazırda həlməşiklərin arasıyla üzürdü; birdən fizaliya 
yanpörtü çevrilib sonra yenə əvvəlki vəziyyətini aldı və daha 
cəld üzməyə başladı: o, bir yardlıq məsafəyə öldürücü zəhər 
saçan bənövşəyi qol-budaqlarını arxasınca sürüyüb apardı.   
– Ay səni qancıq! – qoca özünü saxlaya bilmədi.  
O, astadan avar çəkə-çəkə dənizə diqqətlə göz qoydu.  
Sabun  köpüyünü  andıran  əlvan  fizaliyanın  qovuğu  altında, 
qol-budaqları  arasında  xırda  balıqlar  üzürdü;  fizaliyanın 
buraxdığı  zəhər  xırda  balıqlara  zərər  yetirə  bilməsə  də, 
adamlara  çox  tez,  çox  da  pis  təsir  edir:  zəhər  ifraz  edən 
bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilov iplərinə dolaşıb 
qalırdı.  Qarmağa  keçmiş  balığı  çıxartmaqçün  əllərini  suya 
salanda  tilov  ipinə  sarınmış  fizaliyanın  zəhərli  qol-budağı 
qocanın  biləklərinə  yapışır,  zəhər  qana  keçəndə  bədəni  elə 
göynəyirdi ki, elə bil onu qırmancla döyürdün. Dözülməz,  
dəhşətli ağrılar başlayırdı.  
downloaded from KitabYurdu.org


 
  
48 
 
Al-əlvan qovuqcuqların qəşəngliyinə, onların görkəminə 
söz ola bilməzdi, intəhası bu bərli-bəzəkli canlılar dənizin ən 
hiyləgər və ən amansız sakinləriydi. Qoca onlara yaxşı bələd 
idi;  onu  da  bilirdi  ki,  heyvərə  dəniz  tısbağaları  bu 
qovuqcuqları necə iştahla, necə ləzzətlə yeyir; o, hər dəfə belə 
mənzərəyə rast gələndə dayanıb həvəslə tamaşa edər, həm də 
sevinərdi.  Gözlərinə  ziyan  dəyməsin  deyə,  çanaqlı  bağalar 
onları  görəndə  gözlərini  bərk-bərk  yumub  ön  tərəfdən 
qarşılarını  kəsir  və  qovuqcuqları  qolbudaqları  ilə  birlikdə 
hərisliklə içəri ötürürdülər. Fırtına vaxtı dalğalar sahilə çoxlu 
fizaliya  tullayırdı;  qoca  sakit  havada  onları  tapdalaya-
tapdalaya gəzirdi. Yeridikcə qovuqlar onun qabarlı ayaqları 
altında qalıb partlayır, bu da qocaya xüsusi ləzzət verirdi.   
Nərmə-nazik  və  çevikliyinə,  həm  də  baha  qiymətə 
satıldıqlarına  görə  yaşıl  tısbağaları  qoca  çox  xoşlayırdı, 
sarımtıl  zirehli  yöndəmsiz  və  səfeh  bağaların  cinsi  əlaqədə 
şıltaq  davranışları,  portuqal  fizaliyalarını  gözüyumulu 
vəziyyətdə hərisliklə sümürmələri isə onda ikrah doğururdu.    
downloaded from KitabYurdu.org


 
  
49 
 
Qocanın qəlbində tısbağalardan yana heç bir mövhumi 
qorxu xofu yox idi, baxmayaraq ki, çanaqlı bağa ovçularıyla 
birgə uzun illər ardıcıl şəkildə bağa ovuna getmişdi. Qocanın 
onlara  yazığı  gəlirdi;  lap  bir  ton  ağırlığı  olan  ən  nataraz 
bağalara,  adına  lut  dedikləri  qayıq  uzunluqdakı  qalınqabıq 
tısbağalara da acıyırdı.   
Adamların böyük əksəriyyətinin tısbağalara münasibəti 
qəddar  və  amansızdır,  neyçün  ki,  bağa  ürəyi  onları 
öldürəndən və tikə-tikə kəsib-doğrayandan sonra da hələ xeyli 
müddət  döyünməkdən  qalmır.  Qoca  düşündü:  “Mənim 
ürəyim  xalis  bağa  ürəyidir  ki,  var;  elə  əl-ayağım  da  eynən 
çanaqlı  bağaların  pəncəsi  kimidir”.  O,  gücü  artsın  deyə 
vaxtaşırı  çoxlu  ağ  bağa  yumurtası  yeyirdi.  May  ayının 
əvvəlindən  axırına  qədər  bu  yumurtalarla  qidalanırdı  ki, 
sentyabr və oktyabr aylarında – balıq ovunun qızğın çağında  
qüvvəsi daha da çoxalsın.   
Qəsəbədə xüsusi bir dam vardı, balıqçıların bəziləri ov 
şeylərini gətirib ora yığardı; orada köpəkbalığının ciyərindən 
downloaded from KitabYurdu.org


 
  
50 
 
emal edilmiş yağ saxlanan çəlləklər vardı və kim istəsə, gedib 
bu yağdan içə bilərdi. Qoca da tez-tez yolunu buradan salıb 
hər  dəfə  tayqulp  dolusu  yağ  içərdi.  Çoxları  yağın  tamını 
bəyənməsə də, qoca belə düşünürdü ki, hər halda, onu içmək, 
səhərin  gözü  açılmamış  şirin  yuxudan  durub  alaqaranlıqda 
dənizə getməkdən heç də bəd deyildi. Bu, çox faydalı yağ idi; 
içəndə adamın gözlərinə işıq gəlirdi, həm də adamı soyuqdan 
və  şaxtadan,  hər  cür  soyuqdəymədən  və  zökəmdən 
qoruyurdu.   
Qoca  göyə  baxanda  yırtıcı  quşun  yenə  də  havada 
hərləndiyini gördü.  
– Heç oyan-buyanı yoxdur, hərifin gözünə haradasa bu  
aralarda balıq sataşıb, ona görə əl çəkmir.  
Bir dənə də olsun qanadlı balıq sudan baş qaldırmırdı; 
xırda balıqlardan da əsər-əlamət yox idi. Qoca diqqətlə dənizə 
baxdı; elə bu vaxt bir tunes sudan sıçrayaraq havada mayallaq 
aşdı, sonra da cəld, başıaşağı dənizə düşdü. Havada ikən onun 
ağ  gövdəsi  gün  işığında  gümüş  təki  parıldadı.  Dənizə 
downloaded from KitabYurdu.org


 
  
51 
 
düşməyə  bəndmiş  kimi,  su  köpükləndi  və  xeyli  tunes  yer-
yerdən  havaya  sıçrayıb  hərəsi  bir  səmtə  tullandı,  suyu 
ləpələndirib xırda tıxlara hücuma keçdilər; onları qabaqlarına 
qatıb araya aldılar.  
Qoca düşündü: “Belə cəld üzməsəydilər, özümü onlara  
çatdırardım”.  
O,  
tunes  
sürüsünün  
suyu  
necə  
köpükləndirməsinə  baxırdı;  qorxudan  dəhşətə  gəlib 
pərənpərən  olmuş  xırda  balıqların  hamısı  suyun  üzünə 
çıxmışdı; yırtıcı quş da fürsətdən istifadə edərək özünü tez-
tez  suya  vurub  şikarla  havaya  qalxır,  sonra  təzədən  aşağı 
şığıyırdı.   
– Quşlardan  balıqçılara  çox  kömək  dəyir,  –  qoca 
düşündü.  
Elə bu vaxt ayağı altındakı nazik ipin tarım çəkildiyini 
hiss etdi. Qoca bir ucunu əlində tutduğu ipdən bərk yapışdı, 
kürəyi  kənara  qoyub  kəndiri  yavaş-yavaş  yığmağa  başladı; 
bilirdi ki, qarmağa balaca bir tunes balığı ilişib. Əlindəki tilov 
ipi getdikcə daha şiddətlə titrəyirdi. Çox keçmədi ki, qoca beli 
downloaded from KitabYurdu.org


 
  
52 
 
abı, böyürləri qızılı rəngə çalan balığı gördü. Onu qarmaqdan 
çıxardıb qayığın içinə atdı.  
Tunes qayığın arxa tərəfinə, günün altına düşüb qaldı. O, 
qəşəng  quyruğu  ilə  döşəməni  döyəcləyirdi;  iri  gözlərini 
bərəldib əsə-əsə həyata vida edirdi; özü də kök və yağlıydı. 
Qocanın  ona  yazığı  gəldi,  əziyyət  çəkməsin  deyə  toppuzla 
başını  əzdi,  sonra  da  ayağı  ilə  oturacağın  altına,  gün 
düşməyən sərin yerə itələdi. Balıq hələ də çapalayırdı.   
– Albakore... azından on girvənkə gələr, – qoca dedi. – 
Yem əvəzinə qarmağa taxmağa yaxşıdır.  
O, həmişə tək qalanda özüylə danışardı, buna nə vaxtdan 
adət etdiyi isə yadında deyildi. Əvvəllər tək olanda zümzümə 
eləyərdi;  yelkənli  gəmilərdə  gecə  növbəsinə  çıxanda  da, 
çanaqlı  bağa  ovuna  yollananda  da  həmişə  mahnı  oxuyardı. 
Özüylə  danışmağa  başlaması  yəqin  oğlan  başqa  qayığa 
keçəndən sonra olmuşdu. Nəsə, dəqiq yadına  
düşmürdü. Oğlanla bir yerdə balıq tutduqları vaxt onlar yalnız 
lazım olanda – gecələr, bir də pis havalarda bekar qalarkən 
downloaded from KitabYurdu.org


 
  
53 
 
danışardılar: dənizdə boş-boşuna laqqırtı vurmaq adət deyildi 
və  qoca  bu  adətə  ciddi  riayət  edərdi.  Amma  axır  vaxtlar 
fikrindən  keçənləri  tez-tez  dilə  gətirirdi;  əlbəttə,  orasını  da 
yaxşı bilirdi ki, onun tənhalıqda bu cür öz-özünə danışmağı 
kiminsə zəhləsini töküb başını ağrıtmır.   
“Öz-özümlə  danışmağımı  kənardan  eşitsələr,  yəqin  ki, 
başıma hava gəldiyini güman edərlər”, – o, hələ də çapalayan 
tunesə 
baxıb 
dedi. 
– 
Hərgah, 
doğrudan 
da 
havalanmamışamsa,  onda  öz-özümlə  danışmağım  kimin  nə 
işinə  qalıb?  Varlıların  nə  vecinə:  qayıqlarına  radio  qoyub 
istədikləri  şeyə  qulaq  asırlar,  beysbol  yeniliklərindən  də 
vaxtında xəbər tuturlar”.   
“İndi beysbolu fikirləşmək vaxtı deyil, – qoca öz-özünə 
dedi,  –  indi  düşünüləsi  bir  şey  varsa,  o  da  mənim  nə  üçün 
doğulmağımdır.  Doğrudan  da,  axı  mən  neyçün,  nədən  ötrü 
doğulmuşam?  Əlbəttə,  balıq  tutmaqçün.  Yəqin  mənim  iri 
balığım bu xırım-xırda balıqlarla bir yerdə üzür, mənsə vurtut 
dəstədən azmış balaca bir albakore tuta bilmişəm. Bu balıqlar 
downloaded from KitabYurdu.org


 
  
54 
 
sahildən çox uzaqda üzürlər, özü də yaman sürətlə üzürlər. Bu 
gün nəsə dənizdəki şeylər hamısı çox cəld tərpənir, hamısı da 
gündoğana tərəf tələsir. Bəlkə günün bu vaxtında həmişə belə 
olur?  Ya  bəlkə  hamısı  havanın  dəyişməyindəndir?  Hər 
nədirsə bilmirəm, səbəbi mənə məlum deyil”.   
Dənizin  qırağındakı  yaşıl  zolaq  yoxa  çıxmışdı,  yalnız 
uzaqda mavi təpələr görünürdü. Onların arxasından göyə  
yüksələn buludlar başı qarlı uca dağları andırırdı. Dəniz tünd 
rəngə  çalırdı,  günəşin  qızılı  telləri  sularda  bərq  vurduqca 
ətrafa  rəngarəng  şəfəqlər  yayılırdı.  Qoca  yalnız  şüaların 
əmələ gətirdiyi ayrı-ayrı əlvan ləkələri, bir də dənizin dibinə 
bir mildən ziyadə getmiş yoğun tilov iplərini görürdü.  
Balıqçılar  bu  növdən  olan  bütün  balıqlara  tunes 
deyirdilər. Yalnız bazara satmağa aparanda və tələ yemi yem 
kimi  istifadə  etdikdə  onların  əsl  adlarını, yəni,  hərəsinin  öz 
doğru adını dilə gətirirdilər. Günəş göydən yerə od ələyirdi. 
Qoca bunu peysərinin yanmasından duyurdu; avar çəkdikcə 
tər  kürəyindən  sel  kimi  axırdı.  “İndi  bir  az  yatıb  dincələ 
downloaded from KitabYurdu.org


 
  
55 
 
bilərəm,  hər  ehtimala  qarşı  tilov  ipini  də  ayağımın  baş 
barmağına  bağlayım  ki,  tərpənən  kimi  yuxudan  ayılım. 
Qayığı  axın  özü  aparacaq.  Bu  gün  səksən  beşinci  gündür, 
mütləq balıq tutacam”.   
Bu  vaxt  qələmvarı  yaşıl  çubuqlardan  biri  suya  tərəf 
əyildi.   
– Bax belə, – o dedi, – mən istəyən elə budur!  
Qoca  avarları  ehmalca  sudan  çıxartdı.  Sakitcə  əyilib 
tilov ipindən yapışdı və onu sağ əlinin baş barmağıyla şəhadət 
barmağı arasında saxladı. Nə gərginlik, nə də ağırlıq duydu; 
ipi  boş  tutmuşdu.  Birdən  qaytan  dartıldı.  Hərəkət  yavaş  və 
yüngül  idi.  Bunun  nə  olduğunu  qoca  dərhal  anladı.  Marlin 
balığı  yüz  dəniz  sajeni  dərinliyindəki  qarmağın  ucuna 
keçirilmiş sardinaları yeyirdi.   
Qoca sağ əlində boş tutduğu ipi sol əliylə tilov ağacından 
ehmalca açdı. İndi o, balığa heç nə hiss etdirmədən kəndiri 
suya istədiyi qədər buraxa bilərdi. “İlin bu fəslində, sahildən 
bu qədər aralıda xırda balıq olmaz; yəqin çox yekə balıqdır. 
downloaded from KitabYurdu.org


 
  
56 
 
Ye, balığım, buyur, nuş elə sardinanı! Yem təzədir. Altı yüz 
fut dərinlikdə, yəqin ki, sənin yerin çox soyuqdur, üşüyürsən. 
Həm  qaranlıqdır,  həm  də  soyuq.  İndi  o  qaranlıqda  bir  dəfə 
çevril, sonra əvvəlki vəziyyətinə qayıdıb yenə yeməyində ol!”   
Tillov  ipi  yavaşca  titrəyib  tərpəndi.  Sonra  bərkdən 
dartıldı; görünür, balıq sardinanı qarmaqdan qopara bilmirdi. 
Sonra daha heç nə baş vermədi. Qoca səsləndi:   
– Hə,  gəl  görüm.  Bir  də,  hə!  Yaxşı-yaxşı  iylə!  Qoy 
ləzzətli iy səni məst eləsin. İştahla ye! Onları yeyəndən sonra 
tunesin də dadına bax. Tunesin əti bir az bərk olsa da, əcəb 
ləzzətlidir. Çəkinmə, balığım, ye getsin!   
Tilov ipini baş barmağıyla və şəhadət barmağı arasında 
tutduğu halda, qoca başqa iplərə də nəzər yetirdi. Sonra yenə 
yüngülvari təkan hiss elədi.   
– Yeyəcək! Ağzı nədir yeməsin, – qoca qışqırdı, –  
Allah özü onun ruzisini yetirib...   
Amma deyəsən balıq tilova gəlmədi, yan keçdi. Tilov ipi 
daha tərpənmirdi. Qoca heç nə başa düşmədi.   
downloaded from KitabYurdu.org


 
  
57 
 
– Gedə  bilməz,  Həzrət  İsa  özü  onu  getməyə  qoymaz. 
Yəqin yerini dəyişdirir.  Çox güman ki, əvvəllər bir dəfə də 
qarmağa keçib, odur ki, indi ehtiyatlı davranır.   
İp yüngülcə tərpəndi, qocanın da kefi kökəldi.  
– Dedim axı, yerini dəyişdirir, mütləq tilova gələcək.   
İpin yenə yavaşdan tərpənməsi qocanı sevindirdi, lakin 
o  gözlənilməz,  ağır  təkandan  sarsıldı.  Görünür,  balıq  çox 
yekə,  çox  da  ağır  idi;  qoca  tilov  ipini  buraxdı,  qaytan 
sürüşəsürüşə, sürətlə aşağıya getdi; dərinə, lap dərinə getdi. 
Qoca  ehtiyat  üçün  saxladığı  kələflərdən  birini  işə  saldı. 
Qaytan dərinə getdikcə o, barmaqlarına düşən gücdən balığın 
nəhəngliyini açıq-aydın hiss edirdi.  
– Bu  balıq  nə  yekəlikdədir?  –  təəccüblə  mızıldandı.  – 
Görünür, qarmağı köndələninə udub, o da ilişib ağzına; indi 
xilas olmağa can atır, kəndiri qırıb qaçmaq istəyir.   
Qoca fikirləşdi: “Çevrilib qarmağı udacaq”.   
Ancaq düşündüyünü dilə gətirməkdən çəkindi; ona elə 
gəlirdi  ki,  yaxşı  arzunu  bərkdən  söyləyəndə  baş  tutmaz. 
Qarmağa  keçən  balığın  çox  yekə  olduğunu  anlayırdı;  o, 
downloaded from KitabYurdu.org


 
  
58 
 
balığın bu saat ağzına köndələninə keçmiş qarmağı da, ona 
sancılmış tunesi də götürüb dənizin dərin qatlarına cummağa 
necə can atdığını yaxşı təsəvvür edirdi. Balıq tərpənəndə qoca 
onun nə ağırlıqda olduğunu çox yaxşı bilirdi. Birdən ağırlıq 
çoxaldı,  qoca  da  ipi  tam  boşaltdı,  sonra  bir  anlığa  onu 
barmaqları  arasında  saxlayıb  gözlədi,  ağırlıq  və  gərginlik 
yenə artıb gücləndi, qaytan aşağı dartılmağa başladı.  
– Əməlli-başlı tutdu!  
Qoca rahatlandı, sonra qaytanı dənizə buraxa-buraxa sol 
əli  ilə  iki  kələfin  ipini  açıb  onu  ikinci  qarmağın  ehtiyat 
kələfinə caladı. İndi o, nəhəng balıqla vuruşmağa tam hazır 
idi. Dənizə salladığından başqa, hələ hər biri qırx dəniz  
sajeni uzunluğunda olan üç ehtiyat kələfi də vardı.  
“Bir az da ud görək, – deyə qoca xəyalən balığa  
müraciət elədi, – yaxşı-yaxşı ud! Elə ud ki, qarmağın ucları 
gedib  düz  ürəyinin  başına  batsın,  sonra  da  suyun  üzünə 
çıxarsan  ki,  nizəni  sənin  böyrünə  saplayım.  Oldumu? 
Hazırsanmı? Yoxsa hələ çox yeyəcəksən?”   
downloaded from KitabYurdu.org


 
  
59 
 
– Daha bəsdir, – qoca qışqırdı; qaytanı var gücüylə ikiəlli 
özünə tərəf dartdı və bir yarda qədərini geri yığdı, sonra onu 
bir neçə dəfə tərpətdi.  
Lakin  qocanın  bütün  səyləri  puça  çıxırdı.  Balıq  baş 
götürüb harasa üzür, üzdükcə də qayıqdan uzaqlaşırdı; qoca 
onu  bir  qarış  da olsun  dala  qaytara bilmirdi.  Qaytanlar  çox 
möhkəm idi; qoca bunları güclü, nataraz balıqları tutmaqdan 
ötrü  hazırlamışdı.  Tilov  ipini  kürəyinə  aşırıb  tarım  çəkdi; 
ətrafa su damcıları səpələndi. Sonra taxta oturacaqda əyləşib 
bədənini arxaya verdi və bütün gücünü topladı. Qayıq yavaş-
yavaş şimal-qərbə istiqamətlənirdi.  
Balıq durmadan üzür, qayıq da dalğasız dənizin üstüylə 
balığın üzdüyü səmtə gedirdi. Qarmaqlarına yem taxılmış o 
biri  tilovlar  da  suda  idi.  Hələ  ki,  qocanın  əlindən  heç  nə 
gəlmirdi.   
– Keşkə oğlan burada olaydı, – o, təəssüflə ucadan dedi. 
–  Balıq  məni  yedəyinə  alıb  aparır.  Hə,  bu  saat  mən  ancaq 
yedəkdəyəm.  Məndən  olsa,  kəndiri  qayığa  bağlayardım, 
downloaded from KitabYurdu.org


 
  
60 
 
amma  qorxuram  balıq  qırıb  qaçsın.  Yox,  qaytandan  bərk 
yapışmalıyam,  lazım  olanda  onu  az-az  boşaldaram.  Allaha 
çox şükür ki, hələ düzünə üzür, çox dərinə baş vurmur.   
Fikirləşdi  ki,  birdən  balıq  dərinə  getməyə  başlasa,  heç 
bilmirəm neyləyəcəm. Ölüb daş kimi dənizə düşsə, əlimdən 
nə gələr? Amma yox, mən nəsə eləməliyəm. Ediləsi çox şey 
var. Hər halda, öhdəsindən gələrəm.   
Qoca  suya  köndələn  düşmüş  qaytana  və  qayığın 
şimalqərb səmtə üzməyinə baxırdı.  
“Gec-tez  qarmaq,  onu  öldürəcək,  –  özlüyündə  hökm 
verdi, – qarnında qarmaq ola-ola, çox üzə bilməz ki”.   
İntəhası dörd saat keçəndən sonra da balıq eyni qaydada 
yorulmadan  üzür,  qayığı  da,  qocanı  da  yedəyinə  alıb 
arxasınca dartıb aparırdı. Qoca tilov ipini çiynindən aşırmış 
halda  qayığın  içində  oturub  qalmışdı  və  gərgin  vəziyyətdə 
gözləməyində idi; gün qısaldıqca həyəcanı da artırdı.   
– Qarmağıma keçəndə günorta idi, amma mən hələ də 
onu görməmişəm, – o, əlacsızlıqdan köks ötürdü.   
downloaded from KitabYurdu.org


 
  
61 
 
Balıq tilova keçməmişdən qabaq qoca öz həsir şlyapasını 
qulaqlarına  qədər  basmışdı;  indi  şlyapanın  qıraqları  alnını 
kəsirdi. Susuzluqdan ürəyi yanırdı. Kəndir tərpənməsin deyə 
dizləri üstə çöküb ehmalca qayığın  
burnuna  tərəf  süründü,  əlini  uzadıb  şüşəni  götürdü,  tıxacı 
çıxardıb bir neçə qurtum su içdi. Sonra qayığın burnuna tərəf 
əyildi, yanını köhnə, yamaqlı yelkənin sarındığı dorağacının 
üstünə  basıb  nəfəsini  dərməyə,  dincini  almağa  başladı. 
Çalışırdı ki, qayıq üzdükcə qüvvəsini qorumaqdan başqa özgə 
heç nə barəsində düşünməsin.   
Dönüb arxaya nəzər saldı: sahil görünmürdü.   
Fikirləşdi ki, eybi yoxdur, axşam düşsə, ulduzları nişan 
götürüb işığın köməyi ilə geri qayıdaram. Günün batmasına 
hələ iki saatdan çox qalıb, bəlkə balıq suyun üzünə çıxdı. Ya 
da ay doğanda, lap uzaqbaşı bu da baş tutmasa, çox güman ki, 
sabah  gün  çıxanda  mütləq  suyun  üstünə  qalxar.  Əllərim 
hələlik  ağrımır,  qüvvəmi  də  itirməmişəm.  Nə  istəyir,  qoy 
eləsin, qarmağı ki, udub. Axı bu necə balıqdır ki, heç cür üzə 
downloaded from KitabYurdu.org


 
  
62 
 
çıxmır? Görünür, məftil ağzına elə bərk ilişib ki, çənəsini aça 
bilmir.  Keşkə  üzə  çıxaydı,  bir  yaxşı-yaxşı  ona  baxaydım. 
Görəydim məni incidən bu balıq nə balıqdır belə.   
Ulduzlara  baxa-baxa  təyin  etdi  ki,  balıq  bütün  gecəni 
eyni səmtə üzüb; o nə cəhəti, nə də istiqaməti dəyişirdi.   
Gün  batandan  sonra  hava  xeyli  soyudu;  qocanın 
kürəyində,  çiynində,  qollarında,  yorğun  qıçlarında  tər 
puçurları  qurumuşdu:  indi  canını  soyuq  kəsirdi.  Yem 
qutusunun  üstünə  örtdüyü  kisəni  bayaqdan  günə  sərib 
qurutmuşdu.  Götürüb  kisəni  boynuna  doladı,  kənarlarını 
kürəyinə  saldı,  uclarını  ehmalca  qaytanın  altına  keçirtdi; 
qaytan indi çiyinlərini az kəsirdi. Beləcə, qayığın burnunda 
oturub,  bir  az  qabağa  əyilərək  dincini  alırdı.  Əslində,  yeri 
rahat deyildi, lakin özünü inandırmaq istəyirdi ki, guya çox 
yaxşı dincəlir.   
“Hələlik nə mən balığa bir şey eləyə bilirəm, nə də balıq 
mənimlə  bacara  bilir.  Görəsən,  indən  belə  nə  həngamə 
qopacaq?”  
downloaded from KitabYurdu.org


 
  
63 
 
Yerindən qalxıb qayığın kənarından dənizə peşab elədi, 
ulduzlara  baxıb  istiqaməti  müəyyənləşdirdi.  Çiynindən 
aşırdığı və birbaşa suyun altına gedən tilov ipi fosfor təki işıq 
saçırdı. Qayıq aramla və çox asta üzürdü. Havana çıraqlarının 
işığı o qədər də gur deyildi. Qoca başa düşdü ki, axın qayığı 
gündoğana tərəf aparır. “Havananın işıqları getgedə sozalırsa, 
demək onda biz daha çox üzü gündoğana tərəf gedirik, – qoca 
düşündü.  –  Əgər  balıq  öz  istiqamətini  dəyişməsəydi,  mən 
onları    daha  çox  seyr  edərdim,  işıqlar  bu  tezliklə  nəzərdən 
itməzdi. Görəsən, beysbol necə qurtardı?  
Kim uddu? Qayıqda radio bax belə vaxtlarda lazımdır!»   
Amma  sonra  fikirlərinin  axarını  dəyişdi:  «Əsas 
məsələdən  yayınma!  Başqa  vaxt  beysbol  barədə  nə  qədər 
istəsən, fikirləşə bilərsən, indi isə yalnız nə edəcəyini düşün!  
Boş xəyallara uyma, yoxsa uduzarsan!”  Sonra 
ucadan dedi:  
– Heyf ki, oğlan yanımda deyil. Yanımda olsaydı, mənə 
kömək edərdi, bu həngaməni də öz gözüylə görərdi.  
downloaded from KitabYurdu.org


 
  
64 
 
Fikirləşdi ki, gərək insan qocalanda tək qalmasın, amma 
neyləmək olar, bu qaçılmazdır. Tunes iylənib xarab olmamış 
bəlkə ətindən bir az qoparıb yeyim. Gücdən düşməmək üçün 
yemək lazımdır. İştaham olmasa da, gərək səhər ondan bir az 
dilimə  vurum.  Əbəs  yerə  deməyiblər  ki,  səhər  tikəsi 
qüvvətdir; mən də ac oldum-olmadım, yeməliyəm.  
Gecəyarısı iki dəniz donuzu mayallaq vura-vura  
qayığın ətrafında üzürdü. Qoca onların səsini eşidirdi. Erkək 
donuz bərkdən, dişisi isə astadan fısıldayırdı.  
– Yaxşı  heyvanlardır,  –  qoca  dedi.  –  Oynayırlar, 
zarafatlaşırlar. Qanadlı balıqlar kimi, bunlar da biz insanlara 
çox yaxındır.  
Qocanın tilova düşən iri balığa yazığı gəldi, düşündü ki, 
balıq deyil, xalis möcüzədir. Görəsən, onun neçə yaşı olar? 
Mən  ömrümdə  belə  güclü  balıq  tutmamışam,  başıma  belə 
qəribə  oyun  açanı  olmayıb.  Görünür,  çox  ağıllı  balıqdır  ki, 
atılıb-düşmür. Əgər ipi dartsa, ya hoppansa, məni bir andaca 
məhv edə bilər. Ola bilsin, qabaqlar dəfələrlə qarmağa keçib, 
downloaded from KitabYurdu.org


 
  
65 
 
indi  də  qərara  gəlib  ki,  canını  bu  sayaq  mübarizə  yoluyla 
ölümdən  qurtarsın.  Yəqin  qoca  ilə  tək  vuruşduğunu  bilmir. 
Nəsə çox zırpı şeydir. Görəsən, əti ləzzətli olsa, bazarda nə 
qədər pul çıxardar? Yemi götürməyindən bildim ki, erkəkdir. 
Özünü  əsl  kişi  kimi  apardı.  Heç  nədən  də  qorxub-eləmir. 
Görəsən,  nə  etdiyini  bilirmi,  yoxsa  o  da  elə  mənim  kimi 
bəxtə-bəxt baş götürüb hara gəldi gedir?  
Bir  dəfə  bir  dişi  marlin  balığı  tutmağı  yadına  düşdü. 
Erkək  balıq,  həmişə  olduğu  kimi,  dişini  qabağa  buraxdı  ki, 
yeməyə birinci o girişsin. Dişi balıq qarmağa keçib ora-bura 
vurnuxanda  erkək  tayı  dəridən-qabıqdan  çıxıb  onu  xilas 
etməyə çalışırdı. Dişi balıq taqətdən düşəndən sonra da erkək 
balıq onu tərk etmirdi; suyun üzünə çıxıb dövrə vuravura elə 
hey özünü qabağa atır, vəhşicəsinə atılıb-düşür, gah qaytana, 
gah  qayığa  hücum  çəkib  qocanı  çaşdırırdı.  O  vaxt  erkək 
balığın  oraq  kimi  əyri,  ülgüctək  iti  quyruğu  ilə  tilov  ipini 
kəsəcəyi  hətta  qocanı  qorxutmuşdu  da.  Ona  görə  də  nizəni 
dişi  marlinə  sancan  kimi,  tez  qarmağı  onun  ağzına 
downloaded from KitabYurdu.org


 
  
66 
 
ilişdirmişdi,  toppuzla  başına  dalbadal  bir  neçə  zərbə 
endirmişdi. Erkək marlin bundan sonra da əl çəkməmişdi.  
Dişi  marlin  toppuz  zərbələri  altında  əsl  rəngini  itirib, 
güzgülərin arxa tərəfinə çəkilən amalqama rənginə bənzər bir 
rəng almışdı və qoca oğlanla köməkləşib birtəhər onu qayığa 
çəkib salmışdı. Erkək marlin isə mübarizədən  
yorulmayıb,  hələ  də  qayığın  ətrafında  fırlanırdı.  Qoca  ipi 
yığışdırıb  nizəni  götürəndə  o,  lap  yaxınlıqdaca  havaya 
tullanıb,  dişi  marlini görmək  eşqilə qayığın  içinə  baxmışdı, 
sonra  dənizə  düşmüşdü  və  açıq-yasəməni  rəngə  çalan  döş 
üzgəclərini geniş açaraq üzə-üzə dərinliklərdə gözdən itmişdi. 
Onun belindəki bənövşəyi zolaqlar par-par  
parıldayırdı. Qoca indiyəcən də onun gözəlliyini, sədaqətini 
unuda bilmirdi.  
“Ömrümdə  bundan  kədərli,  bundan  qəmgin  hadisəylə 
rastlaşmamışam, – qoca təəssüflə köks ötürdü, – oğlan da bərk 
məyus olmuşdu. Dişi marlindən üzr istəyib, onu parçaladıq”.  
downloaded from KitabYurdu.org


 
  
67 
 
“Heyf  ki,  oğlan  burada  yoxdur”,  –  qoca  düşündü  və 
özünü yığışdırıb yerini rahatladı.   
Çiynindən aşırdığı ip nəhəng balığın ağırlığını aşkar hiss 
etdirirdi.  Balıq  yorulmaq  bilmədən  üzürdü.  Qoca  düşündü: 
“Gör ona necə kələk gəlmişəm ki, taleyi ilə barışmağa məcbur 
olub”.  
“Balıq  insanların  hər  cür  hiyləsindən  və  qurduqları 
tələdən uzaqda, okeanın dərin suları altında yaşamaq istəyirdi. 
Mən isə onu üzə çıxartdım. İnsan nəfəsi dəyməyən bir yerdə 
indi biz bir-birimizə bağlanmışıq, bir-birimizdən ayrılmazıq. 
Aramızdakı bu yaxınlıq dünən günortadan başlanıb. İndi heç 
kim nə mənə, nə də ona kömək edə bilməz”.  
“Bəlkə heç mənim balıqçı olmağım lazım deyilmiş, – o 
düşündü.  –  Amma  mən  ancaq  balıqçı  olmaqçün 
doğulmuşam...  Səhər  açılanda  tunesi  yemək  yaddan 
çıxmasın”.  
Dan  yeri  sökülən  vaxtdan  bir  az  qabaq  arxa  tərəfdəki 
iplərdən  biri  tərpəndi.  Qoca  çubuğun  sındığını  duydu,  tilov 
downloaded from KitabYurdu.org


 
  
68 
 
ipinin qayığın qırağından sürüşüb suya düşdüyünü hiss elədi. 
O, qaranlıqda  bıçağı qınından  çıxartdı, balığın  ağırlığını  sol 
çiyninə  verib  arxaya  qanrıldı,  ipi  qayığın  kənarına  dirəyib 
kəsdi,  sonra  yaxınlıqdakı  o  biri  qaytanı  da  kəsib  ehtiyat 
kələflərin  ucunu  bir-birinə  düyünlədi.  Birəlli  çox  yaxşı 
işləyirdi,  düyün  lap  möhkəm  tutsun  deyə  ayağı  ilə  kələfin 
üstündən bərk-bərk basırdı. İndi düz altı dənə ehtiyat tilov ipi 
vardı. Onların iki cütünü qabaqcadan kəsilmiş qaytanlardan 
hazırlamışdı;  bir  cütü  də  qarmağına  balıq  keçmiş 
tilovunkuydu. Kələflərin hamısı bir-birinə bənd edilmişdi.  
“Qırx  dəniz  sajeni  dərinliyinə  saldığım  ipi  hava 
işıqlaşanda çıxardıb kəsəcəm, ehtiyat kələflərə calayacam, – 
qoca düşündü. – Düzdür, bu hesabla düz iki yüz sajen xalis 
katalon  kəndirimi,  bir  də  qarmağımı  bada  verəcəm.  Eybi 
yoxdur,  bunları  tapmaq  olar.  Amma  əgər  qarmağa  hansısa 
başqa bir balıq ilişib bunu sıradan çıxartsa, təzə balığı mənə 
kim verər, belə böyük itkini nə əvəz edə bilər? Görəsən, bu 
dəqiqə o biri qarmağa keçən nə balığıydı? Marlin də ola bilər, 
downloaded from KitabYurdu.org


 
  
69 
 
qılınc-balıq da. Bəlkə lap elə köpəkbalığıdır? Başa düşmədim, 
heç  hiss  etməyə  də  macal  tapmadım.  Yox,  ondan  mümkün 
qədər tez yaxa qurtarmaq lazımdır”.  
– Kaş oğlan burada olaydı, – ucadan dilləndi.  
“Amma oğlan burada yoxdur, heç olmayacaq da, – qoca 
düşündü. – Yaxşısı budur, özünə güvən. Nə qədər qaranlıqdır, 
işə  giriş,  axırıncı  kəndiri  də  çıxart,  kəs,  ehtiyat  kəndirlə 
düyünlə”.  
Belə də elədi. Qaranlıqda işləmək çətin idi, ağır idi. Bu 
vaxt birdən balıq onu elə dartdı ki, qoca üzüstə qayığa yıxıldı, 
gözünün  altı  zədələndi,  yanağından  qan  axmağa  başladı, 
amma  yaxşı  ki,  qan  tezcənə  laxtalandı.  Bununla  belə,  qoca 
işindən  qalmadı,  dikəlib  qayığın  burnundakı  oturacaqda 
əyləşdi,  nəfəsini  dərib  bir  azacıq  dincəldi,  sonra  boynuna 
sarıdığı kisəni düzəldib çiynindəki qaytanı ehmalca bir qədər 
yana,  çiyninin  ağrımayan  yerinə  sürüşdürdü;  var  qüvvəsini 
çiyinlərində cəmləyib kəndiri bərkdən dartdı ki, görsün balıq 
downloaded from KitabYurdu.org


 
  
70 
 
necə çəkir; sonra qayığın sürətini təyin etməkçün əlini suya 
saldı.  
“Görəsən, balıq niyə belə təkan verdi? Yəqin ip sürüşüb, 
belindəki  böyük  donqarın  üstünə  düşüb.  Onun  beli 
mənimkitək  ağrımaz,  amma  lap  ağrımasa  da,  qayığı 
ömürbillah arxasınca dartıb gəzdirə bilməz ki. Mən indi hər 
ehtimala  hazıram.  İstədiyim  qədər  də  kəndir  ehtiyatım  var. 
Balıqçıya daha nə lazımdır?”   
– Balıq, onu bil ki, nə qədər canımda can var, səndən əl 
çəkən deyiləm, – astadan dilləndi.  
“Amma belə görürəm ki, heç balıq da məndən əl çəkənə 
oxşamır”,  –  qoca  düşündü    və  havanın  işıqlaşmasını 
gözləməyə başladı. Sübh soyuğu iliyə işləyəndə o, büzüşüb 
qısıldı, kürəyini taxtalara söykədi ki, heç olmasa canı bir az 
qızışsın. “Madam ki, balıq dözür, mən də bacardığım yerəcən 
dözməliyəm”.  
downloaded from KitabYurdu.org


 
  
71 
 
Səhər şəfəqləri dənizin dərinliyinə gedən tilov ipinin düz 
üstünə düşmüşdü, qayıq da durmadan irəli üzürdü. Günəşin 
dənizdən boylanan ilk telləri qocanın sağ çiynini oxşadı.   
– Hə, balıq indi də şimala üz tutub, – qoca dedi. – Axın 
isə çox güman ki, bizi gündoğana tərəf aparıb, özü də bir xeyli 
aparıb.  Yaxşı  olardı  ki,  balıq  da  yönünü  döndərib  axınla 
getsin. Belə olsaydı, bilərdim ki, yorulub.   
Amma elə ki gün bir balaca dikəldi, qoca əlbəəl anladı 
ki,  balığın  yorulmaqla  əsla  işi  yoxdur.  Ürəkaçan  bircə  şey 
vardısa, o da tilov ipinin dəniz səthi ilə əmələ gətirdiyi meyl 
bucağıydı – bu, balığın dayazda üzdüyünü göstərirdi. Lakin 
bu heç də o demək deyildi ki, balıq tezliklə mütləq suyun  
üstünə çıxacaq.   
– Kömək  ol  ilahi,  məcbur  elə  ki,  balıq  suyun  üzünə 
çıxsın! Suyun üzünə çıxsa, öhdəsindən gəlməyə ipim çatar. 
“Görəsən,  kəndiri  bir  az  da  dartıb,  balığın  hansı  yerinisə 
incitsəm, onu üzə çıxmağa məcbur edə bilərəm? – qoca fikrə 
getdi. – Nə qədər ki, hava işıqdır, qoy dənizin üzünə çıxsın. 
downloaded from KitabYurdu.org


 
  
72 
 
Üzə çıxsa, onda bel sütunundakı boşluqlara hava dolar, daha 
suyun  dərinliyinə  baş  vura  bilməz,  gedib  dənizin  dibində 
gəbərməz”.  
O,  gərginliyi  artırmağa  cəhd  etdi.  Tilov  ipi  onsuz  da 
balıq  qarmağa  keçən  dəqiqədən  tarım  idi.  İndi  qoca  özünü 
geri verib, onu bir az da yığmaq istədi, ip az qaldı kürəyini 
kəsib  ətə  girsin.  Qoca  başa  düşdü  ki,  bundan  artığı 
alınmayacaq.  “Yox,  daha  tərpətmək,  bundan  tarım  çəkmək 
olmaz,  yoxsa  darta-darta  qarmağın  əmələ  gətirdiyi  yaranı 
böyüdə  bilərəm,  balıq  da  ya  çevriləndə,  ya  dönəndə,  ya  da 
hoppananda  qarmaq  çıxa  bilər.  Hər  halda,  bu  saat  günün 
günorta  çağı  mənim  halım  o  qədər  də  pis  deyil.  Heç  nəyi 
vecimə almaya bilərəm”.   
Tilov ipinə hər tərəfdən sarı dəniz yosunları yapışmışdı, 
lakin bu  qocanın  xoşuna gəldi; çünki  onlar  qayığın  sürətini 
azaldırdı.  Həm  də  bu  sarı  yosunlar  gecə  vaxtı  ətrafa  fosfor 
kimi işıq saçırdı.   
downloaded from KitabYurdu.org


 
  
73 
 
– Balıq,  sən  mənim  çox  xoşuma  gəlirsən,  özü  də  sənə 
böyük rəğbətim var,  – qoca dedi. – Amma hava qaralanacan 
mən sənin canını alacam.   
Fikirləşdi ki, ruhdan düşmək lazım deyil, inşallah, belə 
də olacaq.   
Şimaldan üzübəri, qayığa tərəf bir quş uçub gəlirdi, özü 
də lap alçaqdan uçurdu. Qoca başa düşdü ki, quş bərk yorulub. 
Zənnində  yanılmamışdı,  dincini  almaqçün  quşcuğaz 
həqiqətən  də  gəlib  qayığın  arxa  tərəfinə  qondu.  Tez  də 
sıçrayıb havaya qalxdı, qocanın başı üzərində hərlənə-hərlənə 
axırda daha münasib bildiyi yerə, tilov ipinin üstünə qondu.   
– Neçə yaşın var? – qoca quşdan xəbər aldı. – Bu, sənin 
ilk səyahətindir?   
Qoca danışır, quş da ona baxırdı. Yazıq elə yorulmuşdu 
ki, qaytanın etibarlı olub-olmadığının fərqinə varmadan incə, 
zərif caynaqlarıyla ondan yapışıb yellənirdi.   
– Qorxma, ip tarım çəkilib, – qoca quşu arxayın etmək 
istədi, – lap kefin istəyən qədər tarımdır. Küləksiz gecədə sən 
downloaded from KitabYurdu.org


 
  
74 
 
gərək  belə  yorulmayaydın  axı.  İşə  bax  sən  allah,  indinin 
quşları da dəyişib!  
“Qırğılarsa  sizin  arxanızca  uçub  dənizə  gəlir”  –  qoca 
fikrindən  keçirtdi,  amma  düşündüyünü  quşa  demədi. 
Fikirləşdi ki, onsuz da quş onu başa düşməyəcək, qırğının nə 
olduğunu isə həyat özü ona öyrədər.   
– Quşcuğaz,  yaxşı-yaxşı  dincini  al,  sonra  da  sahilə  uç, 
həyat uğrunda mübarizə apar, yaşamaq uğrunda vuruş: necə 
ki hər adam vuruşur, hər balıq, ya hər quş vuruşur.   
Quşla etdiyi söhbət qocaya təskinlik verib onu bir qədər 
özünə gətirdi; qoca özündə bir gümrahlıq duydu. Bütün gecə 
ərzində kürəyi bərk ağrımışdı, ağrı elə indi də onu əməlli-başlı 
incidib kələyini kəsirdi.   
– Quşcuğaz,  istəyirsən  mənimlə  qal.  Səni  apararam  öz 
evimə, – qoca onu əzizlədi. – Amma heyf ki, yelkəni açıb səni 
sahilə çıxarda bilməyəcəm. Baxmayaraq ki, yüngülcə külək 
də qalxmağa başlayır, amma bu yenə mümkün deyil, çünki 
mən dənizdəki dostumu heç cür qoyub gedə bilmərəm.   
downloaded from KitabYurdu.org


 
  
75 
 
Bu vaxt balıq ipi qəfildən elə dartdı ki, qoca kəlləsi üstə 
qayığın  içinə  yıxıldı;  əgər  qayığın  kənarından  yapışıb  tilov 
ipini  bir  qədər  boşaltmasaydı,  yəqin  ki,  birbaşa  dənizə 
düşəcəkdi.  
İp titrəyən kimi quş havaya qanadlanmışdı; amma qoca 
onun  uçub  getməyinə  əhəmiyyət  vermədi.  Qaytanı  diqqətlə 
yoxlayanda sağ əlinin qanadığını gördü və ucadan dedi:  
– Görünür, balığı da orda nəsə bərk incidir.  
Sonra şikarını üzüstə aşırtmaq ümidiylə tilov ipini dartıb, 
əvvəlkitək tarım saxladı; kəndirə söykənmiş vəziyyətdə əyilib 
gözləməyə başladı.  
– Hə, balıq, indi necəsən? İp səni incidir? – qoca xəbər 
aldı və tez də əlavə elədi: – Allah özü şahiddir ki, elə məni də 
bərk incidir.   
O,  gözləriylə  quşu  axtardı,  çünki  kiminləsə  danışmaq 
istəyirdi. Amma quş heç yerdə gözünə dəymədi. Quş yanında 
olanda qoca özünü tənha hiss etmirdi; onda sanki ağrıları da 
bir qədər azalırdı.  
downloaded from KitabYurdu.org


 
  
76 
 
“Quşcuğaz, mənim yanımda az qaldın. Sahilə çatanacan 
çox əziyyət çəkəcəksən, – ürəyində dedi. – Necə oldu ki, balıq 
bircə təkanla məni yıxdı, hələ əlimi də qanatdı? Axı belə şeyə 
mən niyə yol verdim? Görünür, balaca quşcuğaza aludə olub 
özümü  unutmuşdum.  İndi  bütün  diqqətimi  işimə 
yönəltməliyəm. Qüvvə yığmaqçün qoy bir az tunes yeyim”.  
– Heyf ki, oğlan yanımda deyil,  – qoca ucadan dedi. – 
Bir də orası pisdir ki, duz yoxumdur; kaş bircə tikə duzum 
olaydı.  
Qaytanın  bütün  ağırlığını  sol  çiyninə  keçirib  ehtiyatla 
aşağı  əyildi,  sağ  əlini  okeanın  suyunda  yudu,  əlini  suyun 
içində  bir  dəqiqədən  az  saxladı.  Qan  ləkələrinin  yuyulub 
təmizlənməsinə  baxa-baxa,  eyni  zamanda  suyun  axınını  və 
qayığın hərəkət sürətini də müəyyənləşdirərək:  
– Hərif sürətini yaman azaldıb, – dedi.  
Əlbəttə,  qoca  yaralı  əlini  şor  suda  daha  çox  saxlamaq 
istərdi,  lakin  balığın  qəfil  təkanından  qorxurdu.  Dikəlib  ipi 
düzəltdi, yaralı əlini qaldırıb günə tutdu. Tərs kimi ip əlinin  
downloaded from KitabYurdu.org


 
  
77 
 
işlək  yerini  kəsmişdi.  Bunu  görəndə  qanı  bərk  qaraldı. 
Fikirləşdi ki, bu gün onun əsas işini məhz bu əl görəcəkdi, o 
da səhər erkəndən beləcə yaralanıb sıradan çıxdı.   
Əlinin suyu quruyandan sonra dedi:  
– Yemək vaxtıdır. Götürüm balaca tunesi yeyim.  
Dostumu  ordan  qarmağın  çəngəliylə  çıxarıb,  elə  buradaca 
rahat-rahat yeyə bilərəm.   
O, dizi üstə çöküb dəstəli qarmağı arxa oturacağın altına 
soxdu, tunesi ordan ehmalca çəkib çıxartmağa başladı, həm 
də  çalışdı  ki,  qarmağın  ucu  tilov  ipinə  toxunub  onu 
zədələməsin.  Qaytanın  bütün  ağırlığını  təzədən  sol  çiyninə 
verdi, sol əliylə qayığın qırağından yapışıb tunesi qarmaqdan 
çıxartdı, sonra onu öz yerinə atıb balığı dizinin üstünə qoydu. 
Tunesin  qara-qırmızı  ətini  boynundan  ta  quyruğunacan 
uzununa  nazik-nazik  dilimlərə  böldü.  Dübbədüz  altı  tikə 
kəsib hamısını cərgə ilə qayığın burnundakı taxtanın üstünə 
düzdü;  bıçağı  şalvarına  siləndən  sonra  balığın  skeletini 
downloaded from KitabYurdu.org


 
  
78 
 
götürüb dənizə tulladı. “Bir tikə yeyə bilsəm, böyük şeydir”, 
– deyib uzunsov tikələrdən birini bıçaqla tən ortadan böldü.   
Qoca, dənizdəki iri balığın tilov ipini yorulmaq bilmədən 
eyni qüvvə ilə dartdığını hiss edirdi. Sol əli tamam keyimişdi. 
O,  ağır  ipdən  bərk-bərk  yapışıb,  yaralanmış  sol  əlinə  nəzər 
saldı.  
– Sən  nə  təhər  əlsən!  –  dedi,  –  bir  halda  ki,  keyimək 
istəyirsən, onda buyur keyi! Yığılıb lap quş caynağına dönsən 
də, bir xeyri yoxdur.  
«Ye, əlinə də qüvvət gəlsin, – qoca tutqun rəngə çalan 
suya, köndələninə dənizin dərinliyinə gedən tilov ipinə nəzər 
salıb düşündü. – Axı, əl yazığın nə günahı? Gör neçə saatdır 
o ağırlıqda balığı saxlayır. Amma sən bu balıqdan axıracan əl 
çəkən deyilsən ha. Hələliksə ye».  
Tikəni ağzına qoyub ehmalca, ağır-ağır çeynədi. Tunes 
o qədər də pis dadmırdı. Öz-özünə dedi: “Elə ki, bütün şirəsi 
çıxsın; azca turşu, ya lumu, ya da, heç olmasa, bir çimdik duz 
olsaydı, pis dadmazdı”.  
downloaded from KitabYurdu.org


 
  
79 
 
– Hə, mənim əlim, de görüm, indi necəsən? – keyiyib ölü 
əli  kimi  qaxaca  dönmüş  əlinə  baxa-baxa  soruşdu.  –  Sənin 
xətrinə bu dadsız balıqdan gərək bir tikə də yeyim. Bir az da 
yeməliyəm ki, sən cana gələsən.  
Kəsdiyi  ətin  ikinci  tikəsini  də  çeynəyib  uddu,  ağzında 
qalmış qabığı suya tüpürdü.  
– Hə, indi necəsən? Yoxsa hələ tezdir?  
O, tunesin ətindən daha bir tikəni götürüb ağzına atdı və 
çeynəyə-çeynəyə düşündü: “Pis deyil, yaxşı balıqdır, qanı da 
üstündədir. Bəxtim onda gətirdi ki, qarmağıma  
skumbriya yox, tunes keçdi. Skumbriya həddən ziyadə şirin 
olur. Tunesin ətində isə heç şirinlik yoxdur. Amma lazım  
olmayan 
şeylər 
haqqında 
düşünüb 
fikrimi 
yayındırmamalıyam,  –  deyə  tunesin  bir  tikəsini  də  ağzına 
qoydu. – Kaş bircə çimdik duz olaydı. Heç bilmirəm bu  
tikələr gün altında qalsa xarab olar, ya yox? Ac olmasam da, 
hamısını yeyəcəm. Mənim nəhəng balığım hələ ki, şıltaqlıq 
downloaded from KitabYurdu.org


 
  
80 
 
eləmir.  Doğradığım  tikələrin  hamısını  yeməliyəm  ki, 
dostumun hər hoqqasına qarşı hazır olum”.  
– Mənim əlim, bir az hövsələli ol, – qoca əlinə müraciət 
elədi.  –  Özün  görürsən  ki,  səndən  heç  nə  əsirgəmirəm, 
çalışıram ki, sağalasan. Bacarsaydım, öz nəhəng balığımı da 
yemləyərdim, axı o mənim qardaşımdır. Bununla belə, mən 
onu öldürməliyəm. Öldürmək üçün də  
gərəkdir ki, güclü və gümrah olum.   
Qoca nazik, uzunsov tikələrin hamısını bir-bir çeynəyib 
uddu, sonra dikəlib əlini şalvarına sildi və ucadan dedi:   
– Hə, sol əlim, indi sən ipi buraxıb dincələ bilərsən.  
Sənin şıltaqlığından qurtarmaq üçün qaytanı sağ əlimlə idarə 
edirəm.   
O,  sol  ayağını  bayaqdan  bəri  sol  əliylə  tutduğu  yoğun 
ipin üstünə qoydu, geriyə əyilib bütün ağırlığı kürəyinə verdi.  
– İlahi, özün kömək elə ki, sol əlimin keyi açılsın, yoxsa 
bu yekə balıq başıma oyun açar.  
downloaded from KitabYurdu.org


 
  
81 
 
“Hələ ki sakitdir; əvvəldən nə cür başlamışdısa, o cür də 
davam  edir, –  qoca  düşündü. –    Görəsən, neyləmək  istəyir? 
Yaxşı,  bəs  mən  özüm  nə  etməliyəm?  Natarazın 
hərəkətlərindən nəticə çıxarıb, gərək elə buradaca, ayaqüstü 
bir qərara gəlim. Üzə çıxsa, onda mən onu öldürərəm. Amma 
çıxmır axı, deyəsən, heç çıxana da oxşamır. Hərgah çıxmasa, 
onda  bəs  mən  neyləməliyəm?  Özümü  suya  atıb  həmişəlik 
onunla bərabərmi qalmalıyam?”  
Keyləşmiş  sol  əlini  şalvarına  sürtüb  barmaqlarını 
açmağa  cəhd  göstərsə  də,  bir  şey  çıxmadı.  Düşündü:  “Gün 
dəysə bəlkə açılar. Ya da qarnımdakı çiy ət həzmə gedəndən 
sonra açılacaq. Lazım olsa, lap zorla açılmalıdır. Ancaq indi 
heç mən özüm də onu zor gücünə açmaq istəmirəm. Qoy  
özü yumşalıb açılsın. Gecə cürbəcür kəndir-qaytanı götürüb 
doğrayanda, bir-birinin ucuna calayıb düyünləyəndə mən onu 
çox incitdim, çox işlətdim, axırda da yorub heydən saldım”.  
Ətrafa nəzər yetirib göz işlədikcə uzanan dənizə baxdı, 
tək-tənha olduğunu yalnız indi anladı. O, günəş tellərinin tünd 
downloaded from KitabYurdu.org


 
  
82 
 
sulara  necə  dəyib  sınmasına,  parçalanaraq  əlvan  rənglərə 
çevrilməsinə, dənizin dərinliklərinə gedən tilov ipinə, okeanın 
hamar  səthinin  qəribə  tərzdə  ləpələnməsinə  tamaşa  edirdi. 
Tropik  sahil  küləyinin  əsəcəyindən  xəbər  verən  buludlar 
göydə get-gedə daha çox sıxlaşıb  
komalaşırdı.  Qoca  başını  qaldırıb  baxanda  yuxarıda  vəhşi 
ördəklərin qatarla uçduğunu gördü. Mavi, bozumtul səmada 
onlar necə də aydın nəzərə çarpırdılar! Ördək qatarı qəfildən 
dağılışdı,  sonra  təzədən  bir  dəstədə  süzməyə  başladı.  Qoca 
başa düşdü ki, insan dənizdə heç vaxt tək qalmır.  
O, bəzilərinin kiçik qayıqda, açıq dənizdə tək qalmaqdan 
necə qorxduqlarını yada saldı; düşündü ki, təkcə havanın qəfil 
dəyişdiyi aylarda dənizdə tək qalmaqdan çəkinmək olar. İndi 
tufan-fırtına fəsli olsa da, hələ arada heç bir şey yox idi: ilin 
ən yaxşı çağlarıydı.   
Qoca fikirləşdi ki, dənizdə fırtına olacağını qabaqcadan, 
özü də bir neçə gün öncədən asanlıqla duymaq olur. Bunun 
downloaded from KitabYurdu.org


 
  
83 
 
xüsusi əlamətləri var. Sahildə isə bu nişanələri sezmək olmur, 
çünki baxılası bir şey yoxdur. Bir də sahildə  
buludların forması, görkəmi tamam başqa cür olur.  
Hələliksə heç bir fırtına təhlükəsi gözlənilmir.  
O, göyə baxanda qalaq-qalaq ağ bulud topalarını gördü; 
dondurmaya  oxşadığından  qoca  onları  yaman  xoşlayırdı, 
daha yüksəklərdə isə pərquvari, şəffaf buludlar uçurdu.  
– Balıq, bu əsən sahil küləyi mənim xeyrimə, sənin isə 
ziyanına olacaq, – qoca dedi.  
Onun sol əli yavaş-yavaş hərəkətə gəlsə də, hələ qıc idi.  
Qoca  düşündü:  “Qıcolmadan  zəhləm  gedir.  İşin  qızğın 
yerində bədənin qıc olması namərdlikdir. Balıqdan zəhərlənib 
adamların  yanında  qusmaq,  ishala  düşmək  nə  qədər 
rüsvayçılıq  olsa  da,  bədənin  qıc  olub  keyiməsi  (fikrində  o, 
bunu  calambre  adlandırdı)  ondan  betərdir,  adam  tək-tənha, 
köməksiz olduğu halda isə bu – xalis əclaflıqdır”.  
“Oğlan  burada  olsaydı,  –  qoca  yenə  düşündü,  –  sol 
qolumu dirsəkdən aşağı ovuşdurub əlimin keyini açardı.  
downloaded from KitabYurdu.org


 
  
84 
 
Amma eybi yoxdur, öz-özünə də açılar”.   
Bu  vaxt  sağ  əlində  tutduğu  ipin  qismən  boşaldığını 
duydu. Dənizə nəzər saldıqda tilov ipiylə su səthinin əmələ 
gətirdiyi  meyl  bucağının  dəyişdiyini  gördü.  Qoca  bədənini 
arxaya  verdi,  sol  əlini  baldırına  döyəclədi,  kəndir  tədricən 
yuxarı, suyun üstünə qalxırdı.  
– Balıq üzə çıxır. Əlim, di özünə gəl! Di açıl!  
Yalvarıram sənə...  
Tilov  ipi  aramla  yuxarı  qalxırdı.  Nəhayət,  qayığın  düz 
yaxınlığındaca  okeanın  hamar  səthi  qabardı,  balıq  üzə 
çıxmağa başladı, di gəl ki, heç cür çıxıb qurtarmaq bilmirdi. 
Bu nəsə möcüzəyə oxşar bir şey  idi: balığın yanlarından su 
fəvvarətək  vurur,  beli  günəş  şüalarının  altında  par-par 
parıldayırdı. Balığın başı və quyruğu tünd bənövşəyi rəngdə 
idi,  böyürlərinin  uzun,  enli  zolaqları  günün  altında  zərif 
yasəməni  rəngə  çalırdı.  Burnunun  üstündə  beysbol  ağacına 
oxşayan  uzun  qılıncı  vardı.  Qılıncın  ucu  xəncər  tiyəsi  kimi 
itiydi.  Balıq  tamamilə  suyun  üzünə  qalxdı,  sonra  da  dalğıc 
downloaded from KitabYurdu.org


 
  
85 
 
kimi  səssiz-səmirsiz,  yavaş-yavaş  dənizə  baş  vurdu.  Onun 
ülgüctək iti, oraqvari yepyekə quyruğu gözdən itən kimi tilov 
ipi sürətlə açılmağa başladı.   
– Bu balıq mənim qayığımdan düz iki fut uzundur ki! – 
qoca dedi.  
Tilov ipi sürətlə, lakin eyni ahənglə dənizə batırdı. Qoca 
onu  ikiəlli  dartırdı.  Yaxşı  bilirdi  ki,  müqavimət  göstərib 
balığın sürətini azaltmasa, o bütün ehtiyat kəndirlərini çəkib 
aparacaq, axırda da qırıb qaçacaq.   
“Çox nəhəng balıqdır, – qoca fikirləşdi, – zərb-dəstimi  
əvvəldən  ona  göstərməliyəm.  Məndən  güclü  olduğunu 
qətiyyən  duymamalıdır;  nəbadə  o  bunu  hiss  edə.  İndi  mən 
onun yerinə olsaydım, var qüvvəmi toparlayıb, baş götürüb 
hara  gəldi  gedərdim  –  ikimizdən  birimiz  uduzanadək 
gedərdim.  Allaha  çox  şükür  ki,  balıqlar  biz  insanlar  kimi 
dərrakəli deyil; amma çox cəld, həm də nəcib varlıqdır”.   
Qoca  iri  balıqları  çox  görmüşdü,  lap  min  girvənkədən 
ağırlarına  da  rast  gəlmişdi,  hətta  bir  dəfə  (əlbəttə,  təklikdə 
downloaded from KitabYurdu.org


 
  
86 
 
yox)  iki  zırpısını  da  tutmuşdu.  İndi  isə  təkbaşına,  özü  də 
sahildən  xeyli  uzaqda,  açıq  dənizin  tən  ortasında  nəhəng 
balıqla  üzbəüz,  təkbətək  qalmışdı.  Bu  durum  nəinki  onun 
əlqolunu  bağlamışdı,  hətta  bütün  varlığını  sarsıtmışdı;  bu 
yandan  da,  tərslikdən,  sol  əli  keyləşmiş,  qartal  caynağıtək 
büzüşüb qalmışdı.   
“Mənə elə gəlir ki, sol əlim açılacaq, əlbəttə, açılıb sağ 
əlimə  kömək  etməlidir.  Biri  vardı,  biri  yoxdu,  üç  qardaş 
vardı... Onların biri dənizdəki nəhəng balıqdır, ikisi də mənim 
əllərimdir – sağ əlimlə sol əlim. Yox, mütləq  
açılacaq. Belə vaxtda onun keyiməsi biabırçılıq olardı”.  
Balıq sürətini azaldıb, yenə əvvəlki mütiliklə üzürdü.   
“Görəsən o niyə birdən-birə suyun üzünə çıxdı? – qoca 
özündən  soruşdu.  –  Yəqin,  necə  nəhəng  olduğunu  mənə 
göstərmək  istəyirdi.  Çox  yaxşı,  hesab  elə  ki,  gördüm, 
niyyətini də başa düşdüm. İndi növbə mənimdir, gərək mən 
də necəliyimi ona göstərəm. Görəsən, balıq mənim qıc olan 
əlimi  görsəydi,  neylərdi?  Kaş  o  mənim  barəmdə  əslində 
downloaded from KitabYurdu.org


 
  
87 
 
olduğumdan  daha  yaxşı  düşünəydi,  əvəzində  mən  də  onun 
arzuladığı  kimi  olmağa  çalışardım.  Düzünə  qalsa,  elə  mən 
özüm də belə bir nəhəng balıq olmaq istərdim: bir şərtlə ki, 
məndəki  iradə,  ayıqlıq,  zəka  da  özümdə  qalaydı,  balıqdakı 
güc də məndə olaydı”.  
O, qayığın kənarında oturub ağrıya və bütün əziyyətlərə 
dözə-dözə taxtaya söykəndi; balıq əvvəlki kimi qabağa üzür, 
qayıq tutqun rəngə çalan suları yara-yara aramla onun ardınca 
gedirdi. Şərqdən qalxan xəfif külək dənizi ləpələndirirdi.  
Günorta vaxtı qocanın qıc olmuş əli tamam açıldı.  
– Balıq,  onu  bilirsənmi  ki,  əsməyə  başlayan  bu  külək 
sənə qara xəbərlər gətirir? – qoca soruşdu.   
O, çiynindəki kisənin üstündən keçən ipi kürəyinə tərəf 
meylləndirdi. Özünü qismən yaxşı hiss etsə də, dözülməz ağrı 
və əziyyət əvvəlki kimi qalmaqdaydı.   
– Mən dindar deyiləm, amma bu balığı tuta bilsəm, on 
dəfə  “Həzrət  İsa”,  bir  elə  də  “müqəddəs  Məryəm”  duasını 
downloaded from KitabYurdu.org


 
  
88 
 
oxuyaram; üstəlik, Kobren madonnası kilsəsinə gedib ibadət 
edərəm.   
Qoca bilaixtiyar duaya başladı. Yorğunluğun ucbatından 
hərdənbir sözlər onun yadından çıxırdı; bunu duyduqca duanı 
daha yeyin oxuyurdu ki, söz sözü çəkib gətirsin, yaddan heç 
nə çıxmasın. Oxuya-oxuya onu da yəqin etdi ki, “müqəddəs 
Məryəm”  duasını  təkrarlamaq  heç  demə  “Həzrət  İsa” 
duasından daha asanmış.   
– Ey Tanrının bakirə anası, ey məsum Həzrəti-Məryəm, 
Allahın  özü  səninlədir.  Qadınların  ən  uğurlusu,  ən 
bəxtəvərisən, mübarək bətnindən biz bəndələrə xilaskar  
Həzrəti-İsanı sən əta etmisən. Amin! Ey Tanrının bakirə anası 
müqəddəs  Həzrəti-Məryəm,  biz  günahkar  bəndələrin 
bağışlanması  üçün  indi  də,  biz  öləndən  sonra  da  dua  elə! 
Amin! Ey müqəddəs Tanrı anası, bu balıq çox gözəl olsa da, 
dua elə ki, canını tapşırsın!   
Qoca  duanı  oxuyub  qurtarandan  sonra  özündə  xeyli 
yüngüllük duydu, lakin çəkdiyi daimi ağrı və əziyyət qətiyyən 
downloaded from KitabYurdu.org


 
  
89 
 
azalmadı, əksinə, daha da artdı. Qayığın burnundakı taxtaya 
söykənmiş halda, sol əlinin barmaqlarını oynatmağa başladı.   
Xəfif yel əssə də, hava isti idi. Qoca dedi:  
– Yaxşısı budur, balaca qarmağı suya atım. Birdən balıq 
bu gecəni də dənizdə keçirmək fikrinə düşsə, onda mən bir 
şey  yeməliyəm,  ya  yox?  Şüşədə  su  da  az  qalıb.  Heç  ağlım 
kəsmir  ki,  buralarda  skumbriyadan  savayı  bir  fərli  balıq 
olsun. Tutan kimi, təzə-təzə yesəm, elə bilirəm, dadı o qədər 
də  pis  olmaz.  Bu  gecə  qayığıma  bircə  dənə  uçan  balıq 
düşsəydi,  çox  yaxşı olardı,  heyf  ki,  onları  cəlb  etmək  üçün 
fənərim yoxdur. Qanadlı balığı çiy-çiy yeyəndə adamın ağzı 
dada gəlir. Heç onları kəsib təmizləməyə də ehtiyac qalmır. 
İndi çalışmalıyam ki, boş yerə güc sərf etməyim. Həzrəti- 
İsaya  and  olsun  ki,  mən  balığın  bu  boyda  olacağını  heç 
təsəvvürümə gətirməzdim.  
Bir qədər susub, sonra gerisini gətirdi:   
– Yekəliyinə,  gözəlliyinə  baxmayıb  onun  axırına 
çıxacam.  Ola  bilsin  ki,  bu  elə  də  yaxşı  iş  deyil,  amma 
downloaded from KitabYurdu.org


 
  
90 
 
öldürməliyəm. Mən insan oğlunun nələrə qadir olduğunu ona 
göstərəcəm.   
Az sonra dedi:  
– Mən  oğlana  demişdim  ki,  qəribə  qocayam,  bax  indi 
bunu sübut etməyin əsl məqamıdır.   
Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi, 
ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç nə 
idi. İndi bu təzə hadisə ilə dediklərini bir də təsdiq edəcəkdi. 
Keçənə  güzəşt  deyib  düşündü:  “Balıq  yatsaydı,  əcəb  yaxşı 
olardı. Bir az gözümü yumub yuxuda şirləri görmək istərdim. 
Görəsən, bu günəcən həyatda rastlaşdığım şeylərdən ən çox 
yadımda qalanı niyə şirlərdir?”  
Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az 
yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə 
düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç olmasa, 
həmin müddətdə sən də canının dərdini çək”.   
Günəş  artıq  qüruba hazırlaşırdı.  Qayıq  aramla,  əvvəlki 
istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı qabağa  
downloaded from KitabYurdu.org


 
  
91 
 
itələyirdi. Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı da 
yüngül-yüngül  yırğalayırdı;  amma  çiynində  tarım  saxladığı 
tilov ipi onun kürəyini bərk ağrıdırdı.   
Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq bir 
azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi.  
Günəş indi qocanın sol çiynini, qolunu və kürəyini yandırırdı. 
Bunu  hiss  edəndə  başa  düşdü  ki,  səmt  dəyişib,  balıq  indi 
şimal-şərqə üz tutub.   
Qoca  artıq  bir  dəfə  balığı  gördüyündən  indi  suyun 
altında  onun  bənövşəyi  döş  üzgəclərini  qanad  kimi  geniş 
açdığını,  yekə  quyruğunu  aramsız  tərpədərək  suları  necə 
yardığını aydın təsəvvür edə bilirdi. Düşündü ki: “Maraqlıdır, 
görəsən,  belə  bir  dərinlikdə  balıq  nəsə  görüb  seçə  bilirmi? 
Yamanca  iri  gözləri var.  Atın  gözləri  onunkundan xırdadır, 
intəhası əməlli-başlı görür. Lap qatı zülməti demirəm, amma 
bir vaxtlar qaranlıqda mənim gözlərim də pis seçmirdi. Hər 
halda, pişik gözündən geri qalmazdı”.   
downloaded from KitabYurdu.org


 
  
92 
 
Barmaqlarını  durmadan  oynatması  və  günəşin  hərarəti, 
axır ki, qocanın qıc olmuş sol əlinin keyini açdı: keylikdən 
əsər-əlamət  qalmamışdı.  Balığın  ağırlığını  qoca  indi 
yavaşyavaş  sol  qoluna  keçirtməyə  başladı,  kürəyini  qançır 
eləmiş  kəndirin  ağrısını  bir  qədər  azaltmaq  üçün  belini, 
əzələlərini oynadıb dedi:   
– Balıq,  əgər  sən  yorulmamısansa,  daha  sənə  sözüm 
yoxdur, deməli, doğrudan da, çox qəribə, qeyri-adi varlıqsan.  
Özü  isə  yorulub  heydən  düşmüşdü;  havanın  tezliklə 
qaralacağını,  axşamın  tezliklə  düşəcəyini  bildiyindən  ayrı 
şeylər barədə düşünməyə çalışdı. Gran Ligas beysbol liqasını 
xatırladı;  bu  liqanı  qoca  beysbol  liqalarından  ən  məşhuru 
hesab  edirdi.  Sonra  yadına  düşdü  ki,  bu  gün  NyuYorkun 
“Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.   
“Düz  iki  gündür  juegos
4
 nəticələri  barədə  heç  nə 
bilmirəm,  –  o,  fikrə  getdi.  –  Amma  var  gücümü  toplayıb, 
ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının 
                                           
4
 Jueros– idman oyunları (ispanca)  
downloaded from KitabYurdu.org


 
  
93 
 
döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi 
əla  edirdi.  Görəsən,  sümük  döyənəyi  nə  olan  şeydir?  Un 

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin